R k e r m ə n I s ü L h q u r u L t a y I v ə s o n r a k I d u r u m d r. F ə X ri V a L e h o ğ L u I i yazı



Yüklə 140,7 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü140,7 Kb.
#39768
növüYazı


« Q a r a p a p a q la r » - 2 0 1 2 .- № 4 ( 5 6 ) .- S .1 2 - 1 9 .

1 9 0 6 - C I   İ L D Ə   T İ F L İ S D Ə   T Ü R K - E R M Ə N İ   S Ü L H   Q U R U L T A Y I

V Ə   S O N R A K I   D U R U M

D r. F ə x ri V A L E H O Ğ L U

I I  yazı

(əvvəli  ö tən   say ım ızd a)

Sonra  m üsəlm an 

proqram ının 

III 

(m üsəlm anların 



hüquqlarının 

digər 


rus 

təbəəli 


xalqlarla

bərabərləşdirilm əsinə  dair) 

və 

IV  m addələri 



(tam   sülhə 

nail  olana 

qədər 

canişin  şurası  yanında  erm ənilərin 



m üsəlm anların  nüm ayəndələrindən  ibarət  m əşvərət  kom itəsi  yaradılm ası  barədə)  m üzakirə  olunur.  H ər  iki  m addə 

üzrə təkliflər yekdilliklə  qəbul olunur.

D aha  sonra  erm əni  proqram ının  II  (quberniya  və  qəza  polis  idarələrinin  yenidən  qurulm ası  barədə)  və  III 

(yerli  inzibati  və  polis  hakim iyyət  qurum ları  nəzdində  erm əni-türk  m ünasibətlərini  əhatə  edən  m əsələlərlə  m əşğul 

olacaq  şuraların  təşkili  barədə)  m addələri  m üzakirə  olunur.  H ər  iki  m addə  m üsəlm anlar  tərəfindən  dəstəklənir  və 

bununla da m üsəlm an proqram ının V I m addəsi də  m exaniki olaraq öz həllini tapm ış olur.

24 


fevral  iclasım   Tiflis  qubernatoru baron P .R auşfon-T raubenberq yekunlaşdırır.  O,  ilk günlərdə  qurultayın 

m üsbət  nəticə  verəcəyinə  şübhə  ilə  yanaşdığını  ancaq  toplantının  bugünkü  atm osferindən  və  yekdilliklə  qəbul 

olunan  qərarlardan  sonra  fikrini  dəyişdiyini  e tiraf  edir.  T raubenberq  iclasın  başlanğıcında  Tiflisdə  n əşr  olunan 

“A raç”  qəzetinin  m əqaləsi  ətrafında  yaranm ış  qalm aqalın  toplantının  iş  rejim inə  m ənfi  təsir  göstərdiyini 

vurğulayaraq,  qurultay  nüm ayəndələrini  m ətbuatı  səm im i  m övqe  sərgiləyib  sülhün  əldə  olunm asına  şərait 

yaratm ağa  çağıran qətnam əni im zalam ağa dəvət edir.

B ir  günlük  aradan  sonra  26  fevralda  keçirilən  növbəti  iclasda  m üsəlm an  proqram ının  V   və  erm əni 

proqram ının VIII m addələrində  əks olunm uş  “koçevka”  (yaylağa köç) m əsələsi m üzakirəyə  çıxarılır.

“M şak”  qəzetinin  redaktoru  A.  K alantar  köç  prosesinin  tarixi  təkam ülü  barədə  m əlum at  verib,  onu 

üm um xalq  həyatının  və  təsərrüfatının tarixi  b ir m ərhələsi  kim i  səciyyələndirir  və  yalnız  erm əni-türk  toqquşm aları 

baş  verm iş  ərazidə  həm in  ildə  (1906-cı  ildə)  köçün  qadağan  olunm asının  m öhkəm   sülhün  və  əm in-am anlığın 

yaranm asına gətirib  çıxaracağını deyir.

Ə.  A ğayev türklərin k e f üçün  dağa  qalxm adıqlarını, yay  aylarında  aran  bölgələrində  su və  ot  çatışm adığını, 

m alyariyanın baş  alıb  uşaqları və  qoyun-quzunu m əhv  etdiyini  bildirir,  köçün kortəbii  bir proses  olduğunu və  onun 

ən zəruri yaşam  ehtiyacından yarandığını qeyd edir.  O, köç prosesinin  qarşısının alınm ası üçün çox böyük hərbi güc 

tələb  olunduğunu  vurğulayaraq,  yaylağa  getm əyin  qadağan  edilm əsinin  türkləri  ölüm ə  və  aclığa  m əhkum   etməyə 

bərabər olduğunu ifadə  edir.

Q. 


Qarabəyov  və  İ.  V əkilov  da  Ə.  A ğayevin  sözlərini  dəstəkləyirlər.  Sonra  m əsələ  ətrafında  çıxışlar 

aşağıdakı şəkildə  sıralanır:

Tiflisdə  nəşr  olunan  “M urç”  ju rn alın ın   redaktoru  L.  Sarkisyan:  “K öç  həyatı  çöllərin  qızıdır.  Onu  dağlıq 

Q afqaza O rta A siya çöllərindən tatarlar gətiriblər.  O radakı tatarlar indi  də  köçəri  tayfalardır.  B urada isə  onlar  artıq 

yarım köçəri  olublar  və  oturaq  olm alıdırlar.  O na  görə  də  hökum ətin  və  ziyalıların  m eyli  köç  prosesinin  əksinə 

yönəlm əlidir...”

M.  Şahmalıyev:  “D əqiqələr  həyati  əhəm iyyət  kəsb  edən  bir  zam anda  tarixdən  danışm aq  lazım   deyil. 

M üsəlm anlara  köçə  qadağa  qoyulsa,  onda  xevsurlara  da  qadağa  qoyulm alıdır,  onlar  əksinə  qışda  dağdan  arana 

enirlər.  Ü m um iyyətlə gündəlik ruzisini xalqın əlindən alm aq olm az” .

İ. H acıyev:  “K öç zam anı hərbi m ühafizədən başqa heç nəyə  ehtiyac yoxdur” .

Erm əni m ühəndis  L.  Quliyev:  “Təhlükənin gözlərinə baxm aq  lazımdır.  M üsəlm an nüm ayəndələr deyirdi ki, 

onların  qara  kütləsi  düşünür  ki,  erm ənilər 

öz  çarlığını 

qurm aq istəyir.  M ən 

də 

gizlətm əyim ,  bizim   qara 



əhali 

tatarların  öz  dindaşları olan  Türkiyəyə  birləşm ək  istədiklərini  düşünür.  Dem əli,  düşm ənçilik  v ar və  o  yəqin  ki,  köç 



zam anı yenidən alışacaq,  çünki belə böyük bir m əkanı qorum aq m üm kün deyil.

Əvvəlcə  M alam a  üzünü  erm ənilərə  tutur:  “N əzəri  m ülahizələr  yalnız  işi  uzadır.  A xı  rəhbərlik  xalqın 

həyatm ı m əhv edə bilm əz.  K öç zam anı tətbiqi gərəkən ölçülər barədə  danışm aq lazım dır” .

Sonra  isə  Peterson:  “C anişin  sizin  diqqətinizi  tatarların  yeni  m ədəniyyətə  keçm əsi  m əsələsinə  yox,  köç 

zam anı m üm kün toqquşm aların qabaqlanm ası m əsələsinə  yönəltdi.  O na görə  də bu m ənada praktiki təd b irlər barədə 

danışm aq lazımdır.  Tatarlardan da öz təsərrüfatlarını ləğv etm əyi tələb  etm ək olm az,  əvvəlcə  onları başqa təsərrüfat 

həyatına alışdırm aq lazım dır” .

Sonrakı  çıxışçılardan  İ. 

M elik-B eqlyarov  qaçaq dəstələri 

fəaliyyət 

göstərən 

ərazilərdə 

hökum ətin 

işinin


çətin olacağım  deyir.

Tiflis  qubernatoru  R auş-fon-Traubenberq  isə  köç  prosesinin  ləğvinin  təkam ül  yox  inqilab  olduğunu, 

bununla  yanaşı  h ər  bir  inqilabın  inkişafı  ləngitdiyini  qeyd  edərək  aşağıdakıları  söyləyir:  “Fransız  atalar  sözündə 

deyilir:  “D aha yaxşı yaxşının əsas  düşm ənidir.  Ə gər indi  daha yaxşı nəyisə  əldə  etm ək m üm kün deyilsə,  onda yaxşı




barədə  fikirləşm ək  lazımdır.  M ən  hesab  edirəm   ki,  h ər  iki  m əsələ  rəhbərlik  tərəfindən  hazırlana  bilər.  B u  il  üçün 

köç  m əsələsi  Tiflis  quberniyası  üzrə  artıq  hazırlanıbdır  və  artıq  qaydalar  layihəsi  m övcuddur.  A ncaq  bizə 

nüm ayəndələrin  köm əyi  lazım dır  və  b una  görə  iki  kom issiya  seçm ək  tələb  olunur:  birini  bu  ilin  köç  prosesinin 

təhlükəsiz  keçm əsi  üçün tədbirlər  görülm əsi  m əqsədilə,  o   birini  isə  yarım köçəri  tatar  tayfasının  oturaq  həyata

keçm əsi  istiqam ətində təkam ül prosesinin  sürətləndirilm əsi üçün tədrici tədbirlərin görülm əsi m əqsədilə” .

Q ubernatorun  çıxışında  söylənənlərlə  bağlı  canişin  şurasının  üzvü  C unkovski  deyir  ki,  tədbirlər  yerlərdə 

hazırlanm alıdır, burada isə  əsas m üddəalar göstərilm əlidir.

N əticədə  26 fevral toplantısının sonunda aşağıdakı m əzm unda rəy-qətnam ə  qəbul  edilir:

1) Y aylağa köçlər kəsilm əsin;

2)  Türk əhalinin təkam ül yolu ilə oturaq həyata keçm əsi arzusu ifadə  olunsun;

3)  K öç prosesi üçün tədbirlərin  hazırlanm ası əhali  arasından  seçilm iş  nüm ayəndələrin  iştirakı ilə  rəhbərliyə 

həvalə  olunsun.

27  fevral  iclasında  sədr  M alam a  köçlə  bağlı  qəbul  olunm uş  qətnam ənin  canişin  V rontsov-D aşkovu  razı 

salm adığını və  bu  m əsələyə  dair  daha  dəqiq  m üəyyən  olunm uş  bir  qərarın  qəbul  edilm əsinin  labüdlüyünü  bildirir, 

bu m əqsədə h ər tərəfdən 3-5  nəfər olm aqla ayrıca kom issiya yaradılm asının tələb olunduğunu bəyan edir.  Bu təklifə 

heç  kəs  etiraz  etm ir.  İrəvan  qubernatoru  T izenqauzenin  sədrliyi  ilə  köç  prosesinin  tənzim lənm əsi  üzrə  kom issiya 

yaradılır.  T izenqauzenin  başçılığı altında bağlı başqa b ir kom issiya,  tarla işlərinin təhlükəsizliyinin təm in  olunm ası 

üçün  tədbirlərin  hazırlanm ası  ilə  bağlı  kom issiya  da  yaradılır.  Bu  kom issiyalar  qurultayın  işinə  paralel  şəkildə 

fəaliyyət göstərib öz təkliflərini təqdim  etm əli  idi.

Sonra m üsəlm an proqram ının VII  (bütün  rəhbər işçilərin öz xidm əti  vəzifələrini  lazım i  şəkildə  və  m aneəsiz 

yerinə yetirm ələrini təm in edən tədbirlər barədə) m addəsi m üzakirə  olunur.

Ə.  A ğayev  b ir  m illətin  vəzifəli  şəxsləri  öz  m illi  m araqları  nam inə  və  başqa  m illətin  m araqlarının  ziddinə 

terro r  etdiyini,  bunun  nəticəsində  vəzifə  adam larının  qorxunun  təsiri  altında  xalqlara  qarşı  ədalətli  m ünasibətini 

itirdiyini  qeyd  edir.  O,  m üsəlm an  əhalinin  m əhz  bu  cü r  terrordan  əziyyət  çəkdiyini  və  onu  həyata keçirən  erm əni 

inqilabi  təşkilatına  qarşı  silahlı  m übarizəyə  qalxdığını  vurğulayıb,  bu  təşkilatlar  m övcud  olana  qədər  əmin- 

am anlığın əldə  olunm asının m üm künsüzlüyünü dilə gətirir.

İ. H acıyev:  “Biz  bu  m əsələni  ona  görə  qoyduq  ki,  özünüm üdafiəyə  keçm ək  istəm irik.  İstəyirik  ki,  qanuni 

rəhbərliyi  və 

vəzifəliləri 

hədələm əsinlər.  B ütün  im tiyazları 

erm ənilərə 

verm ək  olm az  axı. 

M ədəniyyət, 

təhsil,


m ətbuat sahəsi  onlardadır, hələ b ir bom balı inqilabi təşkilatlar da, bizim  isə yeganə üm idim iz hakim iyyət tərəfindən 

qorunm am ızdır, terro rla bunu da əlim izdən alırlar.  O həddə  çatdırm ayın ki, biz də bom balara əl ataq” .

İ.  Spendiarov:  “B urada  danışılanlar  dəhşətdir!  D aha  qulaq  asm aq  m üm kün  deyil!  M ən  getm əyə  m əcbur 

olacağam !”

İ. H acıyev:  “İstəyirsinizsə gedin” .

S. 


Taqianosov:  “M ən  Spendiarovla  razı  deyiləm ,  bu  söz  onun  dilindən  sürüşdü.  Biz  erm əni  nüm ayəndələr 

heç  də getm ək istəm irik.  Əksinə,  biz  H aciyevlə  razıyıq  ki,  istənilən  terror  cəm iyyətdə  və  dövlətdə  dözülm əz

hadisədir və hakim iyyət qorxm adan onunla m übarizə  aparm alıdır...”

M.  Şahmalıyev:  “T error hakim iyyətə  sadiq olan m üsəlm anları m üsəlm anları ruhdan  salır” .

Ə.  T opçubaşov  erm əni-türk  qırğınının  terror  zəm inində  başlandığını  deyib,  erm əni  terrorçu  təşkilatlarının 

fəaliyyətlərinin dayandırılm asını tələb edir.

Sədr  M alam a  bu  m əsələnin  polislərlə  bağlı  olan  əvvəlki  m addələrə  aid  olduğunu  və  artıq  m üzakirə 

edildiyini vurğulayıb m əsələni bağlayır.

Q ısa  m üzakirələrdən  sonra  m üsəlm an  proqram ının  VIII  (m üsəlm anlar  yaşayan  bölgələrdə  yerləşən  hərbi 

hissələrdə  aşağı rütbəli  erm əni  əsgərlərinin  saxlanılm am ası)  m addəsi  barədə  də  xüsusi  rəy  verilm ir  və  IX

(türk-erm əni  ədavəti  nəticəsində  törədilm iş  cinayətlərin  suçlularının  verilm əsi  və  xüsusi  yerli  kom issiyaların  rəyi 

əsasında zərərdidələrin m addi cəhətdən təm in olunm ası barədə) m addənin m üzakirəsinə  başlanılır.

A.  Z iyadxanov bu m əsələni ilkin baxılm ası üçün kom issiyaya təqdim  etm əyi tə k lif edir.

K.  X atisov  m üsəlm an  proqram ının  7,  8  və  9-cu  m addələrinin  m ahiyyət  etibarilə  bir  m əsələyə 

-“D aşnaksutyun”  təşkilatının  ləğv  olunm asına  istiqam ətləndiyini  deyir  və  özlərinin  də  bunu  istədiklərini,  ancaq 

“k oçevka”nı birdən-birə  ləğv etm ək m üm kün olm adığı kim i,  illərlə  yaradılm ış b ir təşkilatın.  da birdən-birə  ləğvinin 

m üm künsüz olduğunu ifadə  edir.

S. 


T aqionosovun  “cinayətkarların  verilm əsi  qeyri-m üm kündür”  ifadəsinə  İ.  H acıyev  “Biz  qatilləri  tapıb 

verəcəyik,  siz  isə  onlardan  qorxursunuz”,  -  deyərək  cavab  verir  və  erm əni  nüm ayəndələrdən  “D aşnaksutyun”a 

hakim  dairələrə və m üsəlm anlara toxunm am aları üçün təsir göstərm ələrini  istədiklərini deyir.

Sonda sədr M alam a nüm ayəndələr tərəfindən edilm iş təklifləri  aşağıdakı şəkildə üm um iləşdirir:

1) .Hökum ət  dövlət  tərkibində  hansısa  icazəsiz  silahlı  təşkilatın  m övcudluğuna  dözə  bilm əz.  O na  görə  də 

hakim iyyət  belə təşkilatların  ham ısının  ləğv  olunm ası  və  fəaliyyətinin  dayandırılm ası  üçün  bütün  tədbirləri

görm əlidir.  C əm iyyət bu m əsələdə hakim iyyətə əlindən gələn köm əyi etm əlidir;

2 ) 


.Hər b ir vicdanlı vətəndaş  özünün doğru m əlum atları ilə  cinayətkarların m üəyyən edilm əsində  hakim iyyət 

orqanlarına köm ək etm əlidir.

3 )  .Türk-erm əni ixtilafı zam anı  icm aların  onların  üzvləri  tərəfindən  törədilm iş  cinayətlərə  görə  m ülki



m əsuliyyət  daşım ası ədalətli  və  m əqsədəuyğun üsul  kim i  qəbul  olunur və  keçm işdə  uğurla tətbiq  olunub.  O na görə 

də bu üsulun gələcəkdə  də tətbiq olunm ası tövsiyə olunur.

Q eyd olunanlara heç kəs etiraz etmir.

28  fevral  iclasında  erm əni  nüm ayəndələrinin  proqram ının  IV  m addəsi  (ədalət  m əhkəm əsi  barədə) 

m üzakirəyə  qoyulur.  M əhkəm ə  sistem inin  qüsurlarını  üzə  çıxaran  çıxışlar  edilir.  N əticədə  yekdilliklə  seçilmiş 

barışdırıcı hakim lər və  “prisyajnı”la r m əhkəm əsinin təsis  olunm ası, m əhkəm ə  m üəssisələrinin  ştatlarının  artırılm ası 

arzusu ifadə  olunur.

S onra  erm ənilərin  proqram ının  VII  m addəsinə  (ziyanın  m üəyyən  edilm əsi  və  təzm inat  ödənilm əsi)  baxılır 

və  bu  m övzunun  m üzakirəsi  2  m artda  keçirilən  növbəti  iclasda  da  davam   etdirilir.  Erm əni  nüm ayəndələr 

cinayətkarların  şəxsən  yox  üm um i şəkildə,  yəni  yaşadığı  kənd  və  y a   m əhəllə  ilə  birlikdə  m əsuliyyət  daşım ası  və

ziyanın da o  şəkildə, yəni kənd,  m əhəllə və y a  icm alar tərəfindən üm um i  şəkildə  ödənilm əsi  layihəsini tə k lif edirlər. 

Türk  nüm ayəndələr  ziyanın  ödənilm əsinin  əksinə  olm asalar  da,  onun  erm ənilərin  tə k lif  etdiyi  qaydada  həyata 

keçirilm əsinə  etiraz edirlər.

Üm um i m əsuliyyət m əsələsinin əleyhinə  olduğunu bildirən  Ə.  A ğayev  aşağıdakıları deyir:

“B izim   m üzakirələr  m üharibədən  sonra  sülh  konfransı  xarakterini  alır.  A ncaq  m üharibə  olmayıb. 

U ltim atum   verilm əyib,  m üharibə  elan  olunm ayıb,  m üharibəyə  hazırlıq  da  görülm əyib.  B ir  halda  ki,  m üharibə 

olm ayıb,  onda  kontribusiya 

(təzm inat)  barədə 

də 

söhbət  gedə 



bilm əz,  çünki  yalnız 

m üharibədən 

sonra 

təzm inat



ödənilir” .

Q. 


Q arabəyov  ziyanın  ödənilm əsi  m əsələsinin  qırğının  səbəbləri  və  günahkarların  m üəyyən  edilm əsi 

m əsələsi ilə  sıx bağlı olduğunu qeyd edir.

S əd r  Y. M alam a  m üsəlm an  və  erm əni  nüm ayəndələri  arasında  bu  m əsələdə  fikir  ayrılığını  görüb  onun 

həllini  canişinin öhdəsinə buraxm ağı tələb  edir.

B u zam an K.  X atisov ayağa qalxıb ultim atum   şəkildə bəyan edir ki,  erm əni nüm ayəndələri bu m əsələni  açıq 

buraxıla bilm əz,  erm ənilərə  təzm inat  ödənm əsə  qırğın  yenidən  başlanacaq:  ”Bizim   nüm ayəndələrin  h ər gün  aldığı 

saysız-hesabsız  m əktub  və  teleqram lara görə  erm əni  əhalisinin  əhval-ruhiyyəsini  bilirik  və  qəti  surətdə  ərz  edirəm  

ki,  əgər zərər ödənilm əsə,  öz vəzifəm izi yerinə yetirm ək iqtidarında olm ayacağıq...  B ildiririk ki,  sülh m əsələsi  üçün 

zərərin tam  ödənilm əsi lazım dır” .

Ə.  A ğayev  erm ənilərin  “anidən  yox  olm aq  üçün  anidən  peyda  olan”  ələkeçm əz  təşkilatlarının  olduğunu, 

m üsəlm anların  isə  təşk ila tla n   və  qoşunları  olm adığını,  ham ısının  özü-özünü  m üdafiə  etm ək  m əcburiyyətində 

qaldığım   və  erm ənilərin  layihəsinə  m üvafiq  olaraq  ham ısının  günahkar  hesab  olunub  m üflisləşm əyə  m əhkum  

ediləcəyini  deyir:  “Rəsm i  ifadələr  və  şəxslər  tərəfindən  sübut  olunm uşdur  ki,  biz  quldurlardan  və  qatillərdən 

m üdafiə  olunuruq.  B akıda  avqustda  m üsəlm anları  evlərdən,  dam lardan  vurub  öldürdükləri  zam an  belə  idi...  B ir 

tərəfdən  hücum   edən  m ütəşəkkil  ordu,  digər  tərəfdən  qeyri-m ütəşəkkil  xalq  kütləsi  var...  Qoy  bizi  erm əni 

təşkilatlarından  qorusunlar və  onda  biz zərərin ödənilm əsi  barədə danışarıq!  M ən  özüm   bəy  və ağayam .  D eyirəm

ki,  əgər  m ənə  hücum   etsələr,  evlərini  yandıracağam !  Biz  «D aşnaksutyun»un  və  bütün  erm əni  təşkilatlarının 

buraxılm asını tələb  edirik!!!  M ən  buradan  rus  hakim iyyət  dairələrinə  m üraciət  edirəm ,  bizi  erm əni  təşkilatlarından 

qoruyun,  y a   “D aşnaksutyun”u  ləğv edin,  ya da ki,  bizim  təşkilatlanm ağım ıza im kan verin.  Silah  istəyi nonsens  olsa 

da,  ziyanın ödənilm əsi m əsələsi erm ənilərin istədiyi  şəkildə həll olunsa bu qaçılm azdır” .

M üsəlm an nüm ayəndələrdən  Q.  Q arabəyov  da  çıxışında m əntiqli  m ühakim ə  yürüdür:  “Q arətlər zam anı çox 

sayda İran təbəəli m üsəlm an qətlə  yetirilibdir.  O nların ailələri xaricdədir və  onların yerinə  ziyanın  ödənilm əsi  üçün 

kim   iddiaçı  olacaq,  bu m əlum   deyil.  B ununla  yanaşı  h ə r  b ir  İran  fəhləsi  üçün  öz  həyatı  dükançı  erm əni  üçün

dükanından  qarət  olunm uş  m aldan  az  dəyərli  deyil.  Ə gər  500  rubldan  çox  m alı  olm ayan  dükançılar  yüz  m in 

rubllarla ziyan çəkdiklərini  deyirlərsə,  onda hansısa İran ham balı öz həyatını neçəyə  qiym ətləndirm əlidir” .

Sonra  zərəri  m üəyyənləşdirm ək  üçün  kom issiyaların  təşkil  olunm ası  tə k lif  olunur.  Bu  m əsələ  barədə 

Ə.  T opçubaşov  öz  fikrini  belə  ifadə  edir:  «K om issiyalar  yalnız  yerindəcə  narazılıq  ocaqları  yaradacaqlar.  M ən 

onların praktik əhəm iyyətini təsəvvür edə bilm irəm . Zərəri kim  m üəyyənləşdirəcək?..  Şahidlər kim lər olacaq?».

M.  Şahm alıyev  də  deyir  ki,  h ər  b ir  ziyanın  m əbləği  şahid  ifadələrinin  əsasında  m üəyyən  edilm əlidir,  ona 

görə  də  öncədən dem ək olar ki, bu ifadələrdə həqiqət olm ayacaq.

Qeyd olunan m əsələ barədə üm um i  razılığa gəlinm ir və  sədr onun m üzakirəsini bitm iş  elan edir.

Q urultayın  gedişindən  göründüyü  kim i,  ilk  əvvəl  erm əni  nüm ayəndələrinin  fikri  m əsuliyyəti  saxta 

arqum entlərlə  öz  boyunlarından  atıb  türklərin  və  hökum ətin  üzərinə  yıxm ağa  və  daha  sonra  böyük  m iqdarda 

təzm inat  tələb  etm ək  idi.  A ncaq  erm ənilərin  bu  cəhdi  uğursuz  olduqdan  sonra,  yəni  türk  nüm ayəndələrin 

m üqavim əti və  onlar tərəfindən qırğının əsas  səbəbkarı kim i  “D aşnaksutyun” və digər gizli erm əni təşkilatları bəyan 

edildikdən  sonra,  erm ənilər  m övqelərini  dəyişib  başqa  b ir  m anevr  edir  və  nəyin  bahasına  olursa-olsun  təzm inatın 

ödənilm əsini  tələb  edir,  əks  halda  sülhə  nail  olunm ayacağı  və  yenidən  qan  töküləcəyi  ilə  hədələyirlər.  A çıq 

görünürdü  ki,  erm əni  nüm ayəndələrinin  əsas  hədəfi  pul  idi.  Y eri  gəlm işkən  qeyd  edək  ki,  “İveriya”  qəzeti  hələ  30 

noyabr  1905-ci  il  tarixli  sayında  yazırdı:  “Fəhlə  təşkilatının  nüm ayəndəsi  “K .R .L ”  (“K avkazskiy  raboçiy  listok  -

F.V .)  qəzetinə  G əncədən  m əlum at  verir  ki,  Gəncədə  hələ  erm ənilərlə  tatarlar  barışm ayıb,  çünki  erm ənilər 

tatarlardan 4 m ilyon kontribusiya (təzm inat) istəyir” .

Sonra  erm ənilərin  proqram ının  IX  m addəsi,  bəzi  kəndlər  üçün  təhlükəsiz  ərazilərin  ayrılm ası  m əsələsi




m üzakirə  edilir.  İclas  yekdilliklə  kənd  icm alarının  torpaq  sahələrinin  təhlükəsizlik  m əqsədilə  olsa  belə  m əcburi 

qaydada  dəyişdirilm əsinin  arzuolunm az  olduğunu  ifadə  edir.  D aha  sonra  G əncə  (o  dövrdə  Y elizavetpol)  şəhərinin 

türk m əhəllələrində yaşayan erm ənilərin və  erm əni m əhəllələrində  yaşayan türklərin  evlərinin və torpaq  sahələrinin 

dəyişdirilm əsi  m əsələsinə  baxılır.  Erm əni  nüm ayəndələri  Gəncədə  faktiki  olaraq  artıq  m üsəlm an  və  erm ənilərin 

m əhəllələr üzrə  bir-birindən  ayrı yaşadığını və  bu  faktın yalnız hakim iyyətin  sanksiyası ilə  rəsm iləşdirilm əsini  arzu 

etdiklərini bildirirlər.  M üsəlm anlar isə bu m əsələdə  də  istənilən m əcburiyyətin əleyhinə  çıxış edirlər.

3  m art  iclasında  ilk  m üzakirə  olunan  yolların  təhlükəsizliyinin  təm in  olunm ası  m əsələsində  m üsəlm an 

nüm ayəndələri  erm ənilərin  layihəsini  dəstəkləyirlər.  M üsəlm an  proqram ının  yerli  barışdırıcı kom issiyanın  razılığı 

olm adan  inzibati  sürgünlərin  və  m əhkəm ə  hökm lərinin  həyata  keçirilm əm əsinə  d air  X   m addəsi  və  özlərinin  viran 

edilm iş  yaşayış  yerlərinə  geri  qayıtm ağı  arzu  edən  sakinlərin  yerləş dirilm əsinə  dair  XI  m addəsi  isə  erm əni 

nüm ayəndələr  tərəfindən  dəstəklənir.  D aha  sonra  m üsəlm an  proqram ının  XI  m addəsi  üzrə  əhalinin  tərk-silah 

edilm əsi  m əsələsi  m üzakirə  olunur.  Bu  m əsələdə  h ər  iki  tərəfin  nüm ayəndələrinin  öz  aralarında  fikir  ayrılığı 

yaranır.  M übahisələrdən  sonra  erm əni nüm ayəndələr üm um i yekun qətnam ə  qəbul  olunacağı təqdirdə  bu m addənin 

ondan  çıxarılm asını, m üsəlm anlar isə  aşağıdakı redaktədə verilm əsini tə k lif edirlər:

-Tam  sülhün  yaranm asına  və  əm in-am anlığın  bərpa  edilm əsi  üçün  qurultay  tərəfindən  tövsiyə  edilən 

tədbirlərin yerinə yetirilm əsinə qədər tərk- silah prosesi  dayandırılsın.

Sonda  M alam a  h ər  iki  tərəfin  təqdim   etdiyi  proqram   üzrə  bütün  m əsələlərin  artıq  m üzakirə  olunduğunu, 

yalnızca  qırğının  səbəbləri, tarla işləri  və  köç prosesi  zam anı təhlükəsizlik tədbirləri  barədə  kom issiyaların m üvafiq 

qərarlarının  dinlənilm əsinin  və  bundan  sonra  bütün  m əsələlər üzrə  əldə  olunm uş  razılığın  yekun  qətnam ə  şəklində 

qəbul  olunm asının qaldığını söyləyib  iclası bağlı elan edir.

4  m artda iclas  başlam azdan  əvvəl  qurultay nüm ayəndələrinin  canişin V orontsov-D aşkov və  köm əkçiləri  ilə 

üm um i planda fotoşəkilləri çəkilir.  Sonra iclas  Peterson tərəfindən yekun qətnam ə  layihəsinin oxunm ası ilə  açılır və 

tez  də  sona  yetir.  O nun  gedişatında həm   yekun  qətnam ə  layihəsi,  həm   də  üm um ilikdə  qurultayın  faydası  və

zəruriliyi barədə üm um i fikirlər səslənir.

H əm in  gün  İrəvan  qubernatoru  V.  F.  T izenqauzenin  rəhbərliyi  altında  köç  m əsələlərinə  baxılm ası  üzrə  və 

əhali  tərəfindən tarla   işlərinin  m aneəsiz  həyata keçirilm əsinin təm in  olunm ası üzrə  kom issiyalarının  işi yekunlaşır 

və m üvafiq qərar layihələri  hazırlanıb qurultayın  sədarətinə təqdim   olunur.  B u qərar layihələrində tarla işləri və köç 

zam anı  hökum ət  və  əhali  tərəfindən  görüləcək  tədbirlər  qrafik  üzrə  tənzim lənir  və  tərəflər  üzərinə  m üəyyən 

öhdəliklər  qoyulur.  (K om issiyaların  protokolu  və  qeyd  olunan  layihələrin  m ətni  “K avkaz”  qəzetinin  10  m art 

1906-cı il tarixli  sayında çap olunm uşdur).

5  m art axşam   saat  9-da q ra f və  qrafinya V orontsov-D aşkovların dəvəti  əsasında  canişinlik  sarayının  Bəyaz 

zalında  qurultay  nüm ayəndələrinin,  öz  xanım ları  ilə  birlikdə  dövlət  m əm urlarının  və  gürcü  zadəganlarının  iştirakı 

ilə  qəhvə  içm ə  m ərasim i  keçirilir.  M ərasim də  kapelm eyster  (dirijor)  M aşnerin  rəhbərlik  etdiyi  hərbi  orkestrin 

ifasında  səslənən  klassik  m usiqi 

əsərlərinin 

sədaları altında  qeyri-rəsm i 

şəraitdə m üəyyən 

m əsələlər 

barədə  fikir

m übadiləsi  aparılır.

6  m artda  qurultayın  son  iclası keçirilir.  İclasda  canişin İ. V orontsov-D aşkov geniş  nitq  söyləyib  qurultayın 

işində  sülhün  əldə  olunm ası nam inə  daha  çox  real  tədbirlər  planı hazırlanacağını gözlədiyini  təəssüflə  açıqlayır və 

b ir  daha  qurultay  nüm ayəndələrini  nüfuzlarından  istifadə  edərək  öz  soydaşlarına  təsir  göstərm əyə  çağırır. 

Q urultayın  açılış  iclasında  olduğu  kim i  bu  dəfə  də  canişinin  çıxışından  sonra  arxim andrit Y.  M uradyanın  dilindən 

onun ünvanına tə rif və təşəkkür dolu sözlər yağdırılır.

D aha  sonra  canişinin  qurultayda  m üzakirə  olunan  m əsələlərə  dair  rəy  və  təkliflər  əsasında  qəbul  etdiyi 

aşağıdakı qərarnam əsi oxunur:

1)  Cari  ildə  köç  prosesinin  tənzim lənm əsi  və  əhalinin  tarla   işləri  ilə  m əşğul  olm asının  təm in  olunm asına 

d air kom issiyaların qərarları təsdiq olunsun;

2)  C anişin yanında erm əni və m üsəlm anlardan seçilm iş  sülhm əram lı m əşvərət şurası təsis  edilsin;

3)  Eyni əsaslarla qubernatorlar və  qəza rəisləri yanında barışdırıcı kom issiyalar yaradılsın.

Q ərarnam ədə  eyni  zam anda  qurultay  zam anı  m üzakirə  edilib  irəli  sürülm üş  digər  m əsələlərin

(m üsəlm anların  hüquqlarının  digər  xalqlarla  bərabərləşdirilm əsi,  yolların  təhlükəsizliyin  təm in  olunm ası,  polis 

idarələrinin  yenidən  təşkilatlandırılm ası və  s.)  də  həll  olunm ası üçün  canişin tərəfindən  təxirəsalınm az  tədbirlərin 

görüləcəyi qeyd olunur.

Q ərarnam ənin  2-ci bəndinə  uyğun  olaraq  canişin  şurası yanında xüsusi m əşvərət  şurasına  general-leytenant 

Y .D .  M alam anın  təklifi  ilə  m üsəlm an  nüm ayəndələrdən  Ə lim ərdan  bəy  Topçubaşov,  Ə sildar  bəy  Qazanalipov, 

A llahyar bəy  Zülqədərov,  İbrahim   bəy  V əkilov  və  M əm m əd  bəy  Şahm alıyev  -  üzv,  A dilxan  Ziyadxanov,  M ustafa 

bəy  Em inov və  M əhəm m əd  ağa  Şahtaxtinski  -  nam izəd,  erm ənilərdən  isə  A.A.  K alantar,  S.S. A rutyunov,

A.İ.  X atisov,  Q.N.  Stepanov  və  L.İ.  Q uliyev  -  üzv,  L.D.  Sarksyan,  A.B. A rakelyan  və  A.Z.  Saruxanyan  -  nam izəd 

seçilirlər  [7,  14  m art].  B u  m əşvərət  şurası  qurultaydan  sonra  m ütəm adi  olaraq  toplanır  və  sülhün  bərqərar  olm ası 

üçün  görüləsi  zəruri  tədbirlər  üzərində  işləyirdi  (Q eyd  olunan  toplantılar  barədə  ətraflı  m əlum at  üçün  bax: 

“Tiflisskiy listok” qəzetinin  1906-cı ilin aprel-m ay sayları (N°  64,  72,  81,  102,  109)).

Q urultayın  sonunda  türk  nüm ayəndələrin  adından  İsrafil  H acıyev  söz  alıb  bunları  söyləyir:  “B uradan 

gedərkən  ham ım ız  səm im iyyətlə  üm id  edirik  ki,  q ra f V orontsovun  görəcəyi  tədbirlər  nəticədə  dayanıqlı  sülh,  tam



sabitlik  və  yeniləşm iş  həyat  gətirəcək,  axıdılm ış  qanların  yerinə  qızılgüllər  bitəcək.  A ncaq  bir  halda  ki,  bizim  

yeniləşm əm iz əsasən təhsil  sayəsində m üm kün olacaq,  onda qoy bu  qızılgüllər buketi  Q afqazda ali təhsil m üəssisəsi 

olsun,  hansı  ki,  hazırkı  canişin  q ra f  V orontsov-D aşkovun  zam anında  açılm alıdır.  Qoy  əlahəzrət  bu  ali  təhsil 

m üəssisəsini  açsın  və  bu  m üəssisə  onun  Q afqazda  insani-m aarifpərvər  fəaliyyətinin  canlı  abidəsi  kim i  burada 

qalsın.”

İ. H acıyevin bu  çıxışı  sürəkli  alqışlarla qarşılanır.

B undan sonra (saat  16:35-də) Y akov M alam a qurultayın işini bitm iş  elan edir.

Q urultay  sona  yetdikdən  sonra  Tiflis  m ətbuatında  onun  m ahiyyətinə  və  nəticələrinə  həsr  olunm uş  geniş 

yazılar  dərc  edilir.  “K avkaz”  qəzetində  yayım lanm ış  belə  yazılardan  birində  qurultayda  iştirak  edən  m üsəlm an 

nüm ayəndə  heyətinin  tərkibinə  toxunularaq,  onun  dar  dünyagörüşlü  dini  fanatiklərdən  deyil  təhsilli  ruhanilərdən, 

m ətbuat  təm silçilərindən,  vəkillərdən,  pedaqoqlardan,  m əm urlardan  və  digər  m ədəni  peşə  sahiblərindən  ibarət 

olduğu vurğulanır və  qurultayın iclaslarında m üsəlm an nüm ayəndələrin  ağızlarından A vropa təhsili  alm ış insanların 

bütün  m illi,  dini,  iqtisadi,  m ədəni və  dövlət  m əsələlərinə  geniş  və  hum anist  baxışlarını  əks  etdirən  nitqlərin

səsləndiyi ifadə  olunurdu  [4,  №  56].

Q urultayda m üzakirə  olunm uş  və  ortaq m əxrəcə  gəlinərək  qəbul  olunm uş  qərarlar,  o  cüm lədən köç  prosesi 

xüsusi  nəzarətə  götürülür.  1906-cı  ilin  yazında  B orçalı  qəza  rəisi  Tiflis  qubernatoruna  m üraciət  edib  ondan  yay 

m övsüm ünün  əvvəlində  yaylaqlara köçün  başlanm ası ilə  əlaqədar  qəzaya  30  polis  m ühafizəçisinin  göndərilm əsinə 

qərar verm əsini  xahiş  edirdi.  O,  m üraciətində  qubernatora qəza ərazisində  11  m üvəqqəti  yay postu  qoyulm ası üçün 

üm um ilikdə  54  m ühafizəçi,  daha güclü  nəzarətin təşkil  olunm ası üçün  isə  177  m ühafizəçinin  tələb  olunduğunu  da 

bildirirdi  [5, №   80].

1906-cı ilin m art-aprel  aylarında dövlət tərəfindən türk-erm əni  silahlı m ünaqişəsinin nizam lanm ası ilə  bağlı 

görülən  tədbirlərlə  yanaşı,  m üsəlm anlara  təhsil  hüquqları  verilm əsi  ilə  bağlı  da  b ir  sıra  addım lar  atılır,  bu  yöndə 

bəzi  yasaqlar aradan  götürülür.  R usiya X alq  M aarifi  N azirliyi  bütün təhsil  dairələrinin  m üdirlərinə  m üsəlm anların 

təhsil  m üəssisələrində  tədrislə  m əşğul  olm alarına  və  tələbə  təqaüdü  alm alarına  qadağa  qoyan  bütün  inzibati 

qərarların ləğv olunduğu barədə bildiriş  göndərir  [5, №   64].

Sülh  qurultayına  paralel  olaraq,  3  m art  1906-cı  ildə  Tiflisdə  qızlar  üçün  M üqəddəs  N ina  təhsil 

m üəssisəsində  canişinin  xanım ı  qrafinya  Y.A .  V orontsova-D aşkovanın  m addi  vəsaiti  ilə  inşa  edilm iş  m üsəlm an 

ibadətxanasının  və  üm um i  sayı  50  nəfərdən  ibarət  olan  m üsəlm an  tələbə  üçün  ilahiyyat  və  ana  dilinin  tədris 

olunacağı  ayrıca  sinfin  açılış  m ərasim i  keçirilir.  Q rafinya  Y.A .  V orontsova-D aşkova,  Tiflis  qubernatoru  baron

P.A.  R auşfon-Traubenberq  və  türk  ziyalıların,  o  cüm lədən  qurultay  nüm ayəndələrinin  iştirak  etdiyi  tədbirdə 

M üqəddəs N in a m əktəbinin I  sin if şagirdi  Səlimə  T erequlova qrafinyanı  salam lam a nitqi  söyləyir və  ona m üsəlm an 

cəm iyyətinə  göstərdiyi  qayğıya  görə  təşəkkür  edir.  A rdınca  xüsusi  sinifdə  ana  dili  və  ilahiyyat  fənlərinin  tədrisi 

üçün  dəvət  olunm uş  m üfti  H üseyn  Ə fəndi  Q ayıbov  çıxış  edib  ibadətxananın  və  özəl  sinfin  yaranm a  tarixindən 

danışır  və  onların  m üsəlm anlar  üçün  əhəm iyyətini  dəyərləndirir.  Sonra  çıxış  üçün  söz  qrafinyanın  özünə  təqdim  

edilir.  C anişinin xam m ı nitqində  m üsəlm an tələbələr üçün  ibadətxananın  açılm ası  ilə  bağlı  sevinc  hissi  keçirdiyini 

bildirir  və  bunun  gələcəyin  anaları  olan  m üsəlm an  qızlarının  dini  ruhda  tərbiyə  olunm alarına  zam in  yaradacağına 

əm in  olduğunu  ifadə  edir. Tədbirdə  iştirak  edən  türk  ziyalılardan  Əhm əd  bəy  A ğayev  və  Ə lim ərdan  bəy

T opçubaşov  çıxış  edərək m üsəlm an  qadınlarının  ictim ai  fəaliyyətdən  uzaq düşm əsinin  İslam   dini  ilə  heç  bir əlaqəsi 

olm adığını  və  m üsəlm anlığın  yayıldığı  ilk  əsrlərdə  m üsəlm an  qadınlarının  ictim ai  həyatda böyük  rol  oynadıqlarını 

ifadə  edirlər.  Bu  çıxışlardan  sonra  Y.  A.  V orontsova-D aşkova  B akı  m üsəlm an  qadınlarını  xeyriyyə  cəm iyyətinin 

təbrik  teleqram ını  oxuyur.  Elə  bu  cəm iyyətin  adından  da  canişinin  xanım ına nəfis  tərtibatlı  Q urani-K ərim   hədiyyə 

olunur.  Şəriət  m üəllim i  H üseyn  əfəndi  Q ayıbova  isə  tələbələrə  paylam ası  üçün  Əhm əd  bəy  A ğayevin  m üəllifi 

olduğu “İslam  dinində  və  İslam aləm ində  qadın” kitabçaları təqdim  olunur [4, №  53].

“Tiflisskiy  listok”  qəzeti  14  aprel  1906-cı  il  tarixli  sayında  Cənubi  Q afqazın  m üsəlm an  əhalisini  ən  çox 

narahat  edən  problem in  təhsil,  xüsusilə  də  qızlar  üçün  təhsil  m üəssisələrinin  açılm ası  problem i  olduğunu,  bu 

m əqsədlə  təhsil  m üdirinin  m üavini  L.  Q.  Lopatinskinin  sədrliyi  ilə  xüsusi  kom issiyanın  yaradıldığını  və  canişin 

tərəfdən bu kom issiyanın aşağıda adları çəkilən üzvlərdən ibarət siyahısının təsdiq olunduğunu yazırdı:

Cənubi  Q afqaz  m üftisi  H üseyn  əfəndi  Qayıbov,  C ənubi  Q afqaz  şeyxülislam ı  axund  Ə bdüssəlam  

A xundzadə,  canişin  yanında  xüsusi  tapşırıqlar  üzrə  m əm urlar  -  kum ık  əsilli  Ə sildar  bəy  Q azanalipov  və  A llahyar 

bəy  Zülqədərov,  Q afqaz  hərbi  dairəsinin  qərargahının  tərcüm əçisi  M irzə  Ş ərif  M irzəyev,  Tiflisdə  m üsəlm an 

xeyriyyə  cəm iyyətinin sədri  İbrahim   ağa  V əkilov,  m ilis  praporşiki  N ad ir  bəy  Y adigarov,  Tiflisdə  m üsəlm an

m əktəbinin 

m üdiri 

İbrahim  

bəy 

Terequlov, 



K utaisin 

general-qubernatoru, 

general-m ayor 

M aqsud


Ə lixanov-A varskinin arvadı Zərribəyim  xanım   Əlixanova,  xan  arvadı N isə  xanım   Q affari-İbrahim bəyova,  dul  qadın 

H əm idə  xanım   D avatdarova  (Cavanşir),  Z aqafqaziya  Qızlar  İnstitutunun  m üfəttişi  P.E.  M elger  və  Q afqaz 

m uzeyinin direktoru A.N.  Koznakov.

1  gildiyalı  B akı  taciri  H acı  Z eynalabdin  Tağıyev  sözügedən  kom issiyaya  fəxri  sədr  seçilir.  C anişinin 

köm əkçisi  N ikolay  A leksandroviç  Sultan-G əraydan  bu  barədə  yazılı  m əlum at  alan  Z.  Tağıyev  cavab  m əktubu 

göndərib ona göstərilən yüksək ehtiram a görə təşəkkür edir və bu fikirləri  söyləyir:

“M ən  həm işə  hesab  edirdim   və  bu  gün də qəti  şəkildə  öz  dəyişm əz  qənaətim   üzərində  dururam   ki,  bizim

diyarın yalnız təhsilli  və  ciddi m aarifləndirilm iş  m üsəlm an  anaları bizim  m üsəlm anları avam lıq və  gerilik  azarından




xilas  edəcəkdir.  M ənim   bu  qənaətim   İslam ın  və  onun  böyük  m üəllim inin  həqiqi  ruhu  ilə  uyğunlaşır.  Bu  əsaslara 

daim   riayət  edərək,  m ən 

im kanım   daxilində 

onları  həm  

sözdə,  həm  

də 


işdə 

öz  dindaşlarım ın 

şüuruna  yeridirdim .

A ncaq  İslam ın  özünə  əlverişsiz  və  düşm ən  olan  elə  tarixi  şərait  yaranırdı  ki,  bu  istiqam ətdə  b ir  nəfərin  cəhdləri 

yetərsiz  idi.  V əzifə  səlahiyyətinə  m alik  olan  və  əhalinin  ehtiyaclarına həssaslıqla yanaşan,  onları  razı  salm aq  üçün 

və iş  nam inə  form allıqlardan əl çəkm əyə hazır olan şəxslərin təşəbbüsü lazım  idi.

M üsəlm an  qadınların  təhsili  m əsələsində  ilk  növbədə  iş  xatirinə  üm um i  faydasız  şablonları  inkar  etm ək 

gərəkdir,  heç  olm asa  ilk  zam anlarda  m əktəb  quruluş  və  təşkilinə  görə  m üsəlm anların  əsrlərdir  form alaşm ış 

düşüncəsinə  çox toxunm ayan,  onlar üçün m üm kün və m əqbul  olm alıydı, b ir sözlə m əktəbi b ir qədər islam laşdırm aq 

lazım   idi,  ancaq heç  kəs  buna  cürət  etm irdi  və  şablon  qələbə  çalırdı.  Bəzən  hətta  ayrıca  şəxslərin  bu  yöndə  səyləri 

də  bu  şablonda  dağılırdı  və  m üsəlm anların  xalq  təhsili  və  m ədəni  inkişafı  işi  onların  və  dövlətin  böyük  ziyanına 

donm a nöqtəsində  qalırdı”  [5, №   80].

1906-cı  ilin  yaz  aylarında  m ətbuatın  gündəm ini  m əşğul  edən  m əsələlər  sırasında  rus  çarı  II  N ikolayın 

dekabr  1905-ci  ildə  verdiyi  fərm ana  əsasən  R usiyanın  ilk  qanunverici  nüm ayəndələr  m əclisinə  D övlət  D um asına 

keçirilən seçkilər də  önəm li y er alırdı.  H əm in dövrdə  Tiflis quberniyasında da seçkilərə ciddi  hazırlıq görülürdü.

m ay  1906-cı  ildə  şəhər  başçısı  v.i.e.  knyaz  V asiliy  Çerkezovun  sədrliyi  ilə  T iflisin  h ər  10  m əhəlləsinin 



seçki  kom issiyasının  üzvlərinin  iclası  keçirilir.  Tədbirdə  m əhəllə  seçki  kom issiyalarına  sədrlər  seçilir;  türklərin 

yaşadığı  V I  m əhəllənin  seçki  kom issiyasının  sədri  vəzifəsinə  R əşid  bəy  A xundov  seçilir  [5,  №   91].  T iflisin 

m üsəlm an  əhalisi  tərəfindən  isə  seçkiçilər  (D um aya  deputatların  seçilm əsini  təşkil  edənlər)  qism ində  fəaliyyət 

göstərm ələri  üçün  Tiflis  quberniyasının  şiə  m əclisinin  sədri  H acı  A xund  M övlazadə,  poruçik  H üseyn  bəy 

Y adigarov  və  m üəllim lər  —   B axşəli  bəy  M əhərrənbəyov  və  Ə ləddin  əfəndi  Sübhanqulov  təqdim   olunurlar  [5,  №  

91].


26  m ay  1906-cı  ildə  keçirilm iş  Tiflis  quberniyasının  seçki  yığıncağında  təsdiq  olunm uş  seçkiçilərin 

siyahısında  m üsəlm anlardan  O.U.  Sadıqov  (savadlı,  əkinçi  -  B orçalı  qəzası  üzrə),  M .A.  Pəhləvandov  (iri  torpaq 

sahibi,  m ilis  praporşiki,  savadlı  -  A xalkələk  qəzası  üzrə),  M.  M övlud-oğlu  (iri  torpaq  sahibi,  “tatarca”  təhsilli  - 

A xalsıx qəzası üzrə) və  L.  A dəm oğlunun (iri torpaq  sahibi, türkcə təhsilli)  adlarına rast g əlinir [5,  №   105].

“Tiflisskiy  listok”  qəzetinin  1906-cı  ilin  10  iyun  sayından  ədəbiyyatşünas-publisist  H üseyn  bəy 

M inasazovun  Tiflis  seçkiçilər  kom issiyasının  üzvü  olduğu  bəlli  olur  (Q eyd  edək  ki,  “Tiflisskiy  listok”un  9  m art 

1906-cı  il  tarixli  54-cü  sayında  H.  M inasazovun  “R usiyada  m üsəlm an  m əsələsi  və  V.İ.  Ç erevanski”  başlıqlı 

irihəcm li m əqaləsi çap olunm uşdur).

“Tiflisskiy listok”dan daha 2 m əlum at:

-  İranın  K əlküttədəki  baş  konsulu  M irzə  M ahm udxan  M üfəhhüm us-Sultan  bu  ölkənin  T iflisdəki  baş 

konsulu  vəzifəsinə  təyin  edilir  və  1906-cı  ilin  aprel  ayının  ortalarında  yeni  vəzifəsinin  icrasına  başlam ası  üçün 

H indistandan Tiflisə gəlir.  M irzə  M ahm udxan A vropada ali təhsil  alm ışdı və  İranın V yanadakı elçisinin  qardaşı idi. 

İranın  Tiflisdə baş  konsul  vəzifəsini  m üvəqqəti  icra  edən  İsm ayıl  xan  isə  bu  ölkənin  A şqabaddakı  siyasi

agentliyinin idarəçisi vəzifəsinə təyin olunur  [5, №   85].

M üsəlm an  qəssabları  rəhbərliyə 

m üraciət 

edərək  sallaqxanalarının 

olm adığını 

bildirir  və 

təkidlə  VI

m əhəllədə  onlara  ayrıca  sallaqxana  açm alarını  xahiş  edirlər.  M əsələ  ilə  əlaqədar  poruçik  H üseyn  bəy  Y adigarov 

şəhər  rəhbərliyinə  özünün  sözügedən m əhəllədə  yerləşən  və  sallaqxana  üçün  m ünasib  olan torpaq  sahəsini  alm ağı 

tə k lif edir [5, №   121].

B ir  sıra  m ühüm   tədbirlərin  görülm əsinə  baxm ayaraq,  C ənubi  Q afqazda  m illi  zəm ində  qeyri-stabillik 

1906-cı ilin  oktyabrına qədər davam   edir.  Tiflis  şəhərində  də  açıq  döyüşlər baş  verm əsə  belə,  örtülü  qarşıdurm a və 

üm um i  gərginlik  səngim ir.  B unu  o  dövrün  Tiflis  m ətbuatında  və  arxiv  sənədlərində  əks  olunm uş  krim inal  xronika 

da təsd iq  edir:

28  aprel  1906-cı  ildə  günorta  saat  1-də  M alakov  qardaşlarının  T ünd  cərgələrdə  yerləşən  m ağazasının 

qarşısında  M əşədi  H üseynəli  A dıgözəl  oğlu  adlı  b ir türk  revolverdən  atılan  güllə  ilə  öldürülür.  C inayətkar hadisə 

yerindən  qaçıb  gizlənir.  İstintaq tədbirləri  nəticəsində  caninin  M alakov  qardaşlarının m ağazasından  atəş  açdığı  və 

bu  zam an  onun  yanında m ağaza sahiblərindən b aşq a tacir Torobobçev,  X orsin  M artirosyan və Y egişe  Şinarakyants 

adlı şəxslərin  də  olduğu m üəyyən  edilir.  Q ubernatorun göstərişi ilə  adları çəkilən  adam ların ham ısı həbs  olunur  [5, 

№   91].

H əm in gün günorta  saat  3-də  VI  m əhəllədə  yerləşən  M irzoyev  küçəsində  Şahnazarovun  evinin  yanında  iki 

nəfər  nam əlum   şəxsin  Q urban  C əfər  oğlu  adlı  türkü  revolverlə  güllələm ək  cəhdlərinin  qarşısı  yalnız  həm in  anda 

yolla  keçən  İlo  A bzisenidze  və  Simon  T siklaurinin  m üdaxiləsi  nəticəsində  alınır.  C inayətkarlar  qaçıb  gizlənirlər, 

adları  çəkilən  X arpuxlu  gürcülər  isə  həyatını  xilas  etdikləri  Q urban  C əfər  oğlunu  V orontsov  küçəsinə  qədər 

ötürürlər  [5, №   91]

-  4  iyuna  keçən  gecə  Tiflisdə,  M eydan  m əhəlləsində  anlaşılm azlıq  nəticəsində  güclü  atışm a  baş  verir  və 

yalnız güclü tufan-ildırım  nəticəsində  dayanır  [5, №   121].

-  27  iyun  günorta  saat  2-də  VII  m əhəllədə  revolver  və  xəncərlə  silahlanm ış  3  şəxs  Cənubi  A zərbaycanlı 

H əşim  Fəttah  oğlunu qarət edib  100  rublunu və m etal  saatını əlindən alır,  sonra da göyə  2  atəş  açaraq  qaçıb gizlənir 

[5, №   136].

-  24  iyul  1906-cı  ildə  axşam   saat  5  radələrində  Tiflis-Q arayazı  yolunun  3  verstliyində  öz  aralarında




erm ənicə  danışan  4  silahlı  cinayətkar  T iflisdən  kəndlərinə  dönən  Q arayazı  nahiyəsinin  sakinləri  M usa  M əm m əd 

oğlunu  və  A lm əm m əd  A lı  oğlunu  qarət  edir;  onları  revolverlərlə  hədələyib  arabadan  endirir  və  52  rubl  dəyərində 

m allarım   və  78  rubl  pullarını  əllərindən  alıb  M antaşovun m alikanəsində  gizlənir.  Bu  hadisədən  2  saat  sonra həm in 

ərazidə  şəhərdən  öz  evinə  qayıdan  başqa b ir  Q arayazılı  -  Q aracalar kəndinin  sakini  R əsul  B ayram ov  qarət  olunur. 

C inayətkarlar  onun  m al-qarasının  satışından  əldə  etdiyi  100  rubl  pulunu  alıb  yenə  də  M antaşovun  m alikanəsi 

istiqam ətində  qaçıb gizlənirlər  [5,  31  iyul].

-  1906-ct il  avqust ayının 4-də gecə  Tiflisdə, A vlabar m əhəlləsində  ilk türk  sosial-dem okratlardan olan  Əziz 

M əhəm m ədoğlu  adlı  nüfuzlu  şəhər  sakini  erm ənilər  tərəfindən  vəhşicəsinə  öldürülür  və  cəsədi  tanınm az  hala 

salınır.  B u barədə  Ö m ər Faiq N em anzadə  “Ü m id”  im zası ilə  “İrşad”  qəzetinin  12  sentyabr  1906-cı  il  tarixli  214-cü 

sayında çap etdirdiyi  “Ə zizin cənazəsi” adlı m əqaləsində  yazırdı:

“M üsəlm an  sosial-dem okratlarından  ən  qeyrətli,  fail  və  iş  görənlərdən  Əziz  M əhəm m ədoğlunu  avqustun 

4-cü gecəsi erm əni m əhəlləsi A vlabarda vəhşicə  öldürüb yolun kənarına tulluyublar.

M ərhum   qayət  şəci,  beş-on  m əlunu  birdən  əzəcək  igidlərdən  olduğundan,  gecənin  hansı  vaxtında  olursa, 

A vlabardan  keçib  xidm ət  etdiyi  sallaxanaya  gedərdi.  Qətl  olunan  gecə  də  yalnızca  A vlabardan  keçib  sallaxanaya 

gedirm iş.  N əşinin  tapıldığı  yerdə  qan  əsəri  olm adığından  görünür  ki,  m ərhum   özgə  tən h a  bir  yerə  bir  bəhanə  ilə 

aparılıb,  beş-on adam  birdən üstünə tökülüblər.

M ərhum un  xəncərlər  ilə  başını,  döşünü,  böyürlərini  deşik-deşik  ediblər.  Q ulaqların  kəsib  öldürəndən 

m əlunə  aparıblar.

Əziz M əhəm m ədoğlu qəssab idi.  İşini nam us və halal ilə görm əklə bərabər cam aat işinə  də  əl  qatıb füqəraya 

köm ək edərdi.  Savad və  elm sizliyi  ilə bərabər qayət həm iyyətli,  qanacaqlı, fəqir və  kasıblar üçün fədakaranə  çalışan 

igid  bir  cavan  idi.  Öz  m əsləki  olan  sosial-dem okratlıq  yolunda  həqq  ilə  çalışıb,  özlərini  ham ı  Tiflis  cam aatına 

tanıtm ış,  şəci,  riyasız, qorxusuz,  doğruçu,  insaniyyətli nadir b ir vücud idi.

M ərhum   axır  vaxtlarda  Tiflis  ham am larında  çalışan  fəqir  və  kasıbların  m əvaciblərini  artırıb  b ir  qədər 

insanca m əişət etm ələrinə  artıq m ərtəbədə köm ək edirdi.  Və  qoym urdu ki,  özgələrin  alın təri  ilə keçinm əyə  öyrənən 

m ü fə x o r xozeynlər əmələ və  fəqirlərə  zülm  etsin”  [9,  s.  115-116].

Əziz  M əhəm m ədoğlunun  cənazəsi  8  avqustda  M ixail  (M ixaylovski)  xəstəxanasından  qaldırılıb  m üsəlm an 

qəbiristanlığına gətirilir və burada m əzarı üstündə edilən  çıxışlardan sonra torpağa tapşırılır.

Q afqaz  Polis  m üdirinin  Tiflis  M ühafizə  Şöbəsinə  yazdığı  26  avqust  1906-ct  il  tarixli,  6038  saylı  «tam 

m əxfi»  və  «təcili»  qrifli  m əktubunda  erm əni-türk  qırğınından  b ir neçə  ay  əvvəl  N axçıvan  sakini  H acı  M ir  Bağırın 

Tiflisdə  10-12 nəfər  m üsəlm andan  ibarət  kom itə  yaratdığı  və  m üsəlm anlar  arasında  hökum ət  əleyhinə  ideyalar

səsləndirdiyi,  b ir  din  adam ı  olaraq  m üsəlm anlar  arasında  nüfuzundan  istifadə  edərək,  onları  erm ənilərə  qarşı 

təşkilatlandırdığı,  silah  alm aq  üçün  pul  yığıb  silahlı  m uzdlu  drujinalar  yaratdığı  barədə  m əlum at  verilirdi. 

M ənbədən  H acı M ir  B ağırın  qırğın  zam anı Tiflisdə  İran konsulluğunda daldalandığı və  buradan  erm ənilər əleyhinə 

təbliğatyönlü fəaliyyət apardığı bəlli olur.  B una görə ondan konsulluğu tərk etm ək tələb olunur və  o, geri N axçıvana 

qayıdır.

G M T A -da  «N axçıvan  şəhərinin  sakini  H acı  M ir  B ağır  tərəfindən  «Üm um m üsəlm an  kom itəsinin  Tiflis 

şöbəsinin»  yaradılm ası»  başlıqlı  dosyedə  saxlanılan  m əktubda  polis  m üdiri  H acı  M ir  B ağırın  yenidən  Tiflisdə 

peyda  olub  «Ü m um m üsəlm an  kom itəsinin  T iflis  şöbəsi»  adlı  bir  təşkilat  yaratdığını  qeyd  edərək  yazırdı:  “Bu 

günlərdə  tatarca  intibahnam ələr  çap  edib  kom itə  adından  İran  təbəəli  tacirlərə  paylayıb.  İntibahnam ələrdə 

m əqsədlər üçün  pul  toplanm ası  yazılıb.  O nun  bu  intibahnam əni  verdiyi  şəxslərdən  tacirlər  -  N axçıvan  sakini  Qulu 

və V I m əhəllədə yaşayan İrəvan sakini K ərim in adı bəllidir” .

N əticədə  Tiflis  şəhərinin  baş  m ollası  olan  və  M əşədi  Əli  C əfərov  adlı  şəxsin  N əbatat  bağı  yaxınlığında 

yerləşən  evində  yaşayan  H acı M ir  B ağır  M etex həbsxanasına  salınır.  O nun  yaşadığı  evdə  aparılm ış  axtarış  zam anı 

heç  nə  tapılm ır.  M əktubda  adı  keçən  naxçıvanlı  Qulu  N axacan  oğlu  Z əkiyev  də  həbs  olunub  M etex  türm əsinə 

salınır  [1,  fond  83,  siyahı  1, iş  №  252].

M Ə N B Ə L Ə R :

1.  G ürcüstan M illi  T arix Arxivi.

2.  “Tsnobis purtseli” qəzeti,  1906.

3.  «İveriya» qəz.,  1906.

4.  “K avkaz” qəz.,  1906.

5.  “T iflisskiy listok” qəz.,  1906.

6.  “V ozrojdeniye” qəz.,  1906.

7.  “N ovoye  obozreniye” qəz.,  1906.

8.  V.  M ayevski.  Q afqazda erm əni-tatar  qırğını erm əni  m əsələsinin m ərhələlərindən  biri  kimi.  M art  1906-cı 

il,  Bakı,  1995.

9.  Ö.  F. N em anzadə.  Seçilmiş  əsərləri  (hazırlayan:  Ş.  Q urbanov),  Bakı, 2006.



Yüklə 140,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə