Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İkt ili” çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqaləm



Yüklə 37,13 Kb.
tarix27.03.2018
ölçüsü37,13 Kb.
#35197

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İKT ili” çərçivəsində “Respublikada “Elektron Hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqaləm

 Qeydiyyat nömrəsi: 057



Razim HÜSEYNOV

razimhuseynov@gmail.com

 ''Elektron Hökumət" nədir? Bizə nələr vəd edir?



Elektron Hökumət nədir?

Bəşəriyyət, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafının təsiri altındadır. informasiya texnologiyaları günümüzdə təşkilatlatların strukturuna,işləmə prinsipinə, performansına və dəyişməsinə təsir edən əsas amillərdən biridir.Artıq cəmiyyətimiz informasiya texnologiyaları ilə formalaşır və müəssisələrdə kağızlar, imzalar, möhürlər öz yerini "byte" lara verir.

sened.jpg
"Smart government" olaraq bilinən "Elektron Hökumət"i,dövlət sturukturları daxilindəki sənədləşmə prosedurları, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətləri informasiya texnologiyalarının vasitəsi ilə həyata keçirmə prosesi kimi tərif etmək olar.Elektron hökumət klassik dövlətdən göstərilən xidmətlərin daha sürətli,zaman və maliyyə cəhətdən daha səmərəli olması ilə fərqlənir.Bunu aşağıdaki cədvəldə aşkar görmək olar


Klassik Dövlət

Elektron Hökumət

Passiv vətəndaş

Aktiv müştəri və vətandaş

Kağız üzərində xəbərləşmə

Elektronik xəbərləşmə

İyerarxik struktur

Üfiqi və koordinasiyalı şəbəkə

Müəssisənin informasiya yükləməsi

Vətandaşın informasiya yükləməsi

Məmurun cavablaması

Avtomatik elektron məktub,onlayn xətt

Məmurun köməyi

Onlayn müştəri xidməti,istifadə təlimatları

Məmur nəzarəti ilə yoxlanış

Avtomatik yoxlama mexanizması

Nəğd pul köçürmə

Elektronik pul transferi

Monotip xidmət

Fərdiləşmiş xidmət

Yüksək maliyyə xərcləri

Az maliyyə xərcləri

Tək istiqamətli xəbərləşmə

Şəbəkə xəbərləşməsi

Qapalı dövlət

Leğitim dövlət


Düzgün seçilmiş Elektron hökumət modeli, ölkənin iqdisadi və içtimai-siyasi inkişafına,həyat standartlarının yüksəlməsinə və demokratiyanın güclənməsinə böyük təsir göstərir.

Elektron hökümət bərabərində Elektron ticarət və Elektron Demokratiyanı da gətirir.Bunu aşağıdaki şəkildə daha aydın görmək olar

e-dovlet strukturu.jpg

Şəkildə göründüyü kimi qloballaşan dünyada və yeni informasiya texnologiyalarının köməyi ilə yaranan informasiya cəmiyyətində,hüquqi və fiziki şəxs lazımi xidmətləri Elektron hökumət vasitəsi ilə həyata keçirir.

Azərbaycanda Elektron Hökumət

Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq electron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.Artıq Elektron sənəd dövriyyəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyidə, Elektron HRM – Kadrların İdarəolunması sistemi Heydər Əliyev Fondunda,E-Təhsil sistemi isə 20 dən çoz orta təhsil məktəbində artıq tam həcmdə həyata keçirilir.İyul ayı etibarıyla Elektron hökumət portalı https://www.e-gov.az/ artıq 40 dövlət qurumunun 417-ə varan elektron xidmət növünün 172 ədədini elektron olarak Azərbaycan vətandaşına təqdim edir. Hansı həcmdə xidmətin göstərildiyini dəqiq bilmək üçün Elektron hökumət bülletenin son sayına baxmaq olar (https://www.e-gov.az/content/?i=18&title=elektron-hokumet-bulletenleri ) . Azərbaycanda inkişaf etməkdə olan Elektron Hökümət dünyadaki inkişaf tempinə ayaq uydura bilir və artıq Qazaxstanla birlikdə 43-cü sıralarda yer alır.

Gündən günə xidmət həcmini genişlədən Elektron hökumət portalı,vətəndaşın şəxsi məlumatlarının gizliyini və təhlükəsizliyini təmin etməklə 7/24 zaman ərzində aşağıdaki diaqramda təsvir olunduğu kimi fəaliyyət göstərir.

e-gov.jpeg

https://www.e-gov.az/ portalına daxil olan vətandaş(fiziki vəya hüquqi şəxs həmçinin vətandaşlığı olmayan) müvafiq dövlət qürumlarının verilənlər bazaları ilə sinxronlaşmış olan Elektron hökumətin verilənlər bazasında ona lazım olan sorğuları apara bilir, lazımi sənəd barədə sifariş verə bilir və məsləhət ala bilir.Təbii ki bunun üçün istifadəçi qeydiyyatdan keçməli və portalın tam həcmli istifadəsi üçün "Elektron imza" ya sahib olmalıdır.

Smartfon vә digәr tablet tipli mobil qurğulardan “Elektron Hökumәt” portalına tәhlükәsiz girişlәrin tәmin edilmәsi üçün Sertifikat Xidmәtlәri Mәrkәzi tәrәfindәn vәtәndaşlara mobil ID sertifikatlarının verilməsi artıq başlanıb. Vәtәndaşlar mobil autentifikasiya xidmәtlәrindәn yararlanaraq vә mobil platformalardan “Elektron Hökumәt” portalındakı xidmәtlәrdәn istifadә edə bilirlәr.

Azərbaycanda mövcud informasiya cəmiyyətinin yetəri qədər olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəznində yaradılan "Asan Xidmət" mərkəzlərini də Elektron Hökumətin bir qolu saymaq olar.( http://www.asan.gov.az/)

Elektron hökumətin regionlar üzrə genişlənmə və inkişaf perspektivinə mane olan əsas faktorlardan biri informasiya cəmiyyətinin azlığı və vətəndaşların kifayət qədər məlumatlı olmamasıdır.Buna sübut olaraq onu demək olar ki, respublikamızda hələ ki 14332 nəfər elektron imza sahibi ola bilib.9 milyondan çox əhalisi olan bir ölkə üçün bu kiçik bir göstəricidir.Bunun üçün Elektron hökumətin təbliği, vətəndaşların elektron xidmətlər haqda məlumatlandırılması,beləki şəhər və regionlarda pulsuz təlimlərin keçirilməsi,məlumatlandırıcı broşüraların paylanması faydalı olardı.Bundan əlavə elektron imzanın sertifikatlaşdırılması üçün regionlarda autentifikasiya mərkəzlərinin sayını artırmaq və vətəndaşların elektron imza kartını əldə etməsi üçün daha münasib qiymət tətbiq olunmalıdır.

Gələcəyin Elektron Hökuməti

Günbəgün modernləşən informasiya texnologiyaları gələcəkdə Elektron Hökumətin əhatə dairəsini kifayət qədər genişləndirə bilər. Son zamanlarda ölkəmizdə tətbiqinə başlanmş Elektron Təhsil, Elektron Maliyyə və Mühasibatlıq Sistemi,Elektron Sənəd dövriyyəsi,Elektron HRM – Kadrların İdarəolunması sistemi  kimi iri lahiyələr gələcəkdə müxtəlif istiqamətlər üzrə şaxələnərək bir-biri ilə əlaqəli şəkildə daha əlverişli, asan bir sistem kimi fəaliyyət göstərəcək. Tibb, hüquq, siğorta, maliyyə, turizm,idman,ticarət və digər sahələrdə həyata keçirilən əməliyyat və prosedurlar elektronlaşaraq Elektron Hökumətin ayrılmaz parçası halına gələ bilər. Sözü gedən inkişafın dinamikasını "Elektron Vətandaş vəsiqəsi" təmin edəcək.Bunun üçün mövcut Elektron İmza kartı vəya Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamına (http://president.az/articles/1589) əsasən ölkə vətandaşlarına veriləcək  elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi layihəsi istifadə olunabilər. "Elektron Vətandaş vəsiqəsi" vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəriciləri elektron daşıyıcıda (çipdə) özündə əks etdirəcək. Bu da gələcəkdə vətəndaşın Elektron hökumət sistemində yerinə yetiriləcək bütün əməliyyatlar üçün açar vəzifəsi rolunu oynayacaq.

untitled-2.jpg

Vətandaşa veriləcək "Elektron vətandaşın vəsiqəsi"ndə yerləşdirlən məlumatlar aidiyyyatı müəssisənin kart oxuyucusu vasitısilə yazıb-oxuma səlahiyyətinə malik olmalı, kartın itməsi və ya zədələnməsi zamanı Elektron Hökümətin verilənlər bazasında aktual surəti olmalıdır.

Elektron vətəndaşın vəsiqəsinə xüsusilə biometrik məlumatların (retina,barmaq izi,rəqəmsal səsi) yerləşdirilməsi,cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilər.

jfk_airport-retina_scan.jpg

Elektron Məhkəmənin verəcəyi axtarış əmri ilə cinayətkarın edə biləcəyi bütün hərəkətlər məhdudlaşdırılaraq tez bir zamanda yeri təyin olunacaq. Biometrik məlumatların Elektron hökumətin verilənlər bazasına yerləşdirilməsi bizi sadəcə cinayətkar axtarışında yox, həmdə naməlum insan meyidinin tapılmasından və itgin düşmələrdən xilas edəbilər.Bizə isə bütün bu mexanizmlərin işə düşməsi üçün informasiya texnologiyalarının inkişafı ilə yanaşı hüquqi bazanın (http://e-qanun.az/) da işlənib hazırlanmasını gözləmək qalır.


http://razimhuseynov.wordpress.com/

Ədəbiyyat

1.Elektron Hökumət portalı https://www.e-gov.az/

2.Elektron İmza portalı http://www.e-imza.az

3Asan xidmət portalı http://www.asan.gov.az/

4.Elektron Hökumət Bülleteni  (yanvar 2013)

5.Elektron Hökumət Bülleteni  (fevral 2013)

6.Elektron Hökumət Bülleteni  (mart 2013)

7.Elektron Hökumət Bülleteni  (aperl 2013)

8.Elektron Hökumət Bülleteni  (iyun 2013)

9.Elektron Hökumət Bülleteni  (iyul 2013)

10."Elektronik E-devlet Kuram ve Uygulamasına Genel Bir Bakıs ve Değerlendirme-Yıldız Mete

11.Kamu yönetiminde e-devlet yapilanmasi ve Türkiye için e-devlet model önerisi-Ömer Çelikkol

12.E-devlet ve dünya örnekleri-Demokaan Demirel

13.http://www.kepeztv.az/?q=elektron-imza-v%C9%99siq%C9%99sini-almaq-

asanla%C5%9F%C4%B1r

14. http://www.capital.com.tr/yarinin-edevleti-haberler/17849.aspx
Yüklə 37,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə