Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
  1   2   3   4   5   6   7   8   9   ...   25


 
Ġradə Əlili 
 
 
 
 
 
 
GÜLLƏ SƏSĠNDƏN 
DOĞULAN KĠTAB 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2015 
 
 


İ ra də   Əli li  

 
Bu kitab Ağdam rayon şəhidi İbahim Əhmədpurun şərəfli 
döyüş yolundan bəhs edir.  
 
 
Redaktor: German, şair-publisist 
 
Korrektor: İlhamə Sultan 
 
 
Ġradə Əlili "GÜLLƏ SƏSĠNDƏN DOĞULAN KĠTAB" 
Bakı, "Exoprint", 2016, 144 səh. 
 
 
 
 
ISBN: 978-9952-29-100-1 
 
 
© Ġradə Əlili 
 
 


Güllə səsindən doğulan kitab 

 
 
 
 
Xalqımız  əsrlər  boyu  həmişə 
öz  torpağını  qoruyub,  öz  milli 
azadlığını,  qürurunu  müdafiə 
edib  və  bu  gün  də  müdafiə 
etməyə qadirdir. ” 
H. Əliyev 
 
 
 
 
 
 
 
 


İ ra də   Əli li  

 
 
 
* * * 
Allah    yolunda  öldürülənlərə  (Ģəhid 
olanlara),  “ölü”    deməyin.  Əksinə,onlar  
(Allah  dərgahında)    diridilər,  lakin,  siz  
bunu dərk etmirsiz.  (Bəqərə 154) 
 
* * * 
Hər  bir  kəs  ölümü  dadacaqdır.  ġüb-
həsiz  ki,  mükafatlarınız  qiyamət  günü 
tamamilə  veriləcəkdir.  Oddan  uzaqlaĢ-
dırılıb,  Cənnətə  daxil  edilən  kimsə 
muradına  çatacaqdır.  Dünya  həyatı  isə 
aldadıcı  həzdən  baĢqa  bir  Ģey  deyildir. 
(Al-Ġmran 185) 
 
 
 


Güllə səsindən doğulan kitab 

 
 
 
Bu  yazımı  da  başlamazdan  əvvəl  cəbhə  bölgəsinin 
düşmənlə  təmas  xəttində  yerləşən  kəndlərimizə  üz 
tutdum. O kəndlərimizə ki, onların uğrunda neçə-neçə 
oğullarımız  canlarından,  qanlarından  keçmişlər. 
Onların  müdafiəsində  neçə-neçə  mərd  oğlanlarımız, 
igid  qızlarımız  şücaət,  mətanət  göstərib  ,doğma  Və-
tənin  müdafiəsinə  qalxmışlar.  Bax  həmin  o  ürəyi 
dərdli  kəndlərə  yaxın  bir  məkana  üz  tutdum.  Ya-
xınlaşdıqca  gözlərimin  önündəki  dağıdılmış,  gülləba-
ran edilmiş evlər, səs-səmiri kəsilmiş sahibsiz həyətlər 
müharibəyə  nifrət  edən  bir  insan  kimi  məni  də 
narahat etməyə başladı. 
Yurduma  göz  dikib,  onun  bir  hissəsini  işğal  edən, 
övladlarının  cənazəsi  üstündə  anaların  saçlarını  bir 
gecədə ağardan, bir milyona yaxın qaçqın ordusunun 
yaranmasında  rol  oynayan  mənfur  düşmənlə  məni, 
demək olar ki, qısa bir zaman və məsafə kəsiyi-tikanlı 
məftillər  ayırırdı.  KEÇMƏK  OLMAZ!!!  DUR!!!- 
məntiqi  ilə  bu  tikanlı  məftillər  məni  hələlik  girov 
düşən,  qərib  və  tənha  görünən  doğma  Vətənimin  bir 
parçasından ayırırdı... 
 
 
 
 


İ ra də   Əli li  

 
Redaktordan 
 
 
GÜLLƏ SƏSİNDƏN  
DOĞULAN KİTAB 
 
İradə Əlili. Əlinizdəki kitabın müəllifi olan bu zərif, 
ilk  baxışdan  kövrək  xanımın  əzminə,  iradəsinə,  və-
tənpərpərliyinə  və  zəhmətsevərliyinə  heyranam.  Hey-
ran  olmamaq  mümkün  deyil.  Əslində  şairdir  İradə 
xanım.  İki  şeirlər  kitabının  müəllifidir.  Kövrək,  ro-
mantik, Vətən sevgisiylə yüklənmiş şeirləri var. İradə 
xanımın  bir  neçə  şerini  oxuduqdan  sonra  elə  bilirsən 
ki, onu lap çoxdan tanıyırsan. O qədər sadə və səmimi 
yazır  ki,  o  şeirlərdə  özünü  görürsən,  öz  duyğularını 
görürsən, arzularını, xəyallarını görürsən. 
İradə  xanımın  yaradıcılığını  daha  da  maraqlı  edən 
onun müharibə mövzusuna müraciət etməsi, müharibə 
iştirakçılarının,  şəhidlərin  həyatından  yazmasıdır. 
Mən  özüm  on  dörd  kitabın  müəllifiyəm.  Onlardan 
dördü  şerlər  toplusu,  onu  isə  publisistik  əsərlərdən 
ibarət  kitablardır.  Buna  görə  də  yaxşı  bilirəm  ki,  bir 
neçə səhifəlik bir yazını yazmaq üçün bir neçə nəfərlə 
görüşmək, söhbət etmək və yazacağın insan haqqında 
kifayət  qədər  məlumat  toplamaq  lazımdır.  Bununla 
yanaşı  özünün  də  müəyyən  bilgilərin  olmalıdır.  Mən 
sonuncu  Qarabağ  müharibəsinin,  müharibədən  əvvəl 
bir neçə il baş verən hadisələrin, meydan hərəkatının 


Güllə səsindən doğulan kitab 

şahidi  və  iştirakçısı  olduğumdan  çox  adamları  tanı-
yıram, çox işlərdən xəbərdaram. Buna görə də müha-
ribə  mövzusunda  yazmaq  mənə  o  qədər  də  çətinlik 
yaratmır. Həm də bu mövzu mənə doğmadır axı. Mən 
Ağdamda  doğulub,  boya-başa  çatmışam.  Ağdamın 
işğalınadək  (23.07.1993.)  Ağdamda  olmuşam.  Gənc-
lik  illərimin  ən  xoş  xatirələri  Qarabağla,  Qarabağlı-
larla bağlıdır. Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin, 
Cəbrayılın,  Qubadlının,  Zəngilanın  dilbər  guşələrini, 
gəzməli yerlərini qarış-qarış gəzmişəm, İsti suda, Turş 
suda,  Dəlidağda,  Qırxqızda,  Murovda,  Kirsdə  şalva-
rımın  balaqları  şehdən  islana-islana  gəzmişəm,  sinə-
dolusu nəfəs almışam, təbiətin gözəlliklərindən ilham 
ala-ala  bu  Vətəni  sevmişəm.  Qarabağın  görkəmli  in-
sanları ilə, mərd, Sonralar müharibə dövründə yaxın-
dan  tanıdığım,  dostluq  etdiyim  igid  oğlanların  Vətən 
uğrunda  candan  keçmələrinin,  Ağdamın  bombalan-
dığının,  yerlə  yeksan  edildiyinin  şahidi olmuşam.  Bu 
ağrılar içimdən keçib, doğmalaşıb mənə. Yazdıqlarım 
içimdəki  dərddən,  ağrıdan,  Vətən  həsrətindən,  Qara-
bağda  qoyub,  gəldiyim,  illərdən  bəri  ziyarət  edə  bil-
mədiyim şəhid məzarlarından doğulub, göz yaşlarımla 
yoğrulub. Eeeh... 
 
Qoynunda bir qarış yer ayır mənə, 
Gömülüb bətninə sən olum, Vətən. 
Dağların başında bir topa bulud, 
Çölündə, düzündə çən olum, Vətən. 
 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə