Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

RAMAZAN HÜSEYNOV 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QƏRBİ AZƏRBAYCAN 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 

Şirvannəşr 

2006 

 

 




 

 



 

Ramazan Hüseynov. Qərbi Azərbaycan. 

 

 

 

 

Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004) 

Şirvannəşr, 61(934) 2006 

Naşir Qəşəm İsabəyli 



 

 

 

 

 

Redaktoru 

Azad Qaradərəli 

jurnalist 

 

 

 

 

 

 

R 83.3 Az(2) 

       054 

 

 

 

 

 

 

©Ramazan Hüseynov, 2006 

 

 

Ünvan: Bakı – Az 1021, Badamdar şos. 77. 

Tel:492-92-27, 492-93-72, 434-70-94, (050) 316-23-40 

 

 


 

I HİSSƏ 



 

Faktlar nə deyir 

 

1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi: təxminən 410 min kv.km. 



1813-1828-ci  illərdə  işğal  edilmiş  Azərbaycan  əraziləri:  İran  əsarəti 

altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv.km. 

Rusiya əsarəti altındakı Şimali Azərbaycan - sahəsi təxm. 130 min kv.km. 

1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı - sahəsi 

9 min kv.km. 

Rusiya əsarəti altındakı Dərbənd xanlığı - sahəsi 7 min kv.km. 

1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik  Respublikasının  qurulduğu 

ərazi - təxminən 114 min kv.km. 

1920-ci  ildə  ADR-i  işğal  edən  rus-Sovet  İmperiyasının  bölüşdürdüyü 

Azərbaycan əraziləri: 

Ermənistan  Sovet  Sosialist  Respublikasının  nəzarətinə  verilən  Zəngəzur, 

Göyçə,  Dərələyəz,  Dilican  və  gürcülərin  qismən  nəzarətinə  verilən  (Gürcüstan 

Sovet Sosialist Respublikası) Borçalı - birlikdə sahəsi: təxm. 27, 4 min kv.km. 

1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist 

Respublikasının ərazisi - 86,6 min kv.km. 

Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri: 



Dağlıq  Qarabağ  (Şuşa,  Xankəndi,  Xocavənd,  Xocalı,  Əsgəran,  Ağdərə, 

Hadrut): İşğal tarixi – 1988 



Laçın (18 may 1992-ci il) - 1835 kv.km.  

Kəlbəcər (2 aprel 1993-cü il) - 1936 kv.km.  

Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.  

Cəbrayıl (23 avqust 1993-cü il) - 1050 kv.km.  

Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.  

Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.  

Zəngilan (29 oktyabr 1993-cü il) - 725 kv.km. 

Beləliklə,  Azərbaycanın,  deyildiyi  kimi,  20  faiz  yox,  təxminən  80  faiz 

ərazisi işğal altındadır. 

 

Qərbi Azərbaycan  

 

Bilgə Kağanın sözləri yada düşür: «Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin! 



Üstdən  göy  çökmədikcə,  altdan  yer  dəlinmədikcə,  bil  ki,  türk  ulusu,  türk  yurdu, 

türk  dövləti,  türk    törəsi  pozulmaz.  Su  təki  axıtdığın  qanına  kimi  yığdığın 

sümüklərinə layiq ol! Ey ölümsüz türk ulusu, özünə dön»!  

Şamilin  sözləri:  «İşğal  olunmuş  Vətən  torpaqları  yalvarışla  qaytarılmaz, 

döyüşlə alınar».  



 

İndi  Ermənistan  adlanan  ərazidə  azərbaycanlılara  məxsus  Cənubi  Qərbi 



Qafqaz  Respublikası  mövcud  olub.  1918-ci  ilin  18  noyabrından  1919-cü  ilin  2 

aprelinədək  ömür  sürmüş  bu  respublikanın  ərazisi  Batum,  Əspircə,  Axalcixe, 

Ağbaba,  Qəmərli  və  bir  sıra  bölgələr  daxil  olmaqla  Naxçıvanadək  uzanıb.  Bəzi 

tarixi sənədlərdə həmin dövlət «Qars hökuməti» kimi təqdim olunur ki, bunun da 

səbəbkarı  «Mudros»  müqaviləsidir.  Bəs  biz  CQQR  haqqında  nə  bilirik?  Əvvəlcə 

ensiklopedik  məlumata  nəzər  salaq.  2004-cü  ildə  professor  Yaqub  Mahmudovun 

baş  redaktorluğu  ilə  nəşr  olunan  «Azərbaycan  Xalq  Cümhuriyyəti 

Ensiklopediyasında CQQR haqqında deyilir. 



Cənub-Qərbi  Qafqaz  Cümhuriyyəti  (CQQC),  Qars  Demokratik 

Cümhuriyyəti  -  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  erməni-daşnak 

silahlı  quldur  dəstələri  tərəfindən  türk-müsəlman  əhalinin  soyqırımına  məruz 

qaldığı  Cənub-Qərbi  Qafqazda  yaranmış  demokratik  respublika.  Osmanlı 

imperiyası  ilə  Antanta  dövlətləri  arasında  Mudros  barışığı  (1918)  ərəfəsində  və 

ondan az sonra Cənub-Qərbi Qafqazda bir neçə dövlət qurumu yarandı. 1918-ci il 

oktyabrın 29-da Ömər Faiq Nemanzadənin başçılığı ilə Axıska hökuməti quruldu. 

1918  il  noyabrın  5-də  «Qars  İslam  Şurası»  adı  ilə  milli  hökumət  yaradıldı.  Bu 

hökuməti yaradanlar sırasında Piroğlu Fəxrəddin (Ərdoğan)  bəy, əslən Borçalıdan 

olan  Kəpənəkçi  Emin  ağa  və  b.  vardı.  Noyabrın  14-də  birinci  Qars  konqresi 

çağırıldı. Bölgələrin milli şura rəhbərlərinin qatıldığı konqresdə Emin ağa hökumət 

funksiyasını  yerinə  yetirən  «Qars  İslam  Şurası»na  sədr  seçildi.  Noyabrın  30-da 

«Qars  İslam  Şurası»nın  dəvəti  ilə  Naxçıvan,  Ordubad,  Qəmərli,  Sürməli  (İqdır), 

Şərdi  Şörəyel,  Axıska,  Axalkələk  və  Batum  bölgələrindən  gələn  60  nəfərlik 

nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars konqresi keçirildi. Batumdan Ordubada 

qədər  ərazidə  Qars  İslam  Şurası  hökuməti  quruldu.  12  nəfərdən  ibarət  hökumətə 

əslən  gümrülü  olan,  sonralar  Qarsa  köçən  İbrahim  bəy  Cahangirzadə  rəhbərlik 

edirdi. İ.Cahangirzadə rus ordusunun zabiti olmuş və Araz Türk Cümhuriyyətinin 

hərbi naziri kimi, bölgə əhalisinin silahlandırılmasına və hərbi təlimlər keçməsinə 

rəhbərlik  etmişdi.  Qars  Milli  Şura  hökumətinin  əsas  vəzifəsi  daşnakların  türk-

müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlarının və bölgəni işğal etməyə çalışan 

gürcü qoşunlarının hücumlarının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin 

etmək idi. 

1919-cu il yanvarın 13-də ingilis generalı Bisç Qarsa gələrək, Ermənistanın 

Stepan  Korqanovu  Qars  vilayətinin  başçısı  təyin  etdiyini  bildirdi.  Milli  Şura 

hökumətinin  rəhbərləri  ingilis  generalına  bəyan  etdilər  ki,  bölgə  əhalisinin  85%-i 

türklərdən  ibarətdir  və  vilayətin  rəhbərliyinə  erməninin  təyin  edilməsi  Vilson 

prinsiplərinə  ziddir.  Bundan  sonra  general  Bisç  Milli  Şura  hökumətini  tanıdığını 

bildirdi və Gümrüyə qayıtdı. 

Bölgə  təmsilçilərinin  1919-cu  il  yanvarın  17-də  Qarsda  keçirilən 

toplantısında Cənub-Qərbi Qafqaz hökumətinin yaradıldığı elan olundu. Bu siyasi 

qurum Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti adlandı. CQQC-




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə