Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Ramiz Abdullayev
101 KƏLAM
BAKI-2010
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Ön sözün müəllifi:
Mədəd Çobanov,
Nyu – York Elmlər Akademiyasının
akademiki, filologiya elmləri
doktoru, professor.
Rəyçilər:
Buludxan Xəlilov,
ADPU-nun filologiya fakültəsinin
dekanı, filologiya elmləri doktoru,
professor
Bədirxan Əhmədov,
AMEA Ədəbiyyat Đnstitutunun elmi
işçisi, filologiya elmləri doktoru
Redaktoru və naşiri :
Müşfiq Borçalı
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Hər kəs yaşamaq istər...
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, ‘‘Abdulla Şaiq’’,
‘‘Nəriman Nərimanov’’, ‘‘Qızıl Qələm’’, ‘‘Qızıl Buta’’, ‘‘Araz’’ Ali Media
mükafatı laureatı, ‘‘Vətən Övladı’’ Qızıl medalı ilə təltif olunmuş istedadlı
dramaturq, nəğməkar şair Ramiz Abdullayev bir neçə kitab müəllifidir. Yüzlərlə
ş
eirinə nəğmələr bəstələnib, pyesləri səhnələşdirilib, ssenariləri əsasında filmlər
çəkilib. Təbii ki, hər qələm adamı öz sözü ilə yaşamaq istəyir. Bu arzu qələm
dostumuz Ramizin də ürəyindən gəlib keçən hissdir. Elə bilirik ki, bu niyyətlə də
bu miniatür kitabçasına ‘‘mini’’ şeirlərini – kiçik həcmli nümunələr daxil etməklə
arzusunu reallaşdırmaq istəyib. Həm həcmcə kitanın kiçik yer tutması, oxucuya
daim öz üstündə gəzdirə bilməsinin asanlığı nöqteyi – nəzərindən bu arzu
gerçəkləşə bilir, həm də burada özünə yer alan yaradıcılıq məhsullarının özünün
kiçik mətnlərdən – müdrik kəlamlardan, aforizmlərdən daha doğrusu tək
beytlərdən ibarət olması oxucunun mütaliəsini asanlaşdırır. Bir az da dürüst ifadə
etsək, az sözdə böyük mətləblər ifadə etməklə oxucunun yaddaşında özünə yer
eləmək şansı qazanan müəllif bu məqamda ikitərəfli qazanc əldə edir.Elə özünün
dediyi kimi:
Sayılmaz, bilinməz ulduzun sayı,
Heç biri deyil ki, günəşin tayı.
Yəni tək olanlar daha qiymətli olarlar, elə günəşin özü kimi. Eləcə də sözlərin –
mətnin genişliyi özü oxucunu yora bilər. Yığcam, mənalı sözlər oxucu üçün daha
asan qavranılır. Elə buna görə də, bu aforizmləri müdrik kəlamlar adlandırmaq
olar.
Ağsaqqal söz desə, qulaq as ki sən
Đbrət al, saçına tez düşməsin dən
.
Bəli, ‘‘ağsaqqal sözü’’nə qulaq asıb nəticə çıxarsaq, çətinə düşmərik. Şairin də
missiyası oxucuya boş nəzəriyyə, quru fərziyyə söyləməkdənsə, əməli olaraq
praktik həyatda doğru yol göstərməkdir!
Yolunuz uğurlu olsun!
Mədəd Çobanov,
Nyu – York Elmlər Akademiyasının
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Akademiki
filologiya elmləri doktoru, professor.
Oxuyub dərk elə,
səninki olsun,
Yazmıram, yazdığım,
mənimki olsun.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Bir gün qəlb evini
eləsən talan,
Doğular günbəgün
yalandan yalan.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Ehtiyac sıxsa da səni
günbəgün
Səbir ocağında yanacaq,
bir gün
Dostları ilə paylaş: |