2
Redaktor: Filologiya elm. dokt. professor-türkoloq
Minəxanım Təkləli
Ön söz:
professor-türkoloq Minəxanım Təkləli
Korrektor: Filoloq
Luiza Məmmədova
Kompüterdə yığan:
Sinay
Kompüter dizaynı:
Sevinc
Ramiz Dəniz “Qismət” I cild.
Bakı, “MM-S” müəssisəsi, 2013, 298 səh.
Əsərdə cərəyan edən hadisələr cəmiyyətdə baş verən müəyyən proses-
ləri özündə əks etdirir. Bir çox ailələrdə Avropaya inteqrasiya adı altında
adət və ənənələrdən uzaqlaşma baş verir. Sırtıqlıq, abırsızlıq, həyasızlıq,
əxlaq və mədəniyyətə üstün gəlir. Bu, problem başağrısına çevrildiyindən
ziyalılar, alimlər, alicənab insanlar, təfəkkür sahibləri həyəcan təbili çal-
mağa başlayırlar. Burada əxlaq, mənəviyyat uğrunda mübarizə aparan bir
müxbir; mənəviyyatı maddiyyatdan üstün tutan rəssam qız, halbuki
füsunkar gözəlliyi ilə özünü hər hansı bir sponsora qurban verərək varidat
toplamağa imkanı var; pula, zəngin həyata hərisli olan, həya-abırını itirə-
rək bədənini alver mənbəyinə çevirən naşı müğənni; həmin müğənninin
sponsoru olan və onunla eşq-macəra həyatı sürən, vergidən yayınan, asan
gəlir mənbəyi əldə edən yaşlı biznesmen; müğənninin havadarından əldə
etdiyi pulları hiylə yolu ilə mənimsəyən, onunla yüngül həyat tərzi
keçirən alfons oğlan; əxlaq və tərbiyəyə zidd olan bütün naqis hərəkətlərə
sinə gərən ziyalı ailələrin fəaliyyəti maraqlı səhnələrin yaranmasına rəvac
verir. Oxucunu diqqət mərkəzində saxlayan o haldır ki, həm müxbirin
ailəsi, həm onlarla yaxın olan ziyalı ailəsi, həm də məşuqəsi olan müğən-
niyə bağ evi alan və vaxtının müəyyən hissəsini onunla bir yerdə keçirən
həmin yaşlı biznesmen bir-biriləri ilə yola getməyən bağ qonşularıdırlar.
Bütün bu təzadlar fonunda iki gəncin qeyri-adi məhəbbəti önə çəkilir.
İş ondadır ki, yaxın rəfiqələr bir-biriləri ilə qohum olmaq istəyirlər. Lakin
bu yerdə anlaşılmamazlıq ucbatından əsl sərgüzəştlər baş verir...
D 4702060103 © R.Dəniz 2013
M 087-2013