2
Rəyçi: - Xalq yazıçısı Çingiz Abdullayev
Redaktorlar: - filoloq Balaseyid Dəmircan
- filoloq Nəhayət Nakif qızı
Korrektor: - Luiza Məmmədova
Kompüterdə yığan: - Sinay
Kompüter dizaynı: - Sevinc
Ramiz Dəniz. “Cənnətə gedənlər cəhənnəmə düşürlər”.
Bakı, “MM-S” müəssisəsi, 2014, 561 səh.
ISBN – 978-9952-8264-1-8
Bu əsərdə Araukaniyada gedən müharibənin son fazası əks
olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə qarşı bir-
birinin ardınca dinamik zərbələr endirir. Ölkənin demək olar ki, 90
faizi ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada
təsərrüfat işləri görmək və inzibati orqanlar yaratmaqdan ötrü
Perudan yeni-yeni qüvvələr gətirilməyə başladı. Cürbəcür təbəqəni
əhatə edən kolondatorlar Araukaniyanı da qitənin bir çox yerləri
kimi cənnət məkanı hesab edirlər. Lakin burdakı əhalinin
döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən
ispanlar cənnətə yox, cəhənnəmə düşdüklərini dərk edirlər. Qraf
Ferdinand Morelosun səriştəsizliyi uçbatından yüzlərlə əsgərin qanı
bahasına əldə edilən qələbə ispanların əlindən çıxır. Gözlənilməz
anda üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz
ölkələrini işğalçılardan azad elə bilirlər.
D 4702060103 © R.Dəniz 2014
M 087-2014
4
Ön söz
Azərbaycan ədəbiyyatı yaranmağa başladığı ilk dövrlər-
dən özünün korifey sənətçiləri ilə həmişə zəngin olmuşdur.
Bu sənət adamlarının hər birinin ədəbiyyat tarixində özünə-
məxsus izi olmuş, öz dəsti-xətti ilə seçilmişdir. Bu yaxınlarda
1300 illik yubileyi qeyd olunan “Kitabi-Dədə Qorqud”
dastanından, dünya ədəbiyyat xəzinəsinə ölməz “Xəmsə”sini
bəxş edən Nizamidən, həmçinin Füzuli, Vaqif və bu kimi
sənətçilərin həmişəyaşar əsərlərindən tutmuş bugünkü müasir
soydaşlarımızın da əsərləri, öz ideya-bədii xüsusiyyətləri ilə
seçilən incilər olmuşlar. Bununla yanaşı, Azərbaycan
ədəbiyyatında çoxlu sayda novator sənərkarların da adını
çəkmək olar. Hələ XX əsrin əvvəllərində Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir kimi novatorlar satirik yazıları
ilə şöhrətlənmiş, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov
dram janrını Azərbaycan ədəbiyyatına gətirmiş, Yusif Vəzir
Çəmənzəminli, Məmməd Səid Ordubadi roman janrında ilk
qələm təcrübələrini yaratmışlar. Onların qoyduğu bu ənənə
bütün XX əsr boyu davam etmiş, hətta hal-hazırda da XXI
əsrin – müasirləşmə, kompüterləşmə əsrinin həm ictimai, həm
mədəni, həm məişət, həm də ədəbi həyatımıza daxil olduğu
bir vaxtda da öz dəyərini itirməmişlər.
İndi haqqında söhbət açacağımız Ramiz Əli oğlu Qasımov
(Dəniz) da XX əsrin sonları XXI əsrin əvvəllərində Azər-