Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

Ramiz MEHDİYEV 



Azərbaycan Respublikası Prezidenti  

Administrasiyasının rəhbəri,  

Milli Elmlər Akademiyasının akademiki 

 

Güclü Azərbaycan dövləti 



qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi 

 

Güc hökmən dinc idarəetməyə gətirib çıxarır, 



gücün yoxluğu isə hökmən hərc-mərcliyə gətirib çıxarır; 

güc hökmən əmin-amanlığa gətirib çıxarır, 

gücün yoxluğu isə hökmən təhlükəyə gətirib çıxarır. 

(Mo-Tszı, Qədim Çin. E.ə. V əsr) 

 

Bəşəriyyət  getdikcə  daha  çox  əmin  olur  ki,  XXI  əsr  biliklər, 



yüksək  texnologiyalar,  sürətli  innovasiyalar  və  elm  tutumlu 

istehsalatlar əsridir. Dünya prinsipcə yeni texnoloji uklada daxil olur, 

bu  isə  dövrlərin  dəyişməsinə,  əvvəlki  dünya  nizamının 

transformasiyasına  dəlalət  edir.  Bəs,  bu  qədər  çoxmənalı  prosesdə 

millətlər və dövlətlər özlərini qoruyub saxlaya biləcəklərmi? Bu gün 

bu  problem  həm  alimlərin,  həm  də  dövlət  xadimlərinin  və  bir  sıra 

dövlətlərin  siyasi  elitasının  diqqət  mərkəzindədir.  Xüsusi  halda, 

dövlətin  rolunun  güclənməsi  və  dövlət  idarəçiliyinin  səmərəliliyinin 

artırılması  ekspert  qiymətləndirmələrində  əksini  tapmış  aparıcı 

tendensiyadır.  Təbii  ki,  bu  problem  XXI  əsrin  müstəqil  dövləti  kimi 




 

Azərbaycanın  gələcəyinə  laqeyd  olmayan  insanların  diqqətindən 



kənarda qala bilməz. 

Bu  fəsildə  müstəqil  dövlətin  qorunub  saxlanması  məsələləri 

Azərbaycan  xalqının  müasir  milli  ideyasının  əsas  vəzifəsi  kimi 

nəzərdən  keçirilir,  Azərbaycan  dövlətinin  dəyişən  siyasi  və  sosial-

iqtisadi  məkanda  milli  ideyanı  reallaşdıraraq,  yeni  dövrün 

çağırışlarına  cavab  verməsi  üçün  onun  hansı  keyfiyyətlərə  malik 

olması göstərilir. Bu fəslin əsas motivi müasir şəraitdə milli ideyanın 

ən mühüm vəzifəsinin məhz güclü, müstəqil Azərbaycan dövlətinin 

və  buradan  irəli  gələn  bütün  innovasiya,  iqtisadi,  sosial,  siyasi, 

ideoloji  və  ictimai  infrastrukturun  qurulmasından  ibarət  olmasını 

göstərməkdir.  Azərbaycan  xalqı  sivilizasiyalı  dünyada  baş  verən 

qloballaşma  dəyişikliklərinin  ruhunu  nəzərə  almaqla  bərabər,  eyni 

zamanda,  dövlətimizin  hansı  mürəkkəb  geosiyasi  regionda 

yerləşməsini  də  anlayır,  bu  halda  özünün  hadisələrlə  zəngin  olan 

əvvəlki tarixini də unutmur. 

Bu gün elə bir beynəlxalq strateji araşdırmalar mərkəzi yoxdur 

ki,  orada  müasir  dövlətlərin  fəaliyyətinin  qloballaşma  proseslərinin 

təsiri altında baş verən ciddi dəyişikliklərlə bağlı olması haqda elmi 

nəticəyə etiraz etsinlər. XX yüzilliyin son dörddəbirində formalaşmış 

və  XXI  yüzilliyin  başlanğıcında  inkişaf  etmiş  qlobal  dəyişikliklər  və 

çağırışlar  milli  dövlətlər,  dövlətin  və  cəmiyyətin  qarşılıqlı  təsiri 

məsələləri ilə bağlı yeni tələblər irəli sürüb. R.V.Yevstifeyev hesab edir 

ki, sosial, siyasi, iqtisadi və mədəni sahələrdə dövlətlərin əksəriyyəti 

üçün  ümumi  dəyişikliklər  kimi  anlaşılan  qloballaşma  prosesləri 




 

“bəşəriyyətin  inkişafı  üçün  bir  magistral  yol  kimi  qəbul  edilir...  Bu 



yolun  istiqamətinin  və  xarakterinin”  dərk  edilməsi  “cəmiyyətin  və 

dövlətin  qarşılıqlı  təsirinin  yeni  prinsiplərinin  formalaşmasına  və 

bəşəriyyətin gələcəyə doğru ümumi hərəkətində dövlətlərin səmərəli 

fərdi siyasi trayektoriyalarının qurulmasına kömək edə bilər”

1



Qlobal proseslər müəyyən mənada milli dövlətlərə çağırışlardır. 



Qloballaşmanın  həyatımıza  nə  isə  bir  yenilik  əlavə  edəcəyinə  aludə 

olmaq  yox,  onun  hələ  tam  dərk  etmədiyimiz  nəticələri  haqda 

düşünmək lazımdır. Bir məsələyə əsla şübhə yoxdur ki, qloballaşma  

beynəlxalq  ictimaiyyətin  Qərb  mədəniyyəti  və  kapitalizm  cəmiyyəti 

prinsipləri  əsasında  homogenləşdirilməsi  (yekcinsləşdirilməsi) 

prosesidir. Eyni zamanda, milli dövlətlərin rolunun və funksiyalarının 

dəyişməsi (nivelirlənməsi) qloballaşmanın ən mühüm məqsədlərindən 

biridir. 

Müasir dövrün görkəmli filosof siyasətçilərindən biri olan Pyer 

Burdye  hesab  edir  ki,  qloballaşma  heç  də  siyasi  müdaxilədən  asılı 

olmayan təbii-tarixi, obyektiv xarakter daşımır. Bundan başqa, o iddia 

edir ki, (və bu məsələdə o, haqlıdır) qloballaşma hətta sosial proses 

də deyil, siyasətin funksiyasıdır. Pyer Burdye yazır: “Biz mondiallaşma 

                                           

1

 Евстифеев Р.В., «Государство и общество в XXI веке: метафоры 



глобализации и глобализация метафор». Жур. «Социум и власть», 2010 г., 

№1, стр. 4.

 



 

siyasətinin  şahidləriyik  (mən  təbii  proses  kimi  mondiallaşma 



haqqında yox, məhz “mondiallaşma siyasəti” haqqında danışıram)”

2



Qloballaşma  bir  sıra  siyasi  qərarların  və  tədbirlərin  nəticəsi 

olaraq, bəşəriyyəti zəmanəmizin əsas ziddiyyətinə – dünyada ictimai 

münasibətlərin artmaqda olan qloballaşması ilə milli dövlət qurumları 

arasında ziddiyyətə gətirib çıxarıb. Ümumi rifah ideyasına etinasızlıq, 

demokratiyanın geri çəkilməsi və milli dövlətin oyundan çıxarılması 

qlobal  proseslərin  inkişafında  gözlənilməzlik  oldu.  Modernləşdirmə 

nəzəriyyəsinin  ən  böyük  analitiklərindən  biri  olan  A.Turen  heç  də 

təsadüfən  yazmırdı  ki,  bundan  sonra  dünya  sivilizasiyasının  taleyi 

universal  hədəf  olaraq  inkişaf  ilə  dəyər  seçimi  kimi  mədəniyyət 

arasında kompromis tapılıb-tapılmayacağından asılıdır

3



Tarixi proseslərin mahiyyəti gözümüzün qabağında dəyişir. Hələ 



keçən əsrdə bir çox filosoflar və politoloqlar demokratikləşmənin yeni 

(üçüncü)  dalğasının  gəlişi  (S.Hantinqton)  və  ya  “tarixin  sonu” 

(F.Fukuyama)  haqqında  danışırdılar.  XXI  əsrin  başlanğıcında  bütün 

elm  aləmində  anlamağa  başladılar  ki,  heç  bir  “tarixin  sonu” 

gözlənilmir;  “demokratiyanın  zəfər  yürüşü”  perspektivləri  barədə 

danışanlar  daha  ehtiyatlı  oldular,  reallığın  dəyişməsinə  həmişə 

hamıdan  əvvəl  reaksiya  verən  publisistikada  isə  artıq  liberal 

demokratiyanın  böhranı,  “zorən  demokratiya”nın  formalaşması 

                                           

2

 Bu mənbədən sitat gətirilir: Спиридонова В.И. «Глобализация и 



национальное государство». Сб. «Судьба государства в эпоху глобализации», 

М, 2005 г., стр. 13.

 

3

 Bax: yenə orada, səh. 20.



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə