1
Rasim
GƏNZƏLİ
QIYAMƏT QOPANDA…
Roman
Əməlləri ilə qiyamət
gününü
yaxınlaşdıranlar bu
dünyanın ən bədbəxt
məxluqlarıdırlar.
Yanından yeddi dərə keçən, ətəyində oğru adamlar və
heyvanlar gizlənən, başı şimşəklər görmüş qoca dağın dibindən
torpaq yığıb kisəyə dolduran, evə gətirən, su ilə qarışdırıb
çiməndə bədəninin hər yerinə yaxan, quruyandan sonra
yuyunub təmizlənən, qüsl verib, sonradan təzə aldığı alt və üst
paltarlarını geyinən Nazənin elə bildi ki, tərtəmiz olub, daha
onun keçmişindən əsər-əlamət qalmayıb.
O gündən qapısından içəri bir erkək pişiyi də buraxmadı.
Güzgünün qabağında dayanıb özünə diqqətlə baxanda birdən
hönkürüb ağladı. Boğazının altında xırda qırışlar aydınca
sezilirdi. Necə olmuşdu o qırışları heç görməmişdi?
- «Sən necə də gözəlsən, ay Nazənin».
- «Dərin, elə bil mərmərdən yoğrulub».
- «Sinən cənnət bağçasıdır, sulu narlar qoşa-qoşa».
Hardansa o sözlər gəlib beyninə dəyir, qulaqlarında əks-
səda verir, rahatlığını, dincliyini əlindən alırdı.
Anası da həmin dağın dibindən gətirdiyi torpağın
palçığında yuyunmuşdu. Onda onun əlli, əlli-beş yaşı olardı.
2
Ancaq Nazəninin hələ heç qırx beş yaşı da olmamışdı.
Boynuna, boğazına xırdaca qırışlar düşsə də, canı hələ çox şux
idi və azı on il də kişiləri yatağında məst edib, ağıllarını
başlarından ala bilərdi.
Amma… Dayandı artıq. Quranı göydən asıb, keçdi
altından. «Bəsdi, yetər daha… Əuzi billahi minnəl şeytanil
rəcim».
Göydən sallanıb qalan Quranın elə bil, nəfəsi daraldı.
Yaxşı ki, bunu Nazənin hiss elədi və tez onu götürüb öpdü,
gözləri üstünə qoydu. Əvvəl kişiləri sıxdığı sinəsinə sıxdı,
aparıb divanın üstünə qoyandan sonra dizləri üstə təzim eləyib
Allahla danışmağa başladı.
- Ey yeri-göyü yaradan, özün bilirsən ki, mən pis adam
olmamışam… (İçindən gələn ikinci səs: Heç yaxşı adam
olmağıma da zəmanət verən yoxdur). Heç kəsə paxıllıq
eləməmişəm… (İçindən gələn ikinci səs: Yaxşı dolanan, pullu,
sərvətli adam görəndə ürəyim qubar eləyib.) Pis yola düşməyim
də, məcburiyyətdən olub… (İçindən gələn ikinci səs: Kefdən
qala bilməmişəm).
Həyətdə hənirti duyub, özünü yığışdırdı, Quranı götürüb
yerinə qoydu. Gələn qızı Dərya idi. Sarı çantasını masanın
üstünə atıb anasının boynuna sarıldı, üz-gözünü öpüşlərə qərq
elədi.
- Ah, mənim gözəl anam, mehriban anam…
- Yaxşı, yaltaqlıq eləmə, de görüm, indiyəcən harada ölüb
qalmısan? Bilirsən saat neçədi?
- On ikinin yarısı… Oy… Neçədi?
- Dördə qalır… on yeddi dəqiqə.
- Deməli, on ikinin yarısından məktəbdən qaçmısan, hə?
- Yox, məktəbdəydim… (Oxuyuram ki, məktəbdə olum)
Əlavə dərs salmışdılar. (Kimdi dərs salan, heç öz dərslərini
düz-əməlli keçirlər ki?!).
3
- Eybi yox, mən bu saat sinif rəhbərinə zəng edib hər şeyi
öyrənərəm. Sənin yaşında olanda mən bir saat dərs
buraxmazdım.
Nazənin əsəbi halda telefona tərəf yeridi. Dəstəyi götürüb
nömrəni yığdı.
- Alo, Şükufə müəllimə, necəsiniz… Hə, Nazənindir…
Çox sağ olun… Bilirsiniz sizi niyə narahat edirəm? Bilmək
istəyirəm görüm, Dərya bu gün dərsdən qaçmayıb?.. Yox,
axıracan dinməz-söyləməz dərslərində oturub? Mən də elə
bildirdim… Yox, qızımı tanıyıram, amma… Yaxşı sağ olun,
narahat elədim.
Nazənin dəstəyi yerinə qoyub qızına tərəf gəldi, boynunu
qucaqladı.
- Gördün, ana?! (Ay gördün ha, Şükufəyə buna görə bir
yaxşı ətir almışdım).
- Ay mənim ağıllı qızım, adam dərrakəli olar. İndi sənin
elə vaxtındır ki, oğlanlar ağlını başından ala bilərlər. Gərək,
anan kimi möhkəm olasan. (Mənim kimi möhkəm olsan tez
əriyərsən).
- Qorxma, mən sənin qızınam… Ana, atam gəlməyib?
- Yox, bəlkə sabah gəldi.
Nazəninin əri dənizdə işləyirdi. Neçə illər idi könlünü
dənizə salmışdı. Dəniz sakit olanda da, coşub-çağlayanda da
dənizdən usanmırdı. Hələ desən, dənizə olan sevgisi gündən-
günə çoxalıb elə dəniz boyda olurdu. On beş gündən bir evə
gəlməliydi. On beş gün istirahət eləməli, sonra bir röya kimi
yenə çəkilib getməliydi. Amma son zamanlar bir az da qəribə
olmuşdu… Evdə otura bilmir, arvadının, uşaqlarının üzünə
yalandan gülür, elə hey saata baxır, gedəcəyi vaxtın gəlib
çatmasını gözləyirdi. Əslində bu soyuqluq üç-dörd günün
soyuqluğu deyildi. Nazənini sevib alsa da, bir müddətdən sonra
bilmişdi ki, bu qismət ona xoşbəxtlik gətirəsi deyil…
- Ana, atam zəng edib.
4
- Nə deyir?
- Deyir, gələ bilməyəcəm, yoldaşım xəstələnib, on beş
gün onu əvəz edəcəm.
- Cəhənnəmə gəlsin. Dəstəyi at üstünə!
- Ana…
- Sənə dedim, dəstəyi at üstünə… Mənim günümə bax.
Səni dənizdə boğulasan.
Dərya day heç nə demədi. O birisi otağa keçib, əl
telefonunu götürdü, kiməsə ismarıc yazmağa başladı. İsmarıcın
cavabını alıb, yenisini yazdı. Xırda-xırda güldü, yanaqları
allandı.
- Ay qız, harda qaldın?
Anasının heybətli səsindən diksinib telefonu çarpayının
altına atdı.
- Dərs oxuyuram, axı, sabaha çətin dərslərimiz var.
- Oxuyub bədbəxt atan kimi ya dənizçi olacaqsan, ya
da…
Dərya anasının dediyi sözlərin ardını eşitmədi. Yenə
telefonunu tapıb qurdalamağa başladı. Yazdıqca gülümsəyir,
üzünün rəngi haldan-hala düşürdü. Birdən nəsə oldu elə bil,
üzünün ifadəsi dəyişdi, çənəsini çarpayının qırağına söykəyib
düşünməyə başladı. Nə olmuşdu anasına? Elə bil həmənki
qadın deyildi; deyən, gülən, şənlənən, şadlığından ev-eşiyə,
həyət-bacaya sığmayan… Ancaq son iki-üç ayda çox
dəyişmişdi. Nə olmuşdu axı, nə baş vermişdi görəsən? Bu
cavabsız suallar hələ qəlbi bərkiməmiş qızcığazı üzür, öz xəyal
dalğalarının sularına atırdı.
Telefonun zəif ismarıc səsi qızı xəyallardan ayırdı.
Acgözlüklə yazılanları gözlərinə yığdı, yenə gülümsədi, yenə
çöhrəsi allandı. Durub pəncəsi üstə qapıya tərəf gəldi, qapının
açarını astaca burub güzgünün qabağında dayandı. Gözucu
pəncərəyə nəzər yetirdi. Pəncərənin qalın pərdəsi kip
örtülmüşdü. Güzgüdə bir xeyli özünə baxdı, yan-yörəsini
Dostları ilə paylaş: |