Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
  1   2   3   4   5   6   7   8   9   ...   45


 

RASİM GƏNZƏLİ 
 
 
 
 
QIZIL 
 TÜRKLƏRDƏN  
BİRİ 
 
 
 
 
 
 
«VEKTOR» Nəşrlər Evi 
Bakı/Azərbaycan – 2015 
 
 

Редактор:  
Проф. Др.  Nizami CƏFƏROV 
AMEA-nın müxbir üzvü, millət vəkili 
Bilgisayar tərtibatı: 
 Qulu VASİFOĞLU  
 
  
 
 
 
Rasim GƏNZƏLİ “QIZIL TÜRKLƏRDƏN BİRİ”
  «
ВЕКТОР» 
Няшрляр Еви. Бакы, 2015.............. сящ. 
 
 
 
 
 
 
© «ВЕКТОР» БЕЙНЯЛХАЛГ ЕЛМ МЯРКЯЗИ, 2015. 


 

 
 
 
 
 
 
 
 
Kitab Azərbaycanın ünlü simalarından olan 
 professor Elçin İsgəndərzadənin 
 əlli illik yubileyinə ithaf  olunur 
 
 
 

 
 
 
 
 
ÖN SÖZ YERİNƏ,  
YAXUD, TƏQDİMAT ÇƏTİNLİYİ 
 
İnsan  dünyaya  gəlir.  İnsan  dünyadan  gedir.  Bu  vaxt 
aralığında  –  bu  istər  otuz  il  olsun,  istər  əlli  il,  yüz  il,  fərq 
eləməz  –  Tanrı  bəndəsi  görür,  götürür,  arayıb  axtarır,  ya 
şeytanın  himayəsində  şeytani  işlərə  baş  vurur,  ya  xeyirxah 
mələklərin  işığında  xeyir  işlərlə  könüllərdə  qala  qurur.  Hər 
halda, insan ölümündən sonra əlli ildə, yüz ildə “əriyib” heçə 
dönür,  yaddaşlardan  silinib  gedir.  Amma  milyonda  bir,  on 
milyonda  bir  insan  olur  ki,  onlar  dünyanın  yaddaşında 
əbədilik  qalır,  dünya  ilə  yoldaşlıq  edir,  cahanı  məhvərindən 
qopmağa,  dağılmağa,  viran  olmağa  qoymur.  Elə  bizim  bu 
kitabımızın qəhrəmanı kimi.  
Çox fikirləşdim, onu necə təqdim edim, necə təqdimatını 
verim.  Həm  texnika,  həm  ədəbiyyat  üzrə  alim  kimimi?  Ya 
bəlkə şair kimi? İctimai xadim kimi? Yoxsa naşir, xeyriyyəçi 
kimi? Bunlarla bitmir axı. Onu tam təqdim eləmək üçün çox, 
lap  çox  titullar  sadalamaq  olar.  Amma  bütün  bunların 
fövqündə  əsl  ziyalı,  əsl  insan  kimi  təqdim  etmək  ona  daha 
çox  yaraşır.  Ona  görə  ki,  bu  dünyanın  qıtlıq  çəkdiyi  Böyük 
İnsan  azlığının  sübut  olunmuş  nümayəndələrindən  biridir. 
Bitkilər  arasında  Xarıbülbül  nə  qədər  az  və  nadir 


 

görünəndirsə, onun kimi insanlar da bəşər  məxluqu arasında 
olduqca az və nadirdirlər. 
Xarıbülbül  dedim,  yadıma  nazlı  Şuşa  düşdü.  Xarıbülbül 
də, nazlı Şuşa da nə zamandı düşmən əsirliyindədi. Elə onun 
özü  də  əsir  kimidi.  Çox  pisliklərin  içərisində  çarpışan  az 
nurlulardan  biri  kimi.  Bir  günləri  Şuşa  da  qayıdacaq, 
Xarıbülbül  də  özümüzün  olacaq.  Bəs  yaxşı  insanlar  necə, 
böyük pisliyin əsarətindən xilas ola biləcəkmi? Bax bu suala 
dünya  min  illərdi,  milyon  illərdi  cavab  tapa  bilmir.  Bəlkə 
cavabsızdı  ona  görə?  Bəlkə  dünya  belə  gəlib,  belə  də 
gedəcək?  Ziyanlılar  çox,  ziyalılar  az  olacaq?  Və  günəş 
sönənə  qədər  işıqlılar  işıqsızların  qolubağlı  əsirliyində 
qalacaq?  Bilmirəm.  Amma  o  əsirlərə  hər  zaman  qibtə 
etmişəm. 
Adil  Mirseyid  öz  kitabında  bu  insanı  “Hardan  baxsan 
görünən  adam”  kimi  təqdim  edir.  Mən  isə  hər  yandan 
görünən,  amma  özümüzün  görə  bilmədiyimiz  bir  insan  kimi 
təqdim etmək istəyirəm onu.  
Onu...  
Elçin İsgəndərzadəni... 
Elçin İsgəndəri... 
İşığı bir planetə sığmayan böyük, dahi alimi və şairi...  
 
 
 
 
 
 
 

 
 
 
 
 
UŞAQLIĞIN ALTI İLİ 
 
Payızın gəlməyinə hələ bir az qalırdı... 
Dağlar hələ yellənməmişdi... 
Bağlar barını bərk-bərk sıxıb sinəsində saxlayırdı... 
Bir  müddət  də  ötəcək,  bu  növraqdan  əsər-əlamət  belə 
qalmayacaqdı. Ruzigar  köynəyini dəyişəcək,  yay öz ömrünü 
könüllü  olmasa  da,  payıza  təslim  edəcəkdi.  Ayıq  adamlar 
üçün  isə  artıq  payızın  küləkləri  hiss  olunur,  gecələrin 
şehindən,  axşamların  sərin  mehindən  yeni  bir  fəslin  qapıda 
dayandığı aydınca sezilirdi. 
Barat ayıq adam olsa da, onun qəlbində hələ ilk baharın 
nəğməsi  çalınırdı.  Oğul  övladı  dünyaya  gəlmişdi  axı. 
Ağsaqqallardan,  ağbirçəklərdən  pünhan  məqam  tapıb 
oğlunun  üzünə  baxanda  donub  yerində  qalmışdı:  uşağın 
gözlərində  nə  qədər  işıq  var  idi,  İlahi.  Elə  bil,  günəşin  bir 
zərrəsini  qoparıb  onun  gözlərinin  içinə  qoymuşdun.  Kişi 
xəyala  daldı.  Görəsən,  bütün  atalar  övladlarının  gözlərində 
bu  qədər  işıq  görürlərmi?  Kimsədən  soruşmağa  utandı. 
Amma  qəlbinin  lap  dərin  guşəsində  bir  fikir  özünə  yer 
eləyib,  çiçək  açmağa  başladı:  yox,  bu  uşaqda nəsə  var,  nəsə 
olacaq, o işığın şöləsindən elimiz nura qərq olacaq!  
Bu  düşündüklərini  bir  kimsəyə  demədi.  Ürəyində 
saxladı.  Nə  deyəydi  axı,  deyəydi,  oğlumun  didələrinə  günəş 
qonub? Ona gülməzdilərmi? Deməzdilərmi ay Barat, havayı-
havayı  danışma,  onsuz  da  bütün  uşaqların  bəbəklərində 
Tanrının bir işığı var.  


 

Amma  uşağa  adqoyma  mərasimi  gələndə  Barat  özünü 
saxlaya  bilmədi,  yoldaşlarından  birini  yana  çəkib  astaca  “ 
Mən  yaşlılardan  utanıram,  onlara  de,  uşağın  adını  Elçin 
qoysunlar. Bu uşağın el üçün doğulduğunu, elə bil, mələklər 
mənə pıçıldayıblar ” – dedi. 
Gözlərində günəş yanan uşağın adını Elçin qoydular.  
Uşağı anası süddən kəsməmiş, nənəsi onun əlindən aldı. 
Dedi,  mənim  yanımda  qalacaq  bu  uşaq.  Yekəlib  özünü 
tanıyana  qədər.  Nə  atası,  nə  anası  day  bir  söz  demədilər. 
Xəyalları  dağda-daşda  dolansa  da,  arvada  etiraz  eləməyə 
gücləri  çatmadı.  Axı  əyyam  başqa  əyyam  idi.  Ağsaqqalın, 
ağbirçəyin bir çəkisi vardı. Onların dediyi Quran yazısı qədər 
müqəddəs  sayılardı.  Əgər  arvad  uşağı  öz  yanına  aparmağı 
məqsəd  qoymuşdusa,  deməli,  burada  nəsə  vardı.  Nəsə 
hesablanmışdı,  nəsə  düşünülmüşdü.  Hesabsız,  kitabsız, 
qaradan-qaraya  bir  iş  görməzdilər  o  qocalar.  Bəlkə  elə 
Baratın uşağın gözlərində gördüyü işığın şöləsinin yayılmağı 
üçün  nənəsi  aparmalıydı,  öz  yanında  saxlamalıydı,  yaylağa 
qalxanda  yaylağa,  qışlağa  enəndə  qışlağa  gətirməli,  onu 
dağlarla-daşlarla  baş-başa  saxlamalı,  gözünün  nurundan  bu 
yerlərə  nur  payı  ələməliydi.  Ya  da  əksinə,  təbiət  öz  ecazkar 
qüdrətindən onun qəlbini müjdələməliydi.  
Malıbəyli  kəndi  dağların  qoynunda  yerləşirdi.  Bu 
yerlərdə  sirli-sehirli  obalar  çox  idi.  O  sirli-sehirli 
məkanlardan  biri  də  elə  Malıbəylinin  özüydü.  Bir  ağsaqqal 
görkəmindəydi  bu  kənd.  Oturuşu,  duruşu,  baxışıyla  da  bir 
ağsaqqal  qocanı  andırırdı.  Dağlar-dərələr  Dədə  Qorqud 
misallıydı  sanki.  Qızlar,  gəlinlər  o  dağlara  baxanda 
utanardılar,  yaşmaq  çəkərdilər.  Bu  yerlərə  canlı  təbiətin  ən 
canlı parçası kimi baxardılar.  
Hələ yaylaqlar...  
 

Buralarda  keçən  beş-altı  aylıq  ömür  sürəsi  bir  dünyaya 
dəyərdi.  
Bir  yaşından  nənəsi  onu  yaylaq,  qışlaq  adamı  eləmişdi. 
Ona  keçi  südündən  doğramac  tutar,  yedizdirər,  alaçığın  bir 
küncündə  düzəltdiyi  nənninin  içinə  qoyub,  işinin,  gücünün 
dalısıyca  gedərdi.  Bu  boyda  yaylağın  sağıcılıq  işinə  baxırdı 
axı arvad. Elə bil, bunları duyurdu balaca uşaq. Heç cınqırını 
da  çıxarmırdı.  Nənəsi  qayıdıb  onun  yanına  gələndə  mat-
məəttəl  qalırdı.  Uşaq  olan  bəndə  də  belə  ağıllı  olarmı?  Heç 
ağlayıb,  hay-haray  salmırdı  ki,  bir  mənim  də  yanıma  gəlin, 
mənim  də  halıma  qalın,  susuzluğumdan,  aclığımdan  xəbər 
tutun.  
Bir az böyüyüb, ayağı yer tutanda nənəsinin ətəyindən əl 
çəkmirdi.  Onun  ayağını  qoyduğu  yerə  ayağını  qoyur, 
gördüyü işləri maraqla müşahidə edir, hər nə varsa, beyninin 
ağ  səhifələrinə  yazırdı.  Hələ  onda  bilmirdi,  bilmirdi  ki,  bu 
yazılanlar daş kitabələrə yazılan yazılar kimi pozulub getmir, 
əbədilik həkk olunub, insana sirdaşlıq edir.  
Bunları sonralar, lap sonralar biləcəkdi... 
Hələliksə...  
Qayğısız,  şən,  firavan,  bir  az  da  sirli  haləyə  bürünmüş 
bir  yaylaq-qışlaq  ömrü  yaşayırdı  Elçin.  Bir  yayı  Turşsuda 
keçirəndə  o  biri  yayı  Buğadaşda  olurdular.  Bu  yaylaqların 
ikisi  də  gözəl  idi.  Dağların  əhatəsində,  meşələrin,  buz 
bulaqların  yanında  yay  fəslini  keçirmək  bu  dünyanın  bütün 
gözəlliyini görməyə bərabər sayılardı.  
Yaylaqlarda adətən on on-iki ailə olardılar. Bu ailələrdə 
olan  uşaqları  da  bir  yerə  toplayanda  on  on-iki  nəfər  edərdi. 
Bu  uşaqlar  səhərin  gözü  açılandan  axşam  düşənə  qədər 
dağda-daşda  dolanar,  hər  bir  ağacın,  budağın,  yarpağın 
yanağına sığal çəkər, alaçığa qayıdanda yorğunluqdan düşüb 
daş  kimi  yatardılar.  Elçin  nənəsinin  yanından  qopanda  bu 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə