Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə1/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
  1   2   3   4   5   6   7   8   9   ...   205


 

Rauf Məlikov 



Nizami İbrahimov 

 

 

 

MƏKTƏBLİNİN 

TARİX LÜĞƏTİ 

 

Elmi redaktor: Elmar Məhərrəmov 

 

 

 

EXonMobil 

Ekson Azərbaycan Əməliyyat Şirkəti MMM, 

EksonMobilin törəmə şirkəti 

 

 



 

“Ayna Mətbu Evi” 

Bakı - 2004 

 



 

Müəlliflər haqqında məlumat 



 

Məlikov Rauf Seyfulla oğlu 

 

Tarix  elmləri  namizədi,  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  A.Bakıxanov  adına  Tarix  İnstitutunun 

"Azərbaycanın  qədim  tarixi"  şöbəsinin  elmi  işçisi.  Bakı 

Slavyan  Universiteti  Humanitar  liseyinin  müəllimi. 

"Azərbaycan tarix müəllimləri"  ictimai birliyinin üzvü. 22 

elmi  və  11  elmi-metodik  işin  müəllifidir.  Əsas  əsərləri: 

"Əhəmənilərin  ağalığı  dövründə  Azərbaycanın  etnik 

mənzərəsi  (e.ə.  VI  -  IVəsrlər)"  adlı  elmi  monoqrafiya, 

"Məktəbdə ictimai elmlərin tədrisinin innovativ metodikası 

(tarix,  vətəndaşşünaslıq  və  konfliktologiya  nümunəsində)" 

(Bakı,  2001),  "Tarixin  interaktiv  təlimi.  Müəllimlər  üçün 

vəsait"  (Bakı,  2002)  və  "Orta  əsrlər  tarixi  (7-ci  sinif). 

Müəllim üçün vəsait" (Bakı, 2003). 

 

İbrahimov Nizami Ənvər oğlu 

 

Tarix  müəllimi,  "Azərbaycan  tarix  müəllimləri" 

ictimai  birliyinin  üzvü.  Azərbaycan  Jurnalistlər  Birliyinin 

üzvü, "Yejednevnıye novosti" qəzetinin müxbiri. 

 

 

 



 


 

Ön söz 



 

Müasir tədrisin labüd  şərtlərindən biri də lazımi informasiyanı, hər  hansı 

bir məlumatı  qısa  müddətdə əldə etməkdən  ibarətdir.  "Məktəblinin  tarix lüğəti" 

ilk  növbədə  məktəblilər  üçün  nəzərdə  tutulub,  lakin  tarix,  fəlsəfə,  siyasət, 

ədəbiyyat,  mədəniyyət  tarixi,  bütövlükdə  tarixi  məfhum  və  terminlərin  rast 

gəlindiyi humanitar elmlərlə maraqlanan hər bir kəs üçün faydalı ola bilər. 

Tarix  lüğətinin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  xarici  ölkələrdən  fərqli 

olaraq, bu, Azərbaycan Respublikasında  nəşr  olunan belə  lüğətlərdən birincisidir. 

Ona  görə  də  bu  nəşrdə  Azərbaycan  tarixinə  dair  xarici  nəşrlərdə  olmayan  çoxlu 

məlumatlar  vardır.  "Məktəblinin  tarix  lüğəti"nin  hazırlanması  zamanı 

Azərbaycanda  və  xarici  ölkələrdə  nəşr  olunmuş  ilkin  mənbələrdə,  məktəb 

dərsliklərində,  tarixi  ədəbiyyatda,  müxtəlif  mövzulu  ensiklopediyalarda  və  sorğu 

kitablarında,  eləcə  də  Azərbaycan  Milli  Elmlər  Akademiyası  A.Bakıxanov  adına 

Tarix  İnstitutunun  nəşr  etdirdiyi  7  cildlik  "Azərbaycan  tarixi"ndə  verilmiş  külli 

miqdarda informasiya araşdırılıb öyrənilmiş və yenidən işlənilmişdir. 

"Məktəblinin  tarix  lüğəti"ndə  2000-ə  yaxın  məqalə  (termin)  vardır.  Bu 

terminlərdə  tarix  elminin  bütün  sahələrinə  -  mühüm  tarixi  hadisələrə,  tarixi 

terminlərə,  dinlərə,  mifologiyaya,  incəsənətə  və  elmə  aid,  ölkələr,  şəhərlər, 

Azərbaycanın,  eləcə  də  dünya  tarixinin  görkəmli  tarixi  şəxsiyyətləri  və  sülalələri 

haqqında  məlumat  verilir.  Bu  lüğət,  şübhəsiz  ki,  dərsliyin,  tarixi  və  bədii 

ədəbiyyatın oxunuşunda, televiziya proqramlarına və video-filmlərə baxış zamanı, 

eləcə  də  İnternet  materiallarından  istifadə  olunarkən  meydana  çıxan  bir  çox 

sualların cavablandırılmasında yardımçınız olacaq. 

Lüğətdəki  məqalələrin  adları  əlifba  sırası  ilə,  əsasən  də  tək  şəklində 

verilir.  Məqalənin  əsas  adından  sonra  zəruri  hallarda  lazım  gəldikdə  digər  adlar, 

əvvəlki adın sinonimlən, eləcə də yaşanılmış tarix və ya hakimiyyət illəri, əsl ad və 

soyadları, 

təxəllüslər,  abbreviaturanın  açılışı  verilir.  Başqa  dillərdən 

mənimsənilmiş  terminlərə  qısa  etimoloji  arayış  verilir.  Biblioqrafik  məqalələrdə 

doğum və ya ölüm tarixi məlum olmayan hallarda sual (?) işarəsi qoyulur. Lüğətdə 

söz əlyazma şəklində (kursivlə) yazıldığı halda iqtibas sistemindən istifadə olunur; 

məsələn:  söz  əlifba  şəklində  yazılıbsa,  bu  o  deməkdir  ki,  lüğətin  müvafiq 

məqaləsində  həmin  sözün  ətraflı  məzmunu  (izahatı)  verilir.  Tarixlər,  bir  qayda 

olaraq,  yeni  stillə  göstərilir.  Lüğətdə  ixtisar  olunmuş  sözlərdən  istifadə  edilir. 

Lüğətdən istifadə olunmasını asanlaşdırmaq məqsədi ilə 4-cü səhifədə Azərbaycan 

əlifbası və əsas ixtisarların siyahısı verilir. 

Nəşriyyat  və  müəlliflər  oxucuların  bütün  qeyd,  təklif  və  rəylərinə  görə 

əvvəlcədən  onlara  təşəkkür  edir  və  bildirir  ki,  onlar  təkrar  nəşrlər  zamanı  nəzərə 

alınacaq. 

 

 



 

AZƏRBAYCAN ƏLİFBASI 



 

 

Aa 


Bb 


be 

Cc 


ce 

Çç 


çe 

Dd 


de 

Ee 


Əə 


ə 

Ff 


fe 

Gg 


ge 

Ğğ 


ğe 

Hh 


he 

Xx 


xe 

Iı 


ı 

İi 


Jj 


Kk 


ke, ka 

Qq 


qe 

Ll  


el 

Mm 


em 

Nn 


en 

Oo 


Öö 


ö 

Pp 


pe 

Rr 


er 

Ss 


es 

Şş 


şe 

Tt 


te 

Uu 


Üü 


ü 

Vv 


ve 

Yy 


ye 

Zz 


ze 

 

 



 

akkad. - akkadca  

alm. - almanca  

babil. - babilcə  

çin. - çincə  

e.a - eramızdan əvvəl  

erm. - ermənicə  

ər. - ərəbcə  

far. - farsca  

fr. - fransızca 

holl. - hollandca  

ing. - ingiliscə  

isp. - ispanca  

ital. - italyanca  

qəd. - qədim  

lat. - latınca  

monq. - monqolca  

port. - portuqalca  

rus. - rusca 

sanskr. - sanskritcə  

slav. - slavyanca  

şumer. - şumercə  

türk. - türkcə  

və b. - və başqaları  

və d. - və digər  

və s. - və sairə  

yəh. - yəhudicə  

yun. - yunanca 

 

 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə