Rayon (Şəhər) mərhələsi respublika fənn oliMPİadasi



Yüklə 47,33 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü47,33 Kb.
#22202


Rayon (Şəhər) mərhələsi  

RESPUBLİKA FƏNN OLİMPİADASI  

Coğrafiya – IX sinif ( A variantı) 

 

1. Yer öz oxu ətrafında hansı istiqamətdə fırlanır? 



A) şərqdən qərbə doğru 

B) qərbdən şərqə doğru  

C) günün birinci yarısında şərqdən qərbə doğru, ikinci 

yarısında isə əksinə  

D) günün birinci yarısında qərbdən şərqə doğru, ikinci 

yarısında isə əksinə  

E) şimaldan cənuba doğru 

 

2. Dünya səyahətinə çıxan səyyahlar: 



A) F.Magellan, X.Kolumb, M.Polo 

B) A.Vespuççi, M.Lazarev, İ.F.Kruzenştern 

C) F.Magellan, İ.F.Kruzenştern, Y.F.Lisyanski 

D) Dreyk, İ.F.Kruzenştern, A.Nikitin 

E) İ.F.Kruzenştern, M.Bellinshauzen, C.Kuk 

 

3. Planda miqyassız şərti işarə ilə göstərilən coğrafi obyekti 



müəyyən edin.                        

A) əkin yeri      B) iynəyarpaqlı meşə    C) dəmiryolu      

              D) taxta körpü                   E) qumluq 

 

4. İki yarımkürədə yerləşən materik: 



A) Şimali Amerika     B) Avrasiya      C) Afrika      

   D) Cənubi Amerika              E) Antraktida 

 

5.Yüksəklik artıqca havanın tempraturu necə dəyişər?                                                                



A) hər kilometrdə 4 dərəcə azalır 

B) hər kilometrdə 6 dərəcə azalır 

C) hər kilometrdə 6 dərəcə artır 

D) hər kilometrdə 4 dərəcə artır 

E) yuxarı qalxdiqca tempratur dəyişmir 

 

6. Gölün şirinsulu olmasının səbəbi: 



A) axarsız olması                      B) dənizlə əlaqəsinin olması  

C) suyundan istifadə edilməsi   D) axarlı olması   

                    E) çoxlu çayların tökülməsi 

 

 



7. Miqyası 1:3000 olan planda 2 obyekt arasında 1 sm 

məsafə olarsa, onlar arasında həqiqi məsafə nə qədər olar? 

A) 3 km  B) 30 m  C) 300 m  D) 3000 km  E) 30000 m 

 

8. Dünyanın ən hündür şəlaləsi hansıdır? 



A) Zambezi  B) Niaqara  C)Anhel  D) Viktoriya  E) İquasu 

 

9. Yerin mərkəzindən ekvatora qədər olan məsafə Yerin 



mərkəzindən qütblərə qədərki məsafədən nə qədər 

fərqlidir? 

A) 6378 km                 B) 6357 m                   C) 21 km   

                   D) 6310 km                  E) 6255 km 

 

10. Avrasiyada ən yüksək dağ zirvəsi və ən dərin çökəklik 



hansıdır? 

A) Comolunqma və Ölü dəniz       B) Momblan və Turfan   

C) Kazbek və Qaragiyə                  D) Elbrus və Xəzər   

                              E) Tyan-şan və Van 

11. Antarktida sahillərini əhatə edən okeanlar: 

A) Sakit, Hind, Atlantik   

B) Atlantik, Hind, Şimal Buzlu  

C) Sakit, Atlantik, Şimal Buzlu  

D) Hind, Şimal Buzlu, Sakit   

E) Aralıq dənizi, Şimal Buzlu, Atlantik 

 

12. Aysberq nədir? 



A) suda üzən buz dağı  

B) okean dibindəki buz qatları 

C) suda üzən quru parçası 

D) materikdən ayrılan  bərk süxur qatı 

E) dünya okeanında ada 

   


13. Azərbaycan Respublikasının yerləşdiyi saat qurşağı: 

A) III              B) II             C) IV            D) VI          E)XIII 

 

 

 




Rayon (Şəhər) mərhələsi  

RESPUBLİKA FƏNN OLİMPİADASI  

Coğrafiya – IX sinif ( A variantı) 

 

14. Qütb ulduzu hansı coğrafi enlikdə daha kiçik bucaq 



altında görünür?                                     

A) 66


0

 şm.e.                   B) 14

0

 şm.e.                 C) 34



0

 şm.e.  


                  D) 82

0

 şm.e.                         E) 77



0

 şm.e. 


 

15. Şabalıdı torpaqlar hansı təbii zona üçün xarakterikdir? 

A) səhralar         B) quru çöllər        C) iynəyarpaqlı meşələr  

               D) tundra                E) ekvatorial meşələr 

 

16. Hansı materik bütün coğrafi uzunluqlarda yerləşir? 



A) Avrasiya                  B) Afrika                  C) Antarktida   

           D) Şimali Amerika          E) Cənubi Amerika 

 

17. Günəş sisteminin ən böyük planetini müəyyən edin. 



A) Yupiter    B) Merkuri     C) Yer    D) Venera    E) Mars 

 

18. Arxipelaq nəyə deyilir? 



A) mərcan mənşəli adaya    B) eyni mənşəli adalar qrupuna  

C) vulkan mənşəli adaya       D) sahəsi böyük olan adaya  

                      E)sahəsi kiçik olan adaya 

 

19. Litosfer tavalarının kənarlaşma sərhədində yerləşən 



dağlar: 

A) Qafqaz             B) Orta okean sıra dağları          C) Alp  

                D) And                                     E) Kordilyer 

 

20. Afrikanın səhraları: 



1. Tar    2.  Namib    3.  Qaraqum  4.  Rub-Əl-Xali       

5. Viktoriya   6.  Kalaxari 

A) 2,6    B) 2,4    C) 3,6     D) 3,5     E) 1,4 

 

21. A məntəqəsində günəş çıxmazdan az əvvəl havanın 



tempraturu -3

0

C, günortadan 2 saat sonra +8



0

C olarsa, 

sutkalıq temperatur amplitudunu tapın: 

A) 11


0

C   B) 5


0

C   C)8


0

C    D)13

0

C  E)15


0

 



 

 

22. Azərbaycan Respublikasının neft yataqları: 



A) Azəri, Çıraq                              B) Azəri, Filizçay  

C) Mehmana, Qaradağ                   D) Qobustan,Torağay            

                                E) Daşkəsən, Zəylik 

 

23. Azərbaycanda molibden yatağı: 



A) Gümüşlü                B) Mehmana             C) Parağaçay  

                D) Daş Salahlı                E) Muradxanlı 

 

24. Azərbaycanın hansı iqtisadi rayonunda neft ehtiyyatları 



demək olar ki, yoxdur? 

A) Aran                     B) Abşeron           C) Quba-Xaçmaz   

             D) Gəncə-Qazax         E) Şəki-Zaqatala 

 

25. Faraş tərəvəzçiliyinin inkişaf etdiyi inzibati rayonlar: 



A) Lənkəran, Masallı                          B) Xaçmaz,Göyçay   

C) Qazax, Quba                                   D) Saatlı,Daşkəsən   

                           E) Ağdaş, Gədəbəy 

 

26. Əhalinin sıxlığının nisbətən az olduğu ərazi: 



A) Gəncə-Qazax düzü                          B) Lənkəran ovalığı   

C) Muğan düzü                                     D) Samur-Dəvəçi  

                                 E) Abşeron 

 

27. Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında müvafiq 



olaraq inkişaf edən təsərrüfat sahəsi: 

A) ipəkçilik,neft emalı   

B) camışçılıq,sitrus meyvəçiliyi   

C) pambıqçılıq,ipəkçilik   

D) tütünçülük,pambıqçılıq  

E) quru subtropik meyvəçilik,tərəvəzçilik 

 

28. Tumlu meyvəçiliyin inkişaf etdiyi iqtisadi rayon: 



A) Aran              B) Gəncə-Qazax               C) Abşeron   

         D) Dağlıq Şirvan              E) Quba-Xaçmaz 

 

 



Rayon (Şəhər) mərhələsi  

RESPUBLİKA FƏNN OLİMPİADASI  

Coğrafiya – IX sinif ( A variantı) 

 

29.  Təbii kauçuk istehsalı ilə fərqlənən region: 



A) Cənub-Qərbi Asiya   

B) Cənubi və Şərqi Avropa  

C) Cənub-Şərqi Asiya   

D) Mərkəzi Asiya və Avstraliya   

E) Şərqi Asiya və Şimali Avropoa 

 

30.  Aşağıdakılardan hansılar dünyanın siyasi xəritəsində 



keyfiyyət irəliləmələrinə aiddir: 

1.

 



Müharibələrin nəticəsində ərazi əldə etməsi,yaxud 

itirilməsi.   

2.

 

Dəniz dayazlıqlarının qurudulması yolu ilə ərazilərin 



əldə edilməsi  

3.

 



Dövlətlərarası siyasi təşkilatların və ittifaqların 

yaranması   

4.

 

İctimai-iqtisadi formasiyaların tarixən əvəz olunması   



5.

 

Dövlət quruluşunun yeni formalarının meydana 



çıxması 

 

A) 1, 2, 3  B) 3, 4, 5  C) 2, 3, 4  D) 1, 3, 4  E) 1, 4, 5 



 

31.  Dünyanın yanacaq-energetika balansındakı paylarına 

görə yanacaq xammalının müvafiq ardıcıllığını müəyyən 

edin: 


A) neft, yanar şist, təbii qaz   

B) daş kömür, torf, neft   

C) yanar şist, kömür, uran   

D) neft, təbii qaz, daş kömür   

E) uran, təbii qaz, neft 

 

32. 10



şm.e. və 30

0

ş.u.-dan Bakı şəhərinə hansı istiqamətlə 



getmək lazımdır? 

A) şimal-şərq              B) şimal              C) cənub-şərq   

                  D) cənub                 E) şərq 

 

 



 

 

33. Müvafiq olaraq denudasiya və akkumulyasiya 



proseslərin getdiyi ərazilər: 

A) Qobustan və Talış  

B) Aran və Acınohur  

C) Baş Qafqaz və Qanıx-Əyriçay  

D) Yan silsilə və Murovdağ   

E) Cənub-Şərqi Şirvan və Lənkəran ovalığı. 

 

34. Xəritə-sxemə əsasən aqroiqlim ehtiyatları ilə zəngin 



olan yarımadaları müəyyən edin. 

 

 



A) 4, 5, 6, 7   

B) 1, 2, 5, 6   

C) 3, 5, 6, 7   

D) 2, 3, 4, 6   

E) 1, 3, 5, 7 

 

35. Geotermal elektrik stansiyalarının tikilməsi üçün daha 



çox imkanı olan bölgələri rəqəmlərə görə müəyyən edin. 

 

A)



 

1, 3, 5  B) 2, 4, 6  C) 3, 4, 6  D) 1, 2, 4  E) 2, 3, 5 

 

 

 




Rayon (Şəhər) mərhələsi  

RESPUBLİKA FƏNN OLİMPİADASI  

Coğrafiya – IX sinif ( A variantı) 

 

36. Özbəkistan Respublikasının əhalisinin sayı 28 mln. 



nəfərdir. Əhalinin milli tərkibinin 80%-i özbəklərin, 5%-ni 

isə taciklərin təşkil etdiyini nəzərə alaraq, digər xalqların 

sayını tapın.  

A) 5,6 mln. nəfər      B) 4,2 mln. nəfər      C) 1,4 mln. nəfər   

             D) 22,4 mln. nəfər         E) 23,8 mln. nəfər 

 

37. Sxemdə rəqəmlərə uyğun, qara metallurgiyada istifadə 



olunan xammal və alınan məhsulları müəyyən edin. 

 

A)1-çuqun,2-rels,3-alunit                                       



B)1-prokat, 2-mis,3-dəmir-oksid                             

C)1-dəmir-oksid,2-gil-torpaq,3-torf                           

D)1-volfram, 2-boksit,3-təbii qaz                                          

E)1-daş kömür,2-çuqun,3-rels 

 

38. Dənizə çıxışı olmayan Afrika ölkələri: 



A) Zimbabve, Tanzaniya, Mali   

B) Niger, Çad, Botsvana  

C) Botsvana, Uqanda, Liviya   

D) Anqola, Burundi, Malavi   

E) Namibiya, Konqo, Seneqal 

 

39. Avropanın Aralıq dənizi sahilində yerləşən ölkələrinə 



aid olan cəhətləri müəyyən edin: 

1. Rütubətli yayı və quru qışı ilə seçilən iqlim   

2. Sitrus meyvələri istehsalı üzrə ixtisaslaşmışlar   

3. İnkişaf etməkdə olan ölkələrdir   

4. Quru yayı və rütubətli qışı ilə seçilən iqlim   

5. Turizm yüksək inkişaf etmişdir   

6. İxracında xammal üstünlük təşkil edir  

  A) 1, 5, 6  B) 1, 3, 5  C) 4, 5, 6  D) 2, 4, 5  E) 1, 4, 5 

 

 

40. İxracatında xammal və kənd təsərrüfatı məhsullarının 



üstünlük təşkil etdiyi ölkələr: 

A) Yunanıstan, Türkiyə, Azərbaycan, Avstriya   

B) İspaniya, Çin, Fransa, Efiopiya   

C) Braziliya, Əlcəzair, İndoneziya, Meksika   

D) İtaliya, Ukrayna, Rusiya, Niger   

E) İsveçrə, Lüksemburq, Avstriya, Belçika 



 

 

Yüklə 47,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə