Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
  1   2   3   4   5   6   7   8   9   ...   31


REDAKSİYADAN
Əvvəli də var. Ancaq özünü dərk” mənasında sinfi şüur anlayışını Marksdan 
başlada bilərik. Fransa kəndliləri haqqında yazarkən ...mənfəətlərin eyni olması bir 
topluluq və bir siyasi birlik yaratmadığı üçün, onların bir sinif əmələ gətirməsindən 
bəhs edə bilmərik” deməsi bunun ən açıq göstəricisidir. Yazdıqları ilə dünyanı həm 
nəzəri, həm də praktiki olaraq bir daha geri dönülməz şəkildə dəyişdirən Marksın 
bəlkə ən böyük xidməti də elə bu idi - özündə sinfi baxışı ehtiva etməyən istənilən 
nəzəriyyənin uğrayacağı fiaskonu bizə xatırlatması.
Şübhəsiz, Marksdan sonra da siniflər və sinfi şüur anlayışı haqqında çox yazılıb, 
bu haqda bir çox təcrübə toplanıb. Ancaq Marksdan sonra sinfi baxışı mənimsəməyən 
nəzəriyyələr  belə  onunla  hesablaşmaq  məcburiyyətində  qalıb.  Məsələn,  1960-cı 
illərdə yüksəlməyə başlayan kimlik hərəkatlarının - antikolonializmin, feminizmin, 
LGBT hərəkatların, irqçilik əleyhdarlığının və s. - bütün proqressiv məfhumlarında 
belə sinfi baxışın işığı var idi. Amin Maalouf  Ölümcül Kimliklər” əsərində Əlcəzairdəki 
radikal islam hərəkatını nəzərdə tutaraq, İslam tarixi haqqında cildlərlə kitab oxusan 
da, oradakı vəziyyəti anlaya bilməzsən. Ancaq müstəmləkəçilik tarixi haqqında 5-10 
səhifə  oxumağın,  orada  nə  baş  verdiyini  anlamağına  kifayət  edər”  yazırdı.  Sinfi 
baxış cildlərlə başqa nəzəriyyəyə bərabər olan həmin 5-10 səhifədir.
Bu sayda biz də həmin səhifələri bir daha yada salmaq istədik. Mövzunun 
əhatəsinə uyğun olaraq, Araz Bağırov 1 May” tarixçəsi ilə birlikdə sinfi mübarizənin 
keçən əsrdəki tarixini yada salır. Məmməd Süleymanov Sinfi Mübarizə - Dünən və 
Bu  Gün”  məqaləsində  sinfi  mübarizənin  anlayış  olaraq  keçdiyi  yoldan,  həmçinin 
əvvəli  ötən  sayımızda  yer  alan  “Azərbaycanda  sol  hərəkatın  tarixi”  yazısında 
Azərbaycandakı sinfi mübarizənin və solun tarixindən bəhs edir. Loğman Qasımov 
Sinfi strukturun müasir marksist konsepsiyaları və solun sosial bazası” məqaləsində 
bugünkü marksist nəzəriyyədə sinfi bölgünün necə ələ alındığından söz açır. Sinfi 


bölgünün  əsaslandığı  istismar  münasibətlərini  isə  Nicat  Qarayevin  Kapitalizmdə 
İstismar” məqaləsində oxuyacaqsınız. Qarayev bu məqalədə, istismar”ı əxlaqi kod-
lar içərisində görməyə meylli geniş yayılmış anlayışı tənqid edərək, onun kapitalizmin 
istehsal  münasibətlərinin  özəyinə  necə  yerləşdiyinin  izahını  verir.  Fəlsəfə  bölmə-
sində Ziya Bayramovun Sinfi mübarizənin ontologiyası” məqaləsində məhz Marksın 
öz fəlsəfəsində sinfi bölgünün necə aparıldığının və sinfi mübarizəni şərtləndirən 
amillərin  kökünün  nəyə  əsaslandığının  izahını  tapacaqsız.  Mədəniyyət  bölməsi 
də mövzuya uyğun iki məqaləni ehtiva edir. Toğrul Abbasov mədəniyyət və sinfi 
mübarizə arasındakı nəzəri münasibətlərin analizini, Maxim isə İşçi Sinfi Cənnətə 
Gedir” filminin geniş sosioloji analizini aparır. Bu saydan başlayaraq jurnalda yeni 
müsahibələrlə  də  tanış  olacaqsınız.  İlk  müsahiblərimiz  Neftçilərin  Hüquqlarının 
Müdafiə Təşkilatı”nın rəhbəri Mirvari Qəhrəmanlı və rus marksist-sosioloqu Boris 
Kaqarlitskidir. Mirvari Qəhrəmanlı ilə SSRİ sonrası Azərbaycandakı neft sektorunun 
və işçilərinin vəziyyəti ilə bağlı, Kaqarlitski ilə isə Ukrayna böhranı başda olmaqla, 
dünyadakı mövcud ictimai-siyasi vəziyyət və solun buradakı perspektivləri ilə bağlı 
söhbətləşdik.
Biz bu sayı çapa hazırlayarkən, Azərbaycan ictimaiyyətinin də yaxından izlədiyi 
Türkiyədə  bir  mədən  cinayəti  baş  verdi.  Rəsmi  açıqlamalara  görə,  301  işçinin 
yanaraq  can  verdiyi  bu  cinayət  qarşısında  verilən  reaksiyalarla,  sinfi  anlayışdan 
məhrum ütülü humanizmə” məhz hegemonların öz iqtidarlarını davam etdirmək 
üçün ehtiyac duyduğunu bir daha anladıq. Elə isə, zəncirlərimiz humanizmin qızıl 
suyuna batırılmış olsa da, hələ də onlardan başqa itirəsi heç nəyimiz yoxdur...
Toğrul Abbasov


3
Məmməd Süleymanov
Azərbaycanda Sol hərəkatın 
tarixi (II yazı) 
(əvvəli ötən sayda)
1904-cü il. “Mazut Konstitusiyası”
İndiki  nəsillər  üçün  az  məlum  faktdır,  ancaq 
bütün çar Rusiyasında ilk dəfə olaraq məhz Bakıda 
fəhlələrlə  sahibkarlar  arasında  Kollektiv  əmək 
müqaviləsi  imzalanıb.  Tarixə  “Mazut  Konstitusiyası”  adı  ilə  düşən  o  sənəddə 
fəhlələrin hətta indikindən də mütərəqqi statusu və hüquqları təsbit olunmuşdu. 
Təqvimin vərəqi isə 1904-cü ilin 30 dekabrını göstərirdi.
O  sənəd  Bakı  fəhlələrinin  1  ay  davam  edən  mütəşəkkil  və  radikal  iqtisadi 
tələbli mübarizəsinin nəticəsi idi. Mübarizəyə isə 3 qardaş başçılıq edirdi.
Şendrikov qardaşları - İlya, Lev və Dmitri - Bakıya 1903-cü ildə Daşkənddən 
gəlmişdi.  Dərhal  da  Sosial-demokrat  partiyasının  (RSDRP)  Bakı  komitəsində 
fəaliyyətə başlamışdı. “Şendrikovların təşkilatı”nın yaranması 1904-cü ilin avqustuna 
təsadüf edir. Bu təşkilat “Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı” (1905-ci ildən 
isə - “Bakı fəhlələrinin İttifaqı”) adını daşıyırdı.
İlk  vaxtlar  RSDRP-nin  menşevik  rəhbərliyi  və  onların  “İskra”  qəzeti 
Şendrikovçuları  Bakı  bolşevik  təşkilatına  qarşı  qoyurdu,  bolşeviklər  isə  fəhlə 
hərəkatında “dağıdıcı, ziyanlı qrup” sayırdı.
Bir  müddət  sonra  Şendrikovçuların  təkcə  bolşeviklərlə  yox,  həm  də 
menşeviklərlə  ziddiyyətləri  başlayır.  Fikir  ayrılıqları  həm  siyasi,  həm  də  iqtisadi 
TARİX


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə