Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə1/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
  1   2   3   4   5   6   7   8   9   ...   46


UDK 001 
          A99 
 
     Redaktor
:                            Cahangir Məmmədli 
                                                    filologiya elmləri doktoru, professor  
  
     Rəyçilər
:                              
BöyükkiĢi Ağayev 
                                       tibb elmləri doktoru, a
kademik  
 
                                                      
                                                    Alxan Bayramoğlu (Məmmədov) 
  
                                                    filologiya elmləri doktoru, professor   
 
 
 
       F.Ə.Əliyev, ġ.S.Ağayev  
  Azərbaycanda  elmin  problemləri və  inkişaf perspektivləri.                                     
     “Elm” nəĢriyyatı,  Bakı, 2011, 151 səh. 
 
 
Kitabda Azərbaycan elminin müasir inkişaf göstəriciləri, 
elmin  inkişafına  təsir  edən  beynəlxalq  meyarlar,  ölkədə 
elmin mövcud və gələcək prioritetləri, elmi kadr hazırlı-
ğının problemləri, bir sıra fundamental, ictimai və huma-
nitar elm sahələrinin mövcud durumu və s.məsələlər təh-
lil  edilir.  Kitabın  əsas  mahiyyəti  müasir  Azərbaycan  el-
minin  dünya  elmi  məkanına  inteqrasiyası  problemini 
qoymaq  və  onun  həlli  yollarının  elmi-nəzəri  konsepsi-
yasını göstərməkdir.  
 
ISBN 978-9952-453-41-6 
 
Ə
2010
-
655(07)
1601000000
          
 
©  Əliyev  F. Ə. 
©  “Elm”   2011 


 

 
MÜNDƏRĠCAT 
 
 
Ön söz............................................................................................................4 
 
Azərbaycanda elmin inkiĢafina təsir edən beynəlxalq meyarlar..................13 
 
Azərbaycanda elmin mövcud və gələcək prioritetləri..................................23 
 
Elmi kadr hazırlığının problemləri...............................................................42 
 
Azərbaycanda fizika və riyaziyyat elmlərinin müxtəlif istiqamətlər 
üzrə 1996-2007-ci  illərdəki inkiĢaf dinamikasi..........................................62 
 
Ġctimai və humanitar elmlər: prioritetlər, tədqiqatlar, nəĢrlər......................74 
 
Xarici ölkələrdə çalıĢan alimlərimiz..........................................................112 
 
Elmi nəĢrlərin qiymətləndirilməsi: mövcud vəziyyət 
və perspektivlər..........................................................................................132 
 
Оценка республиканских научных изданий с учетом  
мировых требований................................................................................141 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

ÖN  SÖZ 
 
 
ELMİN İNKİŞAF STRATEGİYASINA  
ALİM YANAŞMASI 
 
 
 
Dünya son dövrlərdə daha çox anlamağa baĢlamıĢdır ki, baĢ 
verməkdə olan qloballaĢmanın fəsadlarını, artıq hər bir dövlətin 
qapısını döyməkdə olan müxtəlif növ böhranların, insan artımı 
ilə  bağlı  yaranmıĢ  ərzaq  qıtlığını,  getdikcə  özünü  daha  çox 
göstərən  çeĢidli  təbii  fəlakətləri  və  hər  bir  regionda  meydana 
çıxan  digər  onlarca  problemin  müsbət  həlli  yalnız  elmin 
inkiĢafı  ilə,  elmə  praqmatik  münasibətin  tam  formalaĢması  ilə 
mümkündür.  ĠnkiĢaf  etmiĢ  ölkələrin  elmə,  təhsilə,  elmin  təbli-
ğinə  və  tətbiqinə  ayırdığı  diqqətdən  gələn  birbaĢa  gəlirin,  qa-
zancın nəticələri göz qabağındadır. Azərbaycan xalqının gene-
tik kodunda həmiĢə özünü göstərmiĢ elmi düĢüncə tərzi və elmə 
diqqət  müstəqilliyin  bərpa  edilməsi  ilə  bu  gün  birə-beĢ  artmıĢ 
və  bir  xalq  olaraq  onun  inkiĢafının  yeni  mərhələsində  bəhrə-
lərini  verməkdədir.  Lakin  bizdə  elmə  bu  günkü  münasibət  və 
elmin  tətbiqindən  gələn  səmərə  inkiĢaf  etmiĢ  ölkələrlə  müqa-
yisədə  hansı  dərəcədədir  və  artıq  sivil  dünyaya  inteqrasiya 
etməkdə olan bir xalqı  – Azərbaycan xalqını  qane edirmi? Bu 
gün  ən  önəmli  hal  odur  ki,  bizim  dünya  elminə  xeyli  vaxtdan 
bəri  inteqrasiya  etmiĢ,  dünya  miqyasında  öz  əsərləri  ilə  tanın-
mıĢ  alimlərimiz  bu  sualı  kəskin  Ģəkildə  cəmiyyət  qarĢısında, 
elmi  ictimaiyyət  qarĢısında  qoymaqdadır.  Müstəqilliyin  bəlkə 
də  hələ  üzdə  o  qədər  də  qabarıq  görünməyən  səmərə  fakt-
larından biri kimi bu sualın yaxın gələcəkdə çox müsbət cavab 
alacağına böyük ümidlər var. Çünki bu böyük ideyaların, ümid-
lərin  gerçəkləĢməsi  üçün  ünlü  alimlərimizin  elmi-nəzəri  fikir 
təsərrüfatı  artıq  meydana  çıxmaqdadır.  Dünya  elminin  fəlsə-
fəsini,  müasir  inkiĢaf  meyillərini,  elmin  getdikcə  daha  çox 


 

səmərə  gətirdiyini  beynəlxalq  praktikada  yetərincə  görməyi 
bacaran  və  özünün  də  bu  səmərədə  kifayət  qədər  payı  olan 
alimlərimizin millətin, vətənin – Azərbaycanın millətlər içində 
yerini müəyyənləĢdirməyə xidmət edən dəyərli ideyaları ortaya 
çıxmaqdadır.  Ġnformasiya  cəmiyyətinin  meydana  gəl-məsi  ilə 
bir çox sahələrin əvvəlinə bir “yeni” epitetinin artırıl-ması heç 
də  təsadüfi  deyil.  Dövlətlərarası  münasibətlərdən  tutmuĢ 
demokratik  dəyərlər  məcmusuna  qədər  hər  Ģeyə  yeni  baxıĢın 
formalaĢdığı bir zamanda alimin də, elm adamının da elmə yeni 
baxıĢı meydana gəlmiĢdir.  
 
Elmə  yeni  vətəndaĢlıq  baxıĢı  akademik  Fikrət  Əliyevin  və 
dosent  ġahin  Ağayevin  “Azərbaycanda  elmin  problemləri  və 
inkiĢaf perspektivləri” kitabında özünü qabarıq Ģəkildə göstərir. 
Əvvəlcə müəlliflər barədə.  
 
Yeni Azərbaycanın yeni dünyaya elmi inteqrasiyasına opti-
mal  və  praqmatik  baxıĢları  ilə  artıq  ölkə  ictimaiyyətinə  yaxĢı 
tanıĢ  olan  alimlərimizdən  biri  də  akademik  Fikrət  Əliyevdir. 
Fikrət müəllim Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat 
Elmi-tədqiqat  institutunun  direktorudur.  Kitabın  digər  müəllifi 
ġahin Ağayev BDU-nun Fizika Problemləri Elmi-tədqiqat insti-
tutunun aparıcı elmi iĢçisi, dosentdir. 
 
Qeyd  etmək  lazımdır  ki,  kitabda  toplanmıĢ  əsərlərdəki 
ideya  və  fikirlər,  təkliflər  müəlliflərin  özlərinin  bu  istiqa-
mətdəki  uzun  müddətli  fəaliyyətlərinə  və  təcrübələrinə  əsas-
lanır. Məsələn, Tətbiqi Riyaziyyat ETĠ-nin bazasında Azərbay-
canda  ilk  dəfə  Tomson  Reuter  Agentliyinin  geniĢləndirilmiĢ 
siyahısına  salınmıĢ  (2008),  sonradan  isə  Ġmpakt  Factor  almıĢ 
(2010) “Applied and Computational Mathematics” jurnalı, Türk 
Dünyası  Riyaziyyat  Cəmiyyətinin  “Pure  and  Applied  Mathe-
matics”  jurnalı  çap  olunur.  Bundan  baĢqa  Ġnstitut  ən  yüksək 
səviyyədə  dünyada  tanınmıĢ  alimlərin  iĢtirakı  ilə  beynəlxalq 
konfranslar  və  seminarlar  keçirir.  Ġnstitut  əməkdaĢlarının  bey-
nəlxalq elmi mərkəzlərlə məhsuldar əlaqələri qurulmuĢ və onlar 
müntəzəm  olaraq  beynəlxalq  elmi  qrant  və  layihələrin 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə