Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
  1   2   3   4   5   6   7   8   9   ...   161


 
1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Seçilmiş  
 
əsərləri  
 
 
 
5


 
2
 
Redaktor:  
Dilsuz 
 
 
 
 
 
 
 
 
 
 
           ELÇIN     
 
E46    «Seçilmiş əsərləri» (10 cilddə), V-ci  cild. Bakı,  
          «ÇINAR-ÇAP» nəşriyyatı, 2005, – 494 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
E
 4702060200 
     
                                 
          
 
     
         
122
      
 
                                                                                         ©  «ÇINAR-ÇAP»2005
 
 
 
 
 
 


 
3
 
 
ROMANLAR
 
 
 
 
 
 
 
 
 


 
4
ÖLÜM HÖKMÜ
 


 
5
 
 
 

GƏLƏCƏYƏ DOĞRU  
 
Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi 
əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq 
Idarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə 
eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük 
həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik 
gətirirdi.  
Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; 
qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını 
irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa 
başlayan dənizə tərəf baxırdı.  
Qarovulçu Əflatunun köşkünün damından üzüaşağı bütün Bakı görünürdü – 
Tülkü Gəldi Qəbiristanlığı şəhərin dağlıq hissəsində idi – və o vaxt ki, gecə 
düşəcəkdi, o görünən binaların, küçələrin, dənizkənarı bulvarın işıqları yanacaqdı, 
onda Bakının bu görünüşü dünyanın ən böyük möcüzəsi olacaqdı, sirlərlə dolu 
naməlum bir aləmə çevriləcəkdi və yenə də neçənci gecə olacaqdı ki, Gicbəsər 
gizlincə qarovulçu Əflatunun köşkünün damına qalxıb, beləcə çöməlib gözlərini 
sirlərlə dolu o naməlum aləmdən çəkməyəcəkdi, o işıqlar bir-bir sönənəcən 
baxacaqdı, gecəyarısı Qəbiristanlıq Idarəsinə gəlib-gedən maşınlara, girib-çıxan, 
ora-bura vurnuxan adamlara fikir verməyəcəkdi, qaranlıq çökmüş Bakıda o uzaq və 
naməlum binaların, küçələrin, oradakı insanların və itlərin qoxusunu duymağa 
çalışacaqdı.  
Son günlərin bütün gecələri belə keçirdi.  
Amma bu gün dama tez qalxmışdı; bəlkə də gecəyə kimi elə beləcə burada 
qalacaqdı, bəlkə də düşüb gedib fırlanıb, gecə təzədən bura qalxacaqdı... Hər halda, 
bu axşam nəsə əvvəlki axşamlara oxşamırdı, bu axşam Gicbəsər daha artıq narahat 
idi, düzdü, gözlərini şəhərə zilləmişdi, başqa heç nəyə fikir vermirdi, amma 
hərdənbir diksinirdi, elə bil ki, nə barədəsə fikirləşirdi və fikirləri onu diksindirirdi.  
Tülkü Gəldi Qəbiristanlığında Gicbəsərə fikir verən yox idi; hərgah fikir verən 
(və başa düşən adam!) olsaydı, görərdi ki, bu itə nəsə olub, əvvəllər həyətdə sülənən 
it deyil və ümumiyyətlə, axır vaxtlar nəsə gözə az dəyir; fikir verən (və başa düşən 
adam!) olsaydı, görərdi ki, bu itin qara və həmişə qəmgin gözlərində nəsə elə bir 
ifadə yaranıb ki, bu ifadə təkcə yemək axtarmaq, təpikdən qorunmaq, soyuqda isti 
yer, istidə sərin yer axtarmaq qayğılarından xəbər vermir...  
Gicbəsərin bütün ömrü Tülkü Gəldi Qəbiristanlığında keçmişdi. Taleyi bu iti 
necə gətirib bu qəbiristanlığa çıxarmışdı – bunu heç kim bilmirdi və təbii ki, heç kim 
bu barədə düşünmürdü; amma Gicbəsəri Qəbiristanlıq Idarəsinin həyətində ilk dəfə 
görən adam Əbdül Qafarzadə olmuşdu.  
Onda – Gicbəsər üçün çox-çox uzaq bir zamanda – çiskinli bir sentyabr səhəri 
idi və o payız çiskinində Tülkü Gəldi Qəbiristanlığındakı ağacların xəzan sarısında 
qəmdən, qüssədən, ömrün sonu ümidsizliyindən əsər-əlamət yox idi, elə bil ki, o 


 
6
payız çiskini həmin qəmi, qüssəni, ömrün sonu ümidsizliyini yuyub aparmışdı və o 
narın çiskin Əbdül Qafarzadənin sifətinə dəydikcə, elə bil, kişinin bütün içinə bir 
qayğısızlıq, nikbinlik yayılırdı, özünü sağlam, gümrah hiss edirdi və bu hiss həmin 
payız səhəri Əbdül Qafarzadəni nəsə yaxşı bir iş görməyə, kimisə sevindirməyə, 
kiməsə bir xeyir verməyə (həm də gözlənilməz bir xeyir!) səsləyirdi. Belə vaxtlarda 
Əbdül Qafaqzadə dünyanın bütün bəd işlərini, pis əməllərini, saxta oyunlarını, 
riyakarlığı, ikiüzlülüyü, pozğunluğu – hər şeyi yaddan çıxarırdı (hər halda, kişiyə 
belə gəlirdi) və elə bil ki, bu adamın bütün içi, fikri-zikri də o payız çiskini kimi
tərtəmiz olurdu, paklaşırdı.  
O çiskinli sentyabr səhəri daxilindən baş qaldırmış o coşğun nikbinlik və 
xeyirxahlıq hissləri içində Əbdül Qafarzadə əllərini adəti üzrə arxasında birləşdirib 
geniş sinəsini daha da irəli verdi, üzünü yuxarı tutub bomboz payız səmasına baxdı, 
narın çiskin çeşməyinin şüşələrinə səpələndi və belə bir narın damcılı şüşə 
arxasından dünyaya baxmaq da o dəm Əbdül Qafarzadəyə ləzzət verdi, hətta Tülkü 
Gəldi Qəbiristanlığının dəmir darvazasının bala qapısından Qəbiristanlıq Idarəsinin 
həyətinə girəndə qarovolçu Əflatunu görəndə də, bu balacaboylu, arıq, sir-sifəti 
günün altında, tozun-torpağın içində illərdən bəri yanıb qaralmış, balaca, yaşıl 
gözləri həmişə səksəkə içində oynayan adam – qarovolçu Əflatun da Əbdül 
Qafarzadənin gözünə dünyanın gözəl bir məxluqu, qüsursuz bir bəndəsi kimi 
göründü, düzü, Əbdül Qafarzadənin özünün də qarovulçu Əflatunu beləcə 
görməyinə gülməyi tutdu, amma, hər halda, həyat gözəl idi və Əbdül Qafarzadə də 
bu gözəl həyatın sahiblərindən biri idi.  
Qarovulçu Əflatun köşkünün balaca pəncərəsindən Əbdül Qafarzadəni görən 
kimi, o saat bayıra sıçradı və çevik addımlarla özünü kişiyə tez yetirmək istədi; 
qarovulçu Əflatun Əbdül Qafarzadəyə o qədər bələd olmuşdu ki, lap uzaqda 
qaraltısını da görəndə sövq-təbii duyurdu ki, kişinin kefi kökdü, yoxsa qanı qaradı; 
müdirin qanı qara olanda, qarovulçu Əflatun çalışırdı ki, hörmətini, ehtiramını, 
səcdəsini kənardan-kənara bildirsin, amma hiss edəndə ki, müdirin kefi kökdü (yəni 
bu o deyən şeydi ki, qarovulçu Əflatun əlavə pul qoparda bilərdi, gözlənilmədən 
əlavə bir imtiyaz əldə edərdi), yaxınlaşıb hal-əhval tuturdu, yeri düşsəydi sözü 
fırladıb gətirib Xıdırın üstünə çıxarırdı, Xıdıra rəhmət oxuyurdu, bir balaca 
ağlamsınıb və gözlərini yerə dikib Xıdırın belə bir gözəl zəmanəni görmədiyinə 
dönə-dönə təəssüfünü bildirirdi və Əbdül Qafarzadənin o gözəl ovqatının maddi 
bəhrələrini görürdü.  
O payız səhəri də yəqin belə olacaqdı, amma birdən-birə hardan peyda oldusa, 
balaca bir küçük sərçə kimi civildəyə-civildəyə qarovulçu Əflatunun ayaqlarına 
dolaşdı, az qaldı ayaqlarının altında qalsın və qarovulçu Əflatun ayağı ilə o balaca 
küçüyü bir kənara itələdi ki, bu gözəl payız səhəri fürsəti əldən verməsin, özünü 
növbəti məqsədinə çatdırsın. Çiskinin altında qəhvəyi-qara tükləri islanmış küçük, 
qarovulçu Əflatunun ayağı ilə təmasdan sonra, cır və nazik səsi ilə zingildədi və 
Əbdül Qafarzadə narazılıqla başını buladı. Qarovulçu Əflatun, əlbəttə, bu narazılığı 
o saat hiss etdi və dayandı, bir müdirə, bir də qəflətən peyda olmuş o küçüyə baxdı, 
bilmədi ki, nə eləsin.  
Əbdül Qafarzadə:  
– Götür onu gətir bura, – dedi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə