Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

 



 


 

 




 

Referat 

 

Buraxılış  işi  Məhsulun  istehsal  keyfiyyətinə  nəzarət  sistemlərinin 



təşkilində  İSO  9000  seriyalı  standartların  rolu    mövzusuna  həsr  olunmuşdur. 

Burada    keyfiyyət  məvhumuna  yanaşmaların  qısa  səciyyəsi  verilir,  istehsal  edilən 

məhsulların  keyfiyyətinin  yüksəldilməsi  istiqamətləri  göstərilir,  məhsulun 

keyfiyyət  göstəricilərinin  nomenklaturu,  məhsulun  istehsal  keyfiyyətinə  nəzarətin 

təşkili qaydaları və  müasir nəzarət vasitələri təhlil olunur. 

Tədqiqatlar  göstərirki,  keyfiyyətin  təmin  olunması  prosesi  aşağıdakı 

iriləşdirilmiş  mərhələlərdən  ibarətdir:  bazarda  analoji  məmulatın  keyfiyyət 

səviyyəsinin  qiymətləndirilməsi,  istehlakçının  tələblərinin  təhlili,  uzunmüddətli 

planlaşdırma,    keyfiyyət  səviyyəsinin  planlaşdırılması,  standartların  işlənməsi,  

konstruksiya  və  texnoloji  işlənmə  prosesində  keyfiyyyətin  layihələndirilməsi,  ilk 

xammal  və  alınan  materialların    keyfiyyətinə  nəzarət,  istehsal  prosesində 

əməliyyatlar  üzrə nəzarət, qəbul etmə  nəzarəti, istismar şəraitində (satışdan sonra) 

məmulatın keyfiyyətinə nəzarət, istehlakçı rəylərinin təhlili. 

 

Bazar  münasibətləri  şəraitində  keyfiyyətin  səmərəli  sisteminin 



yaradılması  üçün  obyektiv  daxili  və  xarici  ilk  şərtlər  yaradılmışdır.  Xarici 

tərəfdaşlar  istehsalçı  müəssisələr  üçün  ilk  şərt  kimi  məhsulun  keyfiyyətinin  idarə 

edilməsində  İSO  ─  nun  tələblərinə  əməl  edilməsini  qoyurlar.  Odurki,  bu 

standartlara  əsasən  keyfiyyətin  sistemli  idarə  edilməsinə  keçid  müəssisəsinin  

beynəlxalq bazara çıxmasının  mühüm şərtidir.  

Yuxarıda  qeyd  olunanları  yekunlaşdıraraq    qeyd  etmək  olar  ki,  keyfiyyətə 

müasir  nəzarət  bütün  təşkilatı  əhatə  edən  mürəkkəb  sistemdir  və  keyfiyyət 

problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən  asılıdır. 

 

Buraxılış  işi  giriş,  5  bölmə,  nəticə  və  təkliflər  və  istifadə  olunmuş 



ədəbiyyatların siyahısı da daxil olmaqla 56 səhifə əlyazması həcmindədir.  


 

Giriş 

 

Bazar  münasibətləri  Azərbaycanda  fəaliyyətdə  olan  sənaye  sahələri  və 



müəsissələrindən  keyfiyyət  problemlərinə  dair  yeni  prinsipial  yanaşmanın 

formalaşmasını    tələb  edir.  Məhsulun  yüksək  keyfiyyətinin  əldə  edilməsi  təkcə 

istehsalçı  və  istehlakçı  üçün    deyil,  bütövlükdə    ölkənin  iqtisadiyyatı  üçün  çox 

mühüm  məsələdir.  Məhsulun,  işin  və  xidmətin  yüksək  keyfiyyəti  satış  və 

rentabelliyi  artırır,  bu  isə  ölkənin  ixrac  potensialının  artırılmasına  səbəb  olur, 

zəncirvari  reaksiya  ilə  olkə  vətəndaşlarının  rifah  halının  və  həyat  səviyyəsinin 

yüksəldilməsi  ilə    nəticələnir.  Odur  ki,  istehsal  prosesinin  müxtəlif  səviyyələrində 

daimi,  sistemli  işlərin  və  tədbirlərin  yerinə  yetirilməsi  ilə  məsulun  keyfiyyətinin  

yaxşılaşdırılmasını  həyata  keçirmək  vacibdir.  Müasir  nəzarət  vasitələri    bir  çox 

hallarda  avtomatik  vasitələrdir.  Avtomatik  nəzarət  vasitəsi  nəzarət  əməliyyatını 

insanın iştirakı olmadan həyata keçirir.  

 

Nəzarət  obyektinin  nəzarət  olunan  əlamətləri  haqqında  informasiyanın 



alınması,  təyin  olunmuş  qiymətlərlə  müqayisə  olunması    və  nəzarət  olunan 

əlamətlərin  tapşırılmış  tələblərə  uyğunluğu  haqqında  qərarın  verilməsi  avtomatik  

olaraq    yerinə  yetirilir.  Təşkilatın  uğurlu    biznesi  üçün  buraxılan  məhsulun  

keyfiyyətinə nəzarət böyük məna daşıyır.  

 

Keyfiyyətə  nəzarətin  təşkili  -    normativ-texniki  sənədlərin  tələblərinə  tam 



uyğun  olan  məhsulun    istehsalının    təmin  olmasına  yönəlmiş    inzibati  tədbirlər 

sistemidir.  Keyfiyyətə  nəzarət  anlayışı    altında    məhsulun    və  ya  prosesin  

xassələrinin  kəmiyyət  və  keyfiyyət  xarakteristikalarının  texniki  tələblərə 

uyğunluğunun yoxlanılması başa düşülür. 

 

Nəzarət  vasitələrinin  seçilməsində  onların  dəqiqliyinə  olan  tələblərin 



əsaslandırılması  böyük  məna  daşıyır.  Odur  ki,  bazar  munasibətləri  şəraitində  bele 

bir məsələnin araşdırılması buraxılış işinin mövzusunu aktual etmişdir. 

 

 

 




 

1.Keyfiyyət məvhumuna yanaşmaların qısa səciyyəsi 

Bazar  münasibətləri  Azərbaycanda  fəaliyyətdə    olan  sənaye  sahələri  və 

müəsissələrindən  keyfiyyət  problemlərinə  dair  yeni  prinsipial  yanaşmanın 

formalaşmasını    tələb  edir.  Məhsulun  yüksək  keyfiyyətinin  əldə  edilməsi  təkcə 

istehsalçı  və  istehlakçı  üçün    deyil,  bütövlükdə    ölkənin  iqtisadiyyatı  üçün  çox 

mühüm  məsələdir.  Məhsulun,  işin  və  xidmətin  yüksək  keyfiyyəti  satış  və 

rentabelliyi  artırır,  bu  isə  ölkənin  ixrac  potensialının  artırılmasına  səbəb  olur, 

zəncirvari  reaksiya  ilə  olkə  vətəndaşlarının  rifah  halının  və  həyat  səviyyəsinin 

yüksəldilməsi  ilə    nəticələnir.  Odur  ki,  istehsal  prosesinin  müxtəlif  səviyyələrində 

daimi,  sistemli  işlərin  və  tədbirlərin  yerinə  yetirilməsi  ilə  məsulun  keyfiyyətinin  

yaxşılaşdırılmasını həyata keçirmək vacibdir.  

Lakin qeyd olunmalıdırki, ayrı ─ ayrı tədbirlərin,  hətta böyük tədbirlərin bir 

dəfəlik  həyata  keçirilməsi  ilə  məhsulun  keyfiyyətini  yüksəltmək  olmaz.  Bu    işin 

həyata küçirilməsi mütəmadi, sistemli və qarşılıqlı əlaqədə olan kompleks tədbirlər  

nəticəsində  mümkün  ola  bilərki,  bu  tədbirlər  də  bütövlükdə  keyfiyyətin  idarə 

edilməsinin  ayrılmaz  tərkib  hissəsi  olmalıdır.  Keyfiyyətin  idarə  edilməsi  ─  bu 

məhsulun    yaradılması  və  istismarında  yerinə  yetirilən  fəaliyyətdir  və  məqsədi  

keyfiyyətin  vacib  səviyyəsinin  müəyyənləşdirilməsi,  təmin  edilməsi  və 

saxlanılmasıdır. Məhsulun  keyfiyyəti onların məzmununa müvafiq olaraq bu və ya 

digər  təlabatı  ödəmək  xüsussiyyətinə  malik  göstəricilərin  məcmuusu  ilə 

səciyyələnir.  Məhsulun  xüsusiyyəti  dedikdə,  bu  onun  yaradılması,  istismarı  və 

istehlakında  özünü  göstərən  xassələrlə  şərtlənir.  Məhsulun  keyfiyyəti  istehlak 

dəyəri  ilə  birbaşa  əlaqədardır.  Istehlak  dəyəri  məhsulun  müəyyən  keyfiyyət 

səviyyəsində  mövcud ola bilən  tələbatın ödənilməsi  ilə bağlıdır. Məhz  məhsulun  

faydalılığı onu istehlak dəyərli edir [1,2]. 

Xüsusi  ədəbiyyatın  [2,8]  təhlili  göstərir  ki,  iqtisadi  nəzəriyyə  və  təcrübədə 

keyfiyyət  məfhumuna  baxışlar    müxtəlifdir.  Ümumilikdə  belə  bir  fikir 

formalaşmışdır  ki,  yüksək  keyfiyyətin  əldə  edilməsi  təsərrüfat  fəaliyyətində  çox 



Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə