Referat tələbə: Bayramova Ceyran Bakı- 2014 MÜNDƏRİcat



Yüklə 214,51 Kb.
tarix26.05.2018
ölçüsü214,51 Kb.
#46098
növüReferat


“AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

AZƏRBAYCANIN NEFT EMALI VƏ NEFT- KİMYA MÜƏSSİSƏLƏRİNİN İQTİSADİ DURUMU VƏ ONLARIN EKOLOJİ MÜHİTƏ TƏSİRİ

mövzusunda

REFERAT

Tələbə: Bayramova Ceyran

Bakı- 2014

MÜNDƏRİCAT



GİRİŞ...........................................................................................................

3

I FƏSİL. Neft emalı və neft kimya müəssisələrinin texnoloji və kooperasiya əlaqələri.................................................................

4


II FƏSİL.“Azərkimya” DŞ-nin müəssisələrində ətraf mühitin mühafizəsi tədbirləri....................................................................................

10


IIIFƏSİL. Neft emalı müəssisələrində ətraf mühitin mühafizəsi tədbirləri..................................................................................

13


Nəticə ...........................................................................................................

22


GİRİŞ
Müasir qloballaşma şəraitində iqtisadi sistemin transformasiyası Azərbaycanda iqtisadi cəhətdən təhlükəsiz, dayanıqlı və sivil cəmiyyətin qurulması zərurətini ön plana çəkmişdir. Bu mürəkkəb proseslərdə sənayenin rolu danılmazdır.

Kimya müəssisələrində istehsalın texniki və texnoloji səviyyəsinin aşağı olması öz növbəsində bu və ya digər tullantıların yaranmasına iınkan verir. Mövcud reallıqları və eləcə dünyada neft-kimya məhsullarına olan tələbatı artmaqda olduğunu nəzərə alaraq qarşıda respublikamızın neft-kimya sənayesinin tənəzzüldən çıxarılması yollarının müəyyənləşdirilməsi məsələsi qoyulmuşdur. Belə bir məsələni neft-kimya sənayesi müəssisələrinin istehsal bazasının moderiizə edilməsi yolu ilə həll etmək olar. Bu onunla izah edilir ki, müasir marketinq metodlarından səmərəli istifadə etməklə neft-kimya sənayesini texniki-texnoloji cəhətdən yenidən qurmaq, həm daxili, həm də xarici bazara yüksək rəqabət qa- biliyyəti ilə seçilən neft-kimya məhsulları çıxarmaq mümkündür.

Hazırda ölkəmizdə neft emalı ilə iki iri zavod məşğuldur. Onlardan biri - «Azərneftyağ» NEZ bu yaxınlarda özünün 125 illik, digəri - Heydər Əliyev adına Bakı Nefl Emalı Zavodu - 50 illik yubileylərini qeyd etmişlər. Keçən əsrin 70-ci illərindən başlayaraq həmin zavodlarda mərhələlərlə yenidənqurma işləri aparılmış və bir sıra yeni «ELOU- AVT» tipli qurğular tikilib istifadəyə verilmişdir. Hazırda həmin zavodlar mövcud istehsal güclərinin 30-35%-i səviyyəsində işləyirlər.

Neft emalı zavodlarının məhsul istehsalının strukturuna İstilik Elektrik Stansiyalarında (İES) istismar olunan qurğuların texniki vəziyyəti də güclü təsir göstərir. Belə ki. İES-də istismarda olan qurğuların 30%-ə qədərini 30 ildən arrtıq istehsalda fəaliyyət göstərən qurğuların payına düşür. İES-də olan gücün isə təxminən 50%-i 40 ildən artıq istismarda olan qurğular təşkil edirlər. Bunun nəti- cəsidir ki, ölkəmizdəki elektrik stansiyalarının gücü 24% (1200 MVT) azalaraq 3800 MVT olmuşdur.



I FƏSİL

NEFT EMALI VƏ NEFT KIMYA MÜƏSSISƏLƏRİNIN

TEXNOLOJİ VƏ KOOPERASİYA ƏLAQƏLƏRİ
Azərbaycan Respublikası Dövlət Statistika komitəsinin məlumatlarına görə 2004-cü ildə ölkəmizdə istehsal edilmiş 41,9 trln. Manat Ümumi Daxili Məhsulun (ÜDM) 15,8 trln. manat və yaxud 37,8%-i sənayeyə yaranmışdır. Azərbaycanda yaradılan iqtisadi sabitlik və əlverişli iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və xarici investorlar il ərzində sənayeyə 2003-cü illə müqayisədə 30,3% çox və ya 19,6 trln. manat əsas kapitala investisiyalar yönəltmişlər. 2004-cü ildə ölkə sənayesində 29,8 trln. manatlıq və ya əvvəlki səviyyəsindən 5,7 % çox sənaye məhsulu istehsal etmiş və xidmətlər göstərilmişdir. Əgər 2003-cü ildə və məhsulunun bir faizlik artımı 234,8 mlrd. manatlıq məhsula bərabər olmuşdursa, 2004-cü ildə həmin xarici 282 mlrd. manat təşkil etmişdir. Həmin artım və ya sənayesində 25%, rezin və plastmas məmulatların istehsalında 26,5%, qeyri-metal mineral maddələrin istehsalında 51,8%, metallurgiya sənayesində 51,4% və müəssisələrin uğurlu işi hesabına əldə edilmişdir. Kimya və neft-kimya müəssisələrində müqayisə dövrü üzrə kaustik soda buraxılışı 14,4%, propilen istehsalı 24%, etilen 22%, polietilen 25%, izopropil spirti 20,6%, sulfat turşusu 18,7%, polivinilxlorid borular 18,9% artmışdır. Sənayenin inkişafında qeyri-dövlət bölməsinin fəaliyəti mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu bölmənin sənaye məhsulunun ümumi həcmindəki payı ildən-ilə artaraq 2004-cü ildə 58%-ə çatmışdır. 2005-ci ilin əvvəlinə olan məlumata görə, ilkin dəyəri 64,4 mlrd. man. olan 785 sənaye müəssisəsi özəlləşmə prosesinə cəlb edilmiş və onun nəticəsində dövlət büdcəsinə 40,5 mlrd. man vəsait daxil olunmuşdur. Son 5 ildə orta və iri sənaye müəssisələrinin bazasında nizamnamə kapitalı 2023,1 mlrd. man. olan 356 Səhmdar Cəmiyyəti yaradılmışdır ki, onların da 15-i kimya və neft-kimya müəssisələridir. 2004-cü ildə fəaliyyət göstərmiş 264 Səhmdar Cəmiyyəti tərəfındən 2,7 trln. manatlıq və ya ölkənin sənaye məhsulu buraxılışının 9,5 %-i qədər məhsul istehsal olunmuşdur.

Azərbaycanda kimya sənayesi məhsulları, rezin və plastmas məmulatlarının 1999-2004-cü illər üzrə istehsalını xarakterizə edən məlumatlar cədvəl 1-də verilmişdir. Təhlil göstərir ki, həmin dövrdə azot, lak və boya məmulatları, polimer örtüklər istehsalları istisna olmaqla, bütün digər əsas növ məhsullar üzrə yüksək artım tempi izopropil spirti (3,86 dəfə), polietilen istehsalı (2,54 dəfə), plastikdən qapı və pəncərə blokları istehsalında (3,7 dəfə), propilen və etilen üzrə (2-2,1 də- fə), xlorid turşusu (1509,3%) istehsalında mümkün olmuşdur. Lakin, bütün bunlara baxmayaraq, ölkəmizin kimya müəssisələri aşağı güclə işləyir, «Etilen-Propilen» zavodu istisna olmaqla, digər zavodların mövcud texniki-texnoloji səviyyəsi yüksək keyfıyyətli məhsul istehsal etməyə imkan vermir. Bu ilk növbədə müxtəlif sənaye istehsalında əsas fondların yüksək aşınma dərəcəsi ilə şərtləşir. Təhlil zamanı müəyyən edilmişdir ki, 1998-2004-cü illər ərzində bütün sənayedə əsas istehsal fondlarının aşınma dərəcəsi 51,.9%-dən 72,8%-ə çatmışdır. Lakin Sumqayıt kimya kompleksində tikilib istifadəyə verilən buxar-generator mərkəzi və «EP-300» qurğusunun yenidən qurulması Əczaçılıq, «Salyan plastik kütlə», Neftçala «Yodrom» və sair zavodlarda aparılan yenidənqurma işləri nəticəsində əsas istehsal fondlarının yeniləşməsində öz töhfəsini vermiş, qeyd edilən illərdə adı çəkilən fondun kimyəvi maddələr və məhsullar istehsalı 59,9%-dən 47,9%-ə, rezin və plastik məmulatlar istehsalı isə 64,7%-dən 56,2%-ə enmişdir. Yeni emal qurğuları tikilib istifadəyə verilməsi nəticəsində koks və neft sullan istehsalında əsas fondlann 15,7%-i təzələnmişlər. Bütünlükdə 2004-cü ildə ölkə sənayesi üzrə əsas fondun təzələnmə dərəcəsi isə 0,8% təşkil etmişdir. 1996-cı ildə əsas vəsaitlərin ayrı-ayrı növlərinin yenidən qiymətləndirilməsinin yekunları göstərir ki, respublikamızda əsas istehsal fondlarınıın vacib tərkib hissəsi sayılan güc marşınları avadanlıqlarının 51,5%-i köhnəlmişdir.

Neft emalı sənayesi ilə neft-kimya sənayesi öz xüsusiyyyətləri baxımından güclü inteqrasiya olunurlar. Bu bütün dünyada mövcuddur. Həmin sahələrin qarşılıqlı inteqrasiyasının əsasını xammal və material axını təşkil edir. Bu haqda məlumat cədvəl 2-də verilmişdir. Adı çəkilən sahələnn texnoloji və kooperasiya əlaqələrinin prisipial sxemi isə şəkil 1-də əks etdirilmişdir.

Azərbaycanda kimya sənayesi məhsulları, rezin və plastmas məmulatlarının istehsalı

Cədvəl 1.

Məhsulların

adları


Ölçü

vahidi


1 1 1 ə r

1999-2004-cü illərdə artım

(%-lə)


1999

2000

2001

2002

2003

2004

Kaustlk soda

Min ton

20,8

25,3

21.8

20,5

21,6

24,7

118,2

Protilen

Min ton

16,4

18,5

15,9

22,9

26,7

33,1

2 dəfə

Etilen

Min ton

30,0

40,1

31,9

46,4

50,5

61,6

2,1 dəfə

Politilen

Min ton

23,2

32,3

27,2

40,5

47,2

59,0

2,54 dəfə

Izopropil spirti

Min ton

12,0

18,4

16,6

36,3

38,4

46,3

3,86 dəfə

Azot

Min kub m

8,6

12,0

14,0

13,4

9,6

8,2

95,3

Lak, boya məmulatları

Min ton

2,0

1,6

1,8

1,9

1,7

1,5

75,0

Xlorid turşusu

ton

4390

4510

4960

6205

7942,3

6600

150,3

Sulfat turşusu

Min ton

25,5

38,0

9,5

17.0

22,5

26,7

104,7

Polimer örtüklər

ton

2685

1360

2531

2635,3

1290,3

855,5

31,9

Bərk rezin və onun qalıqları

ton

429,9

77,2

113,6

66,1

7,2

0,7

10

Plastikdən qapı və pencərə blokları

ton

284

339.2

436.8

606.3

864.3

1048.3

3.7


Qeyd edilən şəkildən göründüyü kimi neft emalı za vodlarında neftdən alınan naftalin etilin istehsalının əsas xammalı kimi Sumqayıt şəhərində yerləşən «Etilen-Prolıetilen» zavodunun «EP-300» qurğusuna ötürülür. Həmin qurğuda alınmış məhsullar Sumqayıt «Üzvi Sintez», «SAM», «Sintez kauçuk», Salyan «Plastik kütlə», Gəncə metal-plastmas zavodlarına satılmaqla, orada çoxsaylı kirnya məhsulları, plastik kütlə və sairə məqsədli məhlullarının alınması təmin edilir. Bütünlükdə neftin və qazın hasilatı, emalı ilə neft-kimya sektoru arasında istehsal əlaqələrini xarakterizə edən məlumatları şəkil- 2-dən aydın görmək çətin deyildir. Hazırda adı çəkilən sahələrdə qarşıda duran ən vacib məsələ neft və kimya məhsularının keyfıyyətinin yüksəldilməsidir.


Neft emalı zavodlarından neft-kimya sahəsinə verilən əsas xammal-mineral növlərinin axını (min tonlarla)

Cədvəl 2.




Xammal növləri

1997

2001

2002

2003

2004

2005

2010

1

Nafta

300

478

478

324

324

468

786

2

Nafta qaztəmizləyici qurğulardan

0

0

0

89

115

156

193

3

Propilen xammal (BPS)

0

0

0

35

35

69

29

4

Benzol

0

0

0

0

0

19

26

Şək. 1 Azərbaycanın neft emalı və neft-kimya kompleklərinin texnoloji və kooperasiy\ əlaqələrinin prinsipial sxemi


Şək. 2 Neft hasilatı, emalı ilə kimya sahələrinin istehsal əlaqələri
Bu məqsədlə, keyfıyyətin idarə edilməsi sisteminin diizgün təşkili təmin edilməlidir.

Bu isə təkcə sahə standartları ilə yanaşı beynəlxalq standartların tətbiqini ön plana çəkmişdir. Belə standartlardan ən geniş yayılmışı 190-9000 seriyalı standartlardır. Sonuncu sənaye məhsulunun keyfiyyət parametrlərini – yəni, məhsulun yenilik səviyyəsini, etibarlığını, davamlığını, texniki-iqtisadi cəhətdən sərfəliyini, eqronomik, estetik, ekoloji və başqa istehlak xassələrini özündə tam əks etdirən, ona ictimai istehsal münasibətləri sistemində qoyulmuş tələbatı ödəmək qabiliyətini verən xassələrini və s. ön plana çəkir. Həmin tələblər baxımından keyfıyyətsiz sənaye məhsulu həm özünün istehsalı və həm də istehlakı prosesində ekologiyaya mənfı planda təsir göstərir, atmosferi və biosferanı çirkləndirir, torpağa ciddi ziyan vurur, canlıların sağlamlığına pis təsir göstərir – onların orqanizmində müxtəlif fəsadlar törədir. Bu, xüsusilə, kimya sənayesi istehsalı üçün daha səciyyəvidir. Kimya sənayesində tətbiq olunan texnologiya mükəmməl olmadığı halda həm məhsul istehsalı və həm üə həmin məhsulun istehlakı prosesləri ətraf mühit üçün daha təhlükəli olur. Məsələn, əgər kimyəvi reaksiyaya əsaslanan istehsal prosesində reaksiya natamam gedirsə, kımyəvi maddələrdən itkilərə yol verilirsə (qaz, toz, maye halında), müəssisənin yerləşdiyi regionun ekologiyaya ciddi ziyan dəyir, su və hava çirklənir, bina, nəqliyyat vasitələrinin fıziki köhnəlməsi sürətlənir, yaşıllıqlar korlanır və s.

Keyfıyyətsiz istehsal olunmuş kalium və fosfor gübrələri nəinki kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinə xidmət edir, əksinə torpağı yorur, münbitliyiə pis təsir edir, onun erroziyasına səbəb olur, kənd təsərrüfatı ziyanveriğciləri üçün istehsal edilmiş xassəsində kənarlaşmalar olan zəhər preparatları başqa faydalı heyvan və quşların da məhvinə səbəb olur, təbiətin tarazlığı pozulur. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərdiyı altında işlənib hazırlanmış «Neft strategiyası»nın uzunmüddətli olması özlüyündə kimya və neft-kimya sənayesinin inkişafına da müsbət təsir göstərir.

II FƏSİL

AZƏRKIMYA” DŞ-nin MÜƏSSISƏLƏRINDƏ ƏTRAF



MÜHITIN MÜHAFIZƏSI TƏDBIRLƏRI
Suverenlik illərində ölkələrdə kimya müəssisələrinin güclə işləmələrinə baxmaraq, orada ətraf mühitin qorunması istiqamətində çoxsaylı önəmli xarakterli təşkilati-texniki tədbirlər həyata keçirilir. Bu baxımdan, 2004-cü ildə Sumqayıt «1 Sintez» zavodunda həyata keçirilən tədbirlər diqqətı edir və özünün iqtisadi ekoloji səmərəsini verməkdir Həmin təşkilati-texniki tədbirləri aşağıdakı kimi xarakterizə etmək olar:

- 2004-cü il ərzində propiloen oksidinin istehsal gücü 15 min ton/il qəbul edilmiş, faktiki istifadə (9233,2 t) 61,6%, poliefır qətram istehsal gücü 10,8 ton/il əvəzinə 627,6 t, 62,1% və s. Sexlərin istehsal güclərindən aşağı səviyyədə istifadə olunmuşdur. İstehsal güclərindən istifadənin aşağı səviyyədə olmasının əsas amilləri aşağıdakılardır:

-dövriyyə vəsaitinin kifayət qədər olmaması;

-zavod üzrə boşdayanmalar 76559 saat olmuş, o cümlədən xammal, eklektrik enerjisi, istilik enerjisi, yanacaq və s. olmamasından.

«Azərikimya» Dövlət Şirkəti müəssisələrinə verilən texniki Ceyranbatan suyunun verilişinin stabilləşməsi, qiymətinin şirkət müəssisələrinin mənafeyinə uyğun tənzimlənməsi məqsədilə «Qaraquş», «Qumyataq», «Texniki suyun qəbulu və ötürülməsi stansiyaları araşdılmışdır; 65 saylı su təmizləyici qurğular sexində qurğuların təmizlənməsi və təmiri işləri görülməklə sexin işi tam bərpa edilmişdir;

Zavoda gətirilən əhəng daşının zavoda ucuz başa gəlməsi və stabil təminatı üçün «Qızıl-Qaya» və «Güzdaş karxanasında 39 saylı «Əhəng daşının doğranmasi yaradılmışdır; İstehsal edilən məhsulların çeşidinin artınlması məqsədi ilə MN-01-03-18 markarlı asfalt-qətran-parafın həlledici, A-125, A-127 markalı sadə poliefır qətranının, 1-140 markalı «P» tipli polefır qətranının, Alkid- həlledicisinin, Neft məhsulları tullantıları əsasında mazutun istehsalı texnologiyası mənimsənilmiş, sınaq partiyaları istehsal edilərək alıcılara göndərilmişdir. Hazırda Sintetik mazutun kütləvi istehsalı və satışı həyata keçirilir;

-16 saylı azot-oksigen sexində elektrik enerjisinin sərfınin azaldılması məqsədilə gücü 1000 kvts olan SK-100 markalı iki ədəd azot kompressorunun əvəzinə gücü 160 kvts olan iki ədəd BH-2 kompressoru sxemə qoşulmuşdur;

-16 saylı azot-oksigen sexində AK-15 P/2 mövqeli havaayırıcı qurğu tam təmir olunub ehtiyata qoyulmuşdur;

-16 saylı azot-oksigen sexində 167/7 mövqeli qradirni təmir edilmişdir;

-54 saylı su təchizatı sexində 490,492 mövqeli qranirlər təmir edilmiş, su çiləyicilər yenisilə əvəz olunmuşdur;

-36 saylı propilen oksidi sexində 3 ədəd sabunlaşdırıcının defleqmatorları dəyişdirilmişdir;

-36 saylı sexdə hidroxlorlaşma şöbəsi müxtəlif səbəbələrdən dayanan vaxtı sabunlaşdırıcı şöbənin işinin saxlanmaması məqsədilə propilenxlorhidrin (tutumu 10 m3olan) tutumunun tutumu 40 m3 olan tutumla əvəz edilmişdir;



  • 36 saylı sexdə propilenxlorhidrinin verilməsi xəttində sərfölçən cihazların quruluş və avtomatik tənzimləmə sxeminin quraşdırılmasıdır;

  • 36 saylı sexdə propilenqlikolun rektifıkasiyası şöbəsində 61 mövqeli kalonun boşqabları və defleqmatoru təmir edilmişdir;

  • 46 saylı sexdə 41/2 mövqeli polimerləşmə reaktoru təmir edilmişdir;

  • 46 saylı və 36 saylı sexlərdə üfürülmə ilə itən propr oksidinin etilen oksidinin tutulması ilə qlikollaın alınması sxemi quraşdırılıb istifadəyə verilmişdir;

  • 38 saylı sexdə tüstü qazlarının istiliyindən istifadə edərək sönmə prosesinə verilən suyun qızdırılması ilə su buxarına qənaət edilməsidir;

-38 saylı sexdən 290 saylı qurğuya gedən 700 p/m əhəng südü xəttinin təmizlənib quraşdırılmasıdır;

-58 saylı sexdə 4/2,3 mövqeli buxarlandırıcıları dəyişdırilmişdir;

-Zavod üzrə su buxarı xətlərinin və «soyuqluq» xətlərinin izolyasiyaları təmir edilmişdir;

-Propilen oksidi, sadə poliefır qətranları sexlərində həyata keçirilən bir sıra tədbirlər nəticəsində məhsul istehsalına sərf edilən xammal, materialların sərfı və sərf normaları aşağı salınmışdır;

-38 saylı sexdə 16/1 mövqeli əhəngyandıran soba tə mir edilmişdir;

- Zavodun sex və sahələrində yarımkeçirici stansiyaların dam örtükləri təmir edilmişdir;

-Zavodun idarə aparatının dam örtüyü metal təbəqələ örtülmüşdür;

-Zavod üzrə sıradan çıxmış 6-kv-luq, 35kv-luq kabel xəttləri təmir edilmişdir.

Diqqəti cəlb edən digər bir məsələ ondan ibarətdir ki, “Aznelsutikinti» şirkəti Dünya Bankının «Sumqayıt Aktiv Maddələr (SAM) zavodunun ərazisinin civə tullantılarından təmizlənməsi və onların basdınlması» layihəsi çərçivəsində torpaq işlərinə başlayıb. Layihə ümumi dəyəri 24,5 mln. dollar olan təxirəsalınmaz ekoloji sərmayələr layihəsinin dörd komponentindən biridir. 8 mln. dollar dəyərində qiymtələndirilən civə tullantılarının təmizlənməsi komponenti iki bölmədən ibarətdir; Almaniyanın Gabeg (SAM zavodunun ərazisinin təmizlənməsi) şirkət- lər tərəfındən gerçəkləşdirilir.

Bu kimi tədbirlərin digər kimya və neft-kimya zavodlarında da həyata keçirilməsi müşahidə edilsə də, kütləvi informasiya vasitələrinin məlumatlarına görə, hər il Səthi Aktiv Maddələr və «Sintezkauçuk» zavodlarından Xəzər dənizinə 24 mln. m3 texnoloji çirkab su axıdılır. Sonuncuya xlor tullantılarını da əlavə etsək, onda Sumqayıtın kimya kompleksinin ətraf mühitə vurduğu davamlı təsiri ürək ağrısız qiymətləndirmək çətin deyildir.



III FƏSİL

NEFT EMALI MÜƏSSİSƏLƏRİNDƏ ƏTRAF

MÜHITİN MÜHAFİZƏSİ TƏDBİRLƏRi
Hazırda ölkəmizdə neft emalı ilə iki iri zavod məşğuldur. Onlardan biri - «Azərneftyağ» NEZ bu yaxınlarda özünün 125 illik, digəri - Heydər Əliyev adına Bakı Nefl Emalı Zavodu - 50 illik yubileylərini qeyd etmişlər. Keçən əsrin 70-ci illərindən başlayaraq həmin zavodlarda mərhələlərlə yenidənqurma işləri aparılmış və bir sıra yeni «ELOU- AVT» tipli qurğular tikilib istifadəyə verilmişdir. Hazırda həmin zavodlar mövcud istehsal güclərinin 30-35%-i səviyyəsində işləyirlər. Heydər Əliyev adına Bakı Neft Emalı və «Azneftyağ» zavodlannda ildə 6,2 milyon ton nefit emal edilir. İstehsal olunan yanacaq ölkənin ehtiyaclarını ödəməklə bərabər qismən də ixrac olunur.

Son illər nefit emalı zavodlarının hər ikisində istehsalatın yeniğdən qurulması istiqamətində neft məhsullarının saxlanılması üçün yeni çənlər parkı, eləcə də Heydər Əliyev adına Nefl Emalı Zavodunda benzinin və dizel yanacağının yüksəlməsi üçün müasir terminal istismara verilmişdir. Texnologiyanın təkmilləşdirilməsi və yenidənqurma işlərinin intensivləşdirilməsi nəticəsində neft emalı zavodlarında istehsal olunan məhsulun keyfıyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Lakin bütün bunlara baxmayaraq həmin zavodlar havanı və suyu çirkləndirməkdə nisbi davam edirlər. Həmin prosesə və vəziyyətə qiymət verməzdən əvvəl ilk növbədə mövcud nefit emalı zavodlarının iqtisardi və texniki- texnoloji vəziyyətini nəzərdən keçirək. 2003-2004-cü illər neft emalı zavodlarında məhsul buraxılışının səviyyəsini xarakterizə edən məlumatlar cədvəl 3-də verilmisdir.

Məlumdur ki, H.Əliyev adına Bakı NEZ-i əsasən neftdən daxili yanma mühərriklərinin yanacaqlarını istehsal edən neftayırma müəssisəsidir. Ölkəmizdə istehsal olunan bütün avtomobil benzinləri bu zavoda emal olunur. Bundan başqa maye qazlar, koks məhsullarının istehsalı da bu müəssisənin payına düşmüşdür. Dizel yanacağı və soba mazutunun təxminən yarısı NEZ-də emal olunur.

H.Əliyev adına Bakı NEZ-də neft emalının həcmi 1996-cı illərdə 4 milyon tondan artıq olsa da emal, ilbəil azalaraq 2001-ci ildə 3,22, 2004-cü ildə isə 1 milyon ton olmuşdur ki, bu da 1995-ci illə müqayisədə cəmi 75,6% olmuşdur.
NEZ-lər üzrə istehsal planının natural şəkildə yerinə yetirilməsi (min ton)

Cədvəl 3.





Neft məhsulları

Plan

ı-aKt




2004

2003

1

Neftin emalı

3100,0

3190,1

3192,5




Benzin

804,0

851,9

644,9




0 cümlədən:













Avtobenzin A-80

81,5

70,1

73,0




Avtobenzin A-92

651,2

721,8

581,7




Avtobenzin Aİ-95

81,5

60,5

65,0

3

Reaktiv mühərrik yanacağı

258,8

305,5

243,6

4

Ağ neft

20,0

10,1

69,4

5

Məişət soba yanacağı

0,0

0,18

31,3

6

Dizei yanacağı

821,6

845,6

764,0

7

Ümumi yanacaq mazutu

1346,5

2444,4

1015,1

"Azneftyağ" NEZ

1

Neftin emalı

3025,8

3114,2

3073,6

2

Ilkin emal benzini

309,0

325,8

297,0

3

Kerosln o cümlədan

302,0

330,1

338,2




KO-20

100,0

100,7

63,3




Mühərrik yanacağı (reaktiv)

202,0

229,4

274,9

4

Ümumi yanacaq mazutu

1314,0

1194,4

1358,5

5

Sürtkü yağları

67,0

48,7

25,7

6

Bütum

50,0

103,5

79,3

7

Qudron

0,0

2,2

1-2

Qeyd 1-2004-cü ildə 688,5 min ton M-40 mazutu və 35,2 min ton elkin

emal benzini "Azərneftyağ" NEZ-dən alınmışdır.




Zavoda emal olunmuş yüksək etanlı benzinlərin həcmi nəzərə çarpacaq dərəcədə artmışdır. 2001-ci ildə AI- 92 markarlı benzinin istehsal həcmi artaraq 471,8 min tona, 2004-cü ildə isə 721,8 min tona çatmışdır. 1995-ci ildə AI-95 markalı benzinin həcmi 40,33 dəfə artmışdır. AI-80 markalı benzinin istehsal həcmi isə 7,30 dəfə azalmışdır. Bu göstəricilər respublikamıza olan avtomobil parkının strukturunun kəskin şəkildə dəyişməsi, zavodda aparılan texnoloji tədbirlərin nəticəsi və eko-iqtisadi problemlərin həlli ilə əlaqədardır. Dizel yanacağının istehsal həcmi təxmini olaraq 1,16% azalmışdır. Soba yanacağının azalması müəssisədə neftin emal dərinliyinin artmasına imkan vermişdir.

«Azərneftyağ» NEZ-in istehsal gücünün 30%-ni dizel yanacağı, 30%-ni emal benzini, 10%-ni reaktiv mühərrik yanacağı, 38%-ni ümumi yanacaq mazutu təşkil edir. «Azərneftyağ» NEZ-də istehsal olunan sürtkü yağlarının xüsusi çəkisi isə 2004-cü ildə cəmi 56% olmuşdur. Sahənin 2015-ci ilə qədər olan inkişaf proqramında sürtkü yağları istehsal edən qurğuların modernləşməsi layihələri də nəzərdə tutulmayıbdır. Bu hal Azərbaycandakı istehlakçıların idxal sürtkü yağlarına xərclənməsi məqsədəuyğun ola bilməz. 2003-2004-cü illərdə 4-5,5 min ton yağ və sürtkülər (orta hesabla bir tonu 250 dollara) ixrac, bundan 2 dəfə çox isə idxal olunmuşdur. Yağ emalı qurğularının texnoloji cəhətdən modernləşdirilməsi barədə yeni layihələr işlənilməlidir.

Neft emalı zavodlarının məhsul istehsalının strukturuna İstilik Elektrik Stansiyalarında (İES) istismar olunan qurğuların texniki vəziyyəti də güclü təsir göstərir. Belə ki. İES-də istismarda olan qurğularm 30%-ə qədərini 30 ildən artıq istehsalda fəaliyyət göstərən qurğuların payına düşür. İES-də olan gücün isə təxminən 50%-i 40 ildən artıq istismarda olan qurğular təşkil edirlər. Bunun nəti- cəsidir ki, ölkəmizdəki elektrik stansiyalarının gücü 24% (1200 MVT) azalaraq 3800 MVT olmuşdur. Respublikamızın neft emalı zavodalrında ətraf mühitin mühafızəsi istiqamətdə bir sıra məqsədli tədbirlər həyata keçirməkdədir. Belə ki, təkcə 1997-2004-cü illər ərzində «Azərneftyağ» NEZ-də təbiəti mühafızə üzrə, yəni, Xəzər dənizinin, atmosfer hava mühitinin, torpağın, yaşıllığın mühafızəsi, istehsalat tullantılarının keçirilməsi nəticəsində zavodun 125 illik ömründə son dərəcə ümumi xalq əhəmiyyətli böyük diqqətə layiq ekoloji göstəricilər qazanılmışdır. Bu nailiyyət müəyyən mənada zavoda mövcud olan təmizləyici qurğuların mövcudluğu və onların istifadəsi zamanı həyata keçirilən təşkilati-texniki tədbirlər nəticəsində mümkün olmuşdur.. Həmin təmizləyici qurğulardan keçən sular kanalizasiya vasitəsi ilə aşağıdakı növ çirkab sular Xəzər dənizinə axıdılır:

- qurğuların skrubberlərindən və qarışdırma kondensatorlarından;

- texnoloji qurğuların yerləşdiyi ərazidən yağıntı suları;

-texnoloji drenaj lotoklarından;

-nasoslarda salniklərin soyudulması zamanı;

-istehsal sahələrində və nasosxanalarda döşəmənin yuyulması zamanı;

ELOU qurğularından, istehsal prosesi zamanı yaranan turşulu-qələvili axıntılar, xammal parklarının əmtəə-altı (məhsulları) suları;

Qazanxana-utilizatorların «üfürülməsi» zamanın yaranan yüksək duzluluq dərəcəsi olan sular.

Normalara görə müəssisədə iki kanalizasiya sistemı fəaliyyət göstərməlidir:


  • I kanalizasiya sistemi. İstehsalat-yağıntı suları tam təmizlənməli və təkrar su sistemlərində istifadə edilməlidir;

- II kanalizasiya sistemi. Nefit məhsulları, reagentlerlə, duzlarla və digər maddələrlə çirklənmiş kimyəvi çirkli və emulsiyalı suların (ELOU-lardan axıntılar, turşulu-qələvili sular, xammal parklarının məhsulaltı suları və s.) axıdılması və təmizlənməsinə xidmət etməlidir. Lakin hal-hazırda müəssisədə bir kanalizasiya sistemi mövcuddur. Ona görə hələ də 5-6 il öncə həmin NEZ-dən dənizə axıdılan tullantı suların tərkibində normadan nisbətən artıq zərərli maddələr olan su axıdıhr. Məsələn, 1999-cu ildə Statistika orqanlarına təqdim edilən 2-TP (su təsərrüfatı) hesabatında tullantıların xarakteristikası da fərqlənərək tam qənaətbəxş olmamışdır. Ayrı-ayrı qovşaqlardan və tutuculardan tullantı sularının xaraktristikasını əks etdirən məlumatlar cədvəl 4-də verilmişdir. Həmin zavoddan Xəzər dənizinə 1999-cu illərdə axıdılan turşulu suyun miqdarını xarakterizə edən məlumatlar cədvəl 5-da əks etdirilmişdir. Cədvəllərdən göründüyü kimi, hər üç halda dənizə axıdılan çirkli suların tərkibindəki kimyəvi maddələrin miqdarı xeyli aşağı olmuşdur.
«Azərneftyağ» neft emalı zavodunda İstehsal Su nın Dərindən Təmizlənməsi Qovşağından (İSTDQ) zə axıdılan suyun miqdarı - 1973000 m3/il

Cədvəl .4.





Göstəricilər

Qatılıq, mq/l

Miqdarı, ton/il

1

2

3

4

1

Neft məhsulları

25,97

51,239

2

Asılqan maddələr

23,0

45,379

3

Quru qalıq

7567,1

14929,9

4

Közərdilmiş qalıq

6559,4

12941,7

5

obt5

5,02

9,904

6

okt

170,8

336,9

7

Xloridlər

1620,0

3196,3

8

Sulfatlar

388,5

766,5

9

Fenollar

0,001

0,002

10

SAM

0,295

0,582

11

Sulfıdlər

0,092

0,182

"Azneftyağ" neft emalı zavodunda Mərkəzi neft tııtucularından

dənizə axıdılan suyun miqdarı-390800 mi/il

Cədvəl.5




Göstəricilər

Qatılıq, mq/l

Miqdarı, ton/il

1

2

3

4

1

Neft məhsulları

32,1

12,545

2

Asılqan maddələr

26,8

10,473

3

Quru qalıq

8907,0

3480,9

4

Közərdilmiş qalıq

7369,0

2879,8

5

obt5

5,03

1,966

6

okt

230,7

90,158

7

Xloridlər

1615,0

631,142

8

Sulfatlar

388,4

151,787

9

Fenollar

0,0018

0,0008

10

SAM

0,377

0.147

"Aznefyağ" neft emalı zavodunda dənizə axıdılan

turşulu suyun miqdarı-1330 m3/il



Cədvəl 6.




Göstəricilər

Qatılıq, mq/l

Miqdarı, ton/il

1

2

3

4

1

Neft məhsulları

144,36

0,192

2

Asılqan maddələr

39,9

0,0531

3

Quru qalıq

8039,0

10,692

4

Közərdilmiş qalıq

7018,0

9,333

5

obt5

9,5

0,0126

6

OKT

191,1

0,254

7

Xloridlər

1926,0

2,562

8

Sulfatlar

382,2

0,508

9

Fenollar

0,0033

0,000004

10

SAM

0,45

0,0006

11

Sulfidlər

0,114

0,0008

«Azneftyağ» neft emalı zavodunda sonralar yeni ELOU-AVT-AVT-2 («Petrofak» ABŞ) və ELOU- AVT-2 («Laki injenirinq» Cənubi Koreya) qurğularının tam istismara verilməsi nəticəsində və həmçinin 1995-ci ildən tikilməsi, quraşdırılması dayandırılmış yeni bitum («Perner» Avstriya) qurğusunun (kompleksinin) quraşdırılması və istismara verilməsi nəinki iqtisadi, həmçinin ekoloji cəhətdən də böyük nailiyyətlər qazanılmasına imkan vermişdir. Həmin qurğuların istismara verilməsi nəticəsində 15 mənəvi və fızik köhnəlmiş qurğular ləğv edilmiş və 12 köhnə qurğuların istismarı dayandırılmışdır. Bunlara görə və eyni zamanda 1997-2003-cü illər ərzində əsaslı tikinti əsaslı və cari təmir işlərinin texnoloji əməliyyatlarır eləcə də digər təşkilati xarakterli tələb olunan mühüm tədbirlərin və nəzarət işlərinin həyata keçirilməsi n ticəsində təbiəti mühafızə üzrə aşağıdakı göstəricilə nail olmuşdur..

Cədvəldən göründüyü kimi, 1996-cı ilə nisbətən 2000-ci ildə ekoloji göstəricilər, yəni dənizdən götürül su 65%, dənizə buraxılan norma həddində təmizlənmiş istehsalat suları 84% azalmışdır. Həmin suların birlikdə dənizə buraxılan norma həddində neft məhsulları tullantıları qarışığı 91% aşağı salınmışdır, yəni 2003-cü ildə 1996-cı ilə nisbətən dənizə 204 ton darında neft məhsulları tullantıları qarışığının atılmasının qarşısı alınmışdır.

1996-cı ilə nisbətən 2003-cü ildə atmosfer mühitinə buraxılan zərərli maddələrin miqdarı 8 yəni 28,9 min ton miqdarında aşağı salııımışdır ki, onların da təqribən 97%-ni neft karbohidrogenləri təşkıl mişdir.

1996-cı ilə nisbətən 2003-cü ildə atmosfer mühitinə buraxılan zərərli maddələrin miqdarı 8 yəni 28,9 min ton miqdarında aşağı salınmışdır ki, onların da təqribən 97%-ni neft karbohidrogenlər təşkıl mişdir.

-NEZ-in İstehsalat-məşəl təsərrüfatında yenidən quraşdırılma işləri başa çatdırılmışdır.

-Böyük Şor neft stansiyasında yeni neft tullantılarının, neft boru xətlərinin quraşdırılması işləri davam etdirilmişdir.

-11 saylı sexdə yeni biznes-əmtəə bazasının quraşdırılması başa çatdırılıb istismara buraxılmışdır.

Zavodda torpağın, yaşıllığın mühafızəsi və bərk tullantılarının zərərsizləşdirilməsi üzrə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

-İstehsalatda alınan işlənmiş qumlərinin Bakı tikinti kombinatının daşınmasının təşkil edilməsi və nəzarətin aparılması tədbiri tələb olunan səviyyədə həyata keçirilmişdir. İ1 ərzində təqribən 200 ton miqdarında alınmış işlənmiş qumlərinin tam zərərsizləşdirilməsi üçün keramzitin alınmasına görə tikinti kombinatına xammal kimi istifadə olunmuşdur.

-İ1 ərzində 1417 m3 həcmində məişət tullantılarının zərərsizləşdirilməsi üçün Bakı şəhər sanitariya təmizlik kombinatına daşınmasının təşkil olunması və nəzarətin aparılması üzrə tədbir həyata keçirilmişdir.

-Zavodun istehsalat və qeyri-istehsalat ərazilərində 5500 ədəd yaşıllıq və kol ağacları əkilmişdir.

-2003-cü il ərzində kerosin və dizel yanacaqlarının təmizlənməsindən 31387 ton miqdarında qələvi tullantıları alınmışdır ki, həmin tullantılardan da 4902 ton asidol istehsal edilmişdir.

-2003-cü il ərzində NEZ-də yağların kontaktlı təmizlənməsi əsasında 309 ton turşulu qudron alınmışdır. Alınmış turşulu qudronu regenerasiya edərək maye ya- nacaq kimi mazutla birlikdə istifadə olunmuşdur.

-Zavodun bütün ərazisində torpaq sahələrinin neft və neft məhsulları ilə çirklənməsinin qarşısının alınması üzrə təsirli nəzarət tədbiri həyata keçirilmişdir.

-2004-cü ildə də «Azərneftyağ» NEZ-də Xəzər dənizinin, atmosfer hava mühitinin, torpağın, yaşıllığın mühafizəsi və istehsalat, məişət tullantılarının zərərsizləşdirilməsi, abadlaşdırma üzrə eyniadlı kompleks tədbırlərin həyata keçirilməsi işi davam etdirilmişdir.

Beləliklə, zavod mütəxəssislərinin apardığı hesabata görə dənizə atılan neft məhsulları tullantıları qalığının və atmosfer mühitinə buraxılan neft karbohidrogenlərinin 1996-cı ilə nisbətən 28,672 min ton itkisinin qarşısı alınmışdır ki, bu da yüksək ekoloji nailiyyətlərlə bərabər, iqtisadi cəhətdən böyük səmərə vermişdir.

«Azərneftyağ» NEZ-in 2005-ci ilə kimi inkişafı üçün Azərbaycan EA NKPİ (Neft Kimya Prosesləri İnstitutu), «ABB» şirkəti və baş layihəçi institut olan «AZDÖVNEFTKİMMLİ» Dövlət Layihə İnstitutu tərəfındən üç konsepsiya hazırlanmışdır.

«Azərneftyağ» NEZ-in 2005-ci ilə kimi inkişafının TİƏ layihəsi iki mərhələdən ibarət olan hal üçün işlənilmişdir:

-1 mərhələdə ildə 4,4 mln. ton neft emalı zamanı müəssisənin inkişafı zamanı II mərhəldə ildə 8,8 mln. tona qədər neft emalı zamanı müəssisənin inkişafı üçün TİƏ hazırlanmışdır.

II mərhələ üçün iki variant üçün hesablamalar aparılmışdır:

- Müəssisənin inkişafının birinci variantında yalnız fəaliyyətdə olan mövcud qurğuların rekonstruksiyası nəzərdə tutulmuşdur. Su təminatı və kanalizasiya sahəsində yeni qurğuların layihələşdirilməsi və istismara verilməsi nəzərdə tutulmamışdır.

Mövcud su təminatı və kanalizasiya şəbəkələri və qurğuları müəssisədə rekonstruksiya olunan qurğuların su təminatını və su ayrılmanı təmin etmək qabiliyyətinə malikdir.

Müəssisənin inkişafının ikinci variantında mütərəqqi texnologiyaya mənsub olan yeni texnoloji qurğular istismara veriləcəkdir.

Müvafıq olaraq su təminatı və kanalizasiya sahəsində və yeni qurğuların istismara verilməsi, istehsal sularının təmizlənməsi üçün yeni qurğuların quraşdırıl- ması, istehsalat kanalizasiyası üçün yeni kollektorların çəkilməsi və köhnə kollektorların rekonstruksiyası nəzərdə tutulmuşdur.


NƏTİCƏ
Hələ Sovet dövründən adı çəkilən zavodlarda təmizləyici qurğular öz nasazlıqları ilə diqqəti cəlb edirdi. Sadəcə, həmin zavodların aşağı güclə işləməsi atmosferə və su hövzəsinə atılan zərərli maddələrin miqdarının nisbi azalmasına şərait yaratmışdır. Lakin Sumqayıtın kimya, əlvan və qara metallurgiya müəssisələri üçün ətraf mühitin çirklənməsi bir problem olaraq qalmaqdadır.

Yeni texnologiya və texnoloji qurğuların tətbiq edilməsi, fıziki və mənəvi cəhətcə köhnəlmiş avadanlıq və qurğuların fəaliyfətinin dayandırılması və ya yeniləri ilə əvəz edilməsi, ətraf mühitə atılan zərərli maddələrin miqdarlarının minimuma endirilməsi üçün tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlər nəticəsində, həmin sənədlərdə və BBAH normativləri layihəsində göstərildiyi kimi, Xəzərə axıdılan zərərli suyun və suyun tərkibində olan zərərli maddələrin miqdarı azalacaqdır.



Bu sənaye sahəsinin inkişafında əsas məsələ Sumqayıt-propilen, Neftçala yod-brom və digər zavodların işə salınmasıdır ki, bu- nun üçün əsas xammal neft fraksiyası və kondensatlardır Neft-kimya sənayesinin inkişaf konsepsiyası yerli xammaldan maksimum istifadə etməklə, ölkəmizdə məhsul bolluğu yaratmaq və sənaye sahələrini lazım olan azot birləşmələri, sintetik liflər, konstruksion materiallarla təmin etməyə əsaslanır. Bu baxımdan respublikamizın neft-kimya sənayesinin inkişafı – benzin fraksiyalar prolizi nəticəsində neft emalı zavodlarından alman karbohidrogenlərin yenidən emalı və ölkəmizin təbii sərvətinə söykənir. Bu isə gələcəkdə Azərbaycan iqtısadiyyatına neft dollarının artan axınına şərait yaradan amillərdən biridir.


Yüklə 214,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə