Rəhbəri Məmmədəli Məmmədov Kamançada səs effektinin yaxşılaşdırılması



Yüklə 28,81 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü28,81 Kb.
#25842


 

Xalq artisti, professor Siyavuş Kərimi 



Xalq artisti, profesoor Fəxrəddin Dadaşov  

“Milli musiqi alətlərinini təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının 

rəhbəri Məmmədəli Məmmədov  

 

 

Kamançada səs effektinin yaxşılaşdırılması 

 

Açar sözlər: dartı qüvvəsi, sıxılma, əyilmə, kiplik.  

Kamança  milli  musiqi  alətlərimiz  sırasında  ön  sıralardan  birini  tutur.  Bu 

alət uzun təkamül yolun keçərək, müəyyən dəyişikliklərə məruz qalıb, təkmilləşib, 

geniş ifa imkanlarına malik olub, bizim bu günki günümüzə qədər gəlib çatmışdır.  

Qədim  tarixi  dövrlərlə  bağlı  olan  bu  alət  orta  əsirlərdə  ansambl  şəkilində 

çalınırdı.   

1931-ci  ildə dahi bəstəkar Üzeyir  Hacıbəyli  tərəfindən Xalq Çalğı  Alətləri 

orkestri yarandı və orkestrin tərkibində tar, balaban, dəf, nağara alətləri ilə bərabər 

kamança musiqi aləti də daxil edildir.  

Bu  alətdə  çalınan  musiqi  tardan  səscə  daha  mükəmməl  və  insanın  səsinə 

daha  yaxındıpr.  Elə  bu  şirinliyə  görə  xalqımız  bu  aləti  çox  sevmiş  və  bu  gündə 

sevməkdədir.  

AMK-nın  yarandığı  ilk  günlərdən  bu  alət  üzərundə  yeni  islahatlar 

aparılmışdır.  

AMK-nın  “Milli  Musiqi  alətlərinin  təkmilləşdirilməsi”  elmi-tədqiqat 

laboratoriyasınsda aparılan uğurlu elmi-tədqiqat işləri öz bəhrəsini vermişdir.   

Belə  ki,  kamança  hissələrində  baş  verən  (simlərin  dartı  qüvvəsi 

nəticəsində) dartılma, sıxılma, əyilmə, sürüşmə və başqa qüvvələrini araşdıraq. 

1. Çanaq içində iç qolun şişin (NC) əyilmə ehtimalı  

2. Simin dartı qüvvəsi (dxg) 

3. Simin  dartı  qüvvəsi  (dxg)  nəticəsində  xərəyə  və  çanağın  üz  dərisinə 

basqı qüvvəsi. (P) 




 

 



 

4.  Simlərin dartı qüvvəsi (dxg) nəticəsində qolda yaranan deformasiya (gc) 

kamançada ifa zamanı simlərdə yaranan mexaniki dalğalar əvvəl xərəyə, sonra isə 

çanaq  üzərindəki  dəriyə  ötürülür,  bu  mexanika  dalğaların  bir  hissəsi  isə  iç  qola 

(şişə)  ötürülür.  Onu  da  qeyd  etmək  istəyirik  ki,  şiş  mexaniki  dalğaları  həm  N,  c, 

həm də g nöqtələrindən qəbul edir. Bu proses çox geniş izaha ehtiyacı olduğundan 

gələcək  elmi  işlərimizdə  həmin  mövzuya  müraciət  edəcəyik.  Şişə  ötürülən 

mexaniki dalğaların ampilutudası böyük və pərakəndə olduğundan musiqi alətində 

stabil, gur, effektiv və təmiz səs almaq çətinləşir. 

Kamançada  səs  effektini  yaxşılaşdırmaq  təmiz  və  stabil  səsi  əldə  etmək 

məqsədilə laboratoriyada bir sıra elmi-tədqiqat işləri aparılmışdır:  

-  Şişdə yaranan pərakəndə mexaniki dalğaların tənzimlənməsi; 

-  Xərəyə düşən basqı qüvvələrinin simlər vasitəsi ilə balanslaşdırılması; 



 

-  Kamança  qolunun  diametrinin  (kəllədən  canaq  istiqamətində)  böyüməsi 



(3,2-3,5 mm). 

Çanağın  ikitərəfli  sıxılma  qüvvələrindən  azad  edilməsi  çanağın  2  tərəfli 

sıxılmasının  qarşısını  almaq  üçün  laboratoriyamızda  bir  sıra  elmi-tədqiqat  işləri 

aparılmışdır. Belə ki, şişi çanağa keçirtdikdən sonra yapışqanla onları bərkidirik ki, 

simlərin  dartı  qüvvəsi  nəticəsində  çanaq  deformasiyaya  uğramasın.  Gərginlik 

nəticəsində şişin NC sahəsində deformasiyaya uğrayır. Simlərdə yaranan mexaniki 

dalğalar nəticəsində səs d nöqtəsindən N nöqtəsinə, B nöqtəsindən C nöqtəsinə və 

q nöqtəsindən c nöqtəsinə ötürülür.  

N, C və Q nöqtələri şişdə kip birləşdiyindən mexaniki dalğalar şişə sərbəst 

və  itkisiz  keçir,  bu  zaman  şişdə  simlərlə  bərabər  mexaniki  dalğalar  əmələ  gəlir. 

Simlərdə  yaranan  mexaniki  dalğalar  xərək  vasitəsilə  kamança  üzünə  (dəriyə) 

ötürülür.  

Şişdə  yaranan  mexaniki  dalğalar  isə  sərbəst  və  nizamsız  qalır.  Bu 

dalğalardan səmərəli istifadə etmək məqsədi ilə  NC şişində s nöqtəsindən çanağın 

ortasına SD səsötürücüsü  yerləşdiririk.  Bu  zaman şişi kökləməyə ehtiyac duyulur. 

Səsötürücü  palıd  ağacından  hazırlanması  məqsədəuyğundur.  Palıd  ağacının 

səsötürmə qabiliyyəti 1 san 5000 metrdir.  

Şişlə səsötürücü arasındakı bucaqlar NSd 



< CSd,

 

ikinci səsötürücü nm-dir. 



Bu  ötürücünün  bir  ucu  n  olmaqla  sd  səsötürücüsünə,  m  ucu  isə  çanağa  söykənir. 

Belə  konstruktiv  dəyişiklik  alətdə  yaranan  bütün  mexaniki  dalğalardan  səmərəli 

istifadə etməyə imkan verir.   

Kamança  qolunun  kəllədən  çanaq  istiqamətində  genişlənməsi  ifaçı  üçün 

geniş imkanlar yaradır və kamança qolu üzərində simlər həm kəllə tərəfdə, həm də 

çanaq yaxınlığında qol üzərində simmetrik yerləşir (şəkil № 3). Bu üsul tarda, udda, 

skripkada və başqa musiqi alətlərində istifadə edilir.  

Qolun  diametri  3,2  sm  və  3,5  sm-dir.  Kamançada  səslənməyə  təsir  edən 

hissələrdən  biri  də  xərəkdir  (şəkil  №  2).  Xərək  2  oturacaqdan  ibarətdir.  1-ci 

oturacaq ACB, 2-ci oturacaq isə A

1

C

1



B

1

-dir. Birinci oturacaq üzərində 1-ci və 2-ci 




 

sim,  ikinci  oturacaq  üzərində  isə  3-cü  və  4-cü  simlər  yerləşdirilir.  1-ci  və  2-ci 



simlərin  basqı  qüvvəsi  3-cü  və  4-cü  simlərin  basqı  qüvvələrinə  çox  yaxın 

olduğundan  ACB-nin  sahəsi  (s)  =  (s

1

)  A


1

C

1



B

1

    S  və  S



1

  xərək  oturacaqlarının 

sahələridir.  

Ayrı-ayrılıqda simlərin kamança kökündə dartı qüvvələri belədir.  

1-ci sim - 9 kq;  2-ci sim - 6 kq; 3-cü sim  - 8 kq;  4-cü sim  - 8 kq;  

1-ci sim + 2-ci sim =15 kq;  3-cü sim + 4 sim = 16 kq  

Kamançanın  üz  dərisinin  qalınlığı  stabil  olmadığından  xərəyin  s

1

  və  s 



sahələrinin konkret kvadratını hesablamaq mümkün olmur. Bu səbədən kamançaya 

xərəyi seçim yolu ilə əldə etmək lazımdır.   

Kamança  aşıxlarının  kökdən  düşməsi  üçün  biz  bir  sıra  məqalələrimizdə 

məlumat  vermişik.  Konstruktiv dəyişikliklər etdiyimiz bu alətdə  həmin aşıxlardan 

istifadə etdik.  

 

Professor Fəxrəddin Dadaşov tələbələrinə təkmilləşmiş kamança haqqında məlumat verir. 



 

Kamançada  tətbiq  olunan  bu  konstruktiv  dəyişikliklər  nəticəsində 

kamançada  stabil və təmiz səsin əldə olunmasına gətirib çıxartmışdır.  



 

Bu  konstruksiyada  bir  neçə  kamança  hazırlanmış  və  hər  birində  yüksək 



nəticədə əldə edilmişdir. İfaçı ekspert qismində aləti Əməkdar artist Munis Şərifov, 

Səid  Rüstəmov  adına  xalq  çalğı  alətləri  orkestrinin  solisti  Salman  Əliyev,  xalq 

artisti, professor Fəxrəddin Dadaşov və başqaları ifa edərək müsbət rəy bildirmişlər.  

Birmənalı  deyə  bilərik  ki,  təqdim  edilən  konstruksiya  ilə  bu  günə  qədər 

kamança yiğilmayıb.  

Müəlliflər kamança və bas kamança üzərində elmi işlərini bundan sonra da 

davam etdirəcəklər.  

 

 



 

Резюме 

 

В  этой  статье  автор  отмечает  как  изменный  конструкцию  каманчи, 

добился улучшению звукого эффекта и удобного расположения инструмента 

для музыканта.  



Ключевые слова: статие, согнутость, полтност. 

 

 



Summary 

 

The author is noticed now change of kemancha is achieved a good effective 



sounds and comfortable location for musician.  

Key words: solidity, curve, density.  

   


 

 Rəyçilər: professor V.Əbdülqasımov 



              baş müəllim Munis Şərifov  

Yüklə 28,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə