Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
  1   2   3   4   5   6   7   8   9   ...   40


Rəhim Həsənov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Georq Vilhelm Fridrix Hegelin ruh 
fəlsəfəsi 
 
 
 
 
 
 
Bakı «Тякнур» – 2011 
 


 

 
 
Elmi  redaktor:  Niyazi  Mehdi  -  Fəlsəfə  elmləri  doktoru,  
professor  
 
Rəyçilər:  
Apdin Əlizadə - Fəlsəfə elmləri doktoru,  dosent 
Arif Tağıyev - Fəlsəfə elmləri doktoru,  dosent 
İlqar Hüseynov - Kulturologiya elmləri doktoru, professor 
Vəliyulla Cəfərov
-
Filologiya elmləri doktoru,  professor 
 
 
 
     Klassik  alman  fəlsəfəsində  obyektiv  idealist  dialektikanın 
əsasını qoyan G. V. F. Hegelin böyük fəlsəfi sistemi hər zaman 
diqqət  mərkəzindədir.  Təkcə  idealist  filosoflar  deyil,  həm  də 
materialist  filosfolar  da  Hegel  fəlsəfəsinin  təsiri  altında 
qalmışdır. 
    Hegelin  yaratdığı  fəlsəfi  sistemin  ən  ali  forması  olan  ruh 
fəlsəfəsi haqqında baxışlarına münasibət bildirmək, bu barədə 
müqayisəli  təhlil  aparmaq,  Hegelin  yaratdığıı  fəlsəfi  sitemi 
öyrənmək böyük bir əhəmiyyət kəsb edir. 
        Monoqrafiyada  Hegelin  fəlsəfi  dünyagörüşündə  ruhun 
məntiqi  inkişaf  mərhələlərinin  əsl  mahiyyəti  açıqlanmış, 
subyektiv  ruh,  obyektiv  ruh  və  mütləq  ruh  mərhələlərinə  dair 
Hegelin baxışları arşdırılmışdır. 
 
 
 
 
 
 
 
 
© , 2011
 


 

 
 
Fəlsəfə fikirlərdə mənimsənilən dövrdür. 
 G. V. F. Hegel 
 
G İ R İ Ş 
 
Mövzunun aktuallıgı: Ümumiyyətlə biz düşüncə 
tarixinə diqqətlə nəzər yetirsək, fəlsəfə insanın içində 
yaşadıgı dünyanı dərk etmə cəhdidir. Və elə bu cəhd 
tarix  boyu  insanları  düşünməyə  vadar  etmiş, 
gerçəkliyin  dərki  fikir  adamlarını  yüzillər  boyu 
narahat  etmişdir.  Həqiqət  nədir?  Dünya  sonlu  yoxsa 
sonsuzdur?  İnsan  nədir?  İnsan  həyatının  mənası 
nədir?  kimi  suallar  tarix  boyu  müxtəlif  cavablarla 
cavablandırılmış  və  bəzən  belə  cavabsız  qalmışdır. 
Gerçəkliyin  özünü  və  gerçəklikdəki  baş  verən 
proseslərin  mifoloji  dünyagörüşlə  və  elmi  yollarla 
izahı  zamanı  bir  sıra  qarşıdurmalar  meydana  gəlirdi. 
Belə  qarşıdurmaların  yaratdıgı  mübarizə  nəticəsində 
fəlsəfə  formalaşmağa  başladı.  Müxtəlif  inkişaf 
mərhələlərindən  keçərək  yaranan  fəlsəfə  bir  sıra 
dünyagörüşlərini 
geridə 
buraxmışdı. 
Fetişizm, 
animizm,  totemizm  və  magiya  ibtidai  insanların 
düşüncəsinin  təzahürü  idi.  Gercəkliyi  fantastik  bir 
surətdə  əks  etdirən  mifoloji  dünyagörüşü  möcüzələrə 
inamı ehtiva edirdi. 
Canlıların  yaranıb,  inkişaf  edib  və  ölməsi,  göy 
cisimlərinin  hərəkətlərinin  hansı  səbəbdən  baş 
verməsi  kimi  hadisələr  ilk  insanları  düşündürürsə  də 


 

 
belə  bunların  izahı  mifoloji  dünyagörüşündə  uzağa 
gedə bilməmiş, yeni bir düşüncə tərzinin yaranmasına 
səbəb olmuşdu. Mif təbiət hadisələrinin, cəmiyyətdəki 
münasibətlərin  qeyri-adi  formada  inkişafıdır,  cəmiy-
yətin  erkən  inkişaf  mərhələsində  təbiətin,  sosial  ger-
çəkliyin  hadisələrinin  anlama  üsuludur.  Bax,  bunlara 
görə  də  mifologiyanı  fəlsəfəyəqədərki  dünyagörüşü 
formalarından biri hesab etmək olar (41, səh. 47). 
İnsanların  düşüncə  tərzinin  mərhələli  inkişaf 
etməsi nəticəsində qədim Yunanstanda dini – mifoloji 
dünyagörüşü  zaman  keçdikcə  öz  yerini  fəlsəfəyə 
verməyə  başladı.  Kainatın  necə  yaranması,  dünyanın 
mahiyyəti  kimi  suallara  marağın  yaranması  fəlsəfi 
düşüncə  tərzinin  təməlini  meydana  gətirdi.  Əvvəllər 
içində  yaşadığı  dünyanı  anlamağa  çalışanlar  içində 
yaşadıqları cəmiyyətin və birgə yaşadıqları insanların 
mənəviyyatını  anlamağa  cəhd  edirdilər.  Cəmiyyət 
hadisələrinin  izahını  da  özündə  ehtiva  edən  fəlsəfə 
zamanı  keçdikcə  bir  sıra  düşüncə  adamlarını  özündə 
cəmləşdirdi  və  belə  düşüncə  adamlarından  biri  də 
klassik  alman  fəlsəfəsinin  yetirməsi,  dünya  fəlsəfə 
tarixinin  ən  nəhənglərindən  biri  Georq  Vilhelm 
Fridrix Hegel adı altında iz qoymuşdur.  
Fəlsəfə  tarixində  son  böyük  sistem  qurucula-
rından biri olan Hegelin yaratdığı dialektik metod hər 
zaman  maraq  doğurmuş,  sağlığında  belə  diqqət 
mərkəzində  olmuşdur.  F.  Engels  bu  dahi  filosof 
haqqında belə yazırdı «Hegelin böyük xidməti ondan 
ibarətdir  ki,  o  ilk  dəfə  olaraq  bütün  təbiət,  tarix  və 


 

 
mənəviyyat  aləmini  bir  proses  şəklində,  yəni 
arasıkəsilməyən  hərəkət,  dəyişilmə,  başqalaşma  və 
inkişafda  göstərmiş,  bu  hərəkət  və  inkişafın  daxili 
rabitəsini aşkara çıxarmağa çalışmışdır» (6, səh. 19). 
Şübhəsiz  ki,  Hegelə  yüksək  və  obyektiv  qiymət 
verən  təkcə  Engels  olmayıb.  Monoqrafiyada  Hegel 
fəlsəfəsinin mənfi və müsbər cəhətləri işıqlandırılmış, 
xüsusilə 
də 
ruhun 
inkişaf 
mərhələlərinə 
toxunulmuşdur.  Hegel  kimi  bir  dahinin  yaratdığı 
fəlsəfi  sistemi  dərindən  öyrənmək  və  ona  obyektiv, 
qərəzsiz qiymət vermək lazımdır. 
Tədqiqat 
işinin 
yeniliyi 
aşağıdakılardan 
ibarətdir:  
Ümumiyyətlə  götürsək  Hegelin  yaradıcılığı  hər 
zaman  diqqət  mərkəzində  olmuş,  onun  yaratdığı 
obyektiv  idealist  dialektika  həm  də  materialist 
tədqiqatçıların  marağını  özünə  cəlb  edə  bilmişdir. 
Hegelin  fəlsəfi  sistemi  keçmiş  Sovetlər  birliyində 
birtərəfli  işıqlandırılmış,  öz  düzgün  qiymətini  tapa 
bilməmişdir.  Yetmiş  il  ərzində  təkcə  Hegel  fəlsəfəsi 
deyil,  materialist  dialektikaya  uyğun  gəlməyən  bütün 
fəlsəfi  sistemlər  tənqid  olunmuş,  köhnəliyin  qalığı 
kimi  qiymətləndirilmiş,  əsas  istiqamət  materialist 
dialektikaya verilmişdir. Kommunist rejiminin aparıcı 
ideyası  olan  marksizm-leninizm  fəlsəfəsinin  hakim 
ideologiyaya  çevrildiyi  bir  zamanda  bir  çox  fəlsəfi 
sistemlər  kimi  Hegelin  yaratdığı  fəlsəfi  sistem  də 
təhrif  olunurdu.  Halbuki,  marksizm  fəlsəfəsinin 
təməlini  quranlar  Hegelin  yaratdığı  dialektik  metoda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə