Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
  1   2   3   4   5   6


Rektor tələbələrlə görüşüb

Rektor tələbələrlə görüşüb

ATU ilə Koç Universiteti 

arasında əməkdaşlıq 

memorandumu 

imzalandı

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 05 (1645) 16 mart 2017 - ci il                                    Qiyməti 50 qəpik



Ümumdünya Böyrək Günü qeyd edildi

Rektor 

xanımların 

bayramını 

təbrik edib

Azərbaycan Tibb Universitetində Təhsilin Keyfiyyətinin 

Təminatı haqqında Bəyannamə qəbul edilib

“Təbabətin aktual 

problemləri - 2017” elmi-

praktik konfransı

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin 

nümayəndə heyəti ilə görüş keçirilib

Aktiv tələbələr istirahətə göndərildi

Bu müayinə Azərbaycanda yalnız ATU-nun Tədris 

Terapevtik Klinikasında aparılır

Azərbaycanlı cərrahların 

yeni modifikasiya ilə 

dünya təcrübəsinə 

inteqrasiyası

Azərbaycan Tibb və Qırğızıstan-Türkiyə Manas 

universitetlərinin rektorları görüşüb

BU  SAYIMIZDA 

2

2

 

Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub 

AZƏRTAC-ın  xüsusi  müx-

biri xəbər verir ki, Prezident 

İlham  Əliyev  Parisin  Vete-

ranlar  meydanında  yerləşən 

Ordu Muzeyinə gəldi.

Dövlətimizin başçısını Fran-

sanın kənd təsərrüfatı naziri, 

hökumətin  sözçüsü  Stefan 

Lö Fol qarşıladı.

Ordu  Muzeyinin  yerləşdiyi 

Veteranlar 

meydanında 

Prezident  İlham  Əliyevin 

şərəfinə fəxri qarovul dəstəsi 

düzülmüşdü.

Azərbaycanın  və  Fransanın 

dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri 

qarovul  dəstəsinin  qarşısın-

dan keçdi.

Fəxri  qarovul  dəstəsinin 

rəisi  dövlətimizin  başçısına 

raport verdi.

Fransanın  kənd  təsərrüfatı 

naziri,  hökumətin  sözçüsü 

Stefan  Lö  Fol  Azərbaycan 

nümayəndə heyətinin üzvləri 

ilə görüşdü.



Martın 14-də Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

2

5

2

3

7

5

6

4

3


16 mart 2017-ci il

2

http://w w w.amu.edu.az





Martın 2-dən etibarən ATU-

nun rektoru, professor Gəray 

Gəraybəylinin tələbələrlə gö rüş-

ləri başlayıb. İlk olaraq rektor 

uni versitetin I kurslarının qrup 

nümayəndələri ilə görüşüb.

Yeni  tələbə  olan  gənclər  özlərini 

maraqlandıran  məsələləri  qaldırıb-

lar. Həm tədris və təhsil sistemi, həm 

də  tələbələri  narahat  edən  sosial 

məsələ lərlə  bağlı  bir  sıra  təklif  və 

iradlar  səsləndirilib.  Qeyd  edək  ki, 

görüşdə  82  qrup  nümayəndəsi  işti-

rak edib. 

***


Martın    9-da  II  kurs  tələbə ləri  ilə 

görüşən  rek tor  tədris  ilində  görülən 

işlərdən, tətbiq olunan yeniliklərdən, 

ATU-nun  Azərbaycan  təhsilində 

tutduğu  mövqedən,  o  cümlədən 

gənclərin maarif lənməsində müstəs-

na rolundan bəhs edib.

***


Martın  14-də  isə  rektor  universite-

tin bütün fakültələri üzrə III kursların 

qrub nümayəndələri ilə görüşüb.

Səmimi  şəraitdə  keçən  görüşdə 

təhsil sistemindən tutmuş tələbələrin 

asudə  vaxtının    təşkilinə  kimi 

müxtəlif  məsələlərlə  bağlı  suallar 

səsləndirilib.  Qrup  nümayəndələri 

bildiriblər  ki,  tələbələr  universitetin 

ictimai  həyatında  daha  aktiv  işti-

rak etmək istəyirlər. Rektor gəncləri 

Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə 

yaxından işləməyə dəvət edib. 

***


Görüşlər zamanı bütün sualları ca-

vablandıran  Gəray  Gəraybəyli  bir 

sıra məsləhət və tövsiyələrini diqqətə 

çatdırıb,  bəzi  məsələlərin  həlli  ilə 

bağlı yerindəcə göstəriş verib.

Bu görüşlərin təşkilinə görə rektora 

təşəkkür  edən  tələbələr    ATU-dakı 

təhsil sistemindən razı qaldıqlarını və 

yeni imta han üsuluna keçidi müsbət 

qiy mətləndirdiklərini bildiriblər.

Xatırladaq  ki,  ATU-nun  müx təlif 

kurslarında  və  fakültələrində  təhsil 

alan  tələbələrlə    görüşlər  davam 

edəcək.


Rektor tələbələrlə görüşüb

• 

Fevralın 28-də Azər



-

baycan Tibb Uni versi-

te tinin rektoru, profes-

sor Gəray Gəraybəyli 

ilə Qırğızıstan-Türkiyə 

Manas Universitetinin 

rektoru, professor Se-

bahattin Balcı arasında 

görüş keçirilib.

Qonaq, professor S.Balcı 

ilk  öncə  rəhbərlik  etdiyi 

universitet  haqqında  ge-

niş  məlumat  verib.  Onun 

sözlərinə  görə,  adıçəkilən 

ali təhsil ocağı Türkiyə və 

Qırğızıstan  hökumətləri 

arasında  bağlanan  sa-

ziş  əsasında  yaranıb: 

“Qırğızıstan-Türkiyə  Ma-

nas  Universiteti  artıq  21 

ildir  ki,  fəaliyyət  göstərir. 

6000-dən çox tələbəmizin 

arasında  14  xarici  ölkəni 

təmsil  edən  gənclər  də 

var. 9 fakültəmiz fəaliyyət 

göstərir.  Diplomumuz  hər 

bir  ölkədə  tanınır.  5  qitə 

və 33 ölkədə tələbələrimiz 

mütəxəssis kimi çalışırlar”.

Bu  il  Manas  Universite-

tinin  Türk  Universitetlər 

Birliyinə başçılıq edəcəyini 

deyən  rektor,  ATU-nun 

da  bu  birlikdə  aktiv  işti-

rak  etməsini  dilədi:  “Bu  il 

başçı  universitet  bizik  və 

həqiqətən  də  yeniliklər 

etmək istəyirik. Bizdə tibb 

fakültəsi  olmasa  da,  sizin 

tələbələri,  mütəxəssisləri 

öz  qurumumuzda  gör-

məyə çox şad olarıq”.

ATU-nun  rektoru  Gəray 

Gə ray bəyli  bu  birlik  haq-

qında məlumatlı olduğunu 

vurğulayıb: “Bəli, sizin bir-

liyinizin  üzvləri  arasında 

ATU  da  var.  Keçən  il  uni-

versitetimizin  prorektoru 

da  sizin  tədbirdə  iştirak 

etmişdi.  Bu  il  də  mütləq 

hansısa  istiqamətdə  bi-

zim  ali  təhsil  ocağından 

nümayəndə  və  yarışlar-

da  iştirak  üçün  tələbə 

görəcəksiniz”.

Görüşdə  ATU-nun  bey-

nəl xalq  əlaqələr  üzrə 

pro rektoru  Nadir  Zeyna-

lov,  beynəlxalq  əlaqələr 

şöbəsinin  müdiri  İkram 

Rüstəmov da iştirak edib-

lər.

• 

Martın 2-də Azərbaycan 



Tibb Universitetinin 

rek   toru, 

professor 

Gəray Gəraybəyli Tür-

ki yənin Koç Universite-

tinin  nü ma yəndə  heyəti 

ilə görüşüb.

Görüş  zamanı  rektor 

ATU-nun  bir  çox  xari-

ci ölkə universitetləri ilə 

əməkdaşlıq etdiyini, son 

illər  bu  münasibətlərin 

daha  da  gücləndiyini 

bildirib.  Bu  ölkələr  ara-

sında  Türkiyə  ali  təhsil 

ocaqlarının 

üstünlük 

təşkil  etdiyini  vurğula-

yan  Gəray  Gəraybəyli  Koç 

Universitetini də ATU-nun 

əməkdaşlıq  etdiyi  uni-

versitetlər  sırasında  gör-

m əkdən  məmnun  olaca-

ğını bildirib.

O,  qonaqlara  Tibb  Uni-

versitetinin 

fəaliyyəti, 

möv   cud  fakültələri,  təd-

ris  sis temi,  rezidentura 

pilləsi,  klinikaları  və  ya-

taqxanaları  haqqında  ət-

raflı məlumat verərək ha-

zırda  bir  çox  sahələrdə 

islahatlara  start  verildiyi-

ni  deyib.  Qeyd  olunub  ki, 

ATU  Azərbaycanda  həkim 

və  əczaçılıq  sahəsində 

mütəxəssis 

hazırlayan 

yeganə 


universitetdir: 

“Uni  versitetimizə ildə təx-

mi  nən  1000  tələbə  qəbul 

edi lir.  Hazırda  7000-ə 

yaxın  tələbəmiz  var.  Av-

ropa  universitetləri  ilə 

müqayisədə  böyük  olma-

sa  da,  amma  bütövlükdə 

Azərbaycanın  aparıcı  ali 

ocaqlarından biriyik”.

Rektor  yarım  əsrdən 

çoxdur  fəaliyyətdə  olan 

Azərbaycan  Tibb  Univer-

sitetinin  hazırda  zəngin 

maddi-texniki 

bazası, 


tədris  korpusları,  tələbə 

yataqxanası, xəstəxana və 

klinikaları ilə Azərbaycanın 

ən iri elm və tibb ocaqla-

rından  biri  olduğunu  bil-

dirib:  “Universitet  elmi-

tədqiqat  laboratoriyaları, 

müasir  cihazlar  və  ava-

danlıqlarla  təchiz  edilib 

ki,  bu  da  elmi  axtarışla-

rın  əhəmiyyətini  artırma-

ğa, tibb sahəsində kifayət 

qədər  kadr  potensialı  ya-

ratmağa imkan verir”. 

ATU-nun  4  klinikası 

ilə  yanaşı,  6  tədris  bina-

sı,  inzibati  binası,  tələbə 

yataqxanası 

olduğu-

nu  qeyd  edib:  “ATU-da 



5  il  öncə  ikipilləli  təhsil 

siteminə  keçib.  Lakin  bu 

bölmədə  də  çatışmamaz-

lıqlar  var.  Biz  bu  sahəyə 

çox  önəm  veririk,  sizin 

universitetlə  də  rezident 

mübadiləsinə,  sizin  bu 

sahədə  olan  bacarıqları-

nızdan  bəhrələnməyə  çox 

şad olarıq”. 

Koç  Universiteti  Xəstə-

xana sının 

direkto ru 

Sergin  Akper  də  ilk  tə-

mas dan  məmnun  oldu-

ğunu  bildirib.  Təmsil  et-

diyi  təşkilat  haqqında 

məlumat  verən  S.Akperin 

sözlərinə  görə,  Koç  Uni-

versiteti  Xəs təxanası-Koç 

Universite ti  Tibb  Fakül-

təsinin  araş dırma  və  təh-

sil  xəstəxanasıdır:  “Bizim 

universitetdə  rezidentura 

sistemi  uzun  müddətdir 

ki, tətbiq olunur. Bu sahə-

də  olduqca  ciddi  nailiy-

yətlərimiz var”. Sergin Ak-

per  yaxın  vaxtlarda  Koç 

Universitetində təşkil olu-

nacaq elmi seminara ATU-

nun  nümayəndə  heyətini 

dəvət edib.

Qarşılıqlı  fikir  müba-

di lə sindən  sonra  univer-

sitet  rəhbərləri  arasın-

da  əməkdaşlığa  dair 

me  morandum  imzalanıb. 

Bu  sənəd  Azərbaycan 

Tibb  Universiteti  və  Koç 

Universiteti  arasında  hə-

kim,  mütəxəssis,  rezi-

dent  mübadiləsi,  qarşılıqlı 

layihələrin  reallaşdırılma-

sını nəzərdə tutur.

Görüşdə  ATU-nun  bey-

nəlxalq əlaqələr üzrə pro-

rektoru  Nadir  Zeynalov 

və  beynəlxalq  əlaqələr 

şö bəsinin  müdiri  İkram 

Rüstəmov da iştirak edib-

lər.


Azərbaycan Tibb və Qırğızıstan-Türkiyə 

Manas universitetlərinin rektorları görüşüb

ATU ilə Koç Universiteti arasında 

əməkdaşlıq memorandumu imzalandı

ATU-nun mətbuat xidməti

Azərbaycan Tibb Universitetinin 

rektoru, professor Gəray Gəraybəyli bu ali 

təhsil ocağında çalışan xanımları 8 Mart 

Beynəlxalq Qadınlar Günü münasibətilə 

təbrik edib.

Rektor ATU-da fəaliyyət göstərən 

xanımlara çiçək verərək, onlara ailə 

xoşbəxtliyi, işlərində uğurlar arzulayıb: 

“Əziz xanımlar! Bu bayramlar ərəfəsində 

sizi ürəkdən təbrik edirəm - həm 8 Mart 

Beynəlxalq Qadınlar Günü, həm “Yel 

çərşənbəsi”, həm də qarşıdan gələn Novruz 

Bayramı münasibəti ilə. Ümumiyyətlə

psixoloqların bir çox tədqiqatları gen-

der məsələləri ilə əlaqədar olur. Bir çox 

tədqiqatlar göstərir ki, mono-kollektivdə 

həmişə böyük psixoloji gərginliklər 

yaşanır. Yəni ancaq qadın 

ya ancaq kişilərdən iba-

rət kollektivdə mütləq gər-

ginlik olur. Ancaq qarışıq 

kollektivlərdə gərginliklər 

sovu 

şur. Sizlərə baxıram, 



görürəm ki, belə kollektivdə 

gərginlik olmamalıdır. 

Hesab edirəm ki, siz öz iş 

yerinizdə həm universitet 

üçün, həm də xalqımız üçün 

əlinizdən gələni edirsiniz və 

edəcəksiniz də. Sizlərə və 

ailənizə səadət, mehribançılıq, can sağlığı 

arzu edirəm. Neçə belə gözəl bayramlara 

çıxasınız!”



Rektor xanımların bayramını təbrik edib


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə