1
Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi
Azərbaycan Cənubi Qafqazın şərq və cənub Şərqində yerləşir.Qafqazın
böyük oroqrafik elementlərinin hər birinin cənub şərq hissəsi respublikada da
özünü aydın göstərir və onun relyefinin səciyyəvi elementlərini təşkil edir.
Azərbaycan ərizəsi relyefinə görə əsasən düzənlik və dağlardan ibarətdir.
Respublika ərazisi -28 m-lə (Xəzər dənizi sahilləri)+4.480 m (Bazardüzü zirvəsi)
yüksəklik arasında yerləşmişdir. Relyefin maksimal amplitudu 4.508 m-dir.
Azərbaycan ərazisinin təxminən yarıya qədərini ovalıqlar və maili düzənliklər,
qalan yarısını isə dağlar və yaylalar tutur.
Azərbaycan relyefinin ən başlıca xüsusiyyətlərindən biri dağların və
düzənliklərin bir-birilə növbələşməsidir. Respublikanın şimal-şərqində yerləşən
Samur- Dəvəçi ovalığı və Qusar maili düzənliyi cənubda Baş Qafqaz dağları ilə, bu
isə Alazan-Əyriçay vadisi və Acınohur-Qobustanın alçaq dağlığı ilə əvəz olunur.
Qərbdə Gürcüstan ilə sərhəddən şərqdə Xəzər dənizi sahillərinə qədər uzanan və
bu istiqamətdə xeyli genişlənən Kür-Araz ovalıqları və düzənlikləri başqa
oroqrafik elementlərə görə mərkəzi mövqe tutur. Bu öz növbəsində cənub-qərbdə
və cənubda Kiçik Qafqaz və Talış dağları ilə əvəz olur. Naxçıvan ərazisi Orta Araz
çökəyində və onu şimaldan əhatə edən Dərələyəz, Zəngəzur silsilələrinin
yamaclarındadır.
Respublika ərazisində ən geniş düzənlik və ovalıqlar Kür və Araz çayları
vadilərində yerləşən Kür-Araz ovalığıdır. Ovalıq ərazisinin çox hissəsi dəniz
səviyyəsindən alçaqda (0 m-lə-28 m) yerləşir. Bu geniş ərazi əsasən səthi hamar
allüvial ovalığıdır.
Kür-Araz ovalığının kənar hissələri, dağlara tərəf hündürlüyü (300-500 m-ə
qədər) artan maili düzənliklərdir. Bunlar Kiçik Qafqaz dağları ətəyində çox yer
tutur.Çayların qutuvarı dərələri və qobularla parçalanmış gətirmə konusları relyefin
ə
sas əyriliklərini yaradır, meyllik 30-1.5
0
, bəzən 3-5
0
qədər artır. Kür və Araz
çayları ilə kəsilən ovalıq bir neçə hissəyə bölünür. Gəncə-Qazax, Qarabağ, Mil,
Arazyanı, Şirvan, Cənub-Şərqi Şirvan, Muğan və Salyan düzləri.
2
Kür-Araz ovalığından şimalda Kür tektonik çökəyinə aid edilən Ceyrançöl-
Acınohur və Ləngəbiz alçaq dağlığı uzanır. Bu yarğan və qobularla çox kəsilmiş,
ensiz monoklinal və antiklinal quruluşu tirələrdən, onların arasında yerləşən geniş
sinklinal dərələrdən, çökəklərdən və yaylalardan ibarətdir.
Alazan-Əyriçay vadisi uzun təknəvarı formada olub, cənubdan Şirək yaylası
və Acınohur alçaq dağlığı ilə, şimaldan Baş Qafqazın cənub ətəkləri ilə
həmsərhəddir. Vadi qərbdən şərqə ensizləşir (30 km-dən 1.5 km-ə qədər). Onun
mütləq yüksəkliyi Alazan və Əyriçay qovuşan yerdə 170 m-dən dağ ətəyində və
gətirmə konuslarının boğazında (zirvəsində) 600-700 m-ə qədər artır.
Baş Qafqaz sıra dağları respublikanın ən görkəmli oroqrafik elementidir.
Dağlar Azərbaycan ərazisinə Gürcüstanla sərhəddə yerləşən Tinov Rosso
zirvəsindən (3.385m) daxil olur və cənub-şərqdə yelpikvarı şaxələnərək Abşeon
yarımadasına və Qobustana uzanır. Baş Qafqaz dağları Azərbaycan ərazisində iki
ə
sas silsilə yaradır: Baş Suayrıcı silsilə və Yan silsilə. Baş Suayrıcı silsilə əsasən
yüksək dağlıq olub alp tipli relyefə malikdir. Ən yüksək zirvələri Bazardüzü-4.480,
Tfan-4.191 m, Məlkəmüd-3.875m, Babadağ-3.632 m və s-dir. O heç yerdə çaylarla
kəsilmir. Yüksək zirvələrdə kiçik buzlaqlar var.
Qobustan relyefində yarğan və qobularla çox kəsilmiş kiçik yaylalar,
çökəklər, müasir və qədim çay dərələri görkəmli yer tutur. Lakin Qobustanı
respublikanın başqa təbii sahələrindən fərqləndirən burada palçıq vulkanlarının və
bununla əlaqədar olan relyef formalarının klassik şəkildə inkişaf etməsidir.
Yan silsilə Şahdağ, Qızılqaya, Təngi-Beşbarmaq silsilələrindən ibarətdir. Ən
uca zirvə Şahdağdır (4.250m). Yan sıra dağları bir çox dərələri kəsir. Başsuayrıcı
ilə Yan silsilə arasında geniş dərələr, şərqdə isə bir neçə kiçik tirələr yerləşir
(Qaytar, Qoca, Vərəftə, Yerfi və s.). Göyçay və Ağsuçay arasında cənub yamacda
Lahıc çökəyi və Nialdağ silsiləsi uzanır.
Baş Qafqaz dağlarından şimalda, Xəzər dənizi sahilinə qədər Qusar maili
düzənliyi və Samur-Dəvəçi ovalığı uzanır. Qusar maili düzənliyi cənubda 1.500-
1.700 m-dən şimalda 200 m-ə qədər alçalır.
3
Samur –Dəvəçi ovalığı şimalda Samur çayından cənubda Ataçayın mənsəbinə
qədər uzanır və bu istiqamətdə o xeyli ensizləşir. Hündürlüyü 200 m-lə - 28 m
arasındadır.
Azərbaycan cənub-qərbi və cənub-şərqi dağlıqdır. Burada Kiçik Qafqaz və
Talış dağları yerləşir.
Kiçik Qafqaz dağlarının respublika ərazisinə daxil olan cənub-şərq hissəsində
ə
sas oroqrafik elementlər Şahdağ, Murovdağ, Qarabağ silsilələri və Qarabağ
vulkanik yaylasıdır. Bu silsilələrin orta və maksimal yüksəkliyi Baş Qafqazda
olduğundan xeyli azdır. Burada ən uca zirvələr Gamış (3.724 m), Hinaldağ (3.367
m.). Qaraarxac (3.062 m) və s.-dir. Şahdağ və Murovdağ silsilələrinin suayrıcı
zonası çay dərələri ilə kəskin parçalanmışdır. Burada qədim buzlaq relyefi
formalarına da rast gəlinir. Relyefində düzəlmə (hamar) səthləri yaxşı saxlanmış
orta dağlıq şimal yamac xüsusi yer tutur. Cənub yamac çox qısa və olduqca
dikdir.
Qarabağ silsiləsi əsasən orta dağlıqdır. Ən uca zirvəsi Böyük Kirsdir (2.725
m). Onun şərq yamacları geniş olub hamar səthli orta və alçaq dağlardır.
Ə
həngdaşı qatlarında dərin kanyonvarı dərələr (Daşaltı kanyonu və s). sərt
yamaclar üstündür.
Qarabağ vulkanik yaylasında konusvarı sönmüş vulkan və intruziv
massivləri (Qızılboğaz – 3.581 m, Böyük İşıqlı-3.552 m, Dəlidağ-3.616 m), geniş
lava yaylaları relyefin başlıca formalarıdır.Yayla çaylarla az kəsilmişdir,səthində
çinqıllıqlar geniş yer tutur.
Talış dağları respublikanın cənub şərqində yerləşən üç silsilədən ibarətdir. Bu
dağlar şimal-qərbdən cənub-şərqə uzanır və bu istiqamətdə Xəzər sahilinə
yaxınlaşır. Şimalda alçaq Burovar silsiləsi, ortada Peştəsər, İranla sərhəd boyu
Talış sıra dağları uzanır. Bu Suayrıcı silsilədir, ən uca zirvəsi Qızyurdudur (2.438
m). Peştəsər və Talış silsilələri arasında Yardımlı və Lerik dağarası çökəklikləri
yerləşir.
Lənkəran ovalığı ensiz bir zolaq şəklində Talış dağlarının şərq ətəkləri ilə
Xəzər dənizi arasında uzanır. Səthi əsasən hamardır, dəniz sahili boyu alçaq qum
Dostları ilə paylaş: |