RəqabəTƏ davamliliğini müƏYYƏn edən amiLLƏr V. E. Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru



Yüklə 181,76 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü181,76 Kb.
#77739


«Maliyyə və uçot».-2012.-N°4.-S.39-44

AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İXRACININ 

RƏQABƏTƏ DAVAMLILIĞINI MÜƏYYƏN EDƏN AMİLLƏR

V.E.  Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru 

E-mail:  Suleymanov@mail.ru

Açar  sözlər:  Aqrar  sfera,  həyata  keçirilən  tədbirlər,  aparılan  iqtisadi  təhlillər,  mövcud  olan  texniki 

vəsaitlər,  ölkənin sosial inkişaf strategiyası.

Aqrar  sahə  ölkənin milli  iqtisadiyyatının  formalaşdırılmasında  əhalinin  keyfiyyətli  ərzaq  məhsullarına  olan 

tələbatın  ödənilməsində,  həmçinin  dövlətlərarası  iqtisadi  əlaqələrin  və  beynəlxalq  münasibətlərin  inkişafında 

mühüm rol daşıyır.

Ölkə  iqtisadiyyatında,  o  cümlədən  aqrar  sahədə  aparılan  genişmiqyaslı və  davamlı köklü  iqtisadi  islahatlar 

yeni mülkiyyət formalarının və  sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır.

Araşdırma  göstərir ki,  kənd  təsərrüfatında  uzun  müddət  ekstensiv  amillərdən  istifadəyə  üstünlük  verilməsi 

bu  sahədə  əmək məhsuldarlığının,  fondveriminin  və  istehsalın  səmərəliliyinin  aşağı  olmasına  gətirib  çıxarmışdır. 

Son  dövrdə  aqrar  sahənin  inkişaf  etdirilməsində  intensiv  amillərə  və  keyfiyyətcə  yeni  istiqamətlərdə  inkişafına 

üstünlük verilməsi, ölkənin aqrar siyasətində əhəmiyyətli məsələlərdən olmuşdur.

Müasir  dövrdə  respublikanın  aqrar  sahəsinin  istehsal  ehtiyatlarından  istifadənin  iqtisadi  səmərəliliyinin 

yüksəldilməsi  məsələsi  nəzəri  və  metodoloji  baxımdan  tədqiq  olunmasını  tələb  edir.  Uzun  müddət  ərzində 

formalaşan  metodologiya  yeni  təsərrüfatçılıq  şəraiti  üçün  əsas  meyar  ola  bilməz.  Odur  ki,  iqtisadi  mexanizmin 

bazar iqtisadiyyatının prinsiplərinə  uyğun yeni  və  daha  mütərəqqi  metodoloji  məsələlərinin elmi yolla  daha  dəqiq 

müəyyənləşdirilməsi  zəruridir.  Digər tərəfdən,  aqrar  sahədə  yeni  istehsal  münasibətlərinin  inkişaf etdirilməsi  və 

istehsal resurslarından səmərəli istifadə edilməsi də bu məsələni daha aktual edir.

Aqrar  sferanın  sahəsi  quruluşu  uzun  müddət  fəaliyyət  göstərən  inzibati  idarəetmə  şəraitində  formalaşdığı 

səbəbindən  yeni  təsərrüfatçılığın  tələblərinə  cavab  vermir.  Yeni  mülkiyyət  formaları və  istehsal  münasibətlərinin 

yaradılması,  torpağın  və  əmlakın  özəlləşdirilməsi,  təsərrüfatçılığın  müxtəlif  formalarının  inkişaf  tapması, 

sahibkarlığın  inkişafı  üçün  hüquqi  və  iqtisadi  bazanın  yaradılmasına  imkan  vermişdir.  Eyni  zamanda,  kənd 

təsərrüfatı xammalı emal  edən  sənaye müəssisələrinin istehsal gücündən və mövcud əmək ehtiyatlarından  səmərəli 

istifadə  edilməsi,  ən  başlıcası, 

əhalinin ərzaq  məhsullarına 

olan 

tələbatının 

öz  istehsalı 

hesabına 

ödənilməsi

zəruriliyi  obyektiv olaraq aqrar istehsalın quruluşunun yeniləşdirilməsini və  dünya təsərrüfatının tələblərinə uyğun 

təkmilləşdirilməsini tələb edir.

Azərbaycan  ənənəvi  kənd  təsərrüfatı  məhsullarıın  istehsalı  sahəsində  güclü  potensial  imkanlara  və 

müqayisəli  üstünlüyə  malikdir.  Respublikanın əlverişli torpaq-iqlim  şəraiti,  nisbətən  ucuz  işçi  qüvvəsi  və  mühüm 

nəqliyyat yollarının  qovşağında  yerləşməsi  aqrar bölməni  ölkənin  iqtisadi  inkişafının  ən  mühüm  prioritetlərindən 

birinə  çevirir.  Təhlil göstərir ki,  əkin sahəsinin  strukturunda dənli və paxlalıların payı 60,4%, yem bitkiləri  16,1%, 

pambıq  8,4% təşkil  etmiş, kartof,  bostan, tərəvəz  əkini  sahəsi və  istehsalı xeyli  artmışdır.  1995-ci  illə  müqayisədə 

2010-cu  ildə  bostan  məhsulları 

istehsalı 

8,7  dəfə, 

kartof  6,9 

dəfə, 

buğda  2,5 

dəfə, 

tərəvəz  2,6 

dəfə, 

meyvə

giləmeyvə  istehsalı  1,9 dəfə  artmışdır.  Müqayisə  edilən  dövrdə qaramalın  sayı  48%  (1145,3  min  baş), qoyun  və

keçilərin sayı 60% (7648,2 min baş), quşların  sayı 40% (19036 min baş), heyvandarlıq məhsullarından ət istehsalı 

80%,  süd  50%,  yun  40%,  yumurta təxminən 2  dəfə  artmışdır.  1995-ci  ildə  respublikada 284  milyon ABŞ  dolların 

həcmində  kənd  təsərrüfatı  məhsulları  ixrac  edilmiş,  331,7  milyon  ABŞ  dolları  həcmində  isə  idxal  olunmuşdur. 

Kənd təsərrüfatı məhsullarının  ixracının  strukturunda əsas  yeri  pambıq mahlıcı  (14,2%),  tütün  (1,9%)  və  qərzəkli 

meyvələr (20,7%), idxalında isə buğda (36,0%), buğda unu (0,4%) və  şəkər (8,0%) tutmuşdur.

Məlumdur  ki,  ölkəmizin  kənd  təsərrüfatında  istehsalın  strukturu,  1990-cı  ilədək  respublikanın  kənd 

təsərrüfatı  və  onun  istehsal  etdiyi  məhsullar  keçmiş  SSRİ-nin  əmək  bölgüsünə,  bu  məkanın  daxili  bazarının 

istehlak  və  keyfiyyət  tələbinə,  standartına,  texnologiyasına,  qiymət  ölçülərinə  uyğun  aparılmışdır.  Lakin, 

müstəqillik  qazanmış  respublikanın  aqrar  bölməsində  aparılmış  islahatlar  burada  təkcə  iqtisadi  münasibətlərin 

dəyişməsi və planlı təsərrüfatın bazar iqtisadiyyatı ilə  əvəz edilməsindən ibarət olmamışdır.  Hazırda  iqtisadiyyatın 

dünya  bazarına  inteqrasiyası  prosesi  gedir 

və 

ölkənin kənd 

təsərrüfatı 

məhsulları 

istehsalının 

quruluşu 

dünya

bazarının  tələbinə  uyğun  qurulur.  Artıq  bu  bazar  daha  yüksək  texnologiyaya  və  keyfiyyət  meyarlarına  əsaslanan 

istehsal quruluşuna,  ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və  istehlakçıların mühüm ərzaq məhsullarına 

tələbatının yaxşılaşdırılmasına hədəflənib.

Respublikada əsasən  1995-ci  ildən həyata keçirilən  aqrar islahatlar bir çox  sahələrdə  olduğu  kimi  bitkiçilik 

məhsullarının  istehsalının  quruluşunda  da  müsbət  dəyişikliklərə  səbəb  olmuşdur.  Bu,  ilk  növbədə  ölkənin  kənd 

təsərrüfatının  əkin  strukturuna  təsir  edərək,  onun  daxili  və  xarici  bazarın  tələbinə  uyğun  dəyişməsində  özünü 

göstərir.  Görülən  tədbirlər  nəticəsində  1999-cu  ildən  başlayaraq  2010-cu  ilədək  bitkiçilik  məhsullarının 

istehsalında  ilbəil  dinamik  inkişaf təmin  edilmişdir.  Belə  ki,  taxıl  istehsalı  1093,3  min  tondan  2126,9  min  tona,


pambıq  96,8  min  tondan  196,6  min  tona,  kartof  394,1  min  tondan  1083,1  min  tona,  tərəvəz  670,8  min  tondan

1127,3  min tona, bostan məhsulları 206,3 min tondan 363,3 min tona, meyvə 436,5 min tondan 625,7 min tona, dən 

üçün günəbaxan 2,4 min tondan  16,5 min tona çatdırılmışdır.

Həyata  keçirilən  tədbirlər  nəticəsində  ölkədə  ərzaq  təhlükəsizliyinin  balansı  müsbət  saldoda  dəyişməyə 

başlamışdır.  Artıq əhalinin kartofa  (334  min ton),  tərəvəz və  bostan məhsullarına  (640  min ton)  və  meyvəyə  (396 

min  ton)  illik  tələbatı  olan  daxili  istehsal  hesabına  təmin  olunmaqla,  həmin  məhsulların  ixrac  potensialı  da 

artmışdır.  Heyvandarlıq  məhsullarından  südün  99,3%-i,  ətin  88,4%-i,  yumurtanın  66,3%-i,  yunun  96,7%-i  özəl 

sektorda  istehsal  olunur.  İstehsal  olunan  yumurtanın  33,6%-i  «Quşçuluq»  Açıq  Səhmdar  Cəmiyyətinin  payına 

düşür.

Araşdırmalardan məlum olur ki, ölkədə ət istehsalı sahəsində tələbatın ödənilməsi baxımından hələlik gerilik 

mövcuddur.  Heyvandarlıqda  ət  istehsalı  istisna  olmaqla,  qalan  başqa  bütün  göstəricilər  bu  sahə  üçün  ən  yaxşı  il 

olan  1988-ci  ilin  səviyyəsini  ötüb  keçmişdir.  Mal  əti  1995-ci  ildə  76 min ton  istehsal  edildiyi  halda,  2010-cu  ildə

71,8  min ton, o cümlədən donuz əti  11,1  və  1,7 min ton, quş əti isə  50,7 və  33,5 min ton olmuşdur.

Məlumdur ki,  heyvandarlıqda  aparılan  dövlət  siyasətinin  əsas  məqsədi  əhalinin  heyvandarlıq  məhsullarına 

olan  tələbatını  dolğun  ödəməkdən  ibarətdir.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  23  iyun  2005-ci  il 

tarixli,  118  nömrəli  qərarı ilə  minimum  istehlak  səbətinin tərkibi  əmək  qabiliyyətli  əhali  üçün  adambaşına  30  kq 

ətdən,  190  kq  süddən,  127  ədəd  yumurtadan,  6,5  kq  malqara  yağından  və  5  kq  balıqdan  ibarətdir.  Əsas  diqqət 

minimum  fizioloji  normaların yerinə  yetirilməsinə  yönəldilir.  Əməkqabiliyyətli  əhali  üçün  hələlik  adambaşına  30 

kq  əvəzinə  21  kq  və  ya  70%  ət,  190  kq  əvəzinə  167  kq  və  ya  88%  süd,  127  ədəd  əvəzinə  92  ədəd  və  ya  72,4% 

yumurta,  5  kq əvəzinə 2,9 kq və ya 58% balıq islehlak olunmuşdur.  1996-cı ilə  nisbətən 2010-cu ildə  ət istehlakı 5 

kq,  süd  istehlakı  25  kq,  yumurta  16  ədəd  və  balıq  istehlakı  1,3  kq  artmışdır.  Buna  baxmayaraq,  əhalinin 

heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi üçün çox iş görülməlidir.

Təhlil  göstərir  ki,  heyvandarlıq  məhsulları  istehsalında  olan  çatışmazlıqlar  hər  il  xarici  ölkələrdən 

respublikamıza xeyli  miqdarda heyvandarlıq məhsullarının  idxal  edilməsilə  nəticələnir.  2015-ci  ildə  heyvandarlıq 

məhsulları istehsalının artımı hesabına idxalın  qarşısının  alınması nəzərdə tutulur.  Təhlil göstərir ki, hazırda aqrar 

bölmənin  istehsal  potensialından  istifadə  olunmasında  həm  keyfiyyət  və  həm  də  kəmiyyət  baxımından  müəyyən 

uyğunsuzluqlara yol  verilir.  Belə  ki,  araşdırmalar göstərir ki,  əsas  kapitala investisiya qoyuluşu  hələ  çox  azdır  və 

regionlar üzrə  xeyli  fərqlənir.  Bu  fərq kənd təsərrüfatı istehsalı ilə  məşğul olan  rayonlar üzrə  daha aydın görünür. 

(Cədvəl  1).

Göründüyü  kimi,  ölkədə  investisiya  əsasən  Bakı  şəhərinə  yönəldilmiş,  onun  hər  nəfərə  düşən  həcmi  isə 

regionlar  üzrə  çox  fərqlənir.  Hesab  edirik  ki,  bu  fərqləri  aradan  qaldırmaq  üçün  emal  və  xidmət  müəssisələrinin 

regionlarda  yaradılmasına  diqqət  artırılmalı  və  investisiya  daha  çox  regionlara  yönəldilməlidr.  Bu  da  kənd 

təsərrüfatı məhsullarının artırılmasına imkan verə bilər.

Ölkənin  kənd təsərrüfatında  istehsalın  artırılması məqsədilə  bir  çox tədbirlərin  həyata keçirilməsi  ön  plana 

çəkilməlidir.  İlk növbədə yeni meyvə, üzüm, zeytun, çay əkinlərinin aparılması və tərəvəz istehsalını artırmaq üçün 

istixanaların  tikilməsi  məqsədəuyğundur.  «Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı»  (2004-2008-ci  illər) həyata keçirilməsi nəticəsində  2005-ci  ildə  994 hektar yeni üzümlüklər,  189 hektar 

meyvə  bağları,  2  hektar  çay əkmələri  aparılmışdır.  2015-ci  ilədək  Dövlət  Proqramına  əsasən  27000  hektarda

meyvə,  16000 hektarda üzüm,  1600 hektarda çay əkilməsi nəzərdə tutulur.  Bununla yanaşı, hər biri  5  hektar sahəni 

əhatə edən iki istixana tikilməsi planlaşdırılmışdır.  [2].

Cədvəl  1

2010-cu ildə Azərbaycan Respublikasının regionları 

üzrə əsas kapitala inyestisiya qoyuluşu________

İqtisadi rayonlar

Əsas kapitala 

investisiya qoyuluşu

%

Hər nəfərə

investisiya həcmi, 

manat

əvvəlki

ilə nisbətən  %

Abşeron

2,4

327,6

220

Gəncə-Qazax

1,2

60,8

156,3

Şəki-Zaqatala

0,3

27,3

160,6

Lənkəran

1,6

116,5

830,0

Quba-Xaçmaz

0,6

72,6

150,0

Aran

1,5

48,3

200,0

Yuxarı Qarabağ

0,8

96,4

790,0

Kəlbəcər-Laçın

0,0

0.1

33,3

Dağlıq  Şirvan

0,5

98,2

690,0

Naxçıvan

2,3

339,5

155,9

Bakı şəhəri

88,6

2617,2

106,1


Azərbaycan - cəmi

100

669,9

112,5

Kənd  təsərrüfatı  məhsulları  istehsalın  artırmağın  əsas  istiqamətlərindən  biri  bitkiçilik  və  heyvandarlıqda 

məhsuldarlığın  yüksəldilməsidir.  Təhlil  nəticəsində  aydın  olur  ki,  kənd  təsərrüfatında  ayrı-ayrı  bitkilərin 

məhsuldarlığı həm  sahibkarlıq formaları və  regionlar,  həm də  ayrı-ayrı illər üzrə  xeyli  fərqlənir.  Məlumdur ki,  bu, 

istehsalın  həcminə,  emalın  strukturuna  və  ixraca  əhəmiyyətli  təsir  göstərir.  Rəsmi  statistikanın  məlumatları 

sahibkarlıq  formaları  üzrə  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığında  müəyyən  dəyişikliklərin  olduğunu 

göstərir.  (Cədvəl 2).

Cədvəlin məlumatlarından görünür ki,  yalnız  ailə  təsərrüfatlarında pambığın və  çayın məhsuldarlığı yüksək 

olmuşdur.  Məhsuldarlıq göstəriciləri  həm  məhsullar  üzrə,  həm  də  rayonlar  üzrə  orta  göstəricidən  5-15  dəfə

fərqlənir.  Bu  onu  deməyə  əsas  verir ki,  bütün  təsərrüfat  formalarında hər hektardan məhsul  əldə  edilməsini  xeyli 

artırmaq  mümkündür.  Araşdırmalar  göstərir  ki,  müasir  dövrdə  kənd  təsərrüfatının  texnika  ilə  təminatı  texniki 

tərəqqinin tələblərindən müəyyən qədər geri qalır.

Mövcud  olan  texniki vasitələrdən və  avadanlıqlardan  ekstensiv  istifadə  olunması və  onların yenisi  ilə  əvəz 

edilməsinin  çox  ləng yerinə  yetirilməsi  nəticəsində  aqrar  sektorda  az  gəlir  əldə  olunmuşdur.  Bunun  da  əsas

səbəbləri  indiyə  qədər  olan  planlaşdırma,  istehsal  proseslərinin  təşkili,  iqtisadi  mexanizmin  məqsədyönlü 

olmaması, texnoloji dəyişikliklərin aparılmaması və  s.  olmuşdur. Aqrar bölmə üçün istehsal vasitələri istehsal edən 

sənaye  sahələri  hazırkı  inkişaf  səviyyəsinə  cavab  verməyən,  aşağı  keyfiyyətdə  və  yüksək  qiymətə  malik  olan 

texniki  vasitələr  və  avadanlıqlar  təklif  edilirdi.  Bu  da  öz  növbəsində  bilavasitə  son  məhsulun  maya  dəyərinin 

yüksəlməsinə  səbəb  olurdu.  Araşdırma göstərir ki, mövcud olan texniki vasitələrin və  avadanlıqların tərkibində  15 

il və  daha çox müddətdə  istifadə  olunmuş  və  mənəvi  cəhətdən  aşınan  texniki  vasitələrin  və  avadanlıqların xüsusi 

çəkisi  70-80%-dən  yuxarı  təşkil  edir.  Texniki  vasitələr  və  avadanlıqlara  tələbat  ümumi  halda  ancaq  15-20% 

ödənilir.  Aqrar  bölmədə əsas  istehsal  fondlarının  aşılanması  55-60%-ə  çatır.  Heç  bir  kənd  təsərrüfatı

subyektlərində istehsal proseslərinin kompleks mexanikləşdirilməsi tam halda həyata keçirilmir.

Hazırda  kənd  təsərrüfatında  sahibkarlar  bir  çox işləri  əl  əməyi  ilə  yerinə  yetirirlər.  Kənd  təsərrüfatının

material  ehtiyatları  və  istehsal  vasitələri  ilə  təmin  olunması  səviyyəsi  müasir  tələblərə  cavab  vermir.  Texniki 

vasitələrin  çox hissəsinin  sıradan  çıxması və  yeni  texnikanın  alınmaması  əməktutumlu  proseslərin  mexanikləşmə 

və  bütövlükdə  ehtiyatlardan  səmərəli  istifadənin  səviyyəsinin  azalmasına  səbəb  olmuşdur.  Hesablamalar göstərir 

ki, bir traktora 60 hektar bir taxılyığan kombayna  143  hektar taxıl sahəsi düşür.  Hər  100 traktora düşən kotanların 

sayı 22,  kultivator  14,  toxumsəpən maşın  17  ədəd təşkil  edir.  Hazırda respublika üzrə  texniki  təminat  30% təşkil 

edir. Yeni  yaradılmış təsərrüfatda maliyyə çətinlikləri ilə  əlaqədar olaraq texniki təminat olduqca aşağıdır.  Torpaq 

sahəsinin  60%-i  ailə  tərkibi  3-5  nəfərdən  ibarət ailələrə  məxsus  olub,  hər nəfərə  düşən torpaq  sahəsi  0,5-4  hektar 

təşkil edir.  Bu isə həmin təsərrüfatlarda texniki vasitələrin tətbiqini çətinləşdirir.

Cədvəl 2

2010-cu ildə Azərbaycan Respublikasında sahibkarlıq formaları 

üzrə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı,  (sentnerlə)____

Bitkilərin  adı

Cəmi,

respublika

üzrə

O cümlədən

k/t müəssisə 

və təşkilatları

dövlət

təsərrüfatları

ailə

t

əsərrüfatları

əhali

t

əsərrüfatları

Taxıl

26,5

18,8

13,2

21,1

26,2

Pambıq

17,5

16,1

10,4

20,2

17,5

Tütün

25,7

24,4

27,6

26,0

25,7

Kartof

148,8

111,8

127,8

85,7

149,0

Tərəvəz

139,7

115,4

103,5

97,7

140,0

Bostan

121,0

94,7

54,7

81,3

121,3

Şəkər çuğunduru

131,6

80,1

78,5

135,2

Meyvə

73,9

11,2

8,4

44,5

76,1

Üzüm

61,8

100,4

6,5

59,1

Çay

2,5

6,0

10,0

7,4

1,9

Təcrübə  göstərir  ki,  mövcud  əkin  strukturuna  uyğun  texniki  servis  şəbəkəsi  yaratmaqla  kənd  təsərrüfatı 

işlərini  sürətləndirmək  və  keyfiyyətini  artırmaq  olar.  Respublika  üzrə  cəmi  2223  aqrotexservis  yaradılmasına 

ehtiyac vardır və bunun  1071-i 2012-ci ilədək,  1152-i 2015-ci ilədək yaradılması nəzərdə tutulur. Həmin servislərin 

yaradılması  və  yeni  texnikalar  alınması  məqsədilə  cəmi  355  milyon  manat  vəsait  tələb  olunur.  «Aqroservis» 

xidmətlərinin  yaradılması  kənd  təsərrüfatı  işlərinin  aqrotexniki  qaydada  və  müddətlərdə  aparılmasına,  həmçinin 

sahibkarların texniki vasitələrə olan tələbatının ödənilməsinə imkan verə bilər.


Aqrar  sahədə  xarici  ticarət  əlaqələrinin  genişləndirilməsinin  mühüm  məsələlərindən  biri  xarici  şirkətlərlə 

birgə  iri,  orta və  xırda həcmli təsərrüfatların yaradılması və  onların xaricilər tərəfindən  idarə  olunmasına  dövlətin 

icazə  verilməsi  mexanizminin  hazırlanmasıdır.  Qeyd  etmək  lazımdır  ki,  respublikanın  sənaye  sahələrində  bu 

problem  öz  həllini  az  da  olsa  tapmışdır.  Məsələn,  siqaret,  çay,  şərab  və  bir  çox  məhsulların  istehsalı  və  satışı 

sahəsində  bu  problem  öz  həllini  tapmış  və  dünya  bazarında  rəqabət  aparma  qabiliyyətinə  malik  olan  məhsullar 

istehsalına nail olunmuşdur.  Bu sahədə ABŞ, Yaponiya və Avropa Birliyi ölkələrinin təcrübələrinin öyrənilməsi və 

istehsala tətbiq olunması öz iqtisadi  səmərəsini verə bilər.  Aqrar bölmədə  xarici ticarət potensialının artırılmasının 

başlıca  problemlərindən  biri  aşağı  səviyyəli  və  qeyri-rentabelli  bitkiçilik  məhsulları  istehsalının  dövriyyədən 

çıxarılması və  yüksək  gəlirli,  habelə  ixracyönümlü  bitkiçilik  sahələri  ilə  əvəz  olunmasıdır.  Məsələn,  dağətəyi  və 

dağlıq  rayonlarda  taxıl  istehsalı  bütün  dövrlərdə  qeyri-rentabelli  sahə  olmuşdur.  Bu  regionlarda  istehsal  olunan 

buğda  ərzaq  məqsədi  üçün  deyil,  yem  məqsədi  üçün  əkilir.  Lakin  məhsuldarlıq  az  olduğu  üçün  məhsulun  maya 

dəyəri  yüksək  olub  istehsal  xərclərini  ödəmir.  Digər  tərəfdən  torpaqların  eroziyaya  uğraması  torpaq  sahələrinin 

sıradan çıxmasına səbəb olur.

Hesablamalar  göstərir  ki,  mal-qaranın  qüvvəli  yemlərə  olan  tələbatının  ödənilməsi  üçün  onların  qonşu 

ölkələrdən  (Qazaxıstan,  Rusiya,  Ukrayna)  gətirilməsi  daha  məqsədəuyğun  olardı.  Həmin  ölkələrdən  gətirilən 

qüvvəli  yemlər  həm  ucuz  və  həm  də  keyfiyyətlidir.  Sözügedən  torpaq  sahələrindən  üzümçülüyün,  meyvəçiliyin 

(fındıq,  qoz) inkişafı üçün istifadə  olunması eroziyanın qarşısının alınmasında və məhsul  istehsalının artrılmasında 

böyük  rol  oynaya  bilər.  Ölkədə  aqrar  bölmənin  inkişaf  etdirilməsi  yalnız  əhalinin  ərzaq  məhsullarına  olan 

tələbatının və  emal  sənaye  sahələrinin  kənd  təsərrüfatı xammalı ilə  ödənilməsilə  məhdudlanır.  Bu  sahədə  qarşıda 

duran  əsas  məsələ  kənd  əhalisinin  işlə  təmin  edilməsi  və  kənddə  sosial  məsələlərin  həllidir.  Belə  ki,  respublika 

əhalisinin  50%-i  kənd  yerlərində  yaşayır və  ölkə  üzrə  işsiz  əhalinin  65-70%-i  kəndin  payına düşür.  Hazırda kənd 

təsərrüfatı istehsalı ilə məşğul olan əhalinin  sayı  1150 min nəfər təşkil edir.  Fikrimizcə, kənd təsərrüfatı ilə məşğul 

olan  əhalinin  60% həddində  göstərilməsi müəyyən  qədər həqiqətə  uyğun  olmaya bilər.  Müqayisə  üçün  qeyd  edək 

ki,  ABŞ  kimi nəhəng  bir  ölkədə  kənd təsərrüfatı  istehsalı  ilə  məşğul  olan  əhalinin  sayı  cəmi  2,9  milyon  nəfər

(2,3%) təşkil  edir.  Son  30  ildə  bu  ölkədə  kənd təsərrüfatı ilə  məşğul  olan  işçilərin  sayı  12,5  milyon  nəfərdən  2,9 

milyon  nəfərə  düşmüş,  yəni  4  dəfə  azalmışdır.  Buna  baxmayaraq  kənd  təsərrüfatı məhsulları  istehsalı mütəmadi 

olaraq  artır  və  ölkə  əhalisinin  kənd  təsərrüfatı  məhsullarına  olan  tələbatını  ödəməklə,  dünya  ölkələrinə  külli 

miqdarda  kənd  təsərrüfatı məhsulları ixrac  edir.  Ona  görə  ölkənin  aqrar  iqtisadiyyatının  qarşısında  duran mühüm 

məsələlərdən  biri  aqrar  sahənin  inkişafında  intensiv  amillərin  üstünlük  təşkil  etməsinə  nail  olunması,  kənd 

təsərrüfatı istehsalı ilə məşğul olan əhalinin  sayının dəqiqləşdirilməsi və  onun hesablanması metodikasına yenidən 

baxılmasıdır.

Bu qeyd  olunanlarla  əlaqədar olaraq,  kənd təsərrüfatını maşın və  mexanizmlərlə,  ehtiyat hissələri  ilə  təmin 

edən istehsalın qaydaya salınması məqsədilə  aşağıdakı məsələlərin həll edilməsini məqsədəuyğun hesab edirik:

-respublikada  aqrar  sahənin  traktor,  maşın və  digər texniki  vasitələrə  olan  tələbatının tam  ödənilməsi  üçün 

mini  traktor,  kənd  təsərrüfatı maşınları və  digər  avadanlıqları  istehsal  edən  mini  zavodların  və  sexlərin  tikilərək 

istifadəyə verilməsi;

-sahibkarların  traktor,  kənd  təsərrüfatı  maşın-mexanizmləri  və  avadanlıqlarla  təmin  olunması  üçün  dövlət 

tərəfindən uzunmüddətli və güzəştli kreditlərin verilməsi mexanizminin tətbiq edilməsi;

-yüksək məhsuldarlığa, ekoloji  cəhətdən təmiz və iqtisadi  cəhətdən  səmərəli texniki vasitələrə  olan tələbatın 

ödənilməsi, bu sahədə dünya standartlarına cavab verən texnologiyaların tətbiq edilməsi;

-maddi-texniki  vasitələrdən  səmərəli  istifadə  olunması  üçün  xidmət  işlərinin,  xüsusən  aqroservis, 

informasiya, reklam işlərinin dünya standartları səviyyəsinə  çatdırılması və s.

Son illərdə kənd təsərrüfatında əsas  fondların da strukturunda əsaslı dəyişikliklər olmuşdur.  Belə ki,  1995-ci 

illə  müqayisədə  2010-cu  ildə  əsas  fondların  strukturunda  bina  və  tikililər,  ötürücü  qurğuların  xüsusi  çəkisi 

44,8%-dən  82,9%-ə, maşın və  avadanlıqların  18,4%-dən  9,6%-ə, nəqliyyat vasitələrinin  6,4%-dən  3,7%- ə,  işçi və 

məhsuldar  malqara  11,1%-dən  1,0%-  ə,  çoxillik  əkmələr  15,4%-dən  1,2%-ə,  sair  əsas  vəsaitin  isə  3,9%-dən 

azalaraq  1,6%-ə  enmişdir.  Belə  bir  vəziyyət  əsas  fondlardan  istifadənin  iqtisadi  səmərəliliyinin  aşağı düşməsinə 

səbəb olmuşdur.  Buna baxmayaraq sahibkarlar iqtisadi cəhətdən daha faydalı fondların saxlanmasına maraqlıdırlar 

və ona görə də, əsas fondların tərkibi daim təkmilləşməlidir.

Ə. X. Nuriyev ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini təhlil  edərək müstəqillik dövründə 

qazanılmış  uğurların əsaslarının  möhkəm  bünövrə  üzərində  qoyulduğunu  göstərir  və  regionların  inkişaf

imkanlarının  nəzərə  alınmasının  böyük  iqtisadi  mahiyyət  daşıdığını bildirir.  O,  həm  də  göstərir  ki,  «Regionların 

sosial-iqtisadi  inkişafında  ərazilərin  mənimsənilməsinin  düzgün  təşkili  və  yerli  sərvətlərdən  səmərəli  istifadə 

edilməsi  üçün müstəsna  əhəmiyyət kəsb  edən bir mühüm məsələ  də xüsusilə  diqqət mərkəzində  olmalıdır.  Söhbət 

ondan  gedir ki,  hər bir  regionun  əhatə  etdiyi  ərazinin  sosial-iqtisadi  inkişafı vahid  ümumi  məqsədlər məcrasında 

əlaqəli  şəkildə  həyata keçirilməlidir.  Regionların hər birində  kənd təsərrüfatına  yararlı torpaq  sahələrinin  qorunub 

saxlanılması və  onlardan  səmərəli istifadə  edilməsi, yerli  istehsalın çox  gücləndirilməsi,  ətraf mühitin mühafizəsi, 

yeni  sənaye  müəssisələrinin və  başqa istehsal təyinatlı obyektlərin  ərazi  daxilində  səmərəli  yerləşdirilməsi,  bütün 

növ  infrastruktur  xidmətlərindən  istifadənin  ümumi  münasibliyinin  təmin  edilməsi  baxımından  əhalinin 

regiondaxili məskunlaşmasının məqsədəuyğun tənzimlənməsi təmin olunmalıdır»  [1.  s.126].


İmişli  şəkər  zavodunun  açılış  mərasimində  Respublika  Prezidenti  kənd  təsərrüfatında  hərtərəfli  inkişafı 

yüksək  qiymətləndirmiş,  regionların  inkişaf  proqramının  həyata  keçirilməsində  görülən  tədbirlər,  qarşıda  duran 

vəzifələr  müəyyənləşdirilmişdir.  Prezident  aqrar  bölmənin  daha  da  inkişaf  etdirilməsi  üçün  böyük  ehtiyatlar 

olduğunu  göstərmiş  və  əsas  vəzifə  kimi  Azərbaycanda  istehsal  olunan  məhsulların  xarici  bazarlara  çıxarılması, 

ölkəmizdə istehlak olunan bütün ərzaq məhsullarının özümüzdə  istehsal  olunması vəzifələrini  qoymuşdur.  İqtisadi 

imkanlardan istifadə  etməklə  ölkəmizin hərtərəfli inkişafına nail  olunması əsas istiqamətlərdən biri kimi müəyyən 

edilmişdir.  Bunun  üçün  qarşıdakı  10  il  ərzində  Azərbaycanda  güclü  sənaye  potensialının  yaradılması,  rəqabətə 

imkan  verən  sənaye  məhsullarının  istehsal  olunması,  keyfiyyətinə  diqqətin  artırılması  ön  plana  çəkilmişdir. 

Azərbaycanda yeni  sənaye  sahələrinin  yaradılması kənd  təsərrüfatı ilə  məşğul  olanların  seçim  imkanlarını  artırır, 

infrastrukturun  yaxşılaşdırılmasına  və  yeni  iş  yerlərinin  açılmasına  imkan  verir.  Ölkənin  sosial-iqtisadi  inkişafı 

aqrar  bölmənin  sürətlə  inkişafına  və  kənd  əhalisinin  rifahının  yaxşılaşdırılmasına  əlverişli  şərait  yaradacaqdır. 

Bütün  bunların  önündə  kənddə  formalaşan  sahibkarlığın  inkişafı  durur.  Çünki,  sahibkarlığın  inkişafı  aqrar 

siyasətin  əsas  istiqamətlərindən  biri  hesab  edilir  və  onlara  kömək  göstərilməsi,  iqtisadi  dəstək  verilməsi  dövlət 

siyasətinin  tərkib  hissəsi  kimi  daimi  diqqət  mərkəzindədir.  Ölkə  Prezidenti  kənd  təsərrüfatını  əsas  sahə  kimi 

qiymətləndirərək  göstərmişdir  ki,  «...  qeyri-neft  sektorunun  inkişafı,  kənd  təsərrüfatının  inkişafı  bizim  üçün 

prioritet istiqamət olmalıdır».  [2,  s.10].

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.  Nuriyev Ə.X. Regional idarəetmənin əsasları.  Bakı, Elm, 2007, 428  s.

2.  Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər).

Сулейманов В.Э.

Факторы, определяющие конкурентоустойчивость экспорта 

сельскохозяйственной продукции Азербайджана

РЕЗЮМЕ

В  проведенном  исследовании  показано,  что  в  развитии  сельского  хозяйства  долгие  годы 

использовались  выгоды  экстенсивных  факторов,  что  привело  к  снижению  производительности  труда, 

фондоотдача и, в  целом, эффективности производства в  отрасли.  В  статье  рассматриваются  потенциальные 

возможности  и  сравнительные  преимущества  республики  в  производстве  конкурентоустойчивой 

сельскохозяйственной  продукции.  При  этом,  особый  акцент  делается  на  возможности  экспорта 

произведенной  в  республике  сельскохозяйственной  продукции.  Раскрывая  причины  сложившихся 

трудностей в  сельскохозяйственном  производстве  республики, автором предлагаются  пути  их решений.  По 

мнению  автора  статьи,  в  результате  последовательного  решения  этих  проблем,  можно  обеспечить 

устойчивое развитие  конкурентоустойчивой продукции и их экспортные поставки.

Sııleymanov  V.E.

Factors Determining the Competitive Strength 

of the Export of Agricultural Products of Azerbaiycan

SUMMARY

Keywords:  export  of agricultural  products,  competitiveness,  international  market,  economic  competition, 

competitive strength.

The  study  shows  that  in the  development o f agriculture  there  are  used the  benefits  o f extensive  factors  for 

many  years  that  led  to  decline  in  labor  productivity,  capital  productivity  and,  in  general,  the  efficiency  of 

pro  duction  in  industry.  The  article  considers  the  potential  and  comparative  advantages  o f the  republic  in  the 

pro  duction of competitive agricultural products.

Here the  special attention is directed to the  opportunities  o f exporting the  agricultural products to the  world 

market.  Revealing  the  reasons  o f the  existing  difficulties  in  agricultural  production  in  the  republic,  the  author 

suggests ways  o f their solutions.  According to the  author,  as  a result o f consistent solutions to these  problems, we 

can ensure the  sustainable development of competitive products and their exports.

Yüklə 181,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə