Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə1/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
  1   2   3   4   5   6   7   8   9   ...   146


F.Köçərli adına 

  

                          

                                                       Respublika Uşaq Kitabxanası 

 

 

 

                                                             

 

 

 



 

 

2018-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ 



 GÜNLƏR TƏQVİMİ 

 

 



 

 

 



Bakı – 2018 

                                                    

 

 


 

Tərtibçidən 



  

Ötən  əsrin  yetmişinci  illərində  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  elmi-metodik  fəaliyyəti  kitabxanaşünaslıq  fikrinin  son  nailiyyətləri 

zəminində  təşkil  etmək  məqsədilə  zəngin  metodik  nəşrlər  fondu  yaradılıb.  Fondda 

uşaqlara  kitabxana  xidmətinin  bütün  nəzəri,  metodik-təcrübi  nailiyyətlərini  və 

qabaqcıl  təcrübəni  əks  etdirən  ədəbiyyat  toplanılıb.  Hazırda  buradan  yalnız 

kitabxananın  öz  işçiləri  deyil,  həmçinin  respublikada  fəaliyyət  göstərən  uşaq 

kitabxanalarının əməkdaşları da geniş istifadə edirlər. Elmi metodika şöbəsinin tərtib 

etdiyi  metodik  məktub  və  tövsiyələrdən  respublikamızın  uşaq  kitabxanaları  və  uşaq 

mütaliəsinə rəhbərlik edənlər bəhrələnirlər.   

F. Köçərli adına Respublika Uşaq Kitabxanası  bir çox dünya kitabxanaları ilə 

əlaqə yaradıb və onların iş təcrübələrindən istifadə etməklə, bu sahədə ən müasir metod 

və formaları tətbiq edib.   

Elmi metodika şöbəsi son illər metodiki vəsaitlərlə yanaşı, əlamətdar və tarixi 

günlər təqvimi də hazırlayır. İllər ötdükcə təqvim daha da təkmilləşir, həcmi genişlənir, 

mövzu üzrə bölmələrinin sayı artır və geniş məlumat mənbəyi kimi formalaşır. Təqvim 

mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və daha çox kitabxana 

işçiləri  üçün  nəzərdə  tutulub.  Təqvimi  hazırlamaqda  əsas  məqsəd  geniş  oxucu 

kütləsinə  və  mütəxəssislərə  respublikamızın  ictimai-siyasi,  iqtisadi,  mədəni,  elmi 

həyatında  baş  verən  ən  mühüm  hadisələri,  kitabxana  işi  haqqında  və  başqa 

dəqiqləşdirilmiş  məlumatları  çatdırmaqdır.  Təqvimə  milli  və  dünya  ədəbiyyatı, 

incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri, eləcə 

də  tarixi  hadisələr  haqqında  məlumatlar  daxil  edilir.  Ümid  edirik  ki,  yubilyarlar, 

əlamətdar  və  tarixi  günlər  haqqında  təqvimdə  verilən  materiallar  kütləvi  tədbirlərin 

keçirilməsində kitabxanaçılar üçün  gərəkli olacaq.  

İstifadəçilərdən xahiş edirik ki, təqvimlə bağlı rəy və təkliflərini kitabxanamızın elmi-

metodika şöbəsinə çatdırsınlar.  

 

 



 

 

 



 

 



 

Yanvar 



Əlamətdar və tarixi günlər 

1 Yanvar – Yeni il 

15 Yanvar – Vikipediya gününün yaranması, (1999) 

16 Yanvar – Ümumdünya Bitlz Günü, (2001)  

17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü  

20 Yanvar – Ümumxalq Hüzn Günü, (1990)  

21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

23 Yanvar – Əl Yazısı (xətt) Günü 

29 Yanvar – Gömrük İşçiləri Günü, (1992) 

Yanvar  ayının  bazar  günlərindən  birində  –  Ümumdünya  Qar  Günü.  Beynəlxalq  Qış 

İdman Növləri Günü, (2012) 

Yubilyar yazıçı və şairlər 

Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (01.01.1883-06.01.1936) 

Yazıçı, Nüşabə Məmmədlinin, 65 illiyi, (06.01.1953) 

Şair Soltan Abbasın 85 illiyi, (07.01.1933) 

Ədəbiyyatşünas Gülrux Əlibəylinin 90 illiyi, (12.01.1928-15.02.2016) 

Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (19.01.1953) 

Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə Məmmədquluzadənin 

145 illiyi, (19.01.1873-06.02.1955) 

Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun 90 illiyi, (20.01.1928) 

Şair Eldar İbrahimin 65 illiyi, (23.01.1953) 

Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi, 

(26.01.1863-21.06.1920) 



Xarici yazıçılar 

Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (10.01.1883-23.02.1945) 

İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (22.01.1788-24.04.1824) 

Fransız yazıçısı Anri Stendalın 235 illiyi, (23.01.1783-23.03.1842) 



İncəsənət 

Xalq artisti Tofiq Kazımovun 95 illiyi, (14.01.1923-02.08.1980) 



Milli Qəhrəmanlar Zirvəsi 

Əhmədov Mübariz Əlizadə  oğlunun 55 illiyi, (01.01.1963-24.09.1992) 

Qasımov Muxtar Cahid oğlunun 60 illiyi, (10.01.1958-16.06.1992) 

Məmmədov Eldar Harun oğlunun 50 illiyi, (10.01.1968-24.02.1993) 



 


 

Əlamətdar tarixi günlər, bayramlar 



 

1 Yanvar – Yeni il            



Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni 



ildə  bizim  bütün  balalarımız  yaxşı  oxusunlar,  təhsillərini  davam  etdirsinlər,  savadlı 

olsunlar,  müxtəlif  biliklərə  yiyələnsinlər.  Çünki  hər  bir  insanın  gələcəyini,  gələcək 

taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü 

vəzifəniz  məhz  yaxşı  oxumaq,  bilikli  olmaqdır.  Mən  arzu  edirəm  ki,  bizim  bütün 

balalarımız  Azərbaycana,  Vətənə  bağlı  olsunlar,  Vətəni  sevsinlər,  vətənpərvər 

böyüsünlər.  Azərbaycan  kimi  ölkədə  yaşamaq  böyük  xoşbəxtlikdir.  Azərbaycanın 

təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır”. 

                                                              Mehriban Əliyeva

                                                         

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti 

Yeni  il  Yer  kürəsinin  bütün  guşələrində,  dini 

etiqadlarından  asılı  olmayaraq,  müxtəlif  xalqlar 

tərəfindən  geniş  qeyd  olunan  bayramlardandır. 

Yeni  ilin  yanvarın  1-dən  hesab  olunması 

xristianlığın  tarixi  ilə  bağlıdır.  Rəvayətə  görə, 

xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 

24-də anadan olmuşdur. Ona görə də xristianlar bu 

günü  İsa  peyğəmbərin  doğulması  şərəfinə  Milad 

bayramı kimi qeyd edirlər. Verilən mənbələrə görə 

bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim 

istifadə  etdiyimiz  təqvim  də  məhz  miladi təqvim  adlanır. Bu təqvimə  əsasən  yeni il 

yanvarın  1-dən  başlanır.  Yeni  il  bayramı dünyanın  müxtəlif  xalqları  üçün  ənənəvi 

bayrama  çevrildiyi  kimi, Azərbaycanda da  insanların  məişətinə  daxil  olub.  Bəzi 

fərziyyələrə  görə,  Yeni  ili  ilk  dəfə  qədim  çinlilər  qeyd  ediblər.  Bu  bayramın 

yaranmasının  azı  25  əsrlik  tarixi  var.  İlin  dəyişməsini  bayram  etmək  adəti  ilk  dəfə 

qədim  Mesopotamiyada  yaranıb.  Eramızdan  əvvəl  IV  minilliyin  sonunda Şumer, 

Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi 

heyrətləndirən  mədəniyyət  mərkəzləri  burada  təşəkkül  tapıb.  Tarixçilərin  fikrincə, 

məhz  həmin  dövrdə  ərazilərdə  bu  bayram  edilib.  Martın      axırında  Dəclə  və  Fərat 

çaylarında suyun səviyyəsi yüksələndə əkin-biçin işləri başlayarmış. İnsanlar  yeni ilin  

gəlişini    də  elə  o  zaman  qeyd  etmişlər.  12  gün  ərzində  təntənəli  mərasimlər  davam 

edərmiş.  Beləcə,  bu  bayram  həm  yeni  ilin  gəlişini,  həm  həyatın  ölüm  üzərində 

qələbəsini, həm də Milad gününü özündə birləşdirmişdir. Yeni il bayramını al-əlvan, 

bərli-bəzəkli  küknar  ağacsız  təsəvvür  etmək  çətindir.  Əlbəttə,  bu,  təbii  küknar 

ağacından  olsa  və  yarpaqları  ətir  saçsa  daha  gözəl  olardı.  Amma  təbiəti  qorumaq 

naminə süni küknarla da keçinmək olar.

 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə