Respublikanın dövlət idarələrində dövlət dilini və əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında Azərbaycan ssr mərkəzi İcraiyyə Komitəsinin dekreti



Yüklə 19,81 Kb.
tarix28.08.2018
ölçüsü19,81 Kb.
#64984

Respublikanın dövlət idarələrində dövlət dilini və əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti

(27 iyun 1924)
Sovetlərin Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasının dil haqqındakı bəyannaməsinin 3-cü bəndinin icrası üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qərara alır:

  1. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili türk dilidir.

  2. Azərbaycan SSR-in dövlət idarələrində həmin dekretdə yazılanlara əsasən qeyri-türk milləti əhalisinin əksəriyyətinin dilini (7-ci maddə), həmçinin azlıq təşkil edən millətlərin dilini (8-ci maddə) işlətməyə yol verilir. Belə dillər rus, erməni və gürcü dilləridir.

QEYD: göstərilən aktların şərhində şübhə oyandıqda əsl mətn türkcəsi hesab olunur.

  1. Respublikanın bütün ərazisində əhali tərəfindən icra edilməsi məcburi olan bütün qanunvericilik aktları, habelə mərkəzi hakimiyyət orqanlarının inzibati aktları dövlət dilindən əlavə əvvəlki maddədə göstərilən azlıq təşkil edən millətlərin dillərində elan edilir.

  2. Yerli orqanların əhali tərəfindən icra edilməsi məcburi olan qərarları, sərəncamları və elanları dövlət dilində, müəyyən qəzanın əhalisinin əksəriyyətinin dilində (7-ci maddə) və bu dekretin ikinci maddəsində göstərilən azlıq təşkil edən millətlərin (8-ci maddə) işlətdiyi dildə elan edilir.

  3. Respublikanın dövlət idarələrində kargüzarlıq aşağıda göstərilən istisnalarla dövlət dilində aparılır.

QEYD: 1-ci. Az. MİK, XKS, Xalq Maarif Komissarlığı, XDİK, XƏQ, Xalq Səhiyyə Komissarlığı, XTK və Xalq İctimai Təminat Komissarlığı milli aparat, yəni öz aralarında yazışmanı dövlət dilində aparan idarələr hesab olunurlar. Adları çəkilən idarələr milliləşdirilməyən idarələrlə yazışmanı paralel olaraq türk və rus dillərində aparırlar.

QEYD: 2-ci. Milliləşdirilməli olan idarələr milliləşdirilmiş idarələrlə yazışmanı və əlaqəni türk dilində və ya paralel olaraq rus və türk dillərində aparmalıdırlar. Milliləşdirilməyən idarələr öz aralarında yazışmanı paralel olaraq türk və rus dillərində aparırlar.

  1. Hər bir vətəndaşın, mərkəzi dövlət idarələrinə istər dövlət dilində, istərsə də 2-ci maddədə göstərilən azlıq təşkil edən millətin işlənən dillərindən birində yazılı və şifahi ərizələr, şikayət və məlumat verməyə, həmçinin sənəd və elanların bu dillərdən birinə tərcümə olunmaqla verilməsini tələb etməyə ixtiyarı vardır.

  2. Son statistika məlumatına görə əhalinin əksəriyyəti (nisbətən) qeyri-türk milləti yaşayan qəza, vilayət və rayon idarələrində kargüzarlıq əhalinin əksəriyyətinin dilində aparılır. Göstərilən qayda Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə qəza icraiyyə komitəsinin təqdimatı üzrə müəyyən edilir.

  3. Qəza və vilayət idarələrində azlıqda qalan millətin işlətdiyi dil bu dekretin 2-ci maddəsində göstərilən dillərdən biri sayılır, bu şərtlə ki, bu dil son statistika məlumatına əsasən qəza və ya vilayət əhalisinin 15 faizindən çoxunun danışdığı millətin dili olmuş olsun. Qəza idarələrində işlənən dili müəyyən etmək, qəza icraiyyə komitəsinin təqdimatı üzrə Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə aiddir.

  4. Qəza və vilayət idarələrinə və ya qəza və yaxud vilayətin vəzifəli şəxslərinə müraciət edən vətəndaşlar hər yerdə dövlət dilindən, əhalinin əksəriyyəti türk olmayan qəzalarda və vilayətlərdə əksəriyyətin dilindən, həmçinin bu dekretin 6-cı maddəsində göstərilən hüquqlar dairəsində olmaq şərtilə müəyyən qəzada və ya vilayətdə 8-ci maddəyə əsasən işlənən dildən istifadə edə bilərlər.

  5. Bu dekretin 7-ci maddəsinə əsasən kargüzarlıq əhalinin əksəriyyətinin dilində aparılan qəza və vilayət idarələrinin mərkəzi hakimiyyət orqanları ilə və axırıncıların birincilərlə məktubları qəza idarələrinin kargüzarlığı aparıldığı dildə aparılır. Müxtəlif kargüzarlıq dillərində münasibətdə olan qəza idarələrinin məktubları dövlət dilində və 2-ci maddədə göstərilən dillərdən biri ilə aparılır.

  6. Qəza orqanlarından aşağı inzibati orqanlar müvafiq icraiyyə komitələrinin qərarına əsasən kargüzarlığı dövlət dilində və ya bu dekretin 2-ci maddəsində qeyd edilən dillərdən birində apara bilərlər, lakin mərkəzi qəza idarələri ilə qəzanın apardığı kargüzarlıq dilində, əhali ilə isə münasibət bu dekretin 9-cu maddəsində göstərilən qaydalarda aparılır.

  7. Dilləri respublikanın bütün ərazisində və ya qəzalardan birində işlənən dil hesab edilən millətlərə mənsub olmayan şəxslərə bütün idarələrdə bu dekretin 6-cı maddəsində nəzərdə tutulan hüquqlar əsasında rus dilindən istifadə etməyə icazə verilir.

  8. Respublikanın məhkəmə idarələrində mühakimə dili cinayət və mülki prosessual məcəllələri ilə müəyyən edilir. Dövlət dilini və ya müəyyən yerin əhalisinin əksəriyyətinin dilini bilməyən tərəflərə: a) müəyyən qəzada azlıq təşkil edən millətin işlətdiyi dildə şikayətlər, ərizələr və ümumiyyətlə mühakiməyə aid kağızları verməyə, b) eyni dildə şifahi izahat verməyə, v) bütün mühakimə əməliyyatını, müqabil tərəfin ərizə və vəsatətlərinin, prokuror nəzarəti rəylərinin, məhkəmə orqanları hökmlərinin, qətnamələrinin, qərarlarının, şahidlərin ifadələrinin və mütəxəssislərin rəylərinin bilavasitə məhkəmə və ya tərcüməçi tərəfindən həmin dildə şifahi tərcümə olunmasını tələb etməyə, q) məhkəmə orqanlarının hökmləri, qətnamələri və qərarlarının, protokolların və digər mühakimə aktlarının, həmçinin şəhadətnamələrin, vəsiqələrin və arayışların sürətlərinin həmin dildə tərcüməsinin verilməsini və d) çağırış vərəqələri, bildiriş və elanların göstərilən dildə göndərilməsini tələb etməyə ixtiyarı vardır.

  9. Həmin dekret elan edildiyi gündən etibarən qüvvəyə minir.


Azərbaycan SSR Qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları və Azərbaycan SSR hökuməti qərarlarının xronoloji külliyyatı. I cild, səh. 37-39.
Ədəbiyyat: Balayev Xaqan. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX). Bakı-2002, səh.118-12
Yüklə 19,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə