Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Yeni tarix” dərsliyi



Yüklə 95,4 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü95,4 Kb.
#30986
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  10-cu sinifləri üçün “Yeni tarix” dərsliyi 

 

 

        Müəlliflər:Tofiq Vəliyev 

 

 

 

                                              Nisbət Mehdiyeva 

                                              Məmməd Fətəliyev 

                                        Qabil Əliyev 

                                        Rafiq Qurbanov 

 

 

                                         Murad Vəliyev 

                                         Ağası Hüseynov 

 

Bakı: Çaşıoğlu, 2010. 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq  

müzakirələrdə bildirilmiş  qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

YEKUN RƏY 

Rafael Süleymanov 

Əkbər Qocayev 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:



 

1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  hazırda  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris 

proqramı  əsasında  hazırlanaraq,  3  bölmə  (“Dünya  ölkələri  XIX  əsrdə”,  “Dünya 

ölkələri  XX  əsrin  əvvəllərində”,  “Birinci  Dünya  müharibəsi”),10  fəsil  və  128 

səhifədən ibarət olmaqla, 34 paraqrafı əhatə edir. Tədris proqramında nəzərdə tutulan 

mövzular  dərslikdə  tam  əhatə  olunmuşdur.  Dünya  tarixinin  XIX  əsrdən  I  Dünya 

müharibəsinə qədər olan dövrünü əhatə edən dərslik şagirdlərdə müvafiq dövrlə bağlı 

biliklərin  formalaşdırılmasına  əsasən  imkan  verir.  Dərsliyin  yenidən  işlənməsi, 

mövzularının  sayının  azaldılması,  mətnlərdə  ixtisarların  aparılması  təqdirəlayiqdir. 

Paraqrafların  sonunda  əlavə  oxu  və  araşdırma  üçün  tarixi  sənəd  və  materiallar  isə 

verilməmişdir. 

Dərslikdə  giriş  hissənin  verilməsi  və  burada  paraqrafların  əhatə  etdiyi 

məsələlərə aydınlıq gətirilməsi məqsədəuyğundur. 

Dərslikdə məzmunla bağlı müəyyən qüsurlar  var. Bunlar aşağıdakılardır: 

Səhifə 3. 1-ci abzasda XIX əsrin 1-ci yarısında İngiltərədə maşınların istehsalı 

göstərilir, 2-ci abzasda isə XIX əsrin ortalarında maşınqayırmanın yaranmasından söz 

açılır. 

Yenə həmin səhifədə 4-cü abzasın 2-ci cümləsindəki fikir doğru deyil. İngiltərə 

burjuaziyasının xarici bazarlarda da rəqibləri, əlbəttə ki, var idi. Lakin onun təqdim 

etdiyi sənaye malları rəqabətə daha davamlı idi. 

Səhifə  4.  3-cü  abzasın  ilk  cümləsində  fikrə  dəqiqlik  gətirilməsi 

məqsədəuyğundur. Belə ki, dünya bazarının formalaşması hələ böyük coğrafi kəşflər 

dövründən başlamışdır. Sənaye çevrilişi onun keyfiyyətcə yenidən qurulmasına səbəb 

olmuşdur. 



Yenə həmin səhifədə  “taxıl qanunları”ndan bəhs olunarkən bu qanunun qəbul 

edilməsinin təkcə iri torpaq sahiblərinin deyil, ümumilikdə, aqrar sahədə sahibkarlıq 




 

fəaliyyəti ilə məşğul olan milyonlarla insanın müflisləşməsinin qarşısını almaq üçün 



atılmış məcburi addım olması vurğulanmalıdır. 

Səhifə  6.  1-ci  abzasdan  çıxan  nəticəyə  əsasən,  əgər  50-70-ci  illərdə  kənd 

təsərrüfatının  inkişafı  sənayenin  inkişafı  ilə  bağlı  idisə,  bu  halın  XVIII  əsrin  II 

yarısı-XIX əsrin I yarısı üçün xarakterik olmaması sual doğurur. 

Səhifə  8.  4-cü  abzasın  axırında  Müqəddəs  Roma  imperiyasının  dağılması 

verilməlidir.  Çünki  7-ci  sinif  “Orta  əsrlər  tarixi”  dərsliyində  Müqəddəs  Roma 

imperiyasının yaranması verilib. 

Səhifə 8-9. Napoleon müharibələrindən bəhs edilərkən işğal olunmuş ərazilərdə 

həyata  keçirilən  əsaslı  dəyişikliklərdən  bəhs  edilməsi,  əsarətə  qarşı  yerli  xalqların 

mübarizə aparmalarına diqqət yetirilməsi məqsədəuyğundur. 

Səhifə 10. Hollandiyanın hansı keçmiş müstəmləkəsindən söhbət getdiyi məlum 

olmur. 


Yenə  həmin  səhifədə  1815-1852-ci  illərdə  hansı  siyasi  quruluşun  mövcud 

olması  naməlum  qalır.  Dərsliklərdə  həmin  dövrdən  həm  əvvəlki,  həm  də  sonrakı 

illərə yer ayrıldığına görə restavrasiya, iyul monarxiyası, ikinci respublika dövrlərinin 

heç olmasa, adları çəkilməlidir. Digər tərəfdən, Almaniya, İtaliya, Avstriyadakı 1848-

1849-cu  illər  inqilablarına  dərslikdə  yer  ayrılmasına  baxmayaraq,  həmin  inqilablar 

üçün təkan rolunu oynamış Fransa inqilabından yazılmaması, həmin inqilabın adının 

yalnız “Almaniya” mövzusunda (səh.13) çəkilməsi anlaşılmazdır. 

Səhifə  10-11.  Fransanın  1814-1815-ci  illər  tarixindən  birbaşa  1852-ci  ildə 

yaranan  II  imperiya  tarixinə  keçildiyinə  görə  boşluq  yaranır.  1814-1852-ci  illərdə 

mövcud olmuş  Burbonların  restavrasiyası,  İyul  monarxiyası,  II  respublika  haqqında 

qısa məlumat verilməsi məqsədəuyğundur. 



Səhifə 10. Vyana konqresində Fransanın da iştirak etdiyini və onun ən mühüm 

qələbəsi kimi ərazi bütövlüyünü qoruyub saxlamasına nail olması qeyd edilməlidir. 



Səhifə  11.  Fransa  ilə  Almaniya  arasında  1871-ci  ildə  yekun  sülh  müqaviləsi 

fevralda Versalda deyil, mayda Frankfurt-Maynda imzalanmışdır. 

Yenə  həmin  səhifədə  axırıncı  abzasda  Tyer  hökumətinin  mürtəce 

dəyərləndirilməsi  sovet  tarixşünaslığından  qalma  ənənədir.  Tyer  hökuməti  legitim 

əsaslara malik olmuşdur. 

Səhifə  12.  Paris  Kommunasının  Fransa  tarixində  nəyə  görə  çox  faciəli  rol 

oynaması açılmır.  




 

Bu mövzuda bir sıra hadisələrin günləri ixtisar edilə bilər. Məsələn, 2 dekabr, 19 



iyul, 2 sentyabr və s. 

Yenə  həmin  səhifədə  sonuncu  abzasda  Fransanın  Afrikada  hansı  ölkəni 

İngiltərəyə güzəştə getdiyi yazılmır. 



Səhifə 13. Xronologiyada 1871-ci ilin fevralında Fransanın “Prussiya” ilə deyil, 

“Almaniya” ilə müqavilə imzaladığı yazılmalıdır. Çünki yanvarın 18-də Prussiyanın 

yerinə Almaniya imperiyası yaranmışdı. 



Yenə həmin səhifədə 2-ci abzasda Almaniyada bir sıra dövlətlər olduğu halda, 

burjuaziyanın  hansı  dövlətdə  kral  hakimiyyətini  məhdudlaşdırmaq  istədiyi 

anlaşılmazdır. 

Səhifə  15.  Fransa-Prussiya  müharibəsinin  Fransa  tərəfindən  başlanması  aydın 

şəkildə qeyd edilməlidir. Çünki səhifə 11-də də bu məsələ dəqiq şərh edilməmişdir. 



Səhifə 16. 5-ci abzasda Almaniyanın Fransadan aldığı təzminatın miqdarı ixtisar 

edilsə, mövzunun informasiya yükü azalar. 



Səhifə 17. Xronologiyada Berlin silahlı üsyanının “fevral” deyil, “mart” ayına 

aid olduğu yazılmalıdır. 



Səhifə  19.  2-ci  abzasda  “O  dövrdə  Sardiniya  konstitusiyası  olan  yeganə 

dövlət idi” cümləsində ziddiyyət var. Çünki o dövrdə (yəni XIX əsrin ortalarında) bir 

çox  ölkələrin  –  ABŞ-ın,  Prussiyanın  və  s.  konstitusiyası  var  idi.  Bu  cümlə  belə 

yazılmalıdır: “O dövrdə Sardiniya İtaliyada konstitusiyası olan yeganə dövlət idi”. 

Yenə  həmin  səhifədə    5-ci  abzasın  axırındakı  “1861-ci  ildə  parlamentin 

qərarı ilə İtaliya krallığı yaradıldı” cümlə 7-ci sinif Orta əsrlər tarixi dərsliyindəki 

(səh.178)  “Verden  müqaviləsinə  əsasən  843-cü  ildə  İtaliya  krallığı  yarandı” 

cümləsi  ilə  ziddiyyətlidir.  Çaşqınlıq  yaranmaması  üçün  belə  yazılması 

məqsədəuyğundur:  “1861-ci  ildə  Pyemontun  və  onunla  birləşmiş  vilayətlərin 



ərazisində İtaliya krallığı təşkil edildi”. 

Səhifə 20. İtaliyanın birləşdirilməsi 1870-ci ildə Papa vilayətinin ələ keçirilməsi 

ilə  başa  çatmışdır.  Bunun  Romanın  paytaxt  elan  olunması  ilə  əlaqələndirilməsi 

düzgün deyil. 

Səhifə 21. Metternixin ölkəni məhz baş nazir olaraq idarə etməsi göstərilməlidir. 

Səhifə  22.  Macarıstan  inqilabında  türkçülük  ideyalarının  qabardılması  təklif 

edilir. 



 

Səhifə  23.  Paraqrafı  1867-ci  ildə  Avstriya-Macarıstan  dualist  imperiyasının 

yaradılmasının  səbəblərinin  və  onun  siyasi  nəticələrinin  şərhi  ilə  yekunlaşdırmaq 

daha məqsədəuyğundur. 



Səhifə 25-27. 60-70-ci illər islahatları verilir, sonra səhifə 28- 1853-56-cı illər 

Krım  müharibəsindən  danışılır.  Onların  yeri  dəyişdirilsə,  düzgün olar.  Ona  görə ki, 

Krım  müharibəsində  Rusiyanın  məğlub  olması  ziddiyyəti  artırmış  və  islahatların 

keçirilməsini zəruri etmişdir. 



Səhifə  26.  3-cü  abzasın  axırında  “Yalnız  1881-ci  ildə  müvəqqəti 

mükəlləfiyyətlilik  ləğv  edildi.”  yazılmışdır.  Lakin  10-cu  sinif  “Azərbaycan  tarixi” 

dərsliyində (səh.152) bu tarix 1881 və 1886-cı illərə aid edilmişdir. 



Yenə  həmin  səhifədə  axırıncı  abzasda  Rusiyada  məhkəmə  islahatının 

keçirilməsi ilə bağlı fikir (“hakim hökumət tərəfindən təyin edilsə də”) 10-cu sinif 

“Azərbaycan  tarixi”  dərsliyindəki  “Rusiyada  hakimlər  seçildiyi  halda, 

Azərbaycanda onlar yalnız ruslardan təyin edilirdi” cümləsi ilə (səh.71) ziddiyyət 

təşkil edir. 



Səhifə 27. 1864-cü il islahatının nəyə görə 60-70-ci illərin islahatları içərisində 

daha  ardıcıl  sayılması  izah  edilməlidir.  Həmçinin,  şəhər  islahatına  da  yer  ayrılması 

məqsədəuyğundur. 

Səhifə  28.  Krım  müharibəsinin  gedişində  çərkəz  soyqırımı  xüsusi  qeyd 

olunmalıdır. 



Səhifə 29. 1878-ci il San-Stefano müqaviləsinə görə Bolqarıstanın şimal hissəsi 

deyil, Bolqarıstanın müstəqilliyi tanınıb. 



Səhifə  30.  Sülh  müqaviləsi  Kentdə  deyil,  (Belçikanın)  Gent  şəhərində 

imzalanmışdır. 



Səhifə 31. Dərslikdə Latın Amerikası ölkələrinin müstəqillik əldə etmələrindən 

danışılmadığından, “Monro doktrinası”nın, “Müqəddəs İttifaq”ın İspaniyanın keçmiş 

müstəmləkələrində  öz  ağalığını  bərpa  etmək  istəyinə  qarşı  irəli  sürülməsi  fikri  ya 

çıxarılmalı, ya da geniş izah edilməlidir. 



Səhifə  32.  Respublikaçılar  partiyasının  yaradılması  barəsində  məlumat  verilsə 

də, demokratlar partiyasının ondan əvvəl yaranmasından bəhs edilmir. 



Səhifə  33.  ABŞ  tarixinin  XIX  əsrinin  son  35  illik  dövrü  paraqrafda  əks 

olunmamışdır. Bu dövr ABŞ-ın sürətli iqtisadi inkişaf dövrü olmaqla yanaşı, həm də 

onun beynəlxalq aləmdə rolunun güclənməsi ilə səciyyəvidir. 



 

Səhifə  35.  Valaxiyanın  müasir  Rumıniyanın,  Moreyanın,  müasir  Yunanıstanın 

bir hissəsi olduğu göstərilə bilər. 

Yenə həmin səhifədə axırıncı abzasda verilmiş “Yunanıstan müstəqillik əldə 

etdi”  cümləsi  düzdürsə,    səhifə  36-dakı  “1830-cu  ildə  müttəfiqlər  Yunanıstanın 

Osmanlı  imperiyasından  tamamilə  ayrılması  haqqında  qərar  qəbul  etdilər” 

cümləsi anlaşılmazlıq doğurur. 



Səhifə  37.  Feodal-mütləqiyyət  zülmü  və  xarici  kapitaldan  asılılığın 

güclənməsinin  Osmanlı  burjuaziyasının  formalaşmasına  necə  təkan  verməsi 

anlaşılmazdır.  Cümlədə  “təkan”  sözünün  “maneə”  sözü  ilə  əvəzlənməsi 

anlaşılmazlığı aradan qaldırar. 



Yenə  həmin  səhifədə  axırıncı  abzasda  verilmiş  “Midhət  konstitusiyası  ilə 

Osmanlı imperiyası konstitusiyalı monarxiya elan edilirdi” cümləsi ilə  səhifə 82-

dəki  “Osmanlı  dövləti  konstitusiyalı  monarxiya  elan  edildi”  cümləsinin 

müqayisəsindən belə nəticə çıxır ki, Osmanlı dövləti həm 1876-cı ildə, həm də 1908-

ci ildə konstitusiyalı monarxiya elan edilib. 



Səhifə 38. 3-cü abzasda Bolqarıstanın üç hissəyə bölündüyü göstərilir. Onlardan 

ancaq 2-si haqqında məlumat verilmiş, 3-cü hissə isə göstərilməmişdir. 



Səhifə 40. Məlumatların verilişində xronoloji ardıcıllıq pozulmuşdur. 

Səhifə 43-44. Şeyx Şamilin istər özünə, istərsə də başçılıq etdiyi hərəkata bir az 

da  geniş  yer  ayrılsa,  bu  zaman  hərəkatın  yatırılmasından  sonra  çoxlu  miqdarda 

Qafqaz  sakininin  Osmanlı  imperiyasına  köçməyə  məcbur  edilməsi  göstərilsə,  yaxşı 

olar. 


Səhifə  47.  Ən  mühüm  hadisələrin  xronologiyasında  əksini  tapan  “İranla 

İngiltərə arasında Herat üstündə münaqişənin baş verməsi” faktı mətndə əksini 

tapmayıb. 



Səhifə  48.  “Bentinkinin  general-qubernatorluğu  dövrü”  ifadəsinin  əvəzinə 

konkret tarixi dövr göstərilməlidir. 



Səhifə 49. Axırıncı abzasda sipahilər üsyanının məğlubiyyət səbəbləri arasında 

müstəmləkəçilərin nizami orduya və texniki üstünlüyə malik olmaları yazılmamışdır. 



Səhifə  53.  Taypinlər  hərəkatının  Çində  kapitalizmin  meydana  gəlməsinə  və 

inkişafına  yol  açması  fikri  elmi  cəhətdən  anlaşılmazdır.  Həmçinin,  Taypinlər 

üsyanının  dünya  tarixinin  ən  qanlı  vətəndaş  müharibəsi  (“Ginnesin  rekordlar 

kitabı”na görə) sayılması vurğulana bilər. 




 

Yenə  həmin  səhifədə  axırıncı  abzasın  son  cümləsi  ixtisar  edilsə,  səhifə  52-də 

verilmiş  “Honkonq  adası  İngiltərənin  sərəncamına  keçdi”  cümləsi  ilə  ziddiyyət 

aradan qalxmış olar. 



Səhifə 59-62. Mövzu həddindən artıq yüklənərək, dərslikdən çox hər hansı bir 

məlumat  kitabını  xatırladır.  Mövzuda  16  kəşf,  29  şəxs  və  19  əsər  adı  verilir. 

Şəxsiyyətlərdən  9-nun  həyat  və  yaradıcılıq  illərinin  də  verilməsinə  lüzum  yoxdur. 

Paraqraf  “Avropa və Rusiya mədəniyyəti” adlansa da, mətndə ABŞ mədəniyyətinə 

də yer verilmişdir. 

Səhifə 62. “Hərb və sülh” əsərində 1812-ci il Vətən müharibəsinin tarixinin əks 

olunması  göstərilir.  Halbuki,  “Fransa”  (§2)  mövzusunda  həmin  müharibə  o  cür 

adlanmır, “Rusiya” (§6) mövzusunda isə onun heç adı da çəkilmir. O müharibənin 

yalnız rusiyalılar üçün Vətən müharibəsi adlandırılması doğrudur. 



Səhifə  63.  Xronoloji  ardıcıllıq  baxımından  4-cü  abzasın  3-cü  abzasdan  əvvələ 

keçirilməsi məqsədəuyğundur. 



Səhifə  64.  2-ci  yarımbaşlığın  3-cü  abzasında  işlənmiş  “etimologiya”  sözünün 

izahı verilməlidir. 



Səhifə  74.  5-ci  abzasda  Sol  Radikal  partiyasının  adı  çəkilirsə,  siyasətdəki 

“sollar” və “sağlar” anlayışları barədə qısa məlumat verilməsi yaxşı olar. 

Səhifə  76-77.  I  Rusiya  inqilabında  daha  çox  milli-azadlıq  hərəkatına  önəm 

verilməlidir.  Həmçinin  inqilabın  səbəbləri  arasında  Rusiyanın  xalqlar  həbsxanası 

olmasını vurğulamaq yaxşı olar. 

Səhifə  81.  Birinci  Balkan  müharibəsindən  sonra  həmin  müharibədə  Osmanlı 

dövlətinə  qarşı  birləşmiş  Balkan  dövlətlərinin  bir-biri  ilə  toqquşması  səbəblərini 

qabartmaq təklif edilir. 

Səhifə  82.  Sultan  II  Əbdülhəmidə  Sovet  hakimiyyəti  dövründə  mövcud  olan 

münasibətin dəyişdirilməsi məqsədəuyğundur. 



Səhifə  83.  Birinci  Balkan  müharibəsində  Osmanlı  qoşunlarının  geri 

çəkilməsinin nəyə görə Avropa dövlətlərini təşvişə salmasının səbəblərini göstərmək 

təklif edilir. 

Səhifə 92. 4-cü abzasda (1911-ci ildə) bütün Xubey əyaləti respublika elan 

edildi”  cümləsinin  “1911-ci  ildə  Çin  respublika  elan  edildi”  kimi  verilməsi  daha 

dəqiq  olar.  Çünki  səhifə  92-də  axırıncı  abzasdan  görünür ki, Sun  Yatsen  Nankində 

Xubey əyalətinin deyil, Çinin ilk prezidenti seçilir. 



 

Yenə  həmin  səhifədə  6-cı  abzasda  Yuan  Şikayın  istefada  olması  göstərilirsə, 

əvvəllər baş nazir olması da verilə bilər. 

Səhifə 95. Öldürülməsi Koreyanın işğalına səbəb olmuş knyaz İtonun kimliyinə 

aydınlıq gətirilməlidir. 



Səhifə 100-102. Mövzu çox çətin işlənib. Bir mövzuda 34 ad çəkilir. 

Səhifə 101. 5-ci abzasda Tatarıstan ziyalılarının tələbinin kimə qarşı yönəldiyini 

qeyd etmək məqsədəuyğundur. 



Səhifə  107.  Marna  çayı  sahilində  baş  verən  döyüş  ərəfəsində  alman  hərbi 

qüvvələrinin gücünün azalması təkcə Rusiya ordusu Şərqi Prussiyaya girdiyinə görə 

oraya  iki  korpus  göndərilməsi  ilə  bağlı  deyil.  Məsələnin  belə  qoyuluşu  rus 

tarixçilərinin hadisələri təhrif etməsi ilə bağlıdır. Alman komandanlığı zəbt olunmuş 

ərazilərdə  qoşun  hissələri  saxlamağa  da  məcbur  idi.  Cəbhənin  digər  hissələrində 

fransızlar inadkarlıqla müqavimət göstərdikləri üçün müəyyən qədər alman qüvvələri 

burada saxlanmışdı. 

Səhifə 116. 2-ci abzasın axırıncı cümləsində 3 min nəfər azərbaycanlının hansı 

tərəfdən vuruşduğunu göstərmək məqsədəuyğundur. 

Bəzi  mövzuların  sonunda  (§15,  §24,  §29  və  s.)  ən  mühüm  hadisələrin 

xronologiyası verilməyib. 

Materialların  müasir  elmi  baxışlara  uyğunluğu  məsələsinə  gəlincə,  qeyd 

olunmalıdır  ki,  dərslikdə  sovet  tarix  elminin  ideoloji  baxışları  kifayət  qədər  nəzərə 

çarpır.  Elmi-metodiki  baxımdan  dərslikdə  verilən  materialların  müəyyən  hissəsi 

mübahisə doğurur.  

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərsliyin  dili  əsasən,  yuxarı  sinif  şagirdləri  üçün  anlaşıqlıdır.  Bəzi  sözlərin 

izahları  verilmişdir.  Lakin  məlumatların  bolluğu,  natamamlığı,  anlaşılmazlığı  və  ya 

aralarında  rabitənin  olmaması  mənimsəməni  ləngidir  (məsələn,  §  1,  səh.4;  §  34, 

səh.123).  Bəzi  məlumatlar  1  abzasda  1  cümlə  şəklində  verilmişdir.  Bəzi  istilah  və 

anlayışların  izah  edilməsi  yaxşı  olar  (“Fələstindəki  müqəddəs  yerlər”  -  səh.28; 



“dinc nüfuzetmə” - səh.72; “yuxarı təbəqələrin inqilabı” – səh.83). 

Dil və yazı üslubu ilə bağlı qüsurlar aşağıdakılardır: 



Səhifə  3.  2-4-cü  abzaslar  xronoloji  ardıcıllıq  prinsipinə  əsasən,  həmin 

yarımbaşlığın axırına (səh.4) yazılmalıdır. 




10 

 

Yenə  həmin  səhifədə  sərbəst  sütunda  verilmiş  “təmərküzləşmə”  anlayışının 

izahı uğurlu deyil. Həmin söz sənaye müəssisələrinin genişləndirilməsindən daha çox 

cəmləşmə mənasında işlədilir. 



Səhifə  3-4.  Sərbəst  sütunda  izahı  verilmiş  ifadələrin  önündə  “İ”  hərfi 

yazılmayıb. 



Səhifə 4. “Tsiklik inkişaf” sözünün mənası açıqlanmalıdır. 

Yenə  həmin  səhifədə  sərbəst  sütunda  izahı  verilmiş  “İqtisadi  Böhran” 

ifadəsində “böhran” sözü kiçik hərflə başlamalıdır. 



Səhifə 5. 5-ci abzasda  2-ci cümlədə “palataya” sözünün “parlamentə” sözü ilə 

əvəz edilməsi məqsədəuyğundur. 



Səhifə  6.  Sərbəst  sütundakı  “inhisar”  sözünün  izahını    səhifə  5-ə  keçirmək  

yaxşı olar. Çünki inhisarlar haqqında bu səhifədə məlumat verilir. 



Yenə  həmin  səhifədə  2-ci  abzasda  4-cü  cümlənin  “1867-ci  ildə  növbəti 

parlament islahatı keçirildi” kimi yazılması islahatlara aydınlıq gətirər. 

Yenə həmin səhifədə sonuncu abzasda 3-cü cümlənin “Kanada parlamentinin” 

ifadəsi ilə başlaması məqsədəuyğundur. 



Səhifə  8.  3-cü  abzasın  1-ci  cümləsində  “yanında”  sözünün  əvəzinə 

yaxınlığında” sözü verilsə, düzgün olar. 



Yenə  həmin  səhifədə  6-cı  abzasda  “Rusiya  Napoleon  tərəfindən  Avropada 

həyata  keçirilmiş  dəyişiklikləri  tanımağa...  məcbur  oldu”  cümləsində 

“dəyişiklikləri” sözünün “işğalları” sözü ilə əvəz edilməsi məqsədəuyğundur. 

Səhifə 9. 1-ci abzasda Kutuzovun adının tam yazılması və yaxud ixtisar edilməsi 

məqsədəuyğundur.  Həmçinin,  eyni  abzasda  fransızlar  barədə  “düşmən”  ifadəsinin 

işlənməsi  çox  ciddi  qüsurdur.  Fransa  yalnız  Rusiya  üçün  düşmən  kimi  qəbul  edilə 

bilər, bizim üçün deyil. Eyni məntiqlə səhifə 11-də 1-ci abzasın axırında “düşmənə 



təslim oldu” ifadəsinin “almanlara məğlub oldu” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 15. 1-ci abzasda “Qolşteyn” əvəzinə “Holşteyn” yazılmalıdır. 

Yenə həmin səhifədə 4-cü abzasda “yuxarıdan birləşdirilmə” ifadəsinin izahı 

daha aydın verilməlidir. Bu ifadə əslində köhnəlmiş Sovet ideologiyasına aid olduğu 

üçün ixtisar da edilə bilər. 

Yenə  həmin  səhifədə  ikinci  abzasın  yeri  dəyişdirilərək,  5-ci  abzasdan  əvvələ 

gətirilməlidir. 



Səhifə  18.  2-ci  abzasda  “...  kral  konstitusiya  verməyə  məcbur  oldu” 

cümləsində fikrin ifadəsi uğursuzdur. 




11 

 

Səhifə 19. “Salferino” əvəzinə “Solferino” yazılmalıdır. 



Səhifə  20.  “Auda”  əvəzinə  “Adua”  yazılmalıdır.  Ümumiyyətlə,  Adua 

döyüşünün verilməsi çox vacib deyil. 



Səhifə 21. 2-ci abzasda “çulğaşma” sözünün izahı yazılmalıdır. 

Səhifə  25.  “Şəxsi  azadlıq”  və  “təhkimçilikdən  azad  olunma”  məfhumları 

mahiyyət etibarilə eyni mənanı verir. 



Səhifə 27. 2-ci abzasda “hərbi islahat” sözləri qalın şriftlərlə verilsə, yaxşı olar. 

Səhifə 29. Axırıncı abzas 2-ci cümlədə “–” işarəsi artıqdır. 

Səhifə 30. Xronologiyada “Dekabirstlər” əvəzinə “Dekabristlər” yazılmalıdır. 

Səhifə 31. “Auksion” sözü izah olunmalıdır. 

Səhifə 32. “Konferensiya” sözünün izahı verilsə, yaxşı olar. 

Səhifə 39. Atçılıqdan söhbət gedərkən mötərizədə redaktor tərəfindən “xüsusən 

axaltəkin cinsi” sözlərinin əlavə edilməsinə lüzum yoxdur. Onun əvəzinə “qaragül 

dəriləri istehsalı”nın nə demək olması izah edilə bilər. 

Səhifə 48. “Böyük Moğal” ifadəsinin əvəzinə “Böyük Moğollar” yazılmalıdır. 

Səhifə 50. Tilakın adı “Balqandahar” deyil, “Balqanqadhar” olmuşdur. 

Səhifə  55.  “Syoqun”  sözü  kiçik  hərflə  yazılmalıdır.  “Samuray”  sözünün 

açıqlanmasına ehtiyac var. 



Səhifə 56. 2-ci abzasın 10-cu sətrində “əsrin  ortalarında” ifadəsinin əvvəlinə 

XVII əsrin” ifadəsinin əlavə edilməsi məqsədəuyğundur. 



Səhifə 60. Hötenin adı “Volfanq” deyil, “Volfhanq” olmuşdur. 

Səhifə  62.  “Qalvonoplastika”  əvəzinə  “qalvanoplastika”,  “Lermantov” 

əvəzinə “Lermontov” yazılmalıdır. 



Səhifə  63.  2-ci  abzasda  “İslahat  dünyəvi  ibtidai,  orta  və  ali  məktəblərin 

açılmasını  nəzərdə  tuturdu”  cümləsinin  “İslahatda  dünyəvi  ibtidai,  orta  və  ali 

məktəblərin açılması nəzərdə tutulurdu” şəklində yazılması məqsədəuyğundur. 

Səhifə  66.  “Kabardinli”  əvəzinə  “Kabardalı”  və  ya  da  “Kabardin” 

yazılmalıdır. 



Səhifə  68.  Yapon  yazıçıları  Tamyenaqa  Syunsyun  və  Ryutyey  Tanyexikorun 

adları verilməsə, dərslik bundan ciddi bir şey itirməz. 



Səhifə  72.  “Kartel”    “sindikat”  ifadələrinin  izahı  oxşardır.  Səhifə  79-da 

trestlərdən söhbət gedərkən “trest” sözünün də izahı eyni cür verilməli olduğundan, 

şagirddə  çaşqınlıq  yaranır.  Əslində,  bu  hal  eyni  anlayışın  müxtəlif  ölkələrdə  fərqli 

adlandırılmasından irəli gəlir deyə, vahid ad altında verilməsi məqsədəuyğundur. 




12 

 

Səhifə 75. 1-ci abzasda “klerikal”  “sağ dairələr” ifadələrinin izah edilməsi 

və ya çıxarılması məqsədəuyğundur. 

Səhifə  77.  Axırdan  2-ci  abzasda  “qarət  edilməsi”  ifadəsinin  başqa  formada 

yazılması daha aydın olar. 



Səhifə  79-80.  ABŞ  prezidentlərinin  adlarının  dalbadal  çəkilib  qısa  məlumatlar 

verilməsi dərsliyin dilini ağırlaşdırır. 



Səhifə 81. 1-ci abzasın sonuncu cümləsində “Federal ehtiyat idarəsi” əvəzinə 

Federal ehtiyat idarəsi” yazılmalıdır. 



Yenə  həmin  səhifədə  növbəti  abzasın  sonuncu  cümləsindən  “də”  sözü 

çıxarılmalıdır. 



Səhifə 88.  İran  şahının  adı  şəklin  altında “Müzəffərəddin”  mətndə  isə  2 dəfə 

“Müzəfərəddin” kimi verimişdir. 

Səhifə 105-114. Müharibə ilə bağlı xəritənin verilməməsi böyük çatışmazlıqdır. 

Səhifə  114.  Xronologiyada  “Macarıstan”  əvəzinə  “Avstriya-Macarıstan” 

yazılması məqsədəuyğundur. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin ümumi tərtibatını qənaətbəxş hesab etmək olar. Bəzi mətnlərə tematik 

xəritələrin və şəkillərin əlavə edilməsi şagirdlər tərəfindən mövzuların mənimsənmə 

imkanlarını artırır. 

Dizayn və bədii tərtibatla bağlı aşağıdakı qüsurlar vardır: 

Səhifə  6.  Böyük  Britaniya  kraliçası  Viktoriyanın  rəsminin  hansı  məqsədlə 

verildiyi  bilinmir.  Təsvir  olan  hissədə  onun  barəsində  qısa  məlumat  verilməsi 

məqsədəuyğundur.  Onun  İngiltərə  tarixində  rolu  qeyd  olunmursa,  şəklin  əvəzinə 

materialın  daha  yaxşı  mənimsənməsi  üçün  müvafiq  xəritənin  verilməsi 

məqsədəuyğundur. 

Səhifə 8. Sol tərəfdəki şəkil çox solğun verilib. Burada nə Napoleon, nə də tac 

aydın görünür. 



Səhifə 9. Xəritədə “1842-ci ildə rus qoşunlarının hərəkəti” ifadəsində “1842-

ci il” əvəzinə “1812-ci il” yazılmalıdır. 

Səhifə 14. Şəklin altındakı yazıda küçənin adını yazmamaq olar. 

Səhifə 19. Xəritədə əks olunmuş qırmızı oxların izahı verilməmişdir. 

Səhifə 31. Şəklin ölçülərini böyütmək olar. 


13 

 

Səhifə 51-54. Tiryək müharibələri və Taypin dövləti ilə bağlı xəritənin verilməsi 

məqsədəuyğundur. 

Səhifə  94.  Xəritədə  Port-Artur  qalası  Lyaodun  yarımadası  əvəzinə  Şandun 

yarımadasında göstərilib. 

17,19,24, 31-34-cü paraqraflarda heç bir illüstrativ material verilməyib. Halbuki 

bu mövzularla əlaqəli kifayət qədər zəngin illüstrasiya seçimi mümkündür. 



 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Paraqrafların  sonunda  və  sərbəst  sütunda  düşündürücü  sual  və  tapşırıqların 

qoyulması şagirdin tarixi təfəkkürünü inkişaf etdirmək baxımından təqdirəlayiqdir. 

Sintez suallarının yazılması məqsədəuyğundur. 

Bəzi  mövzulara  aid  xəritələr  verilmədiyi  halda,  şagirdlərə  bu  barədə  sual  və 

tapşırıqların  verilməsi  (səh.110,  tap.8;  səh.114,  tap.6;  səh.117,  tap.4;  səh.120  tap.6; 

səh.121) metodik cəhətdən doğru deyil. 

Səhifə 7. 3-cü sual ilə bağlı paraqrafda dolğun məlumat verilməmişdir. 

Yenə  həmin  səhifədə  tapşırıq  5-də  cədvəl  adının  belə  yazılması  yaxşıdır: 

İngiltərədə XIX əsr parlament islahatları”. Çünki islahatı əsrlər yox, insanlar keçirir. 

Eyni  zamanda  verilmiş cədvəldə islahatların kim  tərəfindən keçirildiyi  soruşulsa  da, 

paraqrafda bu barədə məlumat verilməmişdir. 



Səhifə  12.  6-cı  sualda  1870-ci  il  4  sentyabr  inqilabının  səbəbləri  soruşulduğu 

halda, paraqrafda bu barədə məlumat verilməmişdir. 



Səhifə  23.  1-ci  sual  ilə  bağlı  kifayət  qədər  material  verilməmişdir.  Həmçinin 

Rusiyanın  “Avropa  jandarmı”  kimi  tanınmasının  “Müqəddəs  İttifaq”ın  qoyduğu 

vəzifələrlə bağlı olması barədə sual yerləşdirmək olar. 

Səhifə 48. Sərbəst sütunda verilmiş sual tamamlanmayıb. 

 

Nəticə 

 

 

1.  Dərsliyin  əhatə  etdiyi  tarixi  dövrlə  bağlı  olaraq,  materiallar  müxtəlif  faktlar, 

adlar,  rəqəmlərlə  yüklənmişdir.  Onların  azaldılması  materialların  mənimsənməsini 

asanlaşdırar, əvəzində  isə daha vacib fakt və izahların verilməsinə şərait yaradar. 

2.  Dərslik  materiallarının  müəyyən  hissəsi  Sovet  dövründə  nəşr  edilmiş 

dərslikdən (“Новая история”  - Учебник для 9 класса / Москва:  “Просвещение”, 

1987) birbaşa köçürülərək,  tərcümə edilərək  verilmişdir. Məsələn, səhifə 69-dakı 2-



14 

 

ci abzas Moskva dərsliyinin səhifə 74-dəki  3-cü abzası ilə eynidir. Başqa nümunələr 



belədir: səhifə 69-da 3-cü abzasın 6-14-cü sətirləri Moskva dərsliyinin səhifə 75-dəki 

4  və  6-cı  abzasları,  səhifə  90-da  2,  4-6-cı  abzaslar  Moskva  dərsliyinin  səhifə  143-

dəki  2  və  5,  səhifə  144-dəki  1-2-ci  abzasları,  səhifə  91-93-dəki  “Çin”paraqrafının 

böyük bir hissəsi Moskva dərsliyinin səhifə 136-dakı 1-ci, səhifə 138-dəki 1, 2, 4-6-

cı abzasları, səhifə 139-dakı 1 və 4-cü, səhifə 140-dakı 3-4-cü abzasları ilə eynidir. 

2.  Mənası  verilməmiş  sözlərin  açıqlanması,  habelə  xəritə  və  illüstrasiyaların 

zənginləşdirilməsi dərsliyi daha oxunaqlı edər. 

 



15 

 

 



Yüklə 95,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə