Respublikanın ümumtəhsil məktəblərinin 7- ci sinifləri üçün “Fizika” dərsliyi



Yüklə 61,52 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü61,52 Kb.
#25999
növüDərs


 

 

Respublikanın ümumtəhsil məktəblərinin 

7-

ci sinifləri üçün “Fizika” dərsliyi 

 

 

 

Müəlliflər: Mirzəli Murquzov 

                          

Sərhəddin Abdullayev  

                      Rasim Abdurazaqov 

        

Natiq Əliyev 

 

 

Bakı: Bakı Nəşr, 2011. 

 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan

 

və açıq müzakirələrdə 

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. 

Məzmun baxımından; 

2. 

Dil və üslub baxımından; 

3

. Dizayn və bədii tərtibat baxımından. 

 

1. 

Məzmun baxımından 

 

Dərslik  hazırda  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris 



proqramı  əsasında  hazırlanıb.  4  fəsil  və  192  səhifədən  ibarət  olan  dərslikdə 

proqramda  nəzərdə  tutulan  bütün  bölmələr  və  bu  bölmələrə  uyğun  mövzular tam 

əhatə olunub. 

 

Bununla yanaşı, dərslikdə bəzi qüsurlar da var. Bunlar aşağıdakılardır: 



Səhifə 12-də “F

izikada təbiəti öyrənmə metodları”  mövzusunda eksperimentin 

təcrübə olduğu qeyd olunmalıdır. Burada bir təcrübənin verilməsi kifayətdir. 14-cü və 

15-


ci şəkildə verilənlər eksperimentə deyil, müşahidəyə aiddir.

 

Səhifə 12–21-də §3 və §4-ü əlavə oxu kimi vermək məsləhətdir. 

Səhifə 14-də 3-cü yarımbaşlıqda “əvvəlcədən irəli sürülən fərziyyə təcrübələrlə 

təsdiq olunarsa, onda o, nəzəriyyəyə çevrilir.” cümləsi verilib. Bu fikrin çox vaxt əksi 

də mümkündür.  

Səhifə  22–36-da  §5  və  §6-da  olan  mətnlərin  başlıqlara  uyğunlaşdırılması 

məsləhətdir.  

Beynəlxalq  vahidlər  sisteminin  isə  ayrıca  paraqraf  şəklində  verilməsi 

məqsədəuyğun hesab edilir. 



Səhifə 22–29-u əhatə edən “Fiziki anlayışlar. Fiziki kəmiyyətlər və onları ölçmə 

vasitələri”  mövzusunun  həcmi  çox  böyükdür  (8  səhifə).  Bu  mövzunun  bir  dərs 

saatına keçilməsi mümkün deyil. 

Səhifə 22-də 2-ci abzasda verilmiş “Fizikada bizi əhatə edən hər bir cismi fiziki 

cisim 

və ya sadəcə cisim adlandırırlar.” fikri anlaşıqlı deyil. 



Səhifə  23-də

  s


adə  cihazların  adları  çəkilib  və  nə  üçün  lazım  olduğu  qeyd 

olunub. Lakin  m

ürəkkəb  cihazlar  haqqında  isə  məlumat verilməyib.  Mürəkkəb 

cihazlar


ın nə üçün  istifadə olunması barədə məlumat verilməsi də yaxşı olardı. 

Səhifə  25-dəki

  “ö


lçmə  və  ölçmə  xətaları”-nın    ayrı  paraqrafda  verilməsi 

məqsədəuyğun hesab edilir. Bunun bir çox səbəbləri var: 

1) §5-

in həcmi çox böyükdür; 



2) 

Verilmiş material paraqrafın adına uyğun deyil; 




 

3)  Mövzunu  la



boratoriya  işi  kimi  də  vermək  olar.  Çünki  yalnız  dərslikdəki 

materialla 

mövzunu mənimsətmək çətinlik yaradır. 

Səhifə  28-də  cədvəl  1  bu  paraqrafın  mətninə  uyğun  olmadığı  üçün,  dərsliyin 

sonunda verilməsi daha məqsədəuyğundur. Çox böyük və kiçik ədədlərin verilməsinə 

ehtiyac yoxdur. 

Bunları azaltmaqla 10

–9 

və 10


9

 

aralığında vermək kifayətdir.  



Səhifə 30-da “Əsas fiziki kəmiyyətlər və onların ölçülməsi” mövzusunda ölçü 

vahidləri  verilmiş  şəklə  (şəkil  27)  ehtiyac yoxdur.  Çünki  mövzuda  bu  vahidlərin 

adları çəkilməyib.  

1-ci 


fəslə  aid  2-ci  nümayiş  (səh.183)  2-ci  fəslə  aid  8-ci  nümayişdə  (səh.185) 

təkrar olunub. 



Səhifə 41-də “Elektrik yükü – zərrəciklərin öz ətrafında elektrik sahəsi yaratma 

xassəsidir” fikrinin əvəzinə, ya “elektrik sahəsinin mənbəyi elektrik yüküdür”, ya da 

öz  ətrafında  elektrik  sahəsi  yaradan  zərrəcik  elektrik  yükünə  malikdir”  verilməsi 



daha doğru olardı. 

Səhifə  43-də  “Elektromaqnit  sahəsinin  mənbəyi  dəyişən  sürətlə  hərəkət  edən 

elektrik yüküdür” fikri 

əvəzinə,  “elektromaqnit  sahəsinin  mənbəyi  hərəkət  edən 

yükdür.” 

verilməsi daha doğru olardı. 

Səhifə 44-də 1-ci yarımbaşlığın “maddə zərrəcikləri” deyil, “maddi zərrəciklər” 

kimi verilməsi daha doğru olardı. Çünki maddə yazılarsa, bu atom və molekullara aid 

olur. Burada isə maddi zərrəciklər kimi elektron, proton və neytronların adı çəkilir, 

həmçinin, kvark və antizərrəciklər də əlavə olunur.   



Səhifə  53-də  “Makrocisimlər  –  çoxlu  sayda  atom  və  molekullardan  ibarət 

mürəkkəb əlaqəli sistemdir.” cümləsinə “dörd halda mövcud ola bilər” fikri də əlavə 

olun

malıdır.  Çünki  “Günəş  plazmadır”  deyilir.  Günəşin  nüvəsi  proton  və 



neytronlardan ibarətdir.  

Səhifə  54-də  şəkil  45-də  verilmiş  elektron  proton  və  neytronların  quruluşunu 

müəyyən etmir. Bu atomun quruluşuna aiddir.  



Səhifə  61-də  molekulların  qarşılıqlı  təsirinə  aid  olan  şəkil  54  bu  mövzudan 

çıxarılması məsləhətdir. Çünki əvəzləyici qüvvə anlayışı səhifə 126-da verilib.  

Dərsliyin rus variantında §2.6-da (səh.48) diffuziyanın tərifi dəqiq verilməyib. 

Səhifə 62-də maddənin 4 aqreqat halı olduğu qeyd olunub. Lakin mövzuda eyni 

bir maddənin üç aqreqat halı haqqında danışılıb. Maddənin qaz halında temperaturu 

yük

səldikcə molekullar atomlara, atomlar ionlara və elektronlara çevrilir. İona qədər 




 

maddə  öz  halını  saxlayır.  Kifayət  qədər  yüksək  temperaturda  atomlar  proton  və 



neytronlara çevrilərək aqreqat halını itirir. 

2-ci 


fəslə aid 6-cı və 7-ci nümayişdə “qabın” əvəzinə, “qazın” sözü olmalıdır. 

Səhifə 73-də trayektoriyaya verilmiş tərif mübahisəlidir, dəqiqləşdirilməlidir. 

Səhifə  78-də  düsturlarda  tətbiq  olunan  “üçbucaq  qaydasının”  dərslikdən 

çıxarılması məsləhətdir.  



Səhifə 79-da “Perron” sözünün “Yerlə” əvəz edilməsi məqsədəuyğundur.  

§18 və §21-də sürət və təcilin tərifləri eyni formada verilsə yaxşı olar.  



Səhifə  84-də  verilmiş    §22  çətin  yazılıb.  Üçbucağın  sahəsi  və  parabola  

anlayışları ilə 7-ci sinif şagirdləri riyaziyyatdan  tanış deyil. Odur ki, bu paraqrafın 

tədrisinin yuxarı siniflərə keçirilməsi məsləhətdir.  

Səhifə  87-də  şəkil  76-da metronomun təsviri  verilib, lakin mətndə  bu  barədə  

məlumat verilməyib.  

§23 və §24-də əvvəl bərabərsürətli hərəkət haqqında məlumat verilib və 

T

R

π

ϑ



2

=

 



düsturu 

göstərilib.  Sonra  isə 



Rn

T

R

t

RN

t

l

π

π



π

ϑ

2



2

2

=



=

=

=



  düsturu verilib.  Düsturun 

əksinin  verilməsi  daha  doğru  olardı.  Çünki 



t

N

n

=

 



və 

N

t

T

=

 



haqqında  əvvəlki 

paraqraflarda 

məlumat verilib. 

Səhifə  89-da 

Rn

l

π

2



=

  düsturunda 

ϑ



l



ilə  əvəz  olunmalıdır.  Həmin  səhifədə 

“Sürət  vektorial  kəmiyyətdir”  yarımbaşlığının  “Sürət  çevrəyə  toxunan  istiqamətdə 

yönəlir” kimi verilməsi məsləhətdir. 

Səhifə 94-də  xüsusən 3-cü  və 4-cü abzasda “Günəşlə bağlı  hesablama sistemi 

ətalət hesablama sistemi (ƏHS) sayıla bilər (şəkil 83). Yerlə bağlı hesablama sistem 

isə  dəqiq  ƏHS  deyildir”  –  iddia  olunur.  Çünki  Yer  Günəş  ətrafında  və  öz  oxu 

ətrafında fırlanır. Halbuki bu Günəşə də aiddir. Daha sonra Yerə də ətalət hesablama 

sistemi kimi baxmaq olar deyilir. Bu uyğunsuzluğu aradan qaldırmaq lazımdır. 

Səhifə  95-də  §26-da  qüvvə  anlayışı  daxil  edildikdən  sonra  kütlənin 

(

a



F

m

=

nisbətinin) bir sabit kimi verilməsi yaxşı olardı. 



Səhifə 102-də şəkil 95-dəki qrafikdə 

0

0



0

,

0



=

=



=

m

a

F

 kimi qeyri-

müəyyənlik 

nəzərə alınmalıdır. Sonuncu tərifdə “cismin” sözü “cisimlərin” sözü ilə əvəz olunmalı 

və F=const yazılmalıdır. Sonuncu düsturda isə “=” işarəsi yazılmalıdır.  



 

§31-



dəki  mövzu  çox  çətin  yazılıb.  Ümumiyyətlə,  h-hündürlükdə  F  və  g-nin 

qiymətlərinin yuxarı siniflərdə verilməsi  məsləhətdir. 

§32-

dəki mövzunun əlavə oxu kimi verilməsi məsləhətdir. Burada planetlərin 8 



olduğu göstərilib. Lakin şəkil 104-də Pluton da planet kimi daxil edilib.  

Səhifə  115-də  §33-də  havada  düşən  cismə  təsir  edən  qüvvələrin  əvəzləyicisi 

haqq


ında danışılır.  Lakin qüvvələrin toplanması  və əvəzləyici  qüvvə anlayışı §39 –

§41-


də verilib. “Qüvvələrin toplanması və proyeksiyalar üzərində əməllər”in §28-də 

“Qüvvə. Nyutonun ikinci qanunu” mövzusundan sonrakı paraqrafda verilməsi  yaxşı 

olardı. 

Səhifə  120-də  şəkil  110-dakı  qrafikdə 

0

0



0

,

0



=

=



=

k

x

F

el

 

kimi 



qeyri-

müəyyənlik nəzərə alınmalıdır. 



Səhifə  122-də  cismin  çəkisinə  aid  tərif  dəqiqləşdirilməlidir.  Çünki  çəki  səthə 

perpendikulyar  yönələn təzyiq  qüvvəsidir. Bu paraqrafda  üfüqi dayağa aid  misallar 

olduğu halda, asqıda yaranan çəki haqqında məlumat verilmir.  

Səhifə 132-də sürüşmə sürtünmə qüvvəsi anlayışından əvvəl sürtünmə qüvvəsi 

anlayışı  daxil  edilməlidir.  Sükunət  sürtünmə  qüvvəsinin  adı  çəkilir  (səh.133),  lakin 

buna aid 

məlumat verilmir. Diyirlənmə sürtünmə qüvvəsi haqqında isə ümumiyyətlə, 

danışılmır.  

Səhifə  138-də  şəkil  139-da  hava  şarı  ilə  olan  təcrübənin  nəticələrinin  izahı 

dəqiqləşdirilməlidir.  Təcrübənin  nəticəsi  olaraq  qeyd  olunub:  “Vahid  həcmə  düşən 

qaz  zərrəciklərinin  sayı  nə  qədər  çox  olarsa,  qazın  təzyiqi  də  o  qədər  böyük  olar”. 

Lakin təcrübədə şarın daxilindəki zərrəciklərin sayı dəyişilmir  və daxili səth sahəsi 

artır. Şarı əhatə edən balonda isə zərrəciklərin sayı azalır.  

Həmin səhifədə sonuncu abzasın birinci cümləsi “Qeyd edək ki, qazın təzyiqinin 

artması həm də qaz zərrəcikləri sürətinin artması ilə əlaqədardır.” kimi verilməlidir. 

Səhifə  139-da  3-cü abzasda verilmiş  “Aydındır  ki,  əgər  qazın  kütləsini 

dəyişmədən  həcmini  kiçiltsək,  onun  hər  santimetr  kubuna  düşən  molekulların  sayı 

yəni  qazın  sıxlığı  artdığından  onun  təzyiqi  yüksələr.”  cümləsində  “qazın  sıxlığı” 

əvəzinə, “qazın konsentrasiyası” anlayışını daxil edilməlidir. Çünki vahid həcimdəki 

molekulların sayına sıxlıq yox, konsentrasiya deyilir. 

Səhifə  145-də  təzyiqin  hesablanması  zamanı 

gh

P

ρ

=



 

düsturundakı 

h-hündürlük” deyil, “

dərinlik” kimi yazılmalıdır. Bu §57-də də nəzərə alınmalıdır.  




 

4-



cü  fəslin  yekunu  olaraq  qeyd  etmək  lazımdır  ki,  20 saat bu  fəsildə  verilmiş 

mövzuların mənimsənilməsi üçün kifayət deyil.  

 

“Su  və  neft  kəmərləri”  mövzusu  əlavə  oxuya  salındığı  üçün  7  və  8-ci 



nümayişlərə ehtiyac yoxdur. 

Ümumiyyətlə,  

1) 

materialın yaxşı mənimsənilməsi üçün ümumiləşdirici çalışmaların verilməsi 



məsləhətdir; 

2) 


hər fəslin sonunda mövzuların qısa nəticələrinin verilməsi yaxşı olardı; 

3) çətin mövzuların yuxarı siniflərə keçirilməsi tövsiyə olunur. 

 

2. 

Dil və üslub baxımından 

 

Səhifə 4-də 1-ci mövzu çox çətin yazılıb, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun 

deyil. Onun 

dərslikdən çıxarılması məqsədəuyğun hesab edilir. 

 

Mövzunun 

“Fizika  bizi  əhatə  edən  aləmi  öyrənən  ən  mühüm  təbiət  elmidir.” 

cümləsi ilə başlanılması daha doğru olardı. 4-cü başlıq saxlanılmaqla, 2-ci paraqraf 

davam etdiril

ə bilər. 

§9-da kvark 

və  antizərrəciklər  haqqında  məlumatların  verilməsinə  ehtiyac 

yoxdur.  

§22-


də 

2

2



0

at

t

S

+

=



ϑ

 

düsturunun  çıxarılışına  aid  hissələrin  və  parabolanın  daxil 



edilməsi çətindir, şagirdlərin yaş xüsusiyyətinə uyğun deyil.  

§38 və §41 çətin yazılıb, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Ona görə 

də bu mövzuların yuxarı siniflərdə verilməsi məsləhətdir. 

§45-


də  verilmiş  “Sıxılmış  havanın  tətbiqi”  mövzusu  çox  çətin  yazılıb  və 

şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

 



Dərsliyin Azərbaycan və rus variantlarında paraqraf və şəkillərin sıralanmasının 

uyğunlaşdırılması məsləhətdir. 



Səhifə 46–48-də verilmiş yarımbaşlıqların eyni formada və eyni şriftlə verilməsi 

məqsədəuyğundur. 



Səhifə 51-də şəkil 41-in b) bəndindəki ikinci orbitə ehtiyac yoxdur. 


 

§15-



də  kapilyar  boruda  qalxan  mayenin  hündürlüyü,  həcmi  və  kütləsinin  asılı 

olduğu kəmiyyətlərin qara şriftlə verilməsi məsləhətdir. 

§44-

də təcrübələrdə təzyiqin asılı olduğu kəmiyyətlərin (nt, V) nəticə kimi qara 



şriftlə verilməsi məsləhətdir. 

Səhifə  113-də  verilmiş  104-cü  şəkil  kütləsi  70  kq  olan  adama  aiddir,  lakin 

mətndə 40 kq yazılıb. 

 

Nəticə 

 

Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət 

Himni  haqqında”  1992-ci  il  27  may  tarixli  Qanununun  tələblərinə  uyğun  çap 

olunmayıb.  Himnin  adı  (“Azərbaycan  marşı”)  ixtisar  olunub.  Həmçinin  forzas 

səhifəsində  Dövlət  Gerbinin  rəngli  təsviri  “Dövlət   Gerbi   haqqında   Əsasnamə”nin 

təsdiq  edilməsi  barəsində  Azərbaycan  Respublikasının    1993-cü il 23 fevral tarixli 

Qanununun  tələblərinə  uyğun  çap  olunmayıb.  Bundan  əlavə,  dərslikdə  Azərbaycan 

Respublikasının dövlət rəmzlərinin təsvirlərinin  Azərbaycan Respublikasının dövlət 

rəmzləri haqqında  Azərbaycan Respublikasının  Konstitusiyasının 23-cü maddəsində 

verilən  ardıcıllıqla  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı, Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan  Respublikasının  Dövlət  himni)  çap 

olu


nması daha məqsədəuyğun olardı. 

Yüklə 61,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə