Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə1/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
  1   2   3   4   5   6   7   8   9   ...   323


 

 

 




Müəlliflər: 

Elmi redaktoru: 

Rəyçilər 

Ə.A.Sadıqov 

T.Ə.Sadıqov 

Ş.Ə.Cəfərova 

C.Ə.Sadıqov 

Azərbaycan Dövlət İqtisad 

Universitetinin “Mühasibat 

uçotu”kafedrasının müdiri, iqtisad 

elmləri doktoru, professor 

S.M.Səbzəliyev

 

Azərbaycan Kooperasiya Universitetinin 

elmi işlər üzrə prorektoru, iqtisad 

elmləri doktoru, professor 

B.X.Ataşov, 

və həmin universitetin “Mühasibat 

uçotu və audit” kafedrasının müdiri, 

i.e.n., dosent 

Ə.S.Salahov

 

Azərbaycan Dövlət İqtisad 

Universitetinin “Uçot- iqtisad” 

fakültəsinin dekanı, ‘İqtisadi təhlil və 

audit” kafedrasının dosenti, i.e.n. 

N.M.İsıriayılov

 

və həmin universitetin “Mühasibat 

uçotu” kafedrasının dosenti, i.e.n. 

H.İjbadov

 

"Mühasibat uçotu ” dərslik 

Bakı, 

2012, 688səh “Təhsil İşçisi Mətbəəsi” MMC 

Dərslik  Azərbaycan  Dövlət  İqtisad  Universitetində  “Mühasibat  uçotu”  fənninin  tədris 

proqramlarına  uyğun  olaraq  hazırlanmışdır.  Kitab  tt-OI.02.00  “Mühasibat  uçotu  və  audit"  ixtisası 

üzrə  bakalavr  və  magistr  təhsili  alan  tələbələr  üçün  tərtib  olunan  proqramlara  uyğun  olaraq 

yazılmışdır. 

Dərslik  Milli  Mühasibat  Uçotu  Standartları  və  onların  tətbiqi  üzrə  tövsiyə  və  şərhlərin 

tələbləri üzrə tətbiq edilən Hesablar Planına əsasən yazılmışdır. 

Kitabdan iqtisadiyyat təmayüllü ixtisaslar üzrə ali məktəb, kollec və texnikumların tələbələri, 

habelə bütün mülkiyyət formalı kommersiya təşkilatları menecmentləri, mühasibləri, iqtisadçıları da 

istifadə edə bilərlər. Burada verilmiş rəqəmlər və misallar şərtidir, ancaq tədris xarakteri daşıyır. 

Gələcəkdə  dərsliyin  təkrar  nəşrinin  məzmununu  daha  yaxşılaşdırmaq  məqsədi  ilə 

oxuyuculardan  xahiş  olunur  ki,  həmin  dərslik  haqqında  tənqidi  qeydlərini  və  arzularını  bu  ünvana 

göndərsinlər. 

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 6, Azərbaycan Dövlət 

İqtisad Universitetinin ‘^Mühasibat uçotu” kafedrası 


ön söz 

Azərbaycanda  hüquqi,  demokratik,  dünyəvi  dövlət  quruculuğu  prosesi 

ardıcıl  surətdə  həyata  keçirilir.  Ölkəmizin  iqtisadiyyatını  planlı  iqtisadiyyat 

sistemindən  bazar  iqtisadiyyatı  sisteminə  keçirmək  yolunda  böyük  işlər 

görülmüşdür. Bazar iqtisadiyyatı yaranır, formalaşır və inkişaf edir. 

Makroiqtisadiyyatm  bazar  iqtisadiyyatına  keçməsi  və  bununla  əlaqədar 

olaraq mühasibat uçotunun nəzəri prinsiplərinə və metodologiyasına mövcud olan 

baxışlara  kökündən  olaraq  yenidən  baxılmalıdır,  inzibati-amirlik  sistemi  ilə 

makroiqtisadiyyatm  idarə  edilməsi  zamanı  mövcud  olan  uçot  metodları  və 

üsullarının  yeni  şəraitdə  qəbul  edilməzliyi  aydın  görünür.  Hazırda  iqtisadi 

informasiyalan işləyən mühasiblərdən, mü- həndisləroən, müfəttişlərdən və auditor 

i  yulardan,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  qəbul  edilmiş  və  yayılmış 

təsərrüfat  həyatı  faktorlarının  müşahidə  edilməsi  və  yazılması  alətlərini 

mənimsəmək tələb olunur. 

Təsərrüfatçıhğm  ilk  həlqəsi  olan  kommersiya  təşkilatlarının  fəaliyyətini 

səmərəli etmək üçün düzgün idarəetmə qərarlarının qəbul edilməsi vacib şərtdir. 

Bunu isə yalnız mükəmməl informasiya təminatı olduqc^ həyata keçirmək olar. Bu 

baxımdan  iqtisadi  idarəetmənin  ən  mühüm  amillərindən  biri  kimi  mühasibat 

uçotunun  rolu  əvəzedilməzdir.  Eyni  zamanda,  bazar  iqtisadiyyatı  şəraitində 

təşkilatın  maliyyə-təsərrüfat  fəaliyyəti  haqqında  məlumat  bir  sıra  kənar 

informasiya  istifadəedənlər  üçün  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  cür 

informasiyanın  toplanması,  işlənməsi  və  ümumiləşdirilməsi  məhz  mühasibat 

uçotunun vasitəsilə həyata keçirilir. 

Mühasibat  uçotu  kommersiya  təşkilatının  əmlakı,  öhdəlikləri  və  onların 

hərəkəti  haqqında  informasiyanın  toplanması,  qeydiyyatı  və  ümumiləşdirilməsi 

məqsədi ilə fasiləsiz müşahidə və nəzarət sistemini özündə əks etdirir. Mühasibat 

uçotunun  başlıca  məqsədi  daxili  və  xarici  istifadəçilər  üçün  tam  və  dəqiq 

informasiyanı  formalaşdırmaq,  həmçinin  təşkilatın  inkişaf  meyllərini  müəyyən 

etmək  üçün  təhlil  aparmaq  və  müxtəlif  alternativ  variantların  seçilməsi  və 

idarəetmə qərarlarının qəbulu üçün həmin informasiyadan istifadə etməkdir. 

Son  illərdə  Azərbaycanda  mühasibat  uçotu  və  hesabatın  təkmilləşdirilməsi 

və beynəlxalq praktikada qəbul edilmiş qaydalara uyğunlaşdı- nlması istiqamətində 

bir sıra normativ-hüquqi sənədlər hazırlanmışdır. Həmin sənədlərə əsasən qərara 

alınmışdır ki, BMT və Avropa İqtisadi 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə