Ritorika nədir? A nitqdə düzgünlük b danışıqda aydınlıq c



Yüklə 423,51 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü423,51 Kb.
#76554
növüYazı


1

Ritorika nədir? A) nitqdə düzgünlük  B) danışıqda aydınlıq  C) 

danışıqda yığcamlıq  D) natiqlik haqqında elm  E) niqtqdə səlislik

2

Niqtin formaları hansılardır? A) şifahi, yazılı, daxili  B) ucadan 



danışmaq, səlislik, aydınlıq  C) düzgünlük, məntiqilik, məişət nitqi  

D) dialoq, monoloq, proloq  E) düzgün danışmaq, dialoq, aydın nitq

3

Funksional üslubun yazılı formasına aid deyil : A)Elmi üslub B)Sadə 



danışıq üslubu C)Şəxsi yazışma D)rəsmi üslub E)Publisistik üslub 

4

..... Latinca "onnotamik" sözündən olub, "qeyd aparmaq", "əlavə 



etmək" deməkdir: A)Annatosiya B)Arayış C)Bildiriş D)etibarnamə 

E)Çıxarış

5

Biri intizama çağırma etiketlərinə aiddir: A)Bu hərəkəti sizə 



yaraşdırmadım B)Xudafiz C)Şad oldum D)çox yaxşı görünürsünüz 

E)Həmişə siz gələsiniz

6

Ərizələr məzmunca neçə cür olur? A) üç cür  B) beş cür  C) iki cür  



D) bir cür  E) dörd cür

7

Akt hansı üsluba aiddir? A) məişət üslubu  B) publisistik üslub  C) 



rəsmi üslub  D) işgüzar üslub  E) bədii üslub

8

Bunlardan biri görüşmə edtiketlərinə aid deyil: A) sabahınız xeyir B) 



xoş gəldiniz  C) xoş gördük  D) axşamınız xeyir  E) görüşənə qədər

9

Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir: A) orfoepik  



B) sintaktik  C) morfoloji  D) leksik-semantik  E) orfoqrafik

10

Millətin, xalqın ümumi ünsiyyətinə xidmət edən, möhkəm qayda-



qanunlara tabe olan nitq forması: A) xalq danışıq dili  B) ədəbi dil C) 

dialekt  D) şivə  E) milli dil

11

Bu norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün 



və yerində işlətməyi tələb edir: A) morfoloji  B) orfoepik C) 

orfoqrafik  D) leksik  E) sintaktik

12

Antik dövrün natiqləri cərgəsində verilənlərdən biri yanlışdır: A) 



Aristotel  B) Əl Biruni  C) Platon  D) Siseron  E) Demosfen

13

Eoistolyar üslubun növlərinə aiddir: 1.məişət məktubları 2.rəsmi 



məktublar 3.izahatlar 4.raportlar 5.teleqam A)1,4,5 B)1.2,3 C)3,5 

D)4,5 E)2,3

14

Natiqlik sənətinin ikinci adı: A) nitqin səlisliyi  B) nitqin aydınlığı  



C) etika  D) etiket  E) ritorika

15

Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti: A) nitqin 



dəqiqliyi  B) nitqin düzgünlüyü  C) nitqin elmiliyi  D) nitqin ifadəliyi  

E) nitqin sərbəstliyi

16

Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır: A) ədəbi dil inkişafla 



bağlı olaraq dəyişir  B) ədəbi dil həm fonetik, həm qrammatik, həm 

də leksik normalara əsaslanır  C) ədəbi dil hamının başa düşdüyü 

dildir  D) ədəbi dildə nitqin sərbəstliyi əsasdır  E) ədəbi dildə məhəlli 

xarakterli sözlərə yer verilmir

17

"Uğur olsun", "yaxşı yol" sözləri nitq etiketlərinin hansı növünə 



aiddir? A) alqış  B) təbrik  C) ayrılma  D) görüşmə  E) müraciət


18

İnkarlıq kateqoriyasının əlaməti olan cümlədə nəyi işlətmək olmaz? 

A) şəxs sonluğunu  B) zaman şəkilçisini  C) inkar bağlayıcılarını  D) 

hal şəkilçisini  E) şəkil kateqoriyasının əlamətini

19

Nitqə aid edilən əlamətlərdən biri yanlışdır: A) ünsiyət prosesidir B) 



dil əsasında meydana çıxır  C) törəmədir  D) dəyişməzdir  E) nitq 

fəaliyyətinin məhsuludur

20

Nitqin dəqiqliyi dedikdə nə başa düşülür? A) dilin fonetik, leksik, 



qrammatik qayda-qanunlarına tam əməl etmək  B) yazılı nitqin 

orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından səliqə-

səhmanlı olması  C) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil 

vasitələrini tapıb işlətmək  D) ən məqsədəuyğun, üslub baxımından 

ən uğurlu dil vasitələrini tapıb işlətmək  E) nitqin ədəbi tələffüz 

baxımından dəqiqliyi

21

Dilimizdə artıq istifadə olunmayan nitq etiketləridir. 1.yoldaş 2. 



cənab 3.bəy. 4. xan 5.xanım A)1,2,3 B)1,3,4 C)3,5 D)4,5 E)2,3

22

Əməli yazıların dili necə olmalıdır? 1.yığcam  2.ifadəli  3aydın 



4.dəqiq  5.obrazlı  A)1,4,5  B)1,3,4 C)3,4,5 D)2,4 E)2,4,5

23

Nitq mədəniyyətinin ən mühüm şərti nədir? A) ədəbi dilin 



normalarına riayət etmək  B) terminlərdən istifadə etmək  C) 

obrazlılıq və məcazilikdən istifadə etmək  D) yığcamlılıq, sadəlik 

tələblərinə əməl etmək  E) nitqin ədəbi tələffüz baxımından 

dəqiqliyinə əməl etmək

24

Nitq fəaliyyəti dedikdə nə başa düşürsünüz? A) nitqin təzahürü üçün 



lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemi  B) fikrin 

ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq  C) nitqin 

ədəbi tələffüz baxımından dəqiqliyi  D) obrazlılıq və məcazilikdən 

geniş istifadə edilməsi  E) terminlərdən istifadə etməklə elmliyin 

gözlənilməsi

25

Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə 



işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur? A) leksik B) 

qrammatik  C) leksik və qrammatik  D) fonetik  E) fonetik və leksik

26

Dialoji nitq dada çox hansı nitq üçün səciyyəvidir:A)ailə-



məişət B)bədii nitq C)elmi nitq D)rəsmi nitq E)publisistik nitq

27

Ədəbi dilin standart formalar tələb edən üslubu.A)elmi B)rəsmi-



işgüzar C)məişət D)Bədii E)publisistik

28

Nitqin əsas göstəricisidir? A)norma B)söz C)üslub D)təfəkkür 



E)ictimailik 

29

Bilavasitə yazışma məqsədilə istifadə edilən yazılara aid deyil: 



A)təliqə B)ərizə C)arayış D)məruzə E)teleqram 

30

Siz əziyyət çəkməyin, Sizi nrahat edən nədir; Cavab verməyə 



tələsməyin bunlar hansı etiketlərə aiddir: A)iş gördürmək B)kömək 

etmək C)etiraz etmək D) təskinlik vermək E)razı salmaq

31

İnsan dilinin altında gizlənmişdir  – fikrinin müəllifi:A) Sədi 

Şirazi B) M. Övhədi C) Həzrət Əli D) Cəlaləddin Rumi E) 

F.Köçərli 



32

Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur? A) 

jest  B) mimika  C) etiket  D) nitq  E) ritorika

33

Nitqdə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan 



cavablar gətirən vasitələr: 1 satira   2 jest  3 etiket  4 alleqoriya  5 

mimika   A) 1, 2    B) 3, 4   C) 2, 5   D) 3, 5   E) 2,3 

34

Tarixilik cəhətdən nitq normalarının hansında dəyişmə ləng gedir? A) 



leksik və qrammatik normalarda  B) fonetik və qrammatik 

normalarda  C) fonetik və leksik normalarda  D) leksik normada  E) 

hamısında

35

Bədii üslubun xüsusiyyətlərinə aid deyil: A)məna çalarlarından 



istifadə B)ekspresivlikdən istifadə C)bədii ifadə vasitələrindən 

istifadə D)emosionallıqdan istifadə E)dəqiqlik və konkretlilik

36

Bu nitq sərbəstdir, dilin bütün vahidlərindən istifadə oluna bilər. 



Çünki bu zaman auditoriyanın etikası, səviyyəsi nəzərə alınmır. 

Əsasən monoloji olur, bəzən dioloqlaşdırma, həttda poliloqlaşdırma 

belə ola bilər. Bu hansı nitqdir? A)şifahi B)yazılı C)daxili D)zahiri 

E)monoloji

37

Qeyd olunan fikirlərdən biri səhvdir: A) dil əsas, nitq isə ondan 



törəmədir  B) dil və nitq ünsiyyət vasitələridir   C) dil ümumi, nitq isə 

fərdidir  D) dil az dəyişkəndir, nitq isə çox dəyişkəndir  E) hər bir 

dilin özünəməxsus quruluşu var

38

Biri ədəbi dilin geniş yayılmış funksional üslubudur.A) fərdi 



üslubB) bədii üslub C) elmi üslub D) rəsmi üslub E) məişət 

üslubu        

39

"Salam, xanım!" Xoş gördük! Gün aydın! Axşamınız xeyir! sözləri 



nitq etiketlərinin hansı növünə aiddir? A) müraciət  B) görüşmə  C) 

ayrılma  D) alqış  E) təbrik

40

Ədəbi dilin ilkin yaranan üslubudur:A)bədii üslub B)rəsmi üslub 



C)publisistik üslub D)epistolyar üslub E)kargüzarlıq üslubu

41

İşlənmə tezliyini itirən müraciət formaları hansıdır?A) yoldaş, 



vətəndaş B) cənab, xanım C) qardaşoğlu, bacı D) xala, oğlum      

E) qonşu, əmi 

42

Hansı düzgün nitqdir? A) ana yaxın-yaxın gəlib körpəsinə baxdı B) 



Altay nənəsini qızışdırdı  C) baba ayağa qalxmaq istədi, ancaq hələm 

bacarmadı  D) professor həmyerliləri ilə görüşüb, səmimi söhbətə 

başladı  E) vaxtilə müxtəlif işlərdə fəaliyyət göstərən professor indi 

evdə dururdu

43

1.Sizin fikirinizlə şərik deyləm; 2.Mən başqa cür düşünürəm 3.bir 



qədər ətraflı düşünün 4.icazə verin danışım 5.belə etməyin. 

Bunlardan hansı etiraz etiketləridir? A)1,2,5 B)1,3,4 C)2,4,5 D)1,4,5 

E,2,3,4

44

Nitqdə modal sözlərin funksialarına aiddir: 1.Nitqdə fikirin 



formlaşmasına kömək edir 2.Nitqə əlavə məna çalarları verir 3. Nitqə 

yekunluq və nəticə verir 4.Nitqdə fikirin dəqiq olmadığını göstərir 

5.Nitqin izahını çətinləşdirir 6.Nitqdəki fikirlərə aydınlıq gətirir A) 

1,2,4,5 B)1,2,3,6 C) 2,3,5,6 D)1,3,5,6 E)2,3,4,5




45

Düzgün nitq o nitq forması sayılır ki: A) obrazlılıq və məcazilikdən 

geniş istifadə edilsin  B) ancaq ümumişlək sözlərdən ibarət olsun  C) 

yığcamlıq, sadəlik tələblərinə əməl edilsin  D) dilin fonetik, leksik, 

qrammatik qayda-qanunları pozulmuş olsun  E) terminlərdən istifadə 

etməklə elmilik gözlənilsin

46

Ədəbi dilin qrammatik normasının əsas tələbi: A) sözün mənasına 



bələd olmaq, onu düzgün işlətmək  B) milli sözləri daha çox işlətmək  

C) sözü düzgün tələffüz etmək və düzgün yazmaq  D) sözlər və 

cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması  E) məhəlli, 

yerli sözləri nitqdə işlətmək

47

Müraciət etiketlərini göstərin: 1 Xanım!  2 Salam!  3 Əlvida!  4 



Mübarək!  5 Var ol!  6 Cənab!   A) 1, 2, 5   B) 1, 6   C) 2, 3, 4 D) 3, 4  

E) 4, 5


48

Dilə aid edilən əlamətlərdən biri yanlışdır: A) mücərrəd işarələr 

sistemindən ibarətdir  B) dil əsadır  C) özünəməxsus quruluşu, ifadə 

imkanları yoxdur  D) tarixən az dəyişikliklərə uğrayır  E) ünsiyyət 

vasitəsidir

49

Özləşmə anlayışına daxil olan xüsusiyyətlərdən biri səhvdir: A) ədəbi 



dili etnik yaddaşına qaytarmaq  B) alınma sözlərin bəzilərinə qarşılıq 

tapmaq cəhdi  C) alınma sözlərin milliləşdirilməsi cəhdi  D) dildəki 

bütün alınma termin və şəkilçilərin Azərbaycan ( türk) qarşılığı ilə 

əvəzlənməsi  E) ədəbi dili başqa dillərin təsirinə məruz qalmaqdan 

xilas etmək cəhdi

50

Fonetik normanın pozulduğu cümləni tapın: A) bilənlər bilməyənlərə 



desinlər  B) gələnlər bir azdan kor-peşman dağılışdılar  C) yiyərsən 

qaz ətini, görərsən ləzzətini  D) işi dayandırmağı əmr buyurublar  E) 

könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan!

51

Nitqin düzgünlüyünün pozulması nədən yaranır? Ən tam olan cavabı 



qeyd edin: A) nitqdə uzunçuluğa, təkrara yol verməkdən  B) 

orfoqrafiya qaydalarına əməl etməməkdən  C) sözün leksik mənasını 

bilməməkdən  D) orfoepiya qaydalarına əməl etməməkdən  E) dilin 

fonetik, leksik və qrammatik quruluşunu bilməməkdən

52

Hansı fikir yanlışdır? A) gözəl nitq düzgün, dəqiq, səlis ifadəli 



olmalıdır   B) nitq canlı, maraqlı, emosional olmalıdır  C) düzgün, 

mədəni nitq dəqiq olmaya da bilər  D) nitq dilə əsaslanmalı, onun 

əsasında meydana çıxmalıdır  E) zəngin dil mükəmməl nitqin əsasıdır

53

Ailə-məişət üslubunda istifadə olunmur A)elliptik cümlə B)söz cümlə 



C)yarımçıq cümlə D)Sual cümlələri E)mürəkkəb cümlə

54

biri natiqliyin sahəsi deyil:A) bədii natiqlik B)siyasi natiqlik 



C)inzibati-idarə natiqliyi D)işgüzar natiqlik E)publisistika natiqlik

55

"Biri qeyri-rəsmi müraciət etiketidir: A) xanım  B) cənab  C) bəy D) 



qadası  E) yoldaş

56

.....latın sözü olub "məruzə etmək", "məlumat vermək" mənasındadır: 



A)raport B)referat C)protokol D)annotasiya E)reqlament 


57

Nitqdə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan 

cavablar gətirən vasitələr: 1 satira   2 jest  3 etiket  4 alleqoriya  5 

mimika   A) 1, 2    B) 3, 4   C) 2, 5   D) 3, 5   E) 2,3 

58

"Jest" termininin izahı hansı cavabda daha dəqiq göstərilib? A) 



dialekt sözdür  B) üz əzələlərinin mənalı hərəkətidir  C) razılıq 

bildirən nitq etiketidir  D) əl-qol hərəkətlərindən məqsədəuyğun 

istifadə etməkdir  E) düzgün nitqə verilən şərtlərdən biridir

59

1.Bir qədər səmimi olun 2.Səhvinizi etiraf edin 3.Həmişəki kimi 



haqlısınız 4.Əvvəlcədən minnətdarlığımı bildirirəm. Hansı intizama 

çağırma nitqinə aid deyil? A)1,2 B)3,4 C)1,3 D)1,4 E)2,3

60

"...hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına 



uyğun olaraq işlədilən ifadələrdir" cümləsində nöqtələrin yerinə 

yazılmalıdır: A) nitq etiketləri  B) nitq  C) dil  D) nitq fəaliyəti E) 

natiqlik

61

Müraciət etiketlərinin haqqında hansı fikir səhvdir? A) müraciət 



etiketləri rəsmi və qeyri-rəsmi olur  B) nitq etiketlərinə nitq yarlıqları 

da deyilir  C) bütün nitq etiketləri müəyyən dövrdə işlənib sonra 

ünsiyyətdən çıxır  D) nitq etiketləri nitq mədəniyyətinin mühüm 

göstəricisidir  E) onlardan yerində istifadə səmimi münasibət yaradır

62

Xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqi hansı 



terminlə ifadə etmək olar?A) bədii nitq B) bəlağətli nitq  C) 

spontan nitq D) monoloq  E) rəsmi nitq 

63

Biri nitqin prosodik imkanlarına aiddir: A) vurğu B) durğu 



işarələri  C) sözün yerində işlənməsi D) cümlənin düzgün 

qurulması E) məntiqlilik

64

Biri müraciət etiketidir: A) bağışlayın!   B) salamat qalın!  C) Allah 



rəhmət eləsin  D) yaxşı yol!  E) mübarək olsun!

65

Haradansa qulağıma yanıqlı bir səs toxundu  – cümləsində 

ədəbi dilin hansı norması pozulmuşdur? A) fonetik B) 

qrammatik  C) leksik D) fonetik, leksik E) fonetik, qrammatik

66

Nitq istisnaları nədir? A) ayrı-ayrı müəlliflərin nitqində köhnəlmiş 



sözlərdən istifadə  B) ədəbi dil normasının pozulması  C) üslublardan 

birinin ədəbi dildə aparıcı rol oynaması  D) müəyyən ədəbi dil 

normasının qeyri-məhdud işlənməsi  E) ədəbi dildəki qeyri-normativ 

hallar


67

"Nitq etiketi" birləşməsinin əsas tərəflərini hansı sözlə əvəz etmək 

olar? A) danışıq  B) mədəniyyəti  C) fəaliyyəti  D) yarlığı  E) forması

68

Nə gözəl təsadüf, Sizi çöxdan gözləyirdik hansı nitk etiketlərinə 



aiddir? A)sağollaşma B)qarşılama C)salamlaşma D)təəssüf 

E)təşəkkür etmə

69

Bədii üslubun səciyyəvi xüsusiyyətləridir: 1.obrazlılıq 2.məcazilik 



3.dəqiqlik 4söz və ifadə vasitələrindən istifadə A)1,2 B)1,2,4 C)3,4 

D)2,4 E)1,3




70

təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur. 

Cinayət,dövlət, xüsusi formaları olur. Söhbət nədən gedir? A)akt 

B)arayış C)protokol D)təqdimat E)hesabat

71

Biri yalnız dilçilik sahəsinə aiddir:A) üslubiyyat B) üslub        



C) sənətkarlıq D) qoşma E) nitq 

72

Biri adi intonasiyaya malikdir:A) sual cümləsi B) əmr cümləsi         



C) nida cümləsi D) nəqli cümlə E) söz-cümlə   

73

əməli yazıların sadə və ən çox işlənən formasıdır: A)arayış B)bildiriş 



C)ərizə D)təliqə E)etibarnamə

74

Nitq mədəniyyəti filologiyanın elə bir sahəsidir ki, o,  ......... 

Nöqtələrin yerinə yazılmalıdır:1 Dilin bütün sahələrində: 

fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda 

mövcud olan bütün qanunlara əməl olunmasını tələb edir      

2 Nitqin məzmununun gözəl, danışığın aydın və dinləyənin 

səviyyəsinə uyğun olmasına diqqət yetirir  3 Natiqlik 

bəstəkarlıq və rəssamlıq kimi bir sənətdir 4 Nitq 

mədəniyyətinin konkret predmeti vardır 5 Nitq mçədəniyyətinə 

yiyələnmək hər kəsin işi olmalıdır A) 1,2,3 B) 4,5 C) 1,2,5  D) 

1,4 E) 1,3,5    

75

Nitqin aydınlığına aid olan şərtləri  seçin. 1. mövzu əvvəlcədən 



öyrənilməli 2.lazımı material hazırlanmalı 3.terminlərdən istifadə 

olunmalı  4.arqolardan istifadə olunmalı 5. düzgün diksiya, 

intonasiya seçilməlidir. A)1,2,3 B)1,2,5 C)2,4,5 D)2,3,5 E)1,2,4

76

Biri məhkəmə nitqinə aiddir:A) çıxış B) məruzə C) yubiley 



nitqi D) ittiham nitqi E) mühazirə 

77

Normalardan ən çox dəyişikliyə uğrayan hansıdır7 A)fonetik 



B)leksik C)qrammatik D)leksik,fonetik E)leksik,qrammatik

78

İsmin hansı hal şəkilçisi bəzən yazılışından fərqli tələffüz olunur? A) 



yönlük  B) yiyəlik  C) təsirlik  D) yerlik  E) çıxışlıq

79

Diplomatik natiqliyə aiddir: A)mitinqlərdə çıxışlar B)hərbi 



paradlarda çıxışlar C)siyasi konfransda çıxışlar D)beynəlxalq 

konfransda çıxışlar E0prezidentin ölkə vətəndaşlarına müraciəti

80

"Məhsul şəxs qarşısında başqalarının monoloji nitqi ....... adlanır". 



Nöqtələrin yerinə nə yazılmalıdır? A)Mühazirə B)Çıxış C)Məruzə 

D)Müsahibə E)Dioloji

81

"Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər" cümləsində ədəbi 



dilin hansı norması pozulmuşdur? A) leksik  B) fonetik  C) 

qrammatik  D) leksik və fonetik  E) fonetik və qrammatik

82

Monoloji nitqin yazılı forması sayılır. A)müzakirə B)müsahibə 



C)çıxış D)məktub E)mühazirə

83

Bunlardan birinin konkret predmetini müəyyənləşdirmək çətindir: A) 



fonetika  B) leksika  C) frazeologiya   D) nitq mədəniyyəti  E) 

qrammatik

84

məhkəmə natiqliyində söylənən nitqlərə daxil deyil A)vəkilin nitqi 



B)nüddəhimin nitqi C)prokrorun nitqi D)məhkəmənin nitqi 

E)lektorun nitqi




85

1.Yazışmanın ən qədim növü hesab olunur . 2.Daxili və yazılı nitq 

formasında öz əksini tapır. 3.Münasibətdən asılı olaraq müəyyən 

müraciət etiketlərindən istifadə olunur.4.Əsasən terminlərdən istifadə 

olunur 5. konkret olur Bunlardan hansı məktuba aiddir? A)1,4,5 

B)1,2,3 C)2,4,5 D)1,4,5 E)1,3,4

86

“Mimika” nə deməkdir? A) Razılıq bildirən nitq etiketidir           



B) Üz əzələlərinin mənalı hərəkətidir C) Dialekt sözüdür      D) 

Əl-qol hərəkətləridir E) Nitqin şərtlərindən biridir 

87

İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin 



fonetik , leksik, qrammatik normaları pozulmamalıdır. Bu nitqin 

hansı keyfiyyətidir? A)Dəqiqliyi B)Aydınlığı C)Təmizliyi 

D)Düzgünlüyü E)Yığcamlılığı

88

Şifahi nitqin əsas xüsusiyyətlərinə aid deyil. A)mürəkkəb cümlələr 



B)sadə cümlələr C)jestlər D)intonasiya E)ümumişlək sözlər

89

"Şagirdlərin ikisi dərsə hazır gəlməmişdilər" cümləsində ədəbi dilin 



hansı norması pozulmuşdur? A) fonetik  B) leksik  C) qrammatik  D) 

leksik və qrammatik  E) orfoqrafik

90

”Mənbə” sözünün türk mənşəli qarşılığı: A) çağdaş B) durum          



C) qaynaq D) əyləc E) bölgə

91

Hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına 



uyğun olaraq işlənən ifadələr adlanır:A) mimika B) nitq C) jest 

D) nitq etiketləri E) nitq istisnası  

92

Anar qapının qulpundan tutub dayanmışdı  – cümləsində ədəbi 

dilin hansı norması pozulmuşdur? A) qrammatik            B) 

leksik C) fonetik D) fonetik, leksik E) leksik, qrammatik 

93

Yarımçıq cümlələr daha çox hansı nitq üçün səciyyəvidir?A) 



monoloji nitq B) bədii nitq C) akademik nitq D) dini nitq           

E) məişət nitqi

94

Leksik normaya əməl etmək üçün verilən şərtlərdən biri səhvdir: 



A)sözü yerində və dəqiq işlətmək B)artıq sözlərdən qaçılmaq 

C)Mübtəda ilə xəbərin yerini dəyişdirmək D)Sözün mənasına bələd 

olmaq E)Sözü düzgün işlətmək

95

Dəqiqlik hansı üslubun səciyyəvi xüsusiyyətləridir? A)Bədii 



B)Publisistik C)Elmi D)İşgüzar E)Ailə-məişət

96

Nitqin təmizliyini pozan amillərdən deyil. A)dialektlər B)tufeyli 



sözlər C)jarqonlar D)vulqarizmlər E)sözlərin yanlış tələfüzü

97

Əvvəlcədən minətdarlığımı bildirirəm, Allah sizdən razı qalsın ......... 



Etiketinə aiddir. A)təəssüf B)hal-əhval C)üzürxahlıq D)təşəkkür 

E)sağollaşma

98

Nitq mədəniyyətinin birinci şərti: A) nitqin dəqiqliyi B) nitqin 



düzgünlüyü C) nitqin ifadəliliyi D) nitqin elmiliyi E) nitqin 

sərbəstliyi  

99

...........  kobud sözdür, nitq qüsuru sayılır, amma bədii əsərdə 



obrazın dilində müəyyən məqsədlə işlədilə bilər: A) sarkazm        

B) varvarizm C) nitq istisnaları D) frazeoloji birləşmə E) 

vulqarizm 



100

Biri ədəbi simalara (sənətkarlara) aiddir: A) düzgünlük            

B) dəqiqilik C) ifadəlilik  D) təmizlik E) aydınlıq   

101


Dilə aid edilən əlamətlərdən biri yanlışdır: A) mücərrəd işarələr 

sistemindən ibarətdir  B) dil əsadır  C) özünəməxsus quruluşu, ifadə 

imkanları yoxdur  D) tarixən az dəyişikliklərə uğrayır  E) ünsiyyət 

vasitəsidir

102

Poetik funksiya daşıyan ifadələr:1. Soyuq hava 2. Acı söz    



3.ləkəli köynək 4. Daş qəlb 5. Polad bilək 6. Şəlalə saçlar        

7. İsti paltar 8. Şirin çay A) 1,3,7,8 B) 2,4,5,6 C) 2,1,3,6               

D) 4,5,7,8 E) 3,4,6,8     

103


"Mədəniyyət" termini ilk dəfə kim işlətmişdi? A)A.Fergüson 

B)A.Axundov C) N.Trubbetskoy  D)H.Mirzəzadə  E)A.İ.Gertsen                                                                       

104

İctimai-siyasi natiqliyə aid deyil.A)İctimai nitq B)Mitinqdə çıxışlar 



C)Xarici konfranslarda çıxışlar D)Siyasi mövzuda çıxışlar E)Siyasi 

mövzuda məruzə 

105

Hələlik, salamat qal, görüşənə qədər ifadələri nitq etiketlərinin hansı 



növünə aiddir? A) alqış  B) ayrılma  C) müraciət  D) təbrik  E) 

görüşmə


106

Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş 

sayılır? A) orfoepik  B) orfoqrafik  C) leksik  D) həm leksik həm 

qrammatik  E) qrammatik

107

..........danışıq dilində uzunçuluğun qarşısını alan fonetik-semantik 



hadisədir. Nöqtələrin yerinə nə yazılmalıdır? A)vurğu  B)pauza 

C)intonasiya D)temp E)fasilə 

108

Əməli yazı örnəklərindən biri şəxsin özü tərəfindən hazırlana 



bilməz:A) ərizə B) tərcümeyi-hal C) reklam D) elan E) arayış 

109


Biri mədəni nitqin əlaməti deyil:A) ardıcıllıq B) aydınlıq C) 

təsirlilik D) müraciət etiketləri E) məntiqlilik 

110

Akademik nitqin inkişafında.........................daha çox rolu 



vardır.  Nöqtələrin yerinə yazılmalıdır:A) ali məktəblərin          

B) orta məktəblərin C) bağçaların D) konfransların E) ailənin

111

Bu üslubda yığcamlıq, konkretlik, məntiqlilik əsas yer tutur, 



çoxmənalılığa yol verilmir, düstur və qrafiklərdən istifadə 

olunur:A) məişət B) bədii C) publisistik D) rəsmi-işgüzar          

E) elmi

112


Məntiqi ardıcıllığı tamamlayın:Qanun, qərar, sərəncam... A) 

protokol, reklam B) anons, elan C) fərman, əmr D) izahat, 

arayış E) ərizə, qərar 

113


Biri bədii dilə aid deyil:A) kütləvilik B) emosionallıq C) 

obrazlılıq D) məcazilik E) poetiklik 

114

Məntiqi ardıcıllığı tamamlayın:Bildiriş, arayış, izahat... A) 



protokol, reklam B) qanun, elan C) sərəncam, akt D) fərman, 

ərizə E) əmr, qərar 

115

Azərbaycan Respublikası Prezidentinin beynəlxalq forumda 



Qarabağ məsələsi ilə bağlı çıxışı natiqliyin hansı sahəsinə 

aiddir? A) siyasi B) bədiii C) elmi D) inzibati-idarə E) 

akademik   



116

Birinin sinonimi “mükalimə” sözüdür:A) monoloq B) poliloq            

C) temp D) pauza E) dialoq 

117


Dialoji nitq dada çox hansı nitq üçün səciyyəvidir:A) məişət 

nitqi B) bədii nitq C) elmi nitq D) rəsmi nitq E) publisistik nitq

118

Nitqin təsir güçünü artırır. A)epitet B)metofora C)təşbeh 



D)metonimya E)sinekdoxa 

119


Terminlər hansı dil üçün səciyyəvidir?A) bədii dil B) elmi dil 

C) rəsmi-işgüzar dil D) məişət dili E) publisistik dil  

120

Biri ancaq şifahi nitq üçün səciyyəvidir:A) fikirləri 



əsaslandırmaq B) aydınlıq C) jest D) yığcamlıq E) inandırıcılıq 

121


Biri rəsmi sənəddir:A) arayış B) hesabat C) ərizə D) sərəncam 

E) reklam 

122

Biri yazılı nitqə aiddir:A) diksiya B) orfoqrafiya qaydaları          



C) temp D) orfoepiya qaydaları E) pauza 

123


Biri danışıq etikasına aiddir:A) müraciət qaydaları B) asta 

danışmaq C) danışmamaq D) əyləşmədən danışmaq E) fikri 

yazılı şəkildə ifadə etmək 

124


Nitq mədəniyyətində əsas məsələdir:A) iltisaqiliyə əməl etmək                               

B) nitqin ifadəliliyi C) nitqin dəqiqliyi  D) ədəbi dilin 

normalarına əməl etmək  E) nitqin üslubunu tapmaq     

125


Nitqin ünsiyyət növlərinə aid olanları seçin. 1.yazılı 2.dialoq 

3.monoloq 4.daxili 5.şifahi 6.poliloq A)1,5 B)1,4,5 C)2,3,6 

D)2,3 E)1,5,6

126


Biri  şifahi ədəbi dil normasıdır. A)leksik B)orfoepik C)fonetik 

D)qrammatik E)orfoqrafik

127

Ekran nitqinin sinonimi hansıdır?A) telenitq B) məişət nitqi            



C) xütbə nitqi D) yubiley nitqi E) çıxış

128


Mədəni nitq üçün, ilk növbədə, tələb olunur: 1 Dilin səlisliyi, 

ifadə imkanlarının genişliyi 2 İnsanı əhatə edən əşya və ya 

hadisələri əks etdirmək 3 Həmin dildən istifadə edənlərin ifadə 

imkanlarının genişliyindən, səlisliyindən düzgün faydalanmaq 

vərdişlərinin olması 4 Ən müvafiq, üslub baxımından ən 

uğurlu dil vasitəsini tapmaq A) 1,3 B) 1,2  C) 2,4 D) 3,4 E) 1,4  

129

"Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən" cümləsində 



ədəbi dilin hansı norması pozulmuşdur? A) leksik B) orfoqrafik  C) 

qrammatik  D) orfoepik  E) həm orfoqrafik, həm də orfoepik

130

Biri fonetik üslubiyyata aiddir:A) metafora B) alliterasiya           



C) ellipsis D) epitet E) frazeoloji birləşmə  

131


"Ömrün uzun olsun", "canın sağ olsun!", "bəxtin ağ olsun!" 

nümunələri nitq etiketlərinin hansı növünə aiddir? A) müraciət  B) 

təbrik  C) görüşmə  D) alqış  E) ayrılma

132


Bu üslub üçün həm təsviri, həm də analitik dil səciyyəvidir:A) 

məişət üslubu B) bədii üslub C) publisistik üslub D) rəsmi-

işgüzar üslub E) elmi üslub    



133

Publisistik üslubun əlamətlərinə aid deyil. A)aydınlıq B)təsirlilik 

C)xalq dilinə yaxın olmaq D)anlaşıqlıq E)xalq dilinə uzaqlıq

134


Biri leksik üslubiyyata aiddir: A) təkrir B) alliterasiya C) 

ellipsis D) epitet E) assonans 

135

Monoloji nitqin növlərinə aid deyil. A)Nəqletmə, təsviri 



B)Daxili,lirik C)Təbliği, inandırma D)müsahibə,müzakirə 

E)Məlumatverici, lirik

136

Yaradıcı xarakter daşıyır. Izaha geniş yer verilir. Dinləyicinin bilik və 



yaş səviyyəsi nəzərə alınır, faktlara, dəlilərə əsaslanır. Deyilənlər 

nəyə aiddir: A)məruzə B)mühazirə C)çıxış D)müzakirə E)müsahibə

137

Hansı cümlələrdə qrammatik norma pozulmuşdur? 1 Bilirəm ki, 



məndən narazısan  2 Dostlar bir yerə yığışdı və tədbir tökdü  3 Sinif 

rəhbəri Həsəni çağırıb tapşırıq verdi  4 Çapdırır atını birbaşa dünya  5 

Evimizin yanında dayanıb onu gözləyirdim  6 Sən də vəfasızsan bu 

dünya kimi    A) 2, 4, 5   B) 3, 4, 6   C) 2, 5, 6   D) 2, 4, 6   E) heç 

birində

138


Hər hansı bir şəxsin həyatının müəyyən mərhələsini əks 

etdirən və şəxsi imza ilə təsdiq olunan əməli yazı növü:A) 

ərizə B) hesabat C) akt D) əmr E) tərcümeyi-hal   

139


Biri mədəni nitqin əsas əlamətlərindən biridir:A) intonasiya            

B) aydınlıq C) temp D) inversiya E) pauza  

140

Nitqin ifadəliliyini zənginləşdirən amillər hansılardlr? 



A)emosionallıq, obrazlılıq, ekspresivlilik B)yığcamlıq, dəqiqlik 

C)aydınlıq,düzgünlük D)təsirlilik, ifadəlilik E)intonasiya , dəqiqlik

141

Nitqin ünsiyyət formalarıdır. A)yazılı, şifahi B)monoloq C)dioloq 



D)poliloq E)monoloq, dioloq, poliloq

142


Müraciət etiketlərinin haqqında hansı fikir səhvdir? A) müraciət 

etiketləri rəsmi və qeyri-rəsmi olur  B) nitq etiketlərinə nitq yarlıqları 

da deyilir  C) bütün nitq etiketləri müəyyən dövrdə işlənib sonra 

ünsiyyətdən çıxır  D) nitq etiketləri nitq mədəniyyətinin mühüm 

göstəricisidir  E) onlardan yerində istifadə səmimi münasibət yaradır

143


Nitqin təsirli olması üçün hansı şərtlər lazımdır? 1.Nitq üçün aktual 

mövzunun seçilməsi 2.ifaçılıq qabiliyyətinə malik olmaq 3.qarşıya 

qoyulan problem maraq doğurması 4.nitqin cəlbedici olması 5. aydın 

nitq, diksiya tələb edir A)1,3,4 B)1,2,5 C)1,2,3 D)2,4,5 E)2,3,5

144

Dil və nitqin fərqli xüsusiyyətlərinə aiddir: 1.dil subyektiv, nitq 



obyektivdir 2.dil ictimai, nitq psixi hadisədir 3.dil fərdi, nitq 

ümumidir 4.dil dəyişməz, nitq dinamikdir 5.dil material, nitq 

məlumatdır A)1,3,5 B)1,3,4 C)2,4,5 D)1,2,5 E)2,3,4

145


Nitqin fonetik parçaları sırasına daxil olmur:A) heca B) səs C)  ibarə 

D) vurğu  E)qitə

146

Üslubların biri varvarizm, vulqarizm və dialektizmlərin 



işlənməsinə yol verir:A) bədii üslub B) elmi üslub C) rəsmi-

işgüzar üslub D) məişət üslubu E) publisistik üslub 




147

Mürəkkəb cümlələrdən ən çox hansı üslubda istifadə 

olunur?A) bədii üslub B) elmi üslub  C) rəsmi-işgüzar üslub       

D) məişət üslubu E) publisistik üslub

148

Nitqin bu növü toy mərasimlərinə aiddir: A) Məruzə B) masabəyi 



nitqi C) ittiham nitqi D) hakim nitqi E) başsağlığı nitqi    

149


"Düşmənlə aparılan ağır döyüşlərdən birində qəhrəmancasına vəfat 

etdi" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A) leksik  

B) orfoqrafik  C) leksik, qrammatik  D) orfoqrafik, leksik  E) 

qrammatik

150

Biri bədii dilə aid deyil:A) kütləvilik B) emosionallıq C) 



obrazlılıq D) məcazilik E) poetiklik 

151


Bunlardan biri bədii üslubda “emosionallıq” sözünün 

sinonimidirA) ellipsis B) intonasiya C) ekspressivlik D) 

inversiya E) alliterasiya

152


Hansı sənədlərdə bəzən obrazlılıq da ola bilər? 1. bəyanat          

2. ərizə 3. Manifest 4. Elan  5. Qərar 6.əmr A) 4,6  B) 2,4                 

C) 5,6  D) 1,3  E) 3,5        

153


Biri başsağlığı etiketi deyil:A) Belə dərdli vaxtda təsəlliverici 

söz tapmaq çətindir  B) Xəbər məni çox mütəəəssir etdi C) 

Allah kömək olsun!  D) Allah rəhmət eyləsin! E) Balaları 

torpağı sanı yaşasınlar!   

154

Yanlış fikri göstərin: A) Mədəni inkişaf dildə də özünü 



göstərir  B) Dil faktları xalqın mədəni tarixi haqqında məlumat 

verirC) Elmi dil və xalq danışıq dilinin sintezi “elmi-kütləvi 

üslub” deyilən bir nitq forması yaradır D) Mədəni inkişaf 

dialektin sosial işlənməsini məhdudlaşdırır E) Şifahi ədəbi dil 

orfoqrafik normalara tabe olur 

155


Biri psixoloji funksiya da daşıyır: A) diksiya B) pauza C) temp 

D) vurğu E) intonasiya   

156

Quruluş baxımından sadə olan nitq: A) monoloq B) pololoq             



C) dialoq D) müsahibə E) müzakirə   

157


Tarixini daha yaxşı bildiyimiz türk dövlətlərindən biri də Hun 

dövləti, yaxud imperiyasıdır ki, I minilliyin ortalarındanbizim 

eranın V əsrinə qədər mövcud olmuşdur  – nümujnə natiqliyin 

hansı sahəsinə aid edilməlidir?A) inzibati-idarə natiqliyi B) 

bədii natiqlik C) siyasi natiqlik D) işgüzar natiqlik E) 

akademik natiqlik  

158

Qrammatik normaların gözlənilməsi, ilk növbədə, təmin edir: 



A) nitqin düzgünlüyünü B) nitqin dəqiqliyini  C) nitqin 

ifadəliliyini D) nitqin konkret və yığcamlığını E) ədəbi 

tələffüzü

159


Biri sintaktik üslubiyyata aiddir: A) metafora B) alliterasiya           

C) ellipsis D) epitet  E) assonans 




160

Fikirlərdən biri səhvdir: A) rəmzi mənalardan ideoqrafik yazıda 

istifadə olunur  B) lüğətçilik dilçiliyin praktik sahəsi olub, lüğətlərin 

tərtibi prinsiplərini öyrənir  C) dialektologiya sözlərin mənşəyini 

öyrənir  D) şifahi ədəbi dil orfoepik normalara tabe edir   E) 

Azərbaycan dilinin leksik normasının keyfiyyətini leksika müəyyən 

edir

161


Müraciət etiketlərinin haqqında hansı fikir səhvdir? A) müraciət 

etiketləri rəsmi və qeyri-rəsmi olur  B) nitq etiketlərinə nitq yarlıqları 

da deyilir  C) bütün nitq etiketləri müəyyən dövrdə işlənib sonra 

ünsiyyətdən çıxır  D) nitq etiketləri nitq mədəniyyətinin mühüm 

göstəricisidir  E) onlardan yerində istifadə səmimi münasibət yaradır

162


Professorun auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə 

aiddir? A) siyasi  B) bədii C) işgüzar  D) akademik  E) inzibati-idarə

163

Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı 



natiqliyin hansı növünə aiddir? A) siyasi  B) bədii C) işgüzar  D) 

akademik  E) inzibati-idarə

164

Bu üslublardan biri haqqında “zarafat üslubu” ifadəsi işlədilir: A)



məişət üslubu B) bədii üslub C) satira üslubu D) hekayə üslubu E)

yumor üslubu 

165

Biri diskussiya mədəniyyətinə aiddir: A) monoloq B) spontan nitq C)



dialoq D) təkrar nitq E) məhkəmə nitqi

166


Biri məişət natiqliyinə aiddir: A) çıxış B) məruzə C) yubiley nitqi D)

ittiham nitqi E) mühazirə

167

Biri nitqin prosodik imkanlarına aiddir: A) vurğu B) durğu işarələri



C) sözün yerində işlənməsi D) cümlənin düzgün qurulması E)

məntiqlilik

168

Natiqliyin növlərindən biri daha çox elmi xarakter daşıyır: A)



məhkəmə natiqliyi B) dini natiqlik C) məişət natiqliyi D) bədii

natiqlik E) akademik natiqlik 

169

Natiqliyin növlərindən biri ittihamedici və müdafiəedici xarakterə



malikdir: A) akademik natiqlik B) bədii natiqlik C) dini natiqlik D)

siyasi natiqlik E) məhkəmə natiqliyi 

170

Sözün düzgün yazılışı hansı norma ilə tənzimlənir? A) leksik norma 



B) fonetik norma C) qrammatik norma D) semantik norma E) 

frazeoloji norma

171

Düzgün cavab hansıdır? A) Düzgün olmayan jest gülüş doğura bilər



B) Nitqdə mimikasız keçinmək olar C) Usta natiq jestsiz də təsirli

nitq söyləyə bilər D) Jestləri natiqlər eynilə tətbiq edirlər E) Düzgün

olmayan nitq gülüş doğura bilər.

172


Müasir Azərbaycan ədəbi dilinin normaları ilə bağlı fikirlərdən biri

səhvdir: A) Müasir Azərbaycan ədəbi dilinin normaları müəyyən

təkamülün məhsuludur B) Bu normalar dilin dialekt, yaxud

şivələrindən, xalq danışıq dilindəki qeyri-mükəmməl ifadələrdən

fərqlənir C) Müasir Azərbaycan ədəbi dili fonetik, leksik-semantik və

qrammatik normalar əsasında fəaliyyət göstərir D) Bu normalarda

flektiv dil tipinin tələbləri əsas götürülür E) Ədəbi dilin normaları

onun nisbi sabitliyini, əhatəliliyini təmin edir, dilin daxili quruluşunu

əks etdirir



173

Nitq mədəniyyəti filologiyanın elə bir sahəsidir ki, o... . Nöqtələrin

yerinə yazılmalıdır: 1. Dilin bütrün sahələrində: fonetik sistemində,

lüğət tərkibində, qrammatik quruluşunda mövcud olan bütün

qanunlara əməl olunmasını tələb edir. 2. Nitqin məzmununun gözəl,

danışığın aydın və dinləyənin səviyyəsinə uyğun olmasına diqqət

yetirir. 3. Natiqlik bəstəkarlıq və rəssamlıq və s. kimi bir sənətdir.

4.Onun konkret predmeti vardır. 5. Ona yiyələnmək hamının, hər

kəsin işi olmalıdır A) 1,2,3 B) 4,5 C) 1,2,5 D) 1,4 E) 1,3,5

174


“Ədəbi dilin” normalarına uyğun gəlməyən dil vahidləri nitqdə 

işlədilməməlidir fikri nitqin hansı əlamətinə aiddir? A) nitqin 

təmizliyi B) nitqin aydınlığı C) nitqin məntiqliliyi D) nitqin sadəliyi 

E) nitqin mürəkkəbliyi 

175

Biri danışanın özü ilə əlaqələnən nitqdir: A) İclas nitqi B) xarici nitq 



C) daxili nitq D) spontan nitq E) mədəni nitq

176


Tarixən daha qədim nitq forması: A) dini natiqlik B) məhkəmə 

natiqliyi C) akademik natiqlik D) bədii natiqlik E) siyasi natiqlik

177

Şifahi nitqdə daha geniş yer verilir: A) bütöv cümlələrə B) nida 



cümlələrinə C) sual cümlələrinə D) yarımçıq cümlələrə E) mürəkkəb 

cümlələrə

178

Ekspessivlik vasitələrindən istifadə hansı üslub üçün səciyyəvidir? 



A) elmi B) publisistik C) bədiii D) rəsmi E) məişət

179


......................dedikdə, üsluba uyğun olan ən yayarlı dil vahidinin 

işlənməsi başa düşülür: A) nitqin yığcamlığı B) nitqin məzmunu C) 

məntiqlilik D) inandırıcılıq E) nitqin ifadəliliyi

180


Funksional üslubun yazılı formasına aid deyil : A)Elmi üslub B)Sadə 

danışıq üslubu C)Şəxsi yazışma D)rəsmi üslub E)Publisistik üslub 

181

“Mədəniyyət” terminini ilk dəfə kim işlətmişdir?A) M.F.Axundzadə



B) N.Gəncəvi C) V.Şekspir D) A.Fergüson E) Sədi

182


Birinin fizioloji əhəmiyyəti vardır: A) pauza B) temp C) vurğu D) 

intonasiya E) melodiya

183

Natiqliyin növlərindən biri ittihamedici və müdafiəedici xarakterə



malikdir: A) akademik natiqlik B) bədii natiqlik C) dini natiqlik D)

siyasi natiqlik E) məhkəmə natiqliyi 

184

Yarımçıq cümlələr daha çox hansı nitq üçün səciyyəvidir? A)



monoloji nitq B) bədii nitq C) akademik nitq D) dini nitq E)

məişət nitqi 

185

Örnəklərin birində ədəbi dilin leksik norması pozulmuşdur: A) 



Burada otun, suyun, torpağın da yaddaşı var B) Mən dostumla bir-iki 

kəlmə kəsməyə, ona təsəlli verməyə ehtiyac duyurdum C) Toyuqlar 

yuvalarından çıxıb dən yemək üçün həyətə dağılışdılar 

D) Analıq hüququ dünyada, məncə, “Ana” kəlməsindən 

başlanmalıdır E) Mən ürəyəm, döyünməsəm, ölərəm



186

Fikirlərdən biri yanlışdır: A) Bədii üslub ən qədim və aparıcı

üslubdur B) Publisistik üslub ən kütləvi üslubdur C) Elmi üslub

terminlərlə yazıldığına görə bədii və publisistik üslub qədər geniş

ifadə imkanları qazanmamışdır D) Elmi üslub üçün sadə cümlələr

xarakterikdir E) Məişət üslubu yazılı ədəbi dildən sonra bir zəruri

nitq norması olaraq yaranmışdır

187


Biri leksik normanın tələbi deyil: A) Leksik normanın keyfiyyətini 

milli leksika müəyyən edir B) Leksik normada digər normalara 

nisbətən dəyişiklik daha tez olur C) Bu norma hər bir şəxsdən sözün 

mənasına bələd olmağı, sözü düzgün, yerində işlətməyi tələb edir D) 

Sözü məcazi mənada işlətmək, onu həqiqi mənadan uzaqlaşdırmaq 

leksik normanı pozmaq deməkdir E) Leksik normanın tələbinə görə, 

ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə, dialekt sözlərinə yol 

verilmir


188

Diksiyanın pozulması səbəblərindəndir: A) auditoriyanın təşkil 

edilməməsi B) jest və mimikadan istifadə etməmək C)  danışma 

zamanı nəfəsin düzgün tənzim olunmaması D) mətnin əvvəldən 

hazırlanması E) dinləyicilərin sayca azlığı  

189


Biri növbələşən canlıə ünsiyyət danışığıdır: A) Çıxış B) fərman C) 

dialoq D) monoloq E) mühazirə     

190

"Çatlayır, xan bacı, qəmdən ürəyim" ədəbi dilin hansı norması 



pozulub?A)Fonetik B)Leksik C)Orfoepik D)Orfoqrafik 

E)Qrammatik

191

Biri monoloji nitqə aiddir: A) mükalimə B) mübahisə C) müzakirə  



D) elmi nitq E) məruzə

192


Əvvəldən planlaşdırılmış nitq adlanır: A) daxili nitq B) xarici nitq C) 

monoloji nitq D) spontan nitq E) təşkil olunmuş nitq 

193

Kütləvi informasiya  vasitələrinə aiddir: A) ekran nitqi B) bədii nitq 



C) siyasi nitq D) elmi nitq E) dini nitq

194


Beynəlxalq icmalçıların nitqi natiqliyin hansı sahəsinə aiddir: 

A) siyasi B) akademik C) inzibati-idarə D) bədii E) işgüzar 

195

Nitq mədəniyyəti adlanır:



 

A) nitqin təzahürü üçün lazım gələn 

ictimai, psixoloji və fizioloji aktların sistemi B) nitqin 

ifadəliliyinə əməl etmək C) insanın dilə və nitqə münasibəti       

D) insanların ədəbi dilin müəyyənləşmiş normalarına 

yiyələnməsi və gündəlik ünsiyyətdə ona əməl etməsi E) fikrin 

ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi   

196


Dilə aid edilən əlamətlərdən biri yanlışdır: A) mücərrəd işarələr 

sistemindən ibarətdir  B) dil əsadır  C) özünəməxsus quruluşu, ifadə 

imkanları yoxdur  D) tarixən az dəyişikliklərə uğrayır  E) ünsiyyət 

vasitəsidir

197

Qonşuların hamısı onun gələcəyini eşitmişdilər cümləsində ədəbi 



dilin hansı norması pozulub? A) qrammatik  B) leksik  C) orfoepik  

D) leksik, orfoqrafik  E) fonetik

198

Biri dilin səs sisteminin üslub imkanlarını müəyyənləşdirir: A) leksik



üslubiyyat B) fonetik üslubiyyat C) morfoloji üslubiyyat D) sintaktik

üslubiyyat E) frazeoloji üslubiyyat

199

Biri hüzn mərasimlərinə aiddir: A) Vida nitqi B) Məruzə C) 



masabəyi nitqi D) ittiham nitqi E) hakim nitqi     


200

Biri nitqin qrammatik norması ilə bağlıdır: A) vurğu B) durğu 

işarələri C) sözün yerində işlənməsi D) cümlənin düzgün qurulması 

E) məntiqlilik



Yüklə 423,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə