Riyazi modelləşdirmə üsulları barədə ümumi məlumat



Yüklə 115,91 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü115,91 Kb.
#78479

background image
                   Riyazi modelləşdirmə üsulları barədə ümumi məlumat 

 

       Riyazi modellər bir çox sahələrdə iqtisadiyyatdan tutmuş atom fizikası, 



astronomiya, hidrometeorologiya, kənd təsərrüfatı və s. kimi fəaliyyət 

istiqamətlərində tətbiq olunur. Onların köməyilə tətbiq olunan obyekt və 

problemlərin geniş miqyaslı müxtəlifliyinə baxmayaraq istifadə olunan üsullar 

və onların əsasını təşkil edən fəlsəfi baxışları əhəmiyyətli dərəcədə ümumidirlər. 

Riyazi model real sistemin sadələşdirilmiş formasını özündə əks etdirir. Bu onun 

əsas keyfiyyətidir və deməli baxılan sistemin model vasitəsilə öyrənmək daha 

asan və əlverişlidir nəinki, real sistemi birbaşa tətbiq etmək. Modeldə tətbiq 

olunan proseslərin real sistemə yaxın olmasını təmin etmək üçün burada həmin 

sistemin əhəmiyyətli xarakterləri öz əksini tapmalıdır. Əgər sistemdə baş verən 

proseslər dinamiki xarakter daşıyırsa model onun vaxta görə dinamikasını 

özündə əks etdirməlidir. Ümumiyyətlə modeli fiziki və mücərrəd formalara 

ayırmaq olar. Aerodinamik tədqiqatlarda bu sistemin fiziki modelinin 

konstruksiyası yaradılıb və burada ölçmələr aparılır. Riyazi model adətən 

tənliklərdən və ya tənliklər sistemindən ibarətdir və bunlar real sistemə aid olan 

fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul 

olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə 

yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasından 

geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü 

mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə 

xassələrindən ibarətdir, blok – sxem prinsipində istifadə edilir. Blok-sxem 

modelin kəmiyyətcə inkişafının yeni mərhələlərini özündə əks etdirir. Blok – 

sxemlərdə modelləşdirilən sistemin ayrı-ayrı komponentləri həm öz aralarında, 

həm də sistem üçün ətraf mühit sayılan məkanda enerji, kütlə və informasiya 

axınları bir-birinə bağlıdır. 

       Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili 

istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar:



 

Yüklə 115,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə