RöFƏt quliyev amea a. A. Bakıxanov adına Tarix İnstitutu



Yüklə 72,93 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü72,93 Kb.
#37915


Ümummilli lider Heydər Əliyev – 90                                                    157 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

RÖFƏT QULIYEV 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 

tarix üzrə fəlsəfə doktoru 

E-mail: rofat.quliev@mail.ru 

 

ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN DÖVLƏTÇILIK FƏALIYYƏTINDƏ 

GÖMRÜK IŞI MƏSƏLƏLƏRI 

 

Açar sözlər: gömrük, gömrük tarifi, xarici iqtisadi siyasət. beynəlxalq əlaqələr 

Ключевые слова: таможня, таможенный тариф, внешнеэкономическая политика, 

международные связи 

Keywords: soviet customs, customs tariff, foreign-economic policy, the international 

communikations 

 

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bir iqtisadi sistemdən digərinə 

keçidin ən az məsrəflə transformasiyanı təmin edən iqtisadi strategiyanın hazırlanması həyati 

zərurətə çevrildi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında göm-

rük nəzarətinin təmin edilməsi tədbirləri haqqında” 4 sentyabr 1992-ci il tarixli 167 nömrəli 

Fərmanı  ilə  Azərbaycan  Respublikasının  gömrük  sərhədi  və  gömrük  ərazisi  müəyyən  edildi. 

Fərmanda,  həmçinin  bəyan  edilirdi  ki,  gömrük  nəzarəti  Azərbaycan  Respublikasının  gömrük 

sərhədindən yüklərin (mallar və digər əşyaların) keçirilməsi yeni qanunlar qəbul edilənə qədər 

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, keçmiş SSRİ-nin gömrük məsə-

lələrinə  dair  qanunvericiliyin  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan 

müddəalarına uyğun olaraq həyata keçirilsin. Azərbaycan dövləti fəaliyyət göstərə bilən göm-

rük xidmətinin fəaliyyətinin təşkilindən sonra,  müvafiq hüquqi aktların  və  normativ bazanın 

yaradılmasına başlanıldı. Əslində, keçmiş SSRİ-dən Azərbaycana xarici ölkələrlə iqtisadi əla-

qələrin hüquqi-normativ əsaslara söykənməyən bir sistemi miras qalmışdı [1, s.77-85]. 

Belə bir şəraitdə Azərbaycan xalqının tələbi ilə 1993-cü ilin ortalarında Heydər Əliye-

vin yenidən hakimiyyətə qayıdışı ölkədə hakimiyyət böhranının sona çatmasına, siyasi sabitlik 

yaratmaqla iqtisadi islahataların həyata keçirilməsinə şərait yaratdı. Bütün çətinliklərə baxma-

yaraq ölkə rəhbərliyi respublikada maliyyə, kredit, vergi və gömrük siyasətinin təkmilləşdiril-

məsinə, onların əlaqəli inkişafına nail oldu. 

Sözsüz  ki,  zəruri  hüquqi-normativ  bazaya,  maddi-texniki  resurslara  malik  və  normal 

nəzarət funksiyaları həyata keçirməyə qabil gömrük xidmətinin formalaşdırılması üçün müva-

fiq işlər görülməli idi. Lakin 1993-cü ilin ortalarına kimi Azərbaycan Respublikasında yaran-

mış qeyri-sabit ictimai-siyasi vəziyyət, idarəetmə sahəsində hökm sürən hərc-mərclik, tez-tez 

baş verən hakimiyyət dəyişiklikləri, eləcə də Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərliyi-

nin səriştəsiz fəaliyyəti nəticəsində milli gömrük xidmətinin təşkilati, maddi-texniki və hüquqi 

əsasların  kompleks  tədbirlər  planı  işlənilib  hazırlanmamışdı.  Azərbaycan  Respublikasında 

köhnəlmiş  sovet  gömrük  qanunvericiliyi  və  hüquqi-normativ  qaydaları  hələ  də  tətbiq  olun-

maqda idi. Yaranmış vəziyyət öz işini günün tələbləri səviyyəsində qura bilməyən Azərbaycan 

Respublikası  Dövlət  Gömrük  Komitəsinin  rəhbərliyinin  gücləndirilməsi  və  gömrük  orqanla-

rında köklü struktur islahatlarının aparılmasını, eyni zamanda maddi-texniki resurslarının ye-

nilənməsini tələb edirdi [2, 176-192]. 



158                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Bu cür taleyüklü strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli el-

mi biliklərə, geniş dünyagörüşə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət öz üzərinə götürə 

bilərdi.  Ümumilli  lıider  Heydər  Əliyev  bu  tarixi  missiyanı  öz  üzərinə  götürərək  ölkənin  iqti-

sadi inkişafını müəyyən edəcək strategiyanın başlıca konturlarını müəyyənləşdirirdi, dünyanın 

sivil dövlətlərinin inkişaf təcrübəsində sınaqdan çıxmış, müsbət nəticələri sübut olunmuş iqti-

sadi inkişaf kursunun Azərbaycan reallığına tam uyğunlaşdırılmış adekvat modelini müəyyən-

ləşdirdi. Bu, birinci növbədə azad sahibkarlıq, müxtəlif mülkiyyət və təsərrüfatçılıq formaları-

nın inkişafına bərabər şərait yaradan, azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial 

istiqamətli bazar iqtisadiyyatı modeli oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdir-

diyi neft strategiyasının reallaşdırılmasında hər bir müvafiq dövlət orqanının, o cümlədən res-

publika gömrük orqanlarının yeri və vəzifələri dəqiq müəyyən edildi. Bu vəzifələrin yerinə ye-

tirilməsi  üçün  gömrük  orqanlarının  normativ-hüquqi,  təşkilati  və  praktiki  fəaliyyət  tədbirləri 

uğurla həyata keçirildi. Ölkədə sabit siyasi vəziyyət  yaradıldıqdan sonra çoxsaylı sosial-iqti-

sadi problemlərin həlli istiqamətində ardıcıl işlərin görülməsinə başlanıldı. Bu cür siyasət for-

malaşdıqca, qanunvericilik də inkişaf etdirildi, bu prosesdə təkcə xarici ticarət barədə qanun-

vericilik sahələri yox, həm də xarici ticarətə təsir göstərə bilən sahələr də əhatə olundu. Hey-

dər  Əliyevin  ikinci  dəfə  hakimiyyətə  gəlməsi  ilə  ölkənin  ictimai-siyasi  həyatında  baş  verən 

dəyişikliklər, sabitliyin bərqərar olması, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə 

aparılması, dövlətin iqtisadi strategiyasının milli maraqlar əsasında yenidən qurulmasına şərait 

yarandı. Müstəqil Azərbaycan dövlətinin dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşı-

lıqlı  faydalı  iqtisadi  əməkdaşlığı  nəzərdə  tutan  vahid  iqtisadi  strategiya  formalaşdı.  1994-cü 

ilin sentyabr  ayında  Bakıda  dünyanın nəhəng neft şirkətləri ilə  “Əsrin  müqaviləsi”nin imza-

lanması respublikamızın dünyanın nüfuzlu dövlətlərinin iqtisadi tərəfdaşına çevrilməsi prose-

sinin əsasını qoydu, həmin vaxtdan ölkənin neft strategiyası reallaşmağa başladı. 

Lakin  1992-1994-cü  illərdə  gömrük  xidmətinin  bütün  sahələri  kompleks  problemlərin 

əhatəsində idi. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmi yenicə formalaşırdı. Xid-

mətin maddi-texniki bazası, kadr, elmi-texniki, hüquqi və informasiya təminatı ölkə iqtisadiy-

yatının tələblərinə cavab vermirdi. Gömrük nəzarətinin yeni tələblərə uyğun təşkili bu işə daha 

həssas yanaşılmasından asılı idi.  

Heydər  Əliyev  qeyd  edirdi  ki,  gömrük  sistemindəki  rüşvətxorluq,  korrupsiya,  oğurluq 

halları müstəqil dövlətimizə təkcə iqtisadi zərər vurmamış, eləcə də beynəlxalq aləmdə kövrək 

addımlarını atan Azərbaycanın siyasi nüfuzuna da xələl gətirmişdir. 1991-1993 və 1994-cü il-

lərdə Gömrük Komitəsinin bir sıra rəhbər işçilərinin şəxsi maraqları üzündən dövlətə dəymiş 

3,8  milyard  manat  (həmin  dövrün  qiymətləri  ilə)  ziyan  faktına  görə  respublika  prokurorluğu 

tərəfindən gömrük orqanlarının bir sıra rəhbər işçilərinə qarşı cinayət işi qaldırılmışdı [3]. 

Azərbaycan Respublikası milli gömrük xidmətinin təşkilati əsaslarına dövlətçilik möv-

qeyindən yanaşılmasında Prezidentin “Azərbaycan Respublikası Gömrük Komitəsinin işi haq-

qında” 1995-ci il 9 yanvar tarixli 257 nömrəli Fərmanının mühüm əhəmiyyəti oldu. Fərmanda 

göstərilirdi: “Gömrük sistemində yaranmış böhranlı vəziyyət Azərbaycanın iqtisadi əsaslarına 

son dərəcə sarsıdıcı təsir göstərir, bazar iqtisadiyyatına keçid dövründə mövcud çətinlikləri da-

ha da dərinləşdirir, xarici iqtisadi əlaqələrin inkişafına ciddi maneçilik törədir. Bunlar gömrük 

işinin  lazımi  səviyyədə  təşkil  edilməməsindən,  korrupsiyanın,  rüşvətxorluğun  və  digər  şəxsi 

maraqların geniş yayılmasından, Gömrük Komitəsində qanun pozuntularının kütləvi hal alma-

sından  irəli  gəlir.  Bu  faktlar  Azərbaycanın  iqtisadi  nüfuzuna  xələl  gətirməklə  vətəndaşlarda 

haqlı narazılıq doğurur, respublikaya xarici sərmayə qoyuluşunu çətinləşdirir”. Fərmanda Na-



Ümummilli lider Heydər Əliyev – 90                                                    159 

Tarix və onun problemləri, №2 2013 

 

 



zirlər Kabinetinə tapşırılırdı ki, bir ay müddətində Azərbaycan Respublikasının vahid gömrük 

siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizminin hazırlanması ilə bağlı təklifləri və Nazir-

lər  Kabinetinin  səlahiyyətinə  aid  normativ  aktları  hazırlayıb  Azərbaycan  Respublikası  Prezi-

dentinə təqdim etsin [4]. 

Azərbaycan  Gömrük  Təşkilatının  gücləndirilməsi  üçün  əsaslı  struktur  islahatlarının 

aparılması və kadr potensialının  yeniləşdirilməsi tələb olunurdu. Ulu öndər Heydər Əliyevin 

gömrük işi ilə bağlı keçirilən 1995-ci ilin yanvar müşavirəsindəki proqram xarakterli nitqində 

söylədiyi tövsiyə və göstərişlər gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas isti-

qamətlərini və prinsiplərini müəyyən etdi. Heydər Əliyev həmin müşavirədəki yekun sözündə 

demişdi: “Ona görə də bu müzakirədən çıxarılan əsas nəticə budur ki, biz Azərbaycanda göm-



rük orqanlarının işini kökündən dəyişdirməliyik, sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi 

gömrük orqanları qurulmalıdır. Bu bizim bugünkü dövrümüz və müstəqil Azərbaycanın gələ-

cəyi üçün ən zəruri vəzifələrdən biridir. Elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici iqti-

sadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələr-

də, bütün başqa əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin...” [5]. 

Bütün  bunlar  Azərbaycan  Respublikası  DGK-nın  yeni  rəhbərliyindən  düşünülmüş  və 

çevik qərarların qəbul edilməsini tələb edirdi. “Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun 

qaldırılmasına,  iqtisadi  inkişafına  böyük  yardım  edən,  xarici  iqtisadi  əlaqələrdə  layiqli  yer 

tuta bilən bir gömrük sistemi yaratmalıyıq” – deyərkən Heydər Əliyev gömrük sisteminin ye-

nidən  təşkili  və  təkmilləşdirilməsi  üçün  dünyanın  qabaqcıl  ölkələrinin  gömrük  təşkilatları  ilə 

təcrübə  mübadiləsinin  aparılmasını,  ikitərəfli  əlaqələrin  qurulmasını,  beynəlxalq  təşkilatlarla 

sıx  əməkdaşlıq şəraitində  işləməyi  nəzərdə  tuturdu.  O, Azərbaycan  dövlətçiliyinin  möhkəm-

ləndirilməsi vəzifələrinin yerinə yetirilməsində, respublikamızın beynəlxalq aləmdə demokra-

tik, hüquqi və yüksək mənəvi dəyərlərə malik bir ölkə kimi tanıdılmasında gömrük xidmətini 

ön cərgədə görmək istəyirdi.  

Ulu öndər respublikamıza sərhəddən və gömrük məntəqələrindən gizli yolla keçən qa-

çaqmalçılığa qarşı mübarizəni sərhəd xidməti və gömrük təşkilatının əsas vəzifəsi hesab edə-

rək göstərirdi ki, “qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi 



cəhətdən zərbə vuran hallardan biridir... Qeyri-qanuni, yəni qaçaqmalçılıq yolu ilə baş vermiş 

hər  bir  hadisə  birinci  növbədə  Azərbaycanın  iqtisadiyyatına  zərbə  vurur...bizim  ölkəmiz  Cə-

nubla Şimal, Şərqlə Qərb arasında olan bir ölkədir. Ona görə də bizim sərhədlərimizdən, öl-

kəmizin ərazisindən keçən yollar təkcə Azərbaycanın idxal-ixracı deyil. Ölkəmizin ərazisindən 

Şərqdən Qərbə, Cənubdan Şimala və əks istiqamətlərdə də mallar keçirilir. Biz burada da qa-

çaqmalçılığın  bütün  növlərinin  qarşısını  almalıyıq,  xüsusən,  narkotik  maddələrin,  silah-sur-

satın və cinayət törətmək üçün istifadə olunan başqa malların, ləvazimatların tranzit vasitəsilə 

Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq” [6, s. 351, 353]. 

Heydər Əliyev qeyd edirdi ki, bazar iqtisadiyyatı şəraitində dünyanın başqa ölkələri ilə 

münasibətlərin  liberallaşması  gömrük  təşkilatının  qarşısında  çox  böyük  vəzifələr  qoyur.  Bu 

sahədə qabaqcıl ölkələrin təcrübəsi yaxşı mənimsənilməlidir. Ulu öndər Azərbaycan gömrüyü-

nün Ümumdünya Gömrük Təşkilatına daxil olmasını müsbət qiymətləndirməklə yanaşı, qeyd 

edirdi ki, bundan səmərəli istifadə etmək lazımdır: “Ancaq orada üzvlüklə, yaxud da ki, onla-



rın ayrı-ayrı toplantılarında iştirak etməklə kifayətlənmək olmaz. Siz gərək çalışasınız ki, dün-

ya gömrük təşkilatının bütün imkanlarından istifadə edib Azərbaycan gömrük işçilərinin bilik 

səviyyəsini artırasınız” [7]. 


160                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



1990-ci  illərin  mühüm  hadisələri  olan  neft  müqavilələri,  Bakıda  Tarixi  İpək  yolunun 

bərpası ilə bağlı Beynəlxalq Konfransın keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi, 

habelə  TASİS  və  TRASEKA  proqramları  çərçivəsində  beynəlxalq  təşkilatlarla  birgə  həyata 

keçirilmiş  irimiqyaslı  tədbirlər  gömrük  xidmətinin  əhəmiyyətini  bir  daha  artırmış  oldu.  Bu 

tarixi  qərarların  icrası  gömrük  orqanlarının  qarşısına  böyük  məsuliyyət  yükü  qoydu.  Heydər 

Əliyevin təşəbbüsü ilə Azərbaycanla dünyanın 11 iri neft şirkəti arasında “Əsrin müqaviləsi”-

nin imzalanması müstəqil respublikamıza xarici investisiya axının güclənməsinə gətirib çıxar-

dı.  Bununla  əlaqədar  çevik  gömrük-tarif  siyasəti  yeritmək,  gömrük  ödənişləri  mexanizmini 

təkmilləşdirmək  tələb  olunurdu.  Gömrük  sisteminin  fəaliyyətini  istiqamətləndirən  mühüm 

amillərdən biri də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə Gürcüstan, Uk-

rayna, Azərbaycan və Moldova ilə GUAM adlandırılan dövlətlərarası məşvərətçi qurumun ya-

radılması oldu. Gömrük siyasətinin işlənilib hazırlanmasında aktual məsələlərdən biri də göm-

rük  qanunvericiliyinin  təkmilləşdirilməsi  idi.  1995-ci  ildən  başlayaraq,  Azərbaycan  müstəqil 

xarici iqtisadi-ticarət əlaqələrini iki istiqamətdə həyata keçirməyə başladı: xarici iqtisadi fəa-

liyyətin məzmun və forma etibarilə yeni sisteminin yaradılması və keçmiş SSRİ-nin xarici iq-

tisadi əlaqələrindəki mənfi tendensiyaların və əngəllərin aradan qaldırılması. Sözsüz ki, xarici 

iqtisadi fəaliyyətin yenidən qurulması gömrük işi və gömrük qanunvericiliyi sahəsini də əhatə 

etməli idi Bu müddət ərzində Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və “Gömrük 

Tarifi haqqında” qanunlar qəbul edildi. Gömrük qanunvericiliyinin inkişafında Prezident Hey-

dər  Əliyevin  1998-ci  il  27  oktyabr  tarixli  7  nömrəli  Fərmanı  ilə  təsdiq  edilən  “Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” oldu. Heydər Əliyev Azərbayca-

nın gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə əlaqələrini müsbət qiymətləndirirdi. 

Azərbaycan DGK MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının üzvü, 1996-

cı  ildən  isə  Beynəlxalq  Yol  Daşımaları  Konvensiyasına  qoşulmuşdu.  1995-2003-cü  illərdə 

MDB məkanına daxil olan ölkələrin əksəriyyəti ilə gömrük işi, qaçaqmalçılıq və gömrük qay-

dalarının pozulmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı. Hey-

dər  Əliyevin  iqtisadi  strategiyasının  əsas  prioritetləri  olan  xarici  ticarətin  liberallaşdırılması, 

idxal-ixrac  əməliyyatlarına  tam  sərbəstlik  verilməsi  respublika  iqtisadiyyatında  müsbət  dəyi-

şiklklərin əsasını qoydu və xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan göm-

rük tariflərinin formalaşması və tətbiqində mühüm rol oynadı. Dünyanın 100-dən çox dövləti 

ilə ticarət və iqtisadi əməkdaşlıq qurmaq, idxalın əmtəə strukturunun səmərələşdirilməsi üçün 

bir çox dövlətlərlə azad ticarət və iqtisadi inteqrasiya məsələlər üzrə sazişlər bağlandı. Bu sa-

zişlərin bir çoxunda, o cümlədən Amerika, Avropa, Yaxın və Uzaq Şərq ölkələri ilə idxal-ix-

rac əməliyyatlarında güzəştli gömrük vergiləri nəzərdə tutulurdu. Bir sıra postsovet respubli-

kaları  ilə  Azərbaycana,  Azərbaycandan  isə  bu  ölkələrə  idxal  olunan  mallar  qarşılıqlı  olaraq 

gömrük rüsumundan azad edildi. Azərbaycanda gömrük işinin inkişafında TRASEKA nəqliy-

yat  dəhlizinin  yaradılması  ilə  bağlı  TASİS  proqramı  çərçivəsində  həyata  keçirilən  tədbirlər 

oldu. 


Ümummilli lider Heydər Əliyevin Azərbaycanda gömrük xidmətinin təşəkkülündə nə-

həng fəaliyyəti və rolu haqqında Azərbaycan Respublikasının Fövqəladə hallar naziri, general-

polkovnik Kəmaləddin Heydərov fikirlərini belə ifadə etmişdir: “1997-ci ilin yanvar ayının bu 

günlərini  xatırlayıram.  Ulu  öndərimiz  Heydər  Əliyev  o  zaman  Dövlət  Gömrük  Komitəsinin 

beşinci ildönümü münasibəti ilə keçirilən tədbirdə proqram xarakterli geniş nitqlə çıxış etmiş, 

gömrükçülər  qarşısında  böyük  vəzifələr  qoymuşdu.  Biz  fəxr  edirik  ki,  gömrük  orqanlarında 

çalışan əməkdaşlar məhz bu gündən Ulu öndərin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq, 



Ümummilli lider Heydər Əliyev – 90                                                    161 

Tarix və onun problemləri, №2 2013 

 

 



qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Bunun nəticəsidir ki, Azərbaycan göm-

rüyü dövlət büdcəsinə daxilolmaların ildən-ilə artmasını həyata keçirir, eləcə də qaçaqmalçı-

lıqla mübarizə sahəsində böyük işlər görür. Mən Dövlət Gömrük Komitəsinə 11 il ərzində rəh-

bərlik etmişəm və buna görə də orda çalışan, demək olar ki, bütün əməkdaşları tanıyır və on-

ların fəaliyyətinə bələdəm. Onların böyük əksəriyyətinin qarşıya qoyulmuş vəzifələri bu gün 

də vicdanla yerinə yetirdikləri barədə məlumatım var. Ötən illər ərzində Azərbaycanın gömrük 

orqanları  geniş  beynəlxalq  əməkdaşlığa  qoşulmuş,  çoxsaylı  sazişlər  imzalamış,  beynəlxalq 

təcrübəni mənimsəmişlər. Ulu öndərimiz Heydər Əliyev bizə tövsiyə etmiş, göstəriş vermişdi 

ki, qabaqcıl ölkələrin təcrübəsinə yiyələnək, bu təcrübəni Azərbaycanda da tətbiq edək. O de-

mişdi ki, bunun səmərəsi böyük olacaq və doğrudan da belə oldu. Bu gün Azərbaycan göm-

rüyü ümumdünya gömrük ailəsində özünə layiqli bir yer tutur. Azərbaycan gömrüyünün bu-

günkü  yüksək  səviyyəsi,  fəaliyyətindəki  qayda-qanun,  şəffaflıq  prinsipləri  göz  qarşısındadır. 

Bütün bu irəliləyişlər bizim gömrük orqanlarında çalışan, yüksək ixtisasa, böyük təcrübəyə yi-

yələnən əməkdaşlar tərəfindən həyata keçirilmişdir” [8].  

Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar, 

milli maraqlara uyğun gömrük siyasətinin işlənilib hazırlanması bu sahədə dövlət maraqlarını 

uğurla  müdafiə  etməyə  imkan  yaratdı.  Ulu  öndər  Heydər  Əliyevin  milli  dövlət  quruculuğu 

prosesinin əsas istiqamətlərindən biri olan mükəmməl gömrük sisteminin yaradılması haqqın-

da prinsipial müddəaları və tövsiyələri konkret olaraq aşağıdakı məsələləri əhatə edirdi: 

- Azərbaycanın gömrük xidməti  müstəqilliyi  təmin edən, onu qoruyan və inkişaf etdi-

rən mühüm dövlət orqanıdır; 

- gömrük orqanlarında çalışan əməkdaşlar öz vəzifələrinin nə qədər məsuliyyətli oldu-

ğunu dərk etməlidir

- gömrük xidməti ölkənin xarici ticarəti ilə sıx bağlıdır. Xarici ticarət əlaqələrinin həc-

mi artdıqca, gömrük xidmətinin fəaliyyətindən gələn gəlirlər də artmalıdır; 

- idxal-ixrac əməliyyatlarının iqtisadiyyatımıza zərər vurmaması üçün gömrük xidməti 

öz nəzarətini gücləndirməlidır;  

-  gömrük  işçisi  bilikli  olsun,  gərək  onun  biliyi,  təcrübəsi  ilə  yanaşı  müasir  texnika  və 

nəzarət avadanlıqlarını dərindən mənimsəsin; 

- gömrük işçiləri Azərbaycan qanunlarına sözsüz əməl etməli, dövlətinə, xalqına və öz 

peşəsinə sadiq olmalıdır; 

-  gömrük  işçilərinin  öz  vəzifələrindən  sui-istifadə  etməsinə  qarşı  mübarizə  aparılma-

lıdır; 

- qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir. Qaçaqmalçılıq adi bir 



cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir; 

- milli gömrük xidmətinin inkişaf etmiş ölkələrin gömrük xidməti səviyyəsinə çatdırıl-

ması  üçün  çox  iş  görmək  lazımdır.  Dünya  təcrübəsini  mənimsəməklə  gömrükçü  peşəsini 

Azərbaycanda inkişaf etdirmək lazımdır; 

- gömrük məntəqələri dünya standartlarına uyğun texnika və cihazlarla təchiz olunma-

lıdır; 


-  mənəvi  təmizlik,  mənəvi  saflıq,  dövlətin  qanunlarına  riayət  etmək,  öz  işinə  sədaqət 

prinsipləri gömrük orqanlarının hər birində bərqərar olmalıdır. 

Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əli-

yev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşdı və inkişaf edərək dövlət müs-

təqilliyinin  əsas  atributlarından  biri  olan  çoxfunksiyalı  kompleksə  çevrildi.  Bu  gün  Heydər 



162                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Əliyev  yolunun layiqli davamçısı  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev ölkə 

gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət 

mərkəzində saxlayır. Respublikanın ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının geniş-

lənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması Azərbaycanın beynəlxalq iqtisadi siste-

mə inteqrasiyasını gücləndirir. Son iyirmi ildə Azərbaycanda uğurlu gömrük siyasətinin təməli 

qoyulmuş,  gömrük  işinin  təkmilləşdirilməsi,  gömrük  orqanlarının  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi,  ümumdünya  gömrük  sisteminə  inteqrasiyası  istiqamətində  uğurlu  ad-

dımlar atılmışdır. Bu gün Azərbaycan Respublikasının gömrük xidməti orqanları ölkənin iqti-

sadi  qüdrətinin  artırılmasında,  əhalinin  sosial  rifah  halının  yaxşılaşdırılmasında,  Prezident 

İlham  Əliyevin  davamlı  iqtisadi  inkişaf  kursunun  həyata  keçirilməsində  fəal  iştirak  edir. 

Ümummilli lider Heydər Əliyevin uzaqgörən məntiqi siyasətinin nəticəsi kimi gömrük xidmə-

ti  sisteminin  keyfiyyətcə  yüksəlişini  nəzərdə  tutan  tədbirlər  yeni  tarixi  şəraitdə  də  davam  et-

dirilməkdədir.  

ƏDƏBIYYAT 

 

1.Quliyev R. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin həyata keçirilməsində 

gömrük xidmətinin rolu (1992-2002) //Pedaqoji Universitet Xəbərləri. Humanitar elmlər 

seriyası, 2010, № 3, s.77-85. 

2.Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik. Bakı: “Elm”, 2007. - 220 s.  

3.Azərbaycan, 19 yanvar 1995, №13 (1030). 

4.“Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı”, 31 yanvar 1995-ci il, № 1-2, maddə 29. 

5.Respublikada gömrük işi sahəsində ciddi qayda yaratmalı. Azərbaycan Respublikasının 

Prezidenti Heydər Əliyevin yekun sözü // “Azərbaycan”, 1995, 11 yanvar, №7 (1024). 

6.Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanatlar, məktublar. 8-ci kitab. 

Bakı: Azərnəşr, 1998. - 480 s. 

7.Əliyev Heydər. Müstəqil Azərbaycanın gömrük orqanlarının beşinci ildönümü münasibətilə 

keçirilən təntənəli yığıncaqda nitqi // “Gömrük xəbərləri”, 10 fevral, 1997-ci il. 

8.“Gömrük xəbərləri”, 2007, 30 yanvar, № 3. 

 

РОФАТ ГУЛИЕВ 

Институт Истории имени А.А.Бакыханова НАНА, 

доктор философии по историческим наукам 

 

ВОПРОСЫ ТАМОЖЕННОГО ДЕЛА 

В ГОСУДАРСТВЕННОЙ ДЕЯТЕЛЬНОСТИ ГЕЙДАРА АЛИЕВА 

 

В статье подробно рассматривается процесс осуществления экономической стра-



тегии Азербайджанской Республики разработанной общенациональным лидером Гейда-

ром  Алиевым.  Автор  анализирует  развитие  внешнеэкономических  отношений  в  кон-

тексте  усиления  государственного  надзора  над  экспортно-импортными  операциями  и 

формирования национальной таможенной службы, основной задачей которого, является 

обеспечение экономической безопасности страны. 

 

 

 



Ümummilli lider Heydər Əliyev – 90                                                    163 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

ROFAT GULIYEV 

Institute of History named A.A.Bakyhanova ANAS 

PhD in historical sciences 

 

PROBLEMS OF CUSTOMS WORK 

IN THE HEYDAR ALIYEV'S STATEHOOD ACTIVITIES 

 

In this article is shown completely the process of realization of the economic strategy 



of Azerbaijan Republic which it is formed by national leader  Heydar Aliyev. Author analyze 

the  development  of  the  external  economic  relation  in  this  context  for  the  increasing  state 

central  about  export-import  operation  and  the  forming  of  national  customs  services,  the 

principal problem which is to provide economic security of the country. 



 

 

Rəyçilər: t.e.d.Ə.Qasımov, t.e.d.R.C.Süleymanov 



AMEA A.A.Bakıxanov adına Tarix Institutunun “Əliyevşünaslıq” şöbəsinin 20 fevral 2013-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №23)

 

Yüklə 72,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə