Roman, povestlər



Yüklə 3 Mb.
səhifə1/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
  1   2   3   4   5   6   7   8   9   ...   158


 

A N A R

 

 

 

 

 

 

 

 

 

 

Əsərlər

 

 

II 

roman, povestlər 

 

 



 

 

 

 

Bu kitabın çapı 

 

 

Ekson Azərbaycan Əməliyyat Şirkəti,  

MMM EksonMobilin törəmə şirkəti 

 

tərəfindən maliyyələşdirilmişdir 

 

 

Bakı — 2003 

 

 



 

 



 2 

Redaktor: 

Arif Əmrahoğlu 

 

Ön sözün müəllifi: 



Rahid Ulusel 

 

Rəssam: 

Azər 

 

 



 

 

 



 

ANAR. Əsərlər. II cild,  

Nurlan, Bakı, 2003, 515 səh. 

 

 

 



 

Müəllif bu jildlərin nəşrinə vəsait ayırmış  

Ekson Azərbayjan Əməliyyat Şirkətinə,  

MMM EksonMobilin törəmə şirkətinə  

dərin minnətdarlığını bildirir 

 

 


 3 

 

 



 

 

AĞ LİMAN 

(povest) 

 

 

 

GÜNLƏRİN BİR GÜNÜ 

 

—Üç yüz otuz üç!  



Heç kəs hay vermədi.  

Kassaçı ucadan təkrar etdi: 

—333! 

Birdən Nemət duman içində  dərk elədi ki, deyəsən onu 



çağırırlar. Yaxasından döşlük kimi asılmış  kərpicvarı  ağ 

lövhəyə baxdı: lövhənin üstündəki üç iri rəqəmi aydın gördü və 

var gücüylə barırdı: 

—Mənəm, Namazov Nemət!  

Səsi lap yavaşdan çıxdı. 

Növbədə dayanmış adamlar ona məzəmmətlə baxırdılar. 

Susmuşdular. Yorğun, kədərli görkəmləri vardı. Çoxusunun 

sifəti Nemətə tanış  gəlirdi, amma kim olduqlarını  təyin edə 

bilmirdi. Bu adamları harda görüb, haçan? 

Səssiz addımlarla kassaya yanaşdı. 

—Hara bilet almaq istəyirsiniz? 

—Bakıya. 

—Hansı qatara? Kislovodsk — Bakı, yoxsa Krasnovodsk — 

Bakı? 


—Kislovodsk — Bakı, — dedi və fikirləşdi ki, yaxşı, bəyəm 

biz Kislovodskda deyilik? 

Kassaçı  Səfdər dayı eynəyinin ardından mağmın-mağmın 

Nemətə baxdı, sonra zəhmlə soruşdu: 




 4 

—Bakıya getməyə icazən var? 

—İcazə lazımdır? Mən üç ildir növbəyə yazılmışam. 

—Dəxli yoxdur. Neçə bilet istəyirsən? 

Nemət barmaqlarını yummağa başladı. 

—Bir, iki, üç, dörd, beş, altı. Altı. Plaskart. Kupe. 

—Kimə—kimə? 

—Arvadım bir. Mən iki. Qayınanam üç. Üç də qızım. 

—Qızlar sənin deyil. 

Nemət təəccüb etdi: kassaçı qadın bunu hardan bilirdi? 

—Biri mənimdir, ikisi... 

—Birinə bilet verə bilərəm. O ikisinin də öz ataları  gəlib 

alsın. 

Neməti qüssə bürüdü. Gərək həmişə belə bir əngəl çıxsın. 



Özü də lap son dəqiqədə. Üç il gözləyəndən sonra. Bu zaman 

yadına başqa bir məsələ də düşdü: "Qoy bunu da deyim, sonra 

bu da bir iş olar". 

—Pişiyimiz də var, — dedi, — pişiyə  də bilet almaq 

lazımdır? 

—Mütləq. 

—Yaxşı, onda deməli, beş bilet verin, — barmaqlarını bir-

bir yumdu, — arvadım, mən, qayınanam, kiçik qızım, pişik. 

Kassaçı biletləri yazmağa başladı. 

Bu vaxt növbədən kimsə  çıxıb kassaçıya yanaşdı,  əyilib 

qulağına nə isə pıçıldadı. 

Kassaçı diqqətlə Neməti süzdü: 

—Eyib olsun sənə, — dedi, — aldadıbsan bizi. Bir əyninin 

geyiminə bax. 

Nemət  əvvəl öz geyiminə, sonra isə növbədə dayanmış 

yorğun, əzgin adamların geyiminə baxdı. 

Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaq-

zolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin  əynində 

mavi rəngli saya pijama vardı. 

Adamlar ona məzəmmətlə baxırdılar. 

Bu zolaq-zolaq adamların içində Nemət qərib və  əcaib 



 5 

görünürdü. 

Hamının yaxasından kərpicvarı lövhə asılmışdı, üstündə də 

qara rəqəmlər. 

—Axı  mən növbəyə yazılmışdım. — Nemət adamlara 

yalvardı. — Üç həftə bundan qabaq, yox, üç il. Üç il bundan 

qabaq. Bilirdim ki, bilet işi çətindir. Nömrəm də 333-dür. 

—Hanı? — deyə bayaq kassaçıyla pıçıldaşan kişi Nemətə 

baxdı. — Sənin nömrən yoxdur. 

Nemət yaxasındakı lövhəyə baxdı: doğrudan da, lövhə 

ağappaq idi. Nemət yavaş—yavaş aradan çıxıb əkilmək istədi. 

Kassaçı Səfdər dayı arxadan onu harayladı. 

—Nemət, al biletini... 

—Bəs axı... 

—Bir bilet verə bilərəm. Pişik üçün. Çünki o, zol—zoldur. 

Nemət böyük mavi dənizin sahilinə  çıxdı. "Kislovodskda 

dəniz? — deyə təəccüblə düşündü. — Bəlkə, bura Kislovodsk 

deyil, Krasnovodskdır. Aha, belə de. Bəs mən onda qatara 

miyə bilet alıram? Gəmiylə də getmək olar. Onda anamla atamı 

da apara bilərəm, axı onlar da hardasa bu tərəflərdədir". 

Kislovodsk parkının ağ sütunlu qapılarından yaşıl xiyabana 

daxil oldu. Söyüdlər sərin-sərin xışıldaşırdı. 

"Amma insafları varmış. Səfalı yerə sürgün eləyiblər. Atamı 

deyə bilmərəm, amma anam yazıq istiyə dözə bilmir". 

Nə  qədər cəhd elədisə  də, anasının sifətini yada sala 

bilmədi. 

Birdən xatırladı ki, gedib zol-zol pijama almalıdır. Yoxsa 

qatara bilet verməzlər. 

Kislovodskın məşhur "Pyataçok" küçəsinə  çıxdı. Küçəni 

keçəndə arxadan milis fiti eşitdi. Ona aid idi; hərəkət qaydasını 

pozmuşdu. Milis bir də aramsız fit çaldı. Nemət dayanmadı. 

Addımlarını becidləşdirdi. "Bacarırsa qoy çatsın" — deyə 

sürətlə uzaqlaşdı. Milis isə  şəhərlərarası telefon zəngi kimi 

aramsız fit çalırdı. 

Birdən fit səsi kəsildi. Nemət cəld tini buruldu, nəfəsini 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə