İ
QLIM
D
ƏYIŞMƏLƏRI
:A
ZƏRBAYCAN
K
YOTO
Ö
HDƏLIKLƏRINƏ
Ə
MƏL
E
DƏ
B
ILƏCƏKMI
?
Rövşən Abbasov, PhD
GIRIŞ
Beynəlxalq Hökumətlərarası İqlim Panelinin (IPCC) verdiyi məlumata görə son 30 ildə insan
fəaliyyəti nəticəsində atmosferdəki istixana qazlarının miqdarı sürətlə artmaqdadır (İPCC, 2007).
İstixana qazları dedikdə atmosferə neft məhsullarının yanması və digər təsərrüfat fəaliyyəti
nəticəsində daxil olan qazlar başa düşülür. Artıq sübut olunmuşdur ki, bu qazların atmosferdə
mövcudluğu istixana effekti yaradır və bu da Yer kürəsinə Günəşdən gələn istiliyin geri qayıtmasına
mane olur. Nəticədə iqlimin tədricən istiləşməsi baş verir ki, mövcud ədəbiyyatda bu hadisə iqlim
dəyişmələri yaxud da global istiləşmə adlanır (İPCC, 2007). Hal-hazırda iqlim dəyişmələrinin
qarşısının alınması üçün beynəlxalq və regional səviyyələrdə atmosferə atılan istixana qazlarının
azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu məqalədə Azərbaycanda iqlim
dəyişmələri və onların təsirinin azaldılması istiqamətində görülən işlərdən və bu sahədə gələcəkdə
görülməsi vacib olan işlərdən danışılır.
Qeyd olunduğu kimi, iqlim dəyişmələrini törədən əsas antropogen amil insanın müxtəlif istiqamətli
təsərrüfat fəaliyyəti nətcəsində atmosferdəki istixana qazlarının artmasıdır. Atmosferdə olan əsas
istixana qazları su buxarı (H
2
O), karbon qazı (CO
2
), metan (CH
4
) və ozondur(O
3
). Su buxarının
istixana effektindəki payı 36%-dən 75%-ə kimi dəyişə bilir. Karbon qazının payı 9-26%, metanın
payı 4-9%, Ozonun payı isə 2-7% təşkil edir. Su buxarı atmosferə təbii şəkildə daxil olduğundan
onun yaratdığı effekt də təbiidir və hesab olunur ki, o iqlimin süni istiləşməsinə səbəb olmur.
Karbon qazı, metan və ozon isə atmosferə həm təbii şəkildə, həm də insan fəaliyyəti nəticəsində
daxil ola bilər. IPCC-nin verdiyi məlumata görə sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə
olan karbon qazının miqdarı 28%, metanın miqdarı isə 60% artmışdır (IPCC, 2007).
İstixana qazları atmosferə başlıca olaraq neft, qaz və neft məhsullarının yandırlması nəticəsində
daxil olur. Hal-hazırda dünyanın müxtəlif ölkələri iqlim dəyişmələrinin qarşısını almaq və öz
ərazilərində atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq məqsədilə müxtəlif qısa və
uzunmüddətli tədbirlər həyata keçirirlər. Bu tədbirlərə, əsasən, istixana qazlarının atmosferə
atılmasına səbəb olan köhnə texnologiyalardan imtina edilməsi, ekoloji baxımdan təmiz olan yeni
istehsal üsullarının tətbiqi və bərpa olunan enerji mənbələrindən (məs. külək, yaxud da genəş
enerjisi) istifadə aiddir. Lakin, neft və qaz insan fəaliyyəti üçün əsas yanacaq və enerji mənbəyi
olduğundan bu proses kifayət qədər çətinliklə həyata keçir.
Atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq məqsədilə 2005-ci ilin fevral ayından BMT-
nin İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyası – Kyoto Protokolu (UNFCC) qüvvəyə mimişdir.
Kyoto protokolunun əsas vəzifəsi bundan ibarətdir ki, dövlətlər öz ərazilərində istixana qazlarının
atmosferə daxil olmasının qarşısını almaq üçün öhdəliklər götürürlər və bu öhdəliklərə əsasən 2012-
ci ildə hər bir dövlətin atmosferə atdığı istixana qazlarının miqdarı 1990-cı il səviyyəsi ilə
müqayisədə 5,2% azaldılmalıdır. Hal-hazırda, ABŞ istisna olmaqla dünyanın bütün dövlətləri, o
cümlədən Azərbaycan Kyoto protokolunun əsas prinsiplərini qəbul etmişdir (UNFCCC,1999).
Doğrudur, Kyoto protokoluna qoşulmaqla ölkəmiz heç bir konkret öhdəlik qəbul etməmişdir, ancaq
bu konvensiyaya qoşulmanın özü artıq Azərbaycan qarşısında mühüm vəzifələr qoyur.
IQLIM DƏYIŞMƏLƏRI VƏ AZƏRBAYCAN
Iqlim dəyişmələri insanın təbiətə getdikcə daha çox artan təsiri nəticəsində təzahür edən bir
hadisədir. Bu hadisə qlobal xarakter daşımaqla dünyanın bütün ölkələrinin əhatə edən bir problem
kimi gündəmə gəlir və hər hansı bir regional özəlliyə malik deyil. Buna görə də iqlim dəyişmələri və
onunla bağlı olan bütün problemlərin həlli istiqamətində görülən işlər dünyanın bütün ölkələrində
eynidir və yalnız görülməli işlərin miqyasında bir çox fərqlər ola bilər.
Milli Məclis Kyoto protokolunu rəsmi ratifikasiya edəndən sonra Azərbaycan rəsmi şəkildə bu
konvensiyaya qoşuldu. 1997-ci ildə Azərbaycanda İqlim Dəyişmələri üzrə Dövlət Komissisyası
yaradılmış və bu komissiyada 19 nazirlik və digər dövlət idarələri təmsil olunmuşlar. Bu
komissiyanın qərarı ilə həmin ildə İqlim Dəyişmələri üzrə Milli Mərkəz yaradılmışdır. Bu mərkəz
müxtəlif sahələrin mütəxəssislərini dəvət edərək Azərbaycanıda iqlim dəyişmələri ilə bağlı müasir
vəziyyəti müəyyən etmək üçün hesabat hazırlamışdır. 1998-1999 illərdə bu mərkəz tərəfindən İqlim
Dəyişmələri üzrə İlkin Milli Məlumat sənədi hazırlanmış və 2000-ci ilin mayın 23-də bu sənəd
Kyoto Protokolu katibliyinə təqdim edilmişdir. Bu sənəddə Azərbaycan ərazisində atmosferə atılan
istixana qazları və onların mənşəyi, ölkənin enerji potensialı və ekoloji baxımdan təmiz olan bir sıra
enerji mənbələri haqqında bir sıra məlumatlar verilir (Behbudov and Aliyev, 1999).