Rsk general notes



Yüklə 133,59 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü133,59 Kb.
#44207




 

CQBK Genişləndirməsi Layihəsi, Azərbaycan 

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son Variant 

 

İdarəetmə və Monitorinq  



 

 



MÜNDƏRİCAT

 

13 


İDARƏETMƏ VƏ MONİTORİNQ................................................................ 13-1 

13.1  Giriş ........................................................................................................ 13-1 

13.2  Tikinti Fazası üzrə vəzifə və cavabdehliklər ............................................ 13-2 

13.2.1


 

BP şirkəti

...................................................................................................... 13-2

 

13.2.2



 

Tikinti işləri üzrə əsas podratçılar ............................................................... 13-3

 

13.2.3


 

Digər Podratçılar ........................................................................................ 13-3

 

13.3  Tikinti Fazasının ƏMSSİS-i ..................................................................... 13-3 



13.3.1

 

Giri



ş

............................................................................................................ 13-3

 

13.3.2


 

ƏMSSİSin Strukturu ................................................................................... 13-4

 

13.3.3


 

Planlaşdır ................................................................................................... 13-5

 

13.3.4


 

Et ................................................................................................................ 13-5

 

13.3.5


 

Yoxla .......................................................................................................... 13-9

 

13.3.6


 

İşlə............................................................................................................ 13-10

 

13.4  Əməliyyat Fazasının ƏMSSİS-i............................................................. 13-10 



13.5  İcma İnkişaf Təşəbbüsü (İİT)................................................................. 13-11 

 

 



Cədvəllər 

Cədvəl 13-1: ƏMSSİMP İdarəetmə Planları.......................................................... 13-6 

Cədvəl 13-2: ISO 14001 ƏMİS Öhdəlikləri.......................................................... 13-10 

 

 



Şəkillər 

Şəkil 13-1: SCPX Layihəsinin ƏMSSİS Elementləri .............................................. 13-4 

 

 



 

 



 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-1 


 

13 

İDARƏETMƏ VƏ MONİTORİNQ 

13.1 Giriş 

BP şirkətinin ətraf mühit və sosial sahələrin idarə edilməsinə ümumi yanaşması ətraf mühit 

və sosial sahələrin qorunması üzrə ‘planlaşdır, et, yoxla, düzəlt’ prinsiplərinə şamil olunur. 

 

Bu prinsiplərə aşağıdakılar daxildir: 



 

 Planlaşdır – ətraf mühit və sosial sahələrə potensial təsirin  əvvəlcədən 

qiymətləndirilməsi  

  Et – potensial təsirin qarşısının alınmasına, azaldılmasına və ya minimuma 

endirilməsinə yönəldilən layihə və təsirin azaldılması tədbirlərinin icrası 

 Yoxla – İcra olunan təsirin azaldılması  tədbirlərinin həyata keçirilməsinə  və 

effektivliyinə nəzarət 

 Düzəlt – islahedici tədbirlərin icrasının auditinin aparılması və izlənməsi. 

 

ƏMSSTQ-nin bu bölməsi həmin prinsiplərin tikinti və əməliyyat fazaları çərçivəsində nəzərdə 



tutulan CQBKG Layihəsinə necə tətbiq olunacağını göstərir.  

 

Tikinti fazası dövründə  ətraf mühit və sosial sahələrə  təsirlər “D” Əlavəsində  və yardımçı 



sənədlərdə  təqdim olunan Layihə üzrə  ətraf mühit və sosial sahələrin idarə edilməsi və 

monitorinqi planını  (ƏMSSİMP)  əhatə edən tikinti fazasının  ətraf mühit və sosial sahələrin 

idarə edilməsi sisteminin (ƏMSSİS) icrası ilə idarə olunur. ƏMSSİMP bu ƏMSSTQ üzrə 

götürülən öhdəlikləri  əhatə edən xüsusi sahə üzrə idarəetmə planları  dəstini ehtiva edir 

(məsələn, tullantıların idarə edilməsi, çirklənmənin qarşısının alınması). “E” Əlavəsində 

göstərilən öhdəliklər siyahısı bu ƏMSSTQ üzrə götürülən bütün bu kimi öhdəliklərin optimal 

mənbəyidir. 

 

Bölmə 13.2 bu ƏMSSTQ üzrə götürülən öhdəlikləri tikinti fazası dövründə  fəaliyyətə 



çevirəcək və onlara nəzarət edəcək və yoxlayacaq Layihə, boru kəmərinin tikintisi üzrə əsas 

podratçı(lar) və müxtəlif ixtisaslaşmış podratçılar arasında məsuliyyət bölgüsünü təsvir edir. 

O, hər bir təşkilat daxilində müəyyən vəzifələri və onların cavabdehlik dairəsini dəqiq 

müəyyən edir. 

 

Bölmə 13.3 tikinti fazası dövründə ƏMSSİS-in və xüsusən də, “D” Əlavəsində təqdim olunan 



ƏMSSİMP-in icrası üçün Layihə üzrə həyata keçirilməsi hədəflənən tədbirləri təsvir edir. 

 

Əməliyyat fazası  çərçivəsində Layihə hal-hazırda CQBK da daxil olmaqla üç mövcud boru 



kəmərinin hamısını  əhatə edən BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Boru 

Kəmərləri üzrə  ƏMSSİS-nə inteqrasiya olunmağa çalışılacaq. Bölmə 13.4 nəzərdə tutulan 

CQBKG Layihəsi tamamlandıqdan sonra əməliyyat fazası  ərzində  ətraf mühit və sosial 

sahələrin idarə edilməsi üzrə tədbirləri qısa olaraq təsvir edir. 

 

Təklif edilən CQBKG Layihəsinin tikinti və  əməliyyat fazaları  ərzində BP şirkətinin qüvvədə 



olan mövcud siyasətlərinə və BP şirkətinin korporativ sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf 

mühitin mühafizəsi siyasətinə (bax: Bölmə 6.6), o cümlədən BP şirkətinin əməliyyatların idarə 

edilməsi sisteminin (ƏİS) və yerli ƏİS-in (YƏİS) müvafiq aspektlərinə riayət olunacaqdır. 



 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-2 


 

13.2 Tikinti 

Fazası üzrə vəzifə və cavabdehliklər 

13.2.1 

BP şirkəti 

BP  şirkəti, CQBK Şirkəti adından nəzərdə tutulan CQBKG Layihəsi çərçivəsində  işçi 

layihələndirmə, tədarük, tikinti işlərinə və əməliyyatlara görə cavabdehdir. Buna görə də bu 

bölmədə Layihə üzrə cavabdehliklər təsvir olunarkən BP şirkətinə istinad olunur. 

 

BP  şirkəti bu ƏMSSTQ-nin hazırlanması ilə paralel olaraq Layihənin işçi layihəsinin 



hazırlanması üçün mühəndis-konstruktoru təyin etmişdir. Yeri gəldikcə BP şirkəti tikinti 

işlərinin müxtəlif elementləri üzrə tenderin texniki sənədlərini nəşr edəcək. Müvafiq hallarda, 

tender sənədlərinə ƏMSSİMP-in surəti də daxil ediləcək. 

 

BP  şirkəti tikinti fazası  ərzində öz podratçılarının texniki, ətraf mühit və sosial sahələr üzrə 



fəaliyyət göstəricilərini monitorinqini və auditini aparmaqla Layihənin tikinti fazasını idarə 

edəcək. 


 

BP şirkətinin tikinti fazasının ƏMSSİS-i aşağıdakıları əhatə edəcək: 

 

 Tikinti fazası  ərzində icra olunacaq hazırkı  ƏMSSTQ üzrə bütün öhdəliklərin 



göstərildiyi BP şirkəti tərəfindən hazırlanmış öhdəliklərin qeydiyyatı reyestri. 

 CQBKG 


Layihəsi üçün müvafiq qanunların reyestri 

 Davamlı  təkmilləşdirmə prosesi çərçivəsində lazım olan qaydada nəzərdən 

keçiriləcək və yenilənəcək “D” Əlavəsində təqdim olunan ƏMSSİMP 

 Podratçıların ƏMSSİMP üzrə gözləntiləri icra edib-etməmələrinin yoxlanmasını əhatə 

edən  ətraf mühit sahəsi üzrə  fəaliyyət göstəricilərinin monitorinqi, yoxlanması  və 

auditi qrafiki 

 Yoxlamalar 

və auditlər nəticəsində  aşkar olunan ƏMSSİMP-ə riayət olunmaması 

hallarının monitorinqi üçün fəaliyyətlərin izlənmə sisteminin icrası  və islahedici 

tədbirlərin yerinə yetirilməsi. 

 

BP şirkətinin təşkilati strukturu çərçivəsində aşağıdakı vəzifələr tikinti fazasının ƏMSSİS üzrə 



əsas cavabdehlikləri əhatə edir: 

 

  Layihə meneceri: ƏMSSTQ üzrə öhdəliklərin icrasının təmin edilməsi və  işçilərin 



fərdi məsuliyyətlərindən agah olmalarının yoxlanmasına görə ümumi məsuliyyət 

daşıyır. 

  Texniki direktor: Layihə üzrə texniki layihələndirmə  işlərinin  ƏMSSTQ üzrə 

öhdəliklərin icrasını təmin edəcək şəkildə icrasına görə məsuliyyət daşıyır. 

  Tikinti üzrə menecer: ƏMSSTQ üzrə öhdəliklərin iş sahəsində icrasına görə 

məsuliyyət daşıyır. 

  Təchizat üzrə menecer: ƏMSSİMP-a uyğun olan tədarük planlarının işlənib-

hazırlanmasına görə məsuliyyət daşıyır. 

  Ətraf mühit və sosial sahələr üzrə qrup 

o  Ətraf mühit və sosial sahələr üzrə menecer: Ətraf mühit və sosial sahələr 

üzrə öhdəliklərin səmərəli icrasına və  iş sahəsində çalışan işçilərin  ətraf 

mühit və sosial sahələr üzrə cavabdehliklərindən xəbərdar olmasının 

yoxlanmasına görə məsuliyyət daşıyır 

o  Ətraf mühit və sosial sahələr üzrə  məsləhətçi(lər): Ətraf mühit və sosial 

sahələr üzrə öhdəliklərə riayət olunmasının monitorinqinə, işin  ƏMSSTQ-in 

Ətraf mühit və sosial sahələr üzrə öhdəliklərə uyğunluğunun yoxlanmasına, 

zərurət olduqda islahedici tədbirlərin başlanmasına və izlənməsinə; zərurət 

olduqda müvafiq sənədləşmənin aparılmasına; və tikinti işçilərinə ətraf mühit 

və sosial məsələlər üzrə  məsləhətlərin verilməsinə  və yardımın 

göstərilməsinə görə məsuliyyət daşıyır 




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-3 


 



İctimaiyyətlə 



Əlaqələr üzrə

  Məsul  İşçi(lər)

:  podratçılar və subpodratçılar 

tərəfindən ƏMSSTQ üzrə sosial öhdəliklərin icra olunmasının yoxlanmasına; 

Layihə və Layihənin icrası ilə əlaqədar təsirə məruz qalmış icmalar da daxil 

olmaqla ictimaiyyət arasında münasibətlərin tənzimlənməsi işlərinin həyata 

keçirilməsinə; zərurət olduqda islahedici tədbirlərin başlanmasına və 

izlənməsinə; zərurət olduqda müvafiq sənədləşmənin aparılmasına; və tikinti 

işçilərinə sosial məsələlər üzrə  məsləhətlərin verilməsinə  və yardımın 

göstərilməsinə görə məsuliyyət daşıyır 

o  Mədəni irs üzrə 

Məsul İşçi(lər)

İş sahəsində həyata keçirilən tikinti işlərinin 

monitorinqinin aparılmasına, eləcə  də podratçılar və subpodratçılar 

tərəfindən  ƏMSSTQ üzrə  mədəni irsin qorunması öhdəliklərinin icra 

olunmasının yoxlanılmasına; zəruri olduqda islahedici tədbirlərin 

başlanmasına və izlənməsinə; müvafiq sənədləşmənin aparılmasına; və 

tikinti işçilərinə  mədəni irsin qorunması  məsələləri üzrə  məsləhətlərin 

verilməsinə və yardımın göstərilməsinə görə məsuliyyət daşıyır. 

13.2.2

 

Tikinti işləri üzrə əsas podratçılar 

Tikinti işləri üzrə əsas podratçıdan (podratçılardan) BP şirkətinin tikinti fazası üzrə ƏMSSİS-

nin məsuliyyət daşıdığı aspektlərinə tam riayət etməsi tələb olunur (bax: Cədvəl 13-1). 

Müqavilələrə görə ilkin işlər və əsas işlər üzrə podratçıdan (podratçılardan) Layihə üçün BP 

şirkətinin ƏMSSİS-nə uyğun olan fərdi ƏMSSİS işləyib-hazırlaması tələb olunur. 

 

Podratçılar öz ƏMSSİS-lərinə Layihənin tikinti fazasının ƏMSSİMP-nin (Əlavə “D”) idarəetmə 



planlarına uyğun olan icra planları  dəstini daxil edirlər.  İcra planlarında Podratçıların bu 

ƏMSSTQ-dəki öhdəliklər siyahısında təsbit olunmuş bu ƏMSSİMP üzrə ətraf mühit və sosial 

sahələrə aid öhdəliklərini necə həyata keçirmələri təsvir edilməlidir. 

  

Əsas podratçıların  ƏMSSTQ-də ehtiva olunmuş  ətraf mühit və sosial sahələr üzrə 



öhdəliklərini icra edən və monitorinqini həyata keçirən  ətraf mühit və sosial sahələr üzrə 

qrupa rəhbərlik edəcək tam ştatlı və müvafiq səriştəsi olan ətraf mühit və sosial sahələr üzrə 

menecerlər təyin etmələri tələb olunur. Həmin qrupun tərkibinə ƏMSSİMP-də göstərildiyi kimi 

ən azı  ətraf mühit və sosial sahələr üzrə  məsləhətçilər, ictimaiyyətlə  əlaqələr üzrə  məsul 

işçilər və tullantılar üzrə məsləhətçilər cəlb edilməlidir. 

13.2.3

 

Digər Podratçılar  

ƏMSSİMP-də göstərildiyi halda (bax: Cədvəl 13-1), digər podratçılardan özlərinin iş həcmləri 

ilə bağlı olan xüsusi məsələləri  əhatə edən  ətraf mühit/sosial sahələrin idarə edilməsi 

planlarını  və proseduralarını  işləyib-hazırlamaları  tələb olunacaq. Onlar ƏMSSİMP üzrə 

öhdəliklərinin icra olunmasını təmin etmək üçün müvafiq səriştəsi olan işçi heyəti (məsələn, 

sahə ekoloqları, arxeoloqlar) təmin etməlidir. 



13.3 Tikinti 

Fazasının ƏMSSİS-i 

13.3.1

 

Giri

ş

 

BP  şirkəti və tikinti işləri üzrə podratçı(lar) tərəfindən hazırlanan Layihə  ƏMSSİS-ləri bu 

ƏMSSTQ-ə aid (Əlavə E) öhdəliklərin qeydiyyatı reyestri üzrə götürdüyü ətraf mühit və sosial 

sahələr üzrə öhdəliklərinin həyata keçirilməsi və tikinti mərhələsində Layihənin ətraf mühit və 

sosial sahələr üzrə  fəaliyyətinin uzlaşdırılması  və  nəzərdən keçirilməsi üçün istifadə 

olunacaq.  ƏMSSTQ üzrə öhdəliklərin icrası  ƏMSSİMP-də  əhatə olunmuş idarəetmə 

planlarında  əks etdirilir (bax: Əlavə D). Cədvəl 13-1-də  ƏMSSİMP çərçivəsində  hər bir 

idarəetmə planında əks etdirilən məsələlərin xülasəsi verilmişdir. 

 

BP  şirkətinin  ƏMSSİS-i tikinti dövründə sosial və  ətraf mühit məsələlərinin idarə edilməsi 



konsepsiyasını formalaşdıracaq və  YƏİS-in bir hissəsini təşkil edəcək. Tikinti işləri üzrə 

podratçıların ƏMSSİS üzrə götürdükləri öhdəliklərini necə icra edəcəkləri barədə təfərrüatları 




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-4 


 

göstərmələri tələb olunur. Tikinti üzrə  ƏMSSİS-lər ISO 14001 standartına uğun olmalıdır, 

lakin həmin standarta görə attestasiya olunmaya da bilər. 

 

ƏMSSİS-lər aşağıdakılara xüsusi diqqət yetirməklə öhdəliklərin təcrübədə həyata keçirilməsi 



üçün istifadə olunan əsas mexanizmlər üzərində cəmləşəcək: 

 

  İşçilərin praktiki təlimi və  ətraf mühit və sosial sahələr üzrə  məlumatlılığının 



artırılması 

 Sahədə  ətraf mühit və sosial sahələr ilə bağlı  məsələlərə  nəzarət və monitorinq 

olunması 

 Bütün 


Layihə  ərzində  ətraf mühit və sosial sahələr üzrə  fəaliyyət göstəricilərinin 

davamlı olaraq təkmilləşdirilməsi. 

 

BP  şirkətinin  ƏMSSİS-i və tikinti işləri üzrə podratçıların  ƏMSSİS-i Layihəni həddən artıq 



təfərrüatlı sistemlərlə yükləmədən, ayrılıqda Layihənin həcminə müvafiq olmalı və ətraf mühit 

və sosial sahələr üzrə  fəaliyyət göstəricilərinin idarə edilməsi üçün ən zəruri məsələlərinə 

fokuslanacaq. 

13.3.2

 

ƏMSSİSin Strukturu 

Hər bir ƏMSSİS sistemin əsas elementlərini təsbit etməklə yüksək səviyyəli sənədlə 

(məsələn, konsepsiya) müşayiət olunacaq.  

 

Şəkil 13-1 Layihə  ƏMSSİS-nin ‘planlaşdır, et, yoxla, düzəlt’ dövrəsinin elementləri barədə 



ümumi məlumatı  təqdim edir. Bu sənəd Layihənin  ətraf mühit və sosial sahələrin səmərəli 

idarə edilməsinə cəlb edilmiş əsas işçi heyət arasında ümumi anlaşmanı müəyyən edəcək. 

 

 

Şəkil 13-1: SCPX Layihəsinin ƏMSSİS Elementləri 




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-5 


 

13.3.3 

Planlaşdır

 

Bu dövrənin "planlaşdır" mərhələsi ƏMSSTQ prosesi vasitəsilə olduğu kimi Layihə ilə bağlı 



təhlükələri və riskləri müəyyən etməyi nəzərdə tutur, və bu da Layihə üçün öhdəliklərin 

qeydiyyatı reyestrinin formalaşması ilə  nəticələnir. Planlaşdırma həmçinin hüquqi və digər 

tələbləri (məsələn: hüquqi məsələlər və icazələr reyestrinin işlənib-hazırlanması  və  əsas 

fəaliyyət göstəriciləri (ƏFG-lər) kimi məqsəd və hədəflər) müəyyən edir. 

 

Layihənin öhdəliklər reyestri (bax: Əlavə E) Layihənin kompleks ƏMSSTQ prosesi ərzində 



yaranan öhdəliklərin siyahısını  təqdim edir. Bu reyestr ƏMSSİMP-nin hər hansı müvafiq 

planına uyğun olaraq idarəetmə dövrəsinin “et” mərhələsində  həyata keçiriləcək hər bir 

öhdəliyi müəyyən edir və öhdəlikləri yerinə yetirmək üçün plan hazırlama məsuliyyətinin 

Layihəyə və ya podratçıya aid olub-olmadığını aydınlaşdırır. Əməliyyat fazası üzrə öhdəliklər 

əməliyyatların idarə edilməsi sisteminin tapşırılır. Öhdəliklərin qeydiyyatı reyestri BP şirkətinin 

Layihə boyunca yeniləmək niyyətində olduğu davamlı olaraq yenilənən bir sənəddir. 

 

13.3.4

 

Et 

BP  şirkəti yekun layihələndirmə  və tikinti mərhələləri müddətində ola biləcək hər hansı 

dəyişikliklərin dəqiqliyinin yoxlanılacağı və ətraf mühit, sosial sahə və mədəni irsin qorunması 

məsələləri üzrə hər hansı nəticələrin müəyyən, təsdiq və əhatə ediləcəyi dəyişikliklərin idarə 

olunması prosedurasını tətbiq edəcəkdir. 

13.3.4.1 ƏMSSİMP 

Tikinti fazasının ƏMSSİS-ləri aşağıdakıları təsvir edən ƏMSSİMP-i əhatə edəcək (bax: Əlavə 

D): 

 

 Layihə üçün qanunvericilik bazası 



  Sənaye üzrə beynəlxalq təcrübə üzrə təlimat 

 BP 


şirkətinin və podratçının vəzifə və cavabdehlikləri 

  Ətraf mühit və sosial təsirlərin qarşısının alınması və/və ya azaldılması və ƏMSSTQ 

üzrə öhdəliklərin həyata keçirilməsi üçün lazım olan tədbirlər 

  Ətraf mühit və sosial sahələrdə fəaliyyətin monitorinqi və hesabatvermə tələbləri 

 Yoxlamalar 

və auditlərin həyata keçirilməsi və  fəaliyyətin izlənməsi sistemindən 

istifadə etməklə islahedici tədbirlərin həyata keçirilməsi tələbi. 

 

Bu ƏMSSİMP Cədvəl 13-1-də göstərilən idarəetmə planlarını əhatə edir. Bu cədvəl həmçinin 



hər bir idarəetmə planı ilə bağlı icra planlarının işlənib hazırlanması üçün ümumi 

cavabdehliklər göstərilir. Tikinti işləri üzrə podratçılardan  ƏMSSİMP-dəki idarəetmə 

planlarına müvafiq olan icra planları da daxil olmaqla, ƏMSSİMP-nin işlənib hazırlanması və 

öhdəliklərin necə  həyata keçiriləcəyi və  nəzarət olunacağı barədə  ətraflı  məlumatın təqdim 

olunması  tələb olunur. Tikinti işləri üzrə podratçılar tikinti başlamazdan öncə icra planlarını 

BP  şirkətinə  təsdiq üçün təqdim edir. BP şirkəti podratçıların icra planlarının və müvafiq 

prosedura və  işlərin icrası planlarının BP şirkətinin  ƏMSSİMP-də göstərilən  ətraf mühit, 

sosial və mədəni irs üzrə müvafiq tələblərin nəzərə alınmasını təmin edir. 

 

BP  şirkəti həmçinin fövqəladə cavab tədbirləri planını  və podratçı(lar) da BP şirkətinin 



sənədinə uyğun olan ayrıca fövqəladə cavab tədbirləri planını hazırlayacaq. 

 

ƏMSSİMP hüquqi öhdəlik yaradan bir sənəd deyildir. O, ƏMSSTQ-nin  əsas mətni üzrə 



götürülən öhdəlikləri əks etdirməklə bərabər, Layihə üçün hər hansı bir yeni, dəyişdirilmiş və 

ya  əlavə öhdəliklər yaratmır (və belə bir öhdəlik yaradan kimi şərh olunmamalıdır). Bu 

ƏMSSTQ üzrə qoyulan bütün öhdəliklər üçün optimal mənbə “E” Əlavəsi - Öhdəliklərin 

Qeydiyyatı Reyestridir. ƏMSSİMP bu öhdəlikləri yerinə yetirməyə yardım etmək üçün 

nəzərdə tutulmuş bir vasitədir və tikinti və istismara vermə mərhələsini əhatə etməklə təklif 

edilən CQBKG Layihəsi boyu təkamül edəcəyi ehtimal olunan ”davamlı olaraq yenilənə bilən” 




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-6 


 

sənəd hesab olunur. Planlar ƏMSSTQ-nin layihə sənədinin açıqlanması zamanı tənzimləyici 

və  tərəfdaşlardan alınan rəyləri  əhatə etmək üçün və  zərurət yaranarsa Layihə irəlilədikcə 

yenilənəcək.  ƏMSSİMP Layihənin  ƏMSSTQ üzrə götürülən öhdəliklərin necə  həyata 

keçiriləcəyi və nəzarət olunacağını təklif etməsi barədə təfsilatları təqdim edir. 

 

BP  şirkəti Layihənin layihələndirmə  və tikinti mərhələlərində üçüncü tərəflərlə 



məsləhətləşmələrin səmərəli idarə edilməsini təmin etmək üçün (bax: Əlavə C) layihə üzrə 

ictimai məsləhətləşmə  və açıqlama planını  (İMAP) işləyib hazırlamışdır. BP şirkəti 

planlaşdırılmış işlərin vəziyyətini əks etdirmək üçün zərurət yarandıqca Layihə ərzində İMAP-

ı yeniləmək niyyətindədir. 

 

Cədvəl 13-1: ƏMSSİMP İdarəetmə Planları 

ƏMSSİMP 

Bölməsi 

Plan 

Əhatə olunan məsələlər  

7 Bərpa planı  

 Torpağın üst və alt qatında işlərin idarə edilməsi  

 Tikinti 

ərzində və tikintidən sonra eroziyaya nəzarət (məsələn, 

kəsişmələrdə, dik yamaclarda, xəndək kəsişmələrində)  

 Boru 

kəməri dəhlizinin və su axarları kəsişmələrinin 



layihələndirilmiş bərpası  

 Toxum 


əkilməsi və qoruyucu qatın təmin edilməsi  

8 Ekoloji 

idarəetmə 

planı  


 Ekoloji 

təlim 


 Qorunan 

növlərin və həssas sahələrin yerlərinin müəyyən edilməsi 

 Tikinti 

öncəsi ekoloji tədqiqatlar  

 Tikinti 

dövründə və tikintidən sonra təbii mühitin və növlərin 

mühafizəsi (məsələn: işçi zolağın məhdudlaşdırılması, köçürülmə, 

mövsümi həssas təsirlərə yol verilməməsi, yol hərəkəti ilə bağlı 

məhdudiyyətlər, davranış kodeksi, su mühitinin qorunması) 

 Biobərpa (məs: bitki örtüyünün yenidən əkilməsi, toxumların 

seleksiyası və tədarükü, toxumların əkilməsi metodları, toxumların 

seçilməsi, yenidən əkilmə) 

 Monitorinq 

və hesabatvermə  

9 Tullantıların 

idarə edilməsi 

planı  

 Tullantıların idarə edilməsi üzrə təlim  



 Tullantıların identifikasiyası və təsnifatı  

 Tullantıların qradasiyası və tullantıların minimuma endirilməsi 

strategiyası (yəni mənbədə azaltma, təkrar istifadə, təkrar emal, 

tullantıların yanacaq şəklində təkrar utilizasiyası, tullantıların 

məsuliyyətli atılması) 

 Tullantılarla rəftar (yəni toplanması, çeşidlənməsi və konteynerlər, 

saxlanma və emal, nəqli və sənədləşdirmə, atılması) 

 Monitorinq 

və hesabatvermə  

10 Çirklənmənin 

qarşısının 

alınması planı  

 Çirklənmənin qarşısının alınması üzrə təlim  

 Enerjidən səmərəli istifadə (nəqliyyat vasitəsi və avadanlıq seçimi 

və texniki xidməti) 

 Emissiyalar 

və tozun idarə edilməsi (yəni nəqliyyat vasitələri, 

avadanlıq və generator emissiyaları, tozun idarə edilməsi) 

 Çirkab 

sularının idarə edilməsi (məs: çirkab suyun kənara 

axıdılması, xəndək sularının qurudulması, hidrosınaq suyunun 

atılması, hidrosınaq suyundakı kimyəvi maddələrdən istifadə, 

avadanlıq və nəqliyyat vasitələrinin yuyulması) 

 Çirkab 

sularının emalı və atılması  

  Səs-küyün və vibrasiyanın idarə edilməsi  

 Yağın və kimyəvi maddələrin idarə edilməsi (yəni saxlanması, 

daşınması və dağılmaların qarşısının alınması)  

 Çirklənmiş torpağın təmizlənməsi  

  Təhlükəli maye tullantılarının idarə edilməsi  




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-7 


 

ƏMSSİMP 

Bölməsi 

Plan 

Əhatə olunan məsələlər  

 Monitorinq 

və hesabatvermə 

11 Resursların 

idarə edilməsi 

planı  


  Təlim (o cümlədən enerjidən səmərəli istifadə və sudan istifadənin 

minimuma endirilməsi) 

 Daş materiallarının idarə edilməsi (tələbin müəyyənləşdirilməsi

karxanaların və qrunt ehtiyatlarının müəyyənləşdirilməsi, 

nəqletmə, üçüncü tərəflərə nəzarət)  

 Suyun 


idarə edilməsi (su təchizatı, hidrosınaq suyunun axıdılması 

12 Tikinti 

düşərgəsinin 

idarə edilməsi 

planı 

 Tikinti 



düşərgəsi hazırlandıqdan öncə yerli icmalarla 

məsləhətləşmə  

 Düşərgəyə girişin və obyektlərdən istifadə olunmasının 

məhdudlaşdırılması  

  Təlim (o cümlədən düşərgənin qaydaları üzrə təlimatlandırma 

kursu və yerli və həssas məsələlər barədə məlumatlılıq) 

 Düşərgənin qaydaları (məsələn, nizam-intizam və alkoqoldan, 

narkotik maddələrdən istifadənin qadağan olunması; səs-küylü 

işlər və qeyri-qanuni işlər, icmalarla əlaqələr, etnik gərginliklər, 

bazar tarazlığının pozulması və yoluxucu xəstəliklər)  

13 

İnfrastruktur 



və xidmətlərin 

idarə edilməsi 

planı  

  İnfrastrukturun korlanması (nəqletmə; elektrik enerjisi; suvarma) 



 Layihə işləri nəticəsində icmanın infrastrukturunun zədələnməsinin 

qarşısının alınması və təmir işləri  

  İcmalara və ayrı-ayrı insanlara vurulan zərərlərin idarə edilməsi  

14 


İcmalarda 

sağlamlıq, 

əməyin 

təhlükəsizliyi 



və mühafizə 

planı  


  İşçi-icma qarşılıqlı əlaqələri (məsələn, yoluxucu xəstəliklərin 

yayılması) 

 Tikinti 

sahələrinin idarə edilməsi (məsələn, boru xətti dəhlizinə və 

açıq xəndəklərə daxil olma qaydaları)  

 Yol 


hərəkətinin təhlükəsizliyi (məsələn, kəndlərdən keçən 

nəqliyyatın hərəkətinə nəzarət) 

15 

İctimaiyyətlə 



əlaqə planı 

  İctimaiyyətlə əlaqələr üzrə məsul işçi (İƏMİ) üçün tələblər 

  İcmalarla, torpaq sahibləri ilə və torpaq istifadəçiləri ilə yaxşı 

əlaqələrin saxlanması (məsələn, görüşlər, şikayətlərin idarə 

edilməsi prosedurası)  

  İcmalara yanaşma 

16 Yerli 

əhalinin 

işə 

götürülməsi və 



təlim planı  

 Tikinti 

fazası üzrə işçi qüvvəsi üçün yerli əhalinin işə götürülməli  

  Səriştələr və SƏTƏM üzrə təlim (bütün işçilər üçün) 

17 Tədarük və 

təchizat planı  

  Yerli mal və xidmətlərin tədarükünün maksimuma çatdırılması  

  Tədarük prosesinin şəffaflığı  

18 Mədəni irsin 

idarə edilməsi 

planı 

  Mədəni irsə təsirlərin qarşısının alınmasının təmin edilməsi  



 Qarşısının alınması mümkün olmayan yerdə mədəni irsə təsiri 

azaltmaq üçün yüngülləşdirici tədbirlər  

 Tikinti 

zamanı mədəni irs ərazilərinin qorunması  

 Monitorinq 

və nəticələr haqqında hesabatvermə  

19 Torpaq 

sahələrinin 

idarə edilməsi 

planı 


  Əlavə torpaq sahəsinin qiymətləndirilməsi  

 Tullantı poliqonu və qrunt ehtiyatı 

 Torpaq 

sahələrinin ayrılmasına və kompensasiyaların 

ödənilməsinə dair tələblər  

 Monitorinq 

və hesabatvermə 

 

13.3.4.2 Təlim 

ƏMSSİS dövrəsinin ‘et’ mərhələsində,  ƏMSSTQ öhdəliklərinin müvəffəqiyyətli icrası üçün 

təlim olduqca vacibdir.  

 



 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-8 


 

Təklif edilən CQBKG Layihəsinin tikinti işləri nisbətən qısamüddətli olacaq, belə ki, effektiv 

təlimin təmin edilməsi üçün ətraf mühit və sosial tələblərin əvvəlcədən müəyyənləşdirilməsi 

olduqca vacibdir. Əsas təlim elementləri aşağıdakılardır: 

 

  Rəhbərlik tərəfindən keçirilən brifinqləri  



 BP 

şirkətinin, tikinti işləri üzrə podratçının və subpodratçının işçi heyəti üçün 

təlimatlandırma kursu 

  Təlimatlandırma söhbətləri. 

 

Rəhbərlik tərəfindən keçirilən brifinqlər 

Ətraf mühit və sosial sahələr üzrə  təlim kursu BP şirkətinin layihə idarəetmə qrupuna 

ƏMSSİMP barədə ümumi məlumatı  və  vəzifələri, cavabdehlikləri və Layihə standartlarını 

başa düşməyə yardım edəcək. 

 

Podrat müqaviləsi bağlanmasının ardından  ətraf mühit və sosial sahələr üzrə ikinci təlim 



kursu vasitəsilə BP şirkətinin layihə idarəetmə qrupuna və tikinti podratçılarının "rəhbər 

işçilərinə”  ƏMSSİMP-də göstərilən tələblərin icra olunması üçün uzlaşdırılmış yanaşmanı 

mənimsəmənin təmin olunmasına və BP şirkətinin  ətraf mühit üzrə müsbət nəticələrə nail 

olunması  və ictimaiyyətlə doğru  əlaqələrin yaradılması üzrə öhdəliyinin icra olunmasını 

çalışılacaq. 

 

ƏMSSİMP üzrə təlimatlandırma kursu:  

 Yerli 

işəgötürmə və təlim planı tikinti işçi qüvvəsi üçün giriş təlimatlandırma kursunun 

(Azərbaycan və ya ingilis dillərində, tələbdən asılı olaraq) təmin olunmasını nəzərdə 

tutur. O, həmçinin tikinti işçi qüvvəsi üçün ƏMS və peşəkar təlimin (təlimatlandırma 

söhbətləri də daxil olmaqla) verilməsini şərtləndirir 

 

 Tikinti 



düşərgəsinin idarə olunması planı düşərgədə mühafizə, sağlamlıq və  əmək 

təhlükəsizliyi, davranış qaydaları, yerli mədəni həssaslığı  və düşərgənin təcili 

evakuasiya planını  əhatə edəcək düşərgədə  təlimatlandırma kursunun keçirilməsini 

tələb edir. 

 

Layihənin bütün tikinti heyəti üçün iş sahəsində hər kəs üçün ümumi olan əsas tələbləri izah 



edəcək  ətraf mühit və sosial sahələr üzrə  təlimatlandırma kursu keçirilməlidir. Bu 

təlimatlandırma kursu əyani təqdimat (qrafika, illüstrasiyalar, sxemlər, fotoşəkillər və s.) və 

sadə, aydın mesajlar şəklində olmalıdır.

 

 



Təlimatlandırma söhbətləri 

Peşəkar təlim kursunun bir hissəsi olaraq tikinti podratçısı (podratçıları) tərəfindən təmin 

olunan təlimatlandırma söhbətlərindən savayı, BP şirkətinin ətraf mühit və sosial sahələr üzrə 

məsləhətçiləri, ictimaiyyətlə  əlaqələr üzrə  məsul işçiləri (İƏMİ) və  mədəni irsin qorunması 

üzrə məsul işçiləri vəzifələri ilə bağlı olan ətraf mühit və sosial sahələr üzrə xüsusi təsirlərin 

qarşısını almaq və ya azaltmaq, xüsusən də  təsirlər  əhəmiyyətli olduqda və ya tələblər 

ümumi təlimatlandırma kursu ilə  əhatə olunmayan halda onları BP şirkətinin öhdəlikləri 

barədə  məlumatlandırmaq üçün podratçı  və subpodratçıların işçi heyəti üçün söhbətlər 

aparacaqlar. Bu, aşağıdakı işlərə cəlb edilmiş işçi heyətə şamil edilə bilər: 

 

 Tikintidən qabaq qeyri-qanuni şəkildə atılan tullantıların və çirklənmiş torpağın 



təmizlənməsi 

 Boru 


kəməri dəhlizinin və obyektin iş sahəsinin (arxeoloji maarifləndirmə , ərazinin 

çəpərlənmə ilə mühafizəsi; boru kəməri dəhlizindən və işçi sahələrdən kənarda olan 

ərazilərə çıxmama və həssas reseptorlara təsadüfi müdaxilənin qarşısının alınması; 

torpağın üst qatının düzgün saxlanması; və  həssas faunanın köçürülməsi kimi 

məsələləri əhatə edir) hazırlanması 

 Boru 


kəmərinin endirilməsi və çəkilişi (düzgün kipləşdirmə, düzləndirmə və torpağın 

üst qatının dəyişdirilməsi üçün proseduralar kimi məsələləri əhatə edir) 




 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-9 


 

  Dəmir yolu, avtomobil və çay keçidlərinin tikintisi (bu sahələrdə tikinti və bərpa üçün 

xüsusi proseduralar və xüsusilə  də, su axarları keçidlərində çirklənməyə  nəzarət 

barədə məlumatlılığın və təlimin genişləndirilməsi və gücləndirilməsi kimi məsələləri 

əhatə edir) 

 Hidrostatik sınaq (çirklənmənin qarşısının alınması  və eroziyaya nəzarət kimi 

məsələləri əhatə edir) 

  Nəqliyyat vasitələrinin idarə olunması (nəqliyyat vasitələrinin marşrutları, təhlükəsiz 

idarə edilməsi və texniki xidməti kimi məsələləri əhatə edir).   

13.3.5

 

Yoxla 

13.3.5.1 Monitorinq, yoxlamalar, hesabatvermə və təftişlər 

ƏMSSİMP  ətraf mühit və sosial sahələr üzrə  fəaliyyət göstəriciləri üçün əsas göstəriciləri 

müəyyən edir. Podratçıların icra planlarında bu göstəricilər üzrə monitorinq məlumatlarının 

toplanması və hesabat şəklində BP şirkətinə təqdim edilməsi tələb olunur. 

 

ƏMSSİMP-dəki bəzi idarəetmə planları çirklənməyə  nəzarət, tullantıların saxlanması  və yol 



hərəkəti kimi müəyyən gündəlik məsələlərin sənədləşdirilən mütəmadi (həftəlik və s.) 

təftişlərinin keçirilməsini tələb edir. Bu təftişlərin nəticələrinin BP şirkətinə bildirilməsi üçün 

podratçıların icra planlarında yoxlamalar üçün standart formaların hazırlanması tələb olunur. 

Bundan  əlavə, müəyyən tələblərə (məsələn, boru kəməri dəhlizi boyunca sürət həddinə 

riayət olunma) işçilər sahələr  ətrafında səyahət edərkən aparılan  ən yaxşı qeyri-rəsmi 

gündəlik müşahidələr vasitəsilə nəzarət edilir. 

 

Bu ƏMSSİS ilə tələb edilən hesabatların miqdarı Layihənin miqyası və müddəti ilə mütənasib 



olacaq. Tikinti podratçısından (podratçılarından)  ətraf mühit və sosial sahələr üzrə aylıq 

ümumi hesabat hazırlamaq və baxılması üçün BP şirkətinə  təqdim etmək tələb olunur. 

Hesabata aşağıdakıları əhatə edir: 

 

  ƏFG məlumatları (məsələn, tullantı  həcmləri, növləri və atılması; alınmış  və  həll 



olunmuş şikayətlər) 

 Görülən işlər (məsələn, tədqiqatlar, köçürülmə, icmalarla görüşlər, sahə yoxlamaları 

və alınan nəticələr) 

 Yoxlamalar 

zamanı aşkar olunmuş uyğunsuzluqların vəziyyəti 

  İşlər həyata keçirilən dövrdə ortaya çıxan ətraf mühit, sosial və mədəni irs məsələləri 

(məsələn, aşkar olunan çirklənmiş torpaq sahələri, arxeoloji tapıntılar və ekoloji 

məsələlər).  

 

Tikinti podratçısından (podratçılarından)  ətraf mühit və ya sosial sahələrlə bağlı  hər hansı 



”bədbəxt hadisə” və “sovuşmuş  xəta” (məsələn, dağılmalar, çirklənmə halları,  ətraf mühitə 

ziyan, qəzalar, icmaların və qonşuluqda yaşayanların  şikayətləri) baş verdikdən sonra fərdi 

hesabatlar hazırlamaq və BP şirkətinə təqdim etmək tələb olunur. 

 

BP şirkəti və tikinti podratçısı (podratçıları) ƏMSSİMP üzrə öhdəliklərinin icrasının gedişinin 



və fəaliyyət göstəricilərinin və ətraf mühit və sosial təsirlərin aradan qaldırılması üçün həyata 

keçirilən təsirin azaldılması tədbirlərinin səmərəliliyinin izlənməsi üçün təftişlər keçirəcək. Bu 

təftişlərin qrafiki podrat müqaviləsi bağlandıqdan sonra müəyyənləşdiriləcək, lakin məqsəd 

tikinti mərhələsində podratçıların ƏMSSİMP-nin bütün elementlərini təftiş etmək olacaq. Fərdi 

öhdəliklər üzrə təftişlərin keçirilmə intervalları müntəzəm olaraq nəzərdən keçiriləcək və təftiş 

nəticələrinin nəzərə alınması üçün zərurət olduqda düzəlişlər ediləcək. 

 

BP  şirkəti həmçinin xüsusi narahatlıq doğurduğu hesab olunan ona məlum olan hər hansı 



məsələlər üzrə planlaşdırılmayan təftişlər həyata keçirəcək. 


 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-10 


 

13.3.6

 

İşlə 

13.3.6.1 İslahedici tədbirlər 

Bölmə 13.3.5-də təsvir edilən yoxlama və təftiş prosesləri uyğunsuzluq hesabatları (UH) və 

islahedici tədbirlər üçün sorğularla (İTS) sənədləşdiriləcək. BP şirkəti və podratçı (podratçılar) 

UH və İTS qarşılığında görülən tədbirlərin effektivliyinə nəzarət etmək üçün fəaliyyəti izləmə 

sistemini işləyib hazırlayacaq və həyata keçirəcəkdir. 

 

BP  şirkətinin ətraf mühit üzrə  məsləhətçiləri,  İƏMŞ-lər və  mədəni irs nəzarətçiləri islahedici 



tədbirlərin icrasını izləyəcək və gündəlik olaraq tikinti üzrə meneceri və ətraf mühit və sosial 

sahələr üzrə menecerini haqqında tədbirlərin görülməsini tələb edən uyğunsuzluqlar barədə 

məlumatlandıracaq. 

13.4  Əməliyyat Fazasının ƏMSSİS-i 

BP  şirkəti CQBKG boru kəməri sistemini, ərsin-buraxma stansiyasını  və blok klapan 

stansiyalarını əməliyyatların ISO 14001 üzrə sertifikatlaşmış ətraf mühit və sosial idarəetmə 

sisteminə uyğun istismar edəcək və buna görə  də ‘planlaşdır, et, yoxla, düzəlt’ dövrəsinə 

əsaslanacaq.  Əməliyyatlar üzrə  ƏMSSİS CQBKG əməliyyatları başlamazdan öncə 

hazırlanacaq və tikinti mərhələsindən  əməliyyat mərhələsi üzrə  ƏMSSİS-ə keçidi 

asanlaşdırmaq üçün keçid planları işlənib hazırlanacaq. 

 

Tikintinin idarə edilməsi sistemində olduğu kimi Əməliyyatların ƏMSSİS-inin əsas funksiyaları 



aşağıdakılardan ibarət olacaq: 

 

  CQBKG-nin müvafiq hüquqi və  tənzimləyici normalara və BP şirkətinin siyasətinə 



uyğun istismar olunması 

 

ƏMSSTQ-lərdə əməliyyatlarla bağlı götürülmüş öhdəliklərin icrası. 



 

ISO 14001 ətraf mühitin idarə edilməsi sistemini əks etdirən idarəetmə sistemi vasitəsilə 

CQBKG həyata keçirdiyi işlərin  ətraf mühit və sosial aspektlərini və  təsirlərini müntəzəm 

olaraq qiymətləndirəcək; hər hansı  əhəmiyyətli aspektlərlə bağlı  tədbirlərin görülməsi üçün 

məqsəd və  hədəfləri işləyib hazırlayacaq; işçilərin seçimi və  təlimini müvafiq surətdə 

keçirəcək; və  əhəmiyyətli təsirləri tənzimləmək üçün həyata keçirdiyi işlərdəki nailiyyətlərə 

nəzarət edəcək və  təftişini aparacaq. Bu sistem fəaliyyət göstəricilərinin davamlı 

təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə icra olunacaq. 

 

ISO 14001 tələblərinə cavab verən Əməliyyatlar üzrə ƏMSSİS-in əsas komponentləri Cədvəl 



Cədvəl 13-2-də göstərilmişdir. 

 

Cədvəl 13-2: ISO 14001 ƏMİS Öhdəlikləri 



ISO 14001 EMS Komponentləri 

1. ƏMİS üzrə Ümumi Tələblər  

10. ƏMİS Sənədləşməsi  

2. Ətraf Mühit Siyasəti 11. 

Sənədlərə Nəzarət 

3. Ətraf Mühit üzrə Aspektlər 

12. Operativ nəzarət  

4. Hüquqi və digər tələblər  

13.  Fövqəladə hallara hazırlıq və cavab 

tədbirləri  

5. Məqsədlər və Hədəflər 

14. Monitorinq və Ölçmə  

6. Ətraf Mühitin İdarə edilməsi 

proqramları  

15. Uyğunsuzluqlar və islahedici tədbirlər  

7. Struktur və Cavabdehlik 

16. Uçot 

8. Təlim və Məlumatlılıq  

17. Ətraf mühitin idarə edilməsi sisteminin 

Təftişi 


9. İctimaiyyətlə Əlaqələr  

18. Rəhbərlik tərəfindən aparılan yoxlamalar  

 



 

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan  

Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi  

Son variant 

 

İdarəetmə və Monitorinq  



 

13-11 


 

İdarəetmə sistemi əsaslı olduğu halda mövcud AÇG Boru Kəmərləri üzrə  ƏMSSİS-ə 

inteqrasiya olunacaq. ƏMSSTQ çərçivəsində olan əməliyyatlar üzrə öhdəliklər idarəetmə 

(sistemi) vasitəsilə həyata keçiriləcəkdir. 

 

Aşağıdakı mövcud planlar CQBKG-ni özündə birləşdirmək üçün yenilənəcək və ya zərurət 



olduqda yeni planlar hazırlanacaq: 

 

 Emissiyaların idarə edilməsi 



  İcmalarla əlaqələr, əmək təhlükəsizliyi infrastrukturu və xidmətlər 

  İşəgötürmə və təlim 

 Tullantıların idarə edilməsi 

 Ekoloji 

idarəetmə və monitorinq 

  Mədəni irsin idarə edilməsi 

 Yerli 

tədarükün və təchizatın idarə edilməsi. 

 

Bundan əlavə yeni boru seksiyasının və yeni obyektlərin yerləşməsi ilə əlaqədar olaraq CQB 



üzrə mövcud Fövqəladə Cavab Tədbirləri Planını (FCTP) nəzərdən keçiriləcək və düzəlişlər 

ediləcək.  



13.5  İcma İnkişaf Təşəbbüsü (İİT) 

2003-cü ildən bəri BP şirkəti və onun BTC və CQBK boru kəmərləri layihələri üzrə 

tərəfdaşları BTC və CQBK boru kəmərləri boyu Layihə işləri nəticəsində təsirə məruz qalmış 

icmalar üçün geniş icma inkişaf təşəbbüsünü icra etmişdir (İİT) – (əvvəllər icmaya sərmayə 

proqramı, İSP kimi istinad olunurdu). 

 

İİT-nin  əsas məqsədi icmalarda sosial-iqtisadi inkişaf vasitəsilə boru kəməri marşrutunun 



keçdiyi ərazilərdəki icmalar ilə yaxşı münasibətlərin qurulması və saxlanmasıdır. 

 

BP şirkətinin və onun tərəfdaşlarının ölkədə icmaların həyat keyfiyyətinin yaxşılaşdırılmasını 



dəstəkləmək öhdəliyinin olduğunu qəbul edərək və  tərəfdaşların inkişaf strategiyasına 

əsaslanaraq , 2012-ci ilin aprel ayında tamamlanmalı olan İİT-nin üçüncü mərhələsi başa 

çatdıqdan sonra BTC və CQBK boru kəmərləri boyu İİT-nin dəstəklənməsinin davam 

etdirilməsinə dair qərar qəbul olunmuşdur. 

 

Başlanması 2012-ci ilin may ayında planlaşdırılan  İİT proqramının 4-cü mərhələsi CQBKG 



Layihəsi üzrə  işlərin həcmini nəzərə alacaq. Bu da İİT-dən faydalanan icmaların sayının 

artmasına gətirib çıxara bilər, belə ki, həmin proqram həm də CQBKG Layihəsinin təsirinə 

yeni məruz qalmış icmaları da əhatə edəcək. 

 

Ölkə xüsusiyyətlərini və  İİT-nin  əvvəlki mərhələlərində artıq  əldə edilmiş  nəticələri nəzərə 



alaraq icma proqramları, sahibkarlığın inkişafı, enerjidən səmərəli istifadə və yerli tərəfdaşlar 

üçün imkanların artırılması növbəti tədbirlərin görülməsi üçün ən  əlverişli sahələr hesab 

olunur. Təsirə məruz qalmış yeni icmalar müəyyənləşdirildiyi halda, proqram üzrə tədbirlərin 

görülməsini tələb edən əsas sahələrin və daha geniş ərazini əhatə edən İİT ilə yanaşmanın 

davamlılığını  təmin etmək məqsədilə metodologiyanın müəyyənləşdirilməsi üçün yenicə 

təsirə  məruz qalmış icmalarda ayrıca olaraq ehtiyacların qiymətləndirilməsi həyata 



keçiriləcək. 

Document Outline

  • Blank Page

Yüklə 133,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə