Ruzgar” Ekoloji İctimai Birliyi



Yüklə 8,1 Kb.
tarix25.06.2018
ölçüsü8,1 Kb.
#51805



ruzgar_logoRuzgar” Ekoloji İctimai Birliyi

Tel: 5394113, 050-3207816, E-mail: imustafayev@mail.ru

“Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsi çərçivəsində Şəki şəhərində 17 iyun 2016-cı il tarixdə keçirilən Dəyirmi Masanın



PRES-RELIZİ

“Ruzgar” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği” Layihəsini yerinə yetirir. Layihə İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir və 7 ay müddətində bu ərazilərdə icmalar, fermerlər, bələdiyyələr, meşə təsərrüfatı işçiləri və əhalinin digər təbəqələri arasında meşə yanğınlarının ətraf mühitə, iqtisadiyyata və insan sağlamlığına mənfi təsiri haqqında məlumatlandırma və maarifləndirmə kampaniyasına həsr olunmuşdur.

17 iyun 2016-cı il tarixdə Şəki Regional Elm Mərkəzində “Ruzgar” EİB Layihəsi çərçivəsində “Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Tədbir Şəki Regional Elmi Mərkəzi ilə birgə təşkil edilmişdir. Tədbirin açılışında REM-in direktor müavini , b.e.n. Fərhad Əzizov və “Ruzgar” EİB-nin eksperti T.Haqverdiyeva açılış nitqi söyləmiş və Layihənin region üçün əhəmiyyətindən bəhs etmişlər. Layihənin koordinatoru İ.Mustafayev Layihə haqqında məlumat vermiş, onun məqsəd və vəzifələri, icra mexanizmi və həyata keçirilən tədbirlərdən danışmışdır. Layihə eksperti, t.e.n. Ş.Danyalov “Meşə yanğınlarına qarşı mübarizə: Qabaqlayıcı tədbirlər, söndürülməsi və nəticələrinin aradan qaldırılması. QHT-in rolu” mövzusunda ətraflı məruzə etmişdir. REM-in direktor müavini , b.e.n. Fərhad Əzizov “Şəki –Zagatala regionunda meşə yanğınları və onların biomüxtəlifliyə təsiri” mövzusunda təqdimatda Şəki-Zaqatala zonasında biomüxtəlifliyin xüsusiyyətləri və baş verən yanğınların biomüxtəlifliyə təsirindən bəhs etmişdir. Son illər baş verən yanğınların və ətraf mühitə dəyən ziyanın dinamikasını şərh etmişdir.

Yekunda Dəyirmi Masa iştirakçılarının hər biri müzakirə olunan mövzuya öz münasibətini bildirmiş, yekdilliklə Layihənin region üçün əhəmiyyətindən bəhs etmiş, bu problemin həllində əhalinin geniş kütlələrinin məlumatlandırılması və maarifləndirilməsinin əhəmiyyətinin vacib olmasını qeyd etmişlər.

Əlavə məlumatlar: Birliyin sədri –İslam Mustafayev

Tel/Fax: 99412-5394113 (ofis)

Mob: 99450-3207816

E-mail: imustafayev@mail.ru



Web-page: http://ruzgar-ngo.org
Yüklə 8,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə