Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə1/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
  1   2   3   4   5   6   7   8   9   ...   194


TELMAN HÜSEYNOV 

Azərbaycan Respublikasının əməkdar iqtisadçısı, 

iqtisad elmləri doktoru, professor, 

Азярбайжан Республикасынын ямякдар мцяллими 



 

 

 

 

 

 

 

 

 

FİRMANIN 

İQTİSADİYYATI 

D ə r s l i k 



 

 

 

 

 

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 

982 saylı 10.08.2009-cu il tarixli əmrinə əsasən 

ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir. 

 

 

 



 

 

 



 

 

Bakı-2009 



 


 

 

 

 

Rəyçilər: Azərbaycan Dövlət Neft Akademiyasının 

 «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecmenti» 

 kafedrasının müdiri, i.e.d., prof. Müşfiq Atakişiyev 

  

Azərbaycan Dövlət İqtisad Universitetinin 

«Biznesin təşkili» kafedrasının müdiri, 

i.e.d., prof. Alıcan Abbasov 

 

 



Redaktor: i.e.n., dos. Bağış Əhmədov 

 

 

 Telman Əlihüseyn oğlu Hüseynov 

 Firmanın iqtisadiyyatı (dərslik). 

 Bakı, Azərnəşrin qrifi ilə çap olunub, 2009-cu il, 600 səhifə.  

 

 

Dərslikdə sahibkarlığın və bazar iqtisadiyyatının  əsas və ilkin subyekti, 



ölkənin sosial-iqtisadi inkişafında həlledici rolu olan firmanın iqtisadi məsələləri 

şərh olunmuşdur. Bununla bağlı istehsal firmasının iqtisadiyyatına aid olan 

anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqların vasitəsilə onun 

fəaliyyəti öyrənilir və  təhlil olunur. Firmanın təşkilatı formalarına (hüquqi, 

iqtisadi) baxılır, kompleks şəkildə resurs təminatı, innovasiya və qiymət siyasəti, 

istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, mar-

ketinq və investisiya fəaliyyəti, maliyyəsi və xarici iqtisadi əlaqələri şərh edilir.  

Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan firma ilə makroiqtisadiy-

yatın analoq təşkil edən məsələlərinə - zərurət yarandığı hallarda - birgə ba-

xılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir. 

Müəssisə  və firmanın iqtisadiyyatı haqqında biliklərin tələbə  tərəfindən 

mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı-mütəxəssis kimi forma-

laşmasında müstəsna əhəmiyyəti vardır.  

 



 

Dərslik iqtisad profilli ali məktəblərin bakalavriatura təhsil mərhələsinin 

tələbələri üçün yazılmışdır. Ondan aspirantlar, müəllimlər və habelə istehsal 

firmalarının və sənaye müəssisələrinin işçiləridə istifadə edə bilərlər. 

 




 

M Ü Q Ə D D İ M Ə 

 

Dünyanın qabaqcıl ölkələrinin sosial-iqtisadi inkişafında hər bir 



elmin, xüsusilə  təbiət elmlərinin rolu, əvvəllər olduğu kimi, indi də 

və gələcəkdə də həlledici amil kimi öz rol və əhəmiyyətini saxlaya-

caqdır. Təbiət elmlərinin cəmiyyətin bazisində etdiyi keyfiyyət dəyi-

şiklikləri başqa elm sahələrinin də – ictimai elmlərin də – o cümlədən

iqtisad elminin də ictimai-iqtisadi proseslərdə iştirakını zərurətə çevir-

mişdir. Baş verməkdə olan iqisadi və sosial proseslər haqqında bilik-

lərin toplanması  və onların sistemləşdirilməsi – elmin yaranması – 

həmin proseslərin idarə edilməsində, onların – lazım gələrsə – səmtinin 

dəyişdirilməsində, sürətləndirilməsi və ya ləngidilməsində iqtisad el-

mi müstəsna rola malikdir. Bunlarsız elmi-texniki tərəqqinin səbəb 

olduğu keyfiyyət və kəmiyyət dəyişiklikləri nəzarətdən çıxa, insanla-

rın onları idarəetmə imkanları məhdudlaşa bilər.  

Sovetlər  İttifaqı kimi nəhəng bir imperiyanın süqutu və bununla 

əlaqədar olaraq, həmin məkandakı ölkələrin bir iqtisadi sistemdən – 

sosializmdən – digərinə, yəni bazar iqtisadi sisteminə keçməsi iqtisa-

di proseslərə yenidən, başqa prizmadan baxmağı gündəmə gətirmiş-

dir. Bu gün həmin məkanda siyasi baxımdan müstəqil, iqtisadi ba-

xımdan isə suveren respublikalar yaranmış  və onlar tədricən dünya 

təsərrüfat sisteminə inteqrasiya olunmaqdadırlar. Bu qəbildən olan 

ölkələrdən biri də Azərbaycan Respublikasıdır.  

18 il öncə siyasi müstəqillik qazanan Azərbaycan ictimai həyatın 

bütün sahələrində – iqtisadi, siyasi, elm və təhsil, incəsənət, idman və 

s.-də – ciddi naliyyətlər  əldə etmişdir. Ölkəmiz üçün xüsusilə XXI 

əsrin başlanğıc illəri, xüsusilə, 2003-ildən bu yana olan dövr daha 

çox uğurlu olmuşdur. Azərbaycan, özünün iqtisadi inkişafı və sosial 

tərəqqisinə görə, dünyanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur.  



Bütün başqa amillərlə yanaşı Azərbaycanın iqtisadi artım sürə-

tinə görə dünyanın lider ölkəsinə çevrilməsinin bir səbəbi də ölkə-

mizin Ulu Öndər Heydər Əliyev tərəfindən işlənmiş sosial-iqtisadi 

inkişaf konsepsiyasıdır və həmin strateji proqram hal-hazırda da 

çox uğurla reallaşdırılmaqdadır. Bir tərəfdən uğurlu iqtisadi siyasət 

və digər tərəfdən aparılan bazar yönümlü islahatlar Azərbaycan Res-

publikasının iqtisadi inkişafının dönməzliyini təmin etmişdir.  



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə