«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L



Yüklə 68,93 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü68,93 Kb.
#12326


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

12 



Z Ü M R Ü D      Q U L U Z A D Ə 



 



 

XXI əsr. Mənəvi mədəniyyət tarixinin tədqiqi zamanı prioritetlərin 

seçimi 



 



 

Məqalənin əlaqəli və bir – birini tamamlayan bölmələri diqqəti XXI əsrin 

əvvəlində mədəniyyət tarixinin tədqiq və təqdimində   

bəzi prioritetlərə yönəldir 




 

 

Açar sözlər: mənəvi mədəniyyət tarixi, Şərq – Qərb, tədqiqat prioritetləri. 



Keywords:

 

History of spiritual culture, East - West, research priorities.   



Ключевые  слова:  история  духовной  культуры,  Восток  –  Запад, 

приоритеты исследования. 

 

§.1.  XXI  əsr.  Fənlərarası  elmi  tədqiqatların  metodologiyası  olan  fəlsəfənin 

kateqorial anlamlarının məzmunları haqqında təsəvvürlərin müasir dövrün elmi 

kəşf və fərziyyələri ilə uzlaşdırılması.   

Rasional  idrakın  imkanlarının  məlum  olan  məhdudluğu  və  varlığın   

mürəkkəbliyi  tarixən  müxtəlif  fəlsəfi  konsepsiyaların  yaranmasına,  elm  və 

fəlsəfənin  əsas  anlayışlarının  məzmununun  təşəkkülünə,  o  cümlədən  “xaos”, 

“dərkedilməz”,  “paranormal”  və  s.  kimi  anlayışların  ortaya  çıxmasına  səbəb 

oldu. 


Hazırda təbiət və dəqiq elmlər (astronomiya, fizika, kimya, genetika, tibb, 

psixologiya və s.) sahəsində son kəşflər və fərziyyələr, kodlanmış maddə, Xiksın 

bozonu,  plazmoidlər,  “qan  xəritəsi”  və  s.  və  i.a.,  həmçinin  mənəvi  mədəniyyət 

tarixi  sahəsində  kəşflər,  kəsrətin  (çoxluğun)  vəhdətdə  təmsili  sistemi  olan 

varlıq  və  onun  idrakı  haqqında  fundamental  təsəvvür  və  anlayışların 

                                                           



 

Fəlsəfə  elmləri  doktoru,  AMEA  Fəlsəfə  və  Hüquq  İnstitutunun  “Fəlsəfə  və  ictimai  fikir  tarixi” 

şöbəsinin  aparıcı  elmi  işçisi,  “Şərq  fəlsəfəsi  məsələləri”  jurnalının  Baş  redaktoru. 

zumrudkulizade@hotmail.com         



 

Mədəniyyət tarixi”anlayışı keçmiş kimi hazırki zamanı da ehtiva edir; belə ki, dünənki gün bu gün 



artıq tarixdir. 




  Müasir  elmin  varlığın  idrakı  sahəsindəki  məlumatları  elmi  və  fəlsəfi  təsəvvür  və  anlamların 

qarşılıqlı bir-birini təshihi, universallıq və rasional-irrasional idrakın hazırki vəziyyətindən çıxış edərək 

bəlkə də, əzəldən real-irreal, maddi-ideal, dərk edilən-dərkedilməz varlıq materialist, idealist, dualist 

fəlsəfi  konsepsiyalarla    deyil,  vəhdət  və  (vəhdətin  çoxluqda,  çoxluğun  isə  vəhdətdə  təzahürünü 

nəzərə  alaraq)  ümumvəhdət  konsepsiyasına  əsaslanaraq  olduğu  kimi  (adekvat)  dərk  edilə  bilər;  bu 

nəzəriyyəyə  görə  təzahür  formasından  asılı  olmayaraq  maddi  və  mənəvi  əzəli  və  daimi 

vəhdətdədirlər. 

 



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

13 



məzmununun  köklü  şəkildə  yenidən  nəzərdən  keçirilməsi  zərurətini  yaradır. 

“Varlıq”,  “yoxluq”,  “maddi”,  “ideal”,  “obyektiv”,  “subyektiv”,  “xaos”, 

“paranormal”,  “inkişaf”,  “etnos”,  “tarix”,  əxlaqi  və  hüquqi  kateqoriyalar  və  s. 

kimi  dünyagörüşünü  müəyyən  edən  anlayışların  məzmunlarına  keyfiyyətcə 

yeni baxış tələb edilir. 

Deyilənlərə  əsasən,  mümkün  ki,  hazırda  varlıq  haqqında  təlim  və 

fənlərarası  tədqiqatların  ümumnəzəri  metodologiyası  olan  fəlsəfi  konsepsiya 

kimi təzahür formasından (Allah, Ruh, ideya, iradə və s. və maddinin müxtəlif 

formaları)  asılı  olmayaraq  maddə  və  ideal  başlanğıcın  əzəli  vəhdətini  qəbul 

edən ümumvəhdət fəlsəfi konsepsiya ilə bahəm dialektika, komparativistika və 

idrak  prosesində  birmənalılıq  və  radikalizmdən  uzaqlaşdıran  Lütfi  Zadənin 

məşhur “qeyri səlis” məntiqindən ümumi tədqiqat metodologiyası kimi istifadə 

xüsusi elmi aktuallıq kəsb edir. 

Ümumvəhdət fəlsəfəsinin göstərilən təqdimatda prioritet kimi seçilməsi 

onun  müasir  dövr  də  daxil  olmaqla  qlobal  mənəvi  mədəniyyət  tarixində 

müxtəlif  formalarda özünü təzahür və təsdiq etməsi ilə bərabər müasir elmin 

ixtira  və  fərziyyələri  və  həmin  metodoloji  konsepsiyanın  idrakın  inkişafına 

təkan verən amil olması ilə əsaslandırıla bilər.   

Əsasında yeni fəlsəfi dünyagörüşünün formalaşdığı çağdaş elmin inkişafı 

alimlərdən  insanpərvərliyə  zidd  nəticələrə  gətirib  çıxaran,  “zərər  verməmə” 

prinsipinə uyğun gəlməyən kəşfləri ilə əlaqədar əxlaqi və hüquqi məsuliyyətləri 

barədə  düşünməyi  tələb  edir.  Mümkün  ki,  XXI  əsrdə  beynəlxalq  hüquq  və 

məhkəmə  institutlarına  alimlər  üçün  analoji  qadağalar  ehtiva  edən  əxlaqi  – 

mənəvi beynəlxalq senzura institutuna ehtiyac vardır. 

Diqqətinizi yönəltdiyimiz ümümvəhdət konsepsiyası 2010 – cu il mart və 

may aylarında AMEA-nın elmi-nəzəri seminarlarında geniş müzakirə edilmiş və 

həmin 

müzakirələri 



əks 

etdirən 


mətnlər 

internetdə 

www.orientalphilosophy.org    saytında  dünyanın  müxtəlif  ölkələrindən 

600000-dən  çox  baxış  toplamışlar.  2011-ci  ildə  “Rusiya  Fəlsəfə  Cəmiyyətinin 

bülleteni”ində  (“Вестник  Российского  Философского  Общества”,  №  1) 

“Müasir  elmin  işığında  ümumvəhdət  fəlsəfi  konsepsiyası  haqqında 

(metodologiyanın  axtarışı)” adlı məqaləmiz dərc edilib. Bu konsepsiya  barədə 

2012-ci  ildə  IV  Ümumrusiya  Fəlsəfə  qurultayında  fəl.ü.f.d.  G.Seyidova  “Müasir 

Azərbaycan alimlərinin tədqiqatlarında ümumvəhdət fəlsəfə konsepsiyası” adlı 

məruzə ilə çıxış edib. 

Bu  konsepsiyanın  müzakirəsi  haqqında  məlumat  2012-ci  il  tarixli 

jurnalımızda da öz inikasını tapmşdıır.   




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

14 



Jurnalın 

növbəti 


nömrələrində 

mütəxəssislərin 

ümumvəhdət 

konsepsiyasının  varlığın  idrak  konsepsiyası  və  fənlərarası  ümumfəlsəfi 

tədqiqat  metodologiyası  kimi  qəbul  edilməsinin  məqsədəuyğun  olub-olmadığı 

barədə fikirləri əks etdirmək istərdik.   



§.2.  Humanizm  və  tolerantlıq  mənəvi  mədəniyyət  tarixinin    prioritetləri 

kimi. 

Qlobal  sosio-mədəni  inkişafın  indiki  mərhələsində  iqtisadi,  siyası  və 

ideoloji böhranlar və qarşıdurmaların xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif 

bölgələrin  keçmiş  və  müasir  mənəvi  mədəniyyət  tarixlərinin  işıqlandırılması 

zamanı  onların  ehtiva  etdikləri    və  bəşəriyyətin  yaşamasını  təmin  edən 

humanizm və tolerantlıq üzə çıxarılacaq prioritet təşkil etməlidirlər. 

Bu uca məqsədə nail olmaq üçün dünya mənəvi mədəniyyət tarixinin və 

xüsusilə özünün çoxsaylı təzahürlərində mahiyyət etibarilə oxşarlıq və vəhdət 

təmsil  edən  fəlsəfə  tarixinin  öyrənilməsinə  yeni  konseptual  yanaşmalar 

düşünülməlidir.  Deyilən  baxımdan  qlobal  mənəvi  mədəniyyət  tarixinin  və 

ümumdünya  fəlsəfə  tarixinin  yaradılmasına  təşəbbüs  göstərmək  və  XIII  əsrdə 

Fransada  kilsə  tərəfindən  latın  averroizminin  “bütün  insanların  əqli  eynidir” 

birinci tezisinin lənətləndirilməsinin səbəbini dərk etmək zamanı çatıb.   

Yuxarıda  bəhs  etdiyimiz  məqsədlərə  çatmaq  üçün  zəruri  olan  bəzi 

problem və prioritetlərin üzərində dayanaq. 

Bizə  elə  gəlir  ki,  ilk  növbədə  fəlsəfə  tarixi  də  daxil  olmaqla  müaisr 

mədəniyyətşünaslıqda  mövcud  və  genişlənməyə  təmayüllü  qərbmərkəzçiliyi 

mövqeyinə münasibət köklü surətdə dəyişməlidir. Bu mövqe müxtəlif elmi və 

mədəni  cəhətlərdən  məqbul  olmayan  formalarda  Şərq  və  ilk  növbədə  İslam 

aləmi xalqlarının fəlsəfə tarixlərində və ümumiyyətlə “fəlsəfə tarixi” adı altında 

mövcud tədqiqatların nəşrlərində özünü göstərməkdədir. Həmin mövqe müaisr 

fəlsəfə  təhsili  sistemində  də  müəyyən  dərəcədə  mövcud  olaraq,  ictimai  şüuru 

istiqamətləndirir, Şərq, xüsusən Islam bölgəsi mədəniyyəti daşıyıcılarına qeyri-

adekvat münasibətin formalaşmasına; bir sıra müasir Qərb ölkələrində müxtəlif 

qarşıdurmalara 

və 


multikulturalizmin 

təxribat 

məzmunlu 

eybəcər 


təzahürlərinə səbəb olur. 

Söylənilənlərin  işığında  mümkünki  aşağıdakı  prioritetlərin  seçimi 

aktuallıq kəsb edir: 

1.Fəlsəfə  tarixi  də  daxil  olmaqla  dünya  mənəvi  mədəniyyət  tarixinin 

tədqiqat konsepsiyasında bu tarixi təşkil edən lokal, regional və milli fəlsəfə və 

mədəniyyət  tarixlərinin  ümumi  cəhətlərinin  vurğulanması  prioritet  təşkil 

etməlidir. 



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

15 



2.Müxtəlif  mədəniyyətlərdə  mahiyyətcə  analoji  hadisələrin  elmi 

dəyərləndirilməsinin dəyər meyarları düşünülməlidir, Şərq və Qərb xalqları və 

onların  fəlsəfə  də  daxil  olmaqla  mədəniyyət  tarixlərinə,  demokratik  cəmiyyət 

və  dövlətlərin  siyasi  və  mənəvi  prinsiplərinə  sığmayan  sərt  fərqli 

münasibətdən imtina yeni dövrün aktual problemlərindən olmalıdır.   

3.Müxtəlif  bölgələrin  fəlsəfi  təcrübəsi  və  elmin  nailiyyətlərinə 

əsaslanaraq  müasir  postsovet  humanitar  elmlər  üçün    fənlərarası  tədqiqat 

metodologiyasının, o cümlədən    axtarış və seçimi    və mədəniyyətşünaslıq və 

fəlsəfənin  anlam-kateqorial  aparatının  təshihi  (korrektəsi)  aktual,  öncül 

problemlər sırasına daxil olmalıdır.   

Prioritetlərin  sırasına  digər  anlamlarla  yanaşı  “etnos”,  “etnik 

mədəniyyət”,  “etnik  ərazi”  və  s.  anlayışların  məzmununun  təshihi  də  aid 

edilməlidir,  çünki  hal-hazırda  bunlardan  yalnız  elmi  və  ideoloji  deyil,  həm  də 

qanlı etno-siyasi münaqişələrdə istifadə edilir.   

Bəhs edilən problemlə əlaqədar Azərbaycan tədqiqatçıları tərəfindən:   

Ümumvəhdət  fəlsəfə  konsepsiyasının  yeni  formada  təqdimi  fənlərarası 

tədqiqat    metodologiyası kimi təklif edilib.   

Müasir  təhsil  sistemində  fəlsəfə  tarixi  proqramlarının  korrektəsi  və  bu 

proqramlarda Şərq və xüsusən islam bölgəsi xalqlarının fəlsəfə tarixinin yerinin 

sərf-nəzər edilməsinin zəruriliyinə diqqət yetirilir. 

“Şərq fəlsəfəsi problemləri” (www.orientalpilosophy.org) adlı beynəlxalq 

elmi-nəzəri jurnal nəşr olunur. (Jurnal 1996-cı ildən xülasələri ərəb, fars, türk, 

ingilis,  alman  və  fransız  dillərində  olmaqla  Azərbaycan  və  rus  dillərində  nəşr 

olunur;  2010-cu  ildən  isə  internetdə  dünyanın  yüzə  yaxın  ölkəsinin 

nümayəndələrinin baxışsayı 3000000 xeyli yuxarıdır). 

Islam bölgəsi xalqlarının ümumi fəlsəfə tarixinin gələcəkdə yazılmasına 

hazırlıq  məqsədilə  onlayn  forum  (www.forum.orientalpilosophy.org) 

yaradılmışdır. 



§.3. Ümumdünya fəlsəfə tarixi kontekstində İslam bölgəsi xalqlarının fəlsəfə 

tarixinin  işıqlandırılmasına  dair,  XXI  əsr  Prioritetlərin  seçimi:  ümumilik  ya 

qarşıdurma. 

Təşəkkülünün  başlanğıcından  bu  günədək  Islam  bölgəsi  xalqlarının 

fəlsəfə tarixi ümumdünya fəlsəfi fikrinin üzvi bir hissəsidir. XXI əsr fəlsəfə tarixi 

elmində  də  məhz  bu  şəkildə  –  ümumdünya  fəlsəfi  fikrinin  üzvi  tərkib  hissəsi 

kimi təqdim edilməlidir. 

Mümkün  ki,  elmi  məlumatın  çatışmazlığı,  qərbmərkəzçilərin  və 

şərqmərkəzçilərin  İslam  bölgəsi  xalqlarının  fəlsəfə  tarixinə  yanaşmasında 

siyasiləşmə  və  ideolojiləşmə  tarixən  və  hazırda  qlobal  fəlsəfə  tarixi  elmində 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

16 



İslam dünyası xalqlarının fəlsəfəsinin qeyri-adekvat və  çox zaman  qısaldılmış, 

təhrif olunmuş şəkildə işıqlandırılmasına, islam bölgəsi xalqlarının fəlsəfəsinin 

bəşər  fəlsəfi  fikir  tarixinin  hüdudlarından  kənara  çıxarılmasına  səbəb  olur  ki, 

bu da    mənəvi və siyası cəhətdən yolverilməzdir.   

Nəticədə  İslam  bölgəsinin  çoxsaylı  əhalisi  özünün  mənəvi  mədəniyyət 

tarixinin məhvəri olan fəlsəfəsindən qismən və tam surətdə məhrum edilir. Bu 

isə  İslam  dünyası  xalqlarının  özünüdərkinin  təhrifinə  və  özünütəsdiqinə 

neqativ təsir edir, digər tərəfdən, dünya elmi ictimaiyyətinin bu bölgənin əhalisi 

barədə  təsəvvürlərinin  təhrifinə  gətirib  çıxarar,  bu  xalqların  guya  əsrlərlə 

fəlsəfədən məhrum olması və    bu baxımdan digər bölgələrin, xüsusilə xristian 

bölgəsi xalqlarından fərqlənməsi qənaətini yaradır. 

Əlbəttə,  belə  bir  vəziyyət  sözsüz  ki,  müasir  dünyada  tolerantlığa  qarşı 

yönəldilib, regional mədəniyyətlər və onların nümayəndələri arasında ideoloji 

və digər formalarda qarşıdurmalara istiqamətlənmişdir. 

Müxtəlif 

bölgələrin 

fəlsəfi 

mədəniyyətlərinin 

şərh 

və 


qiymətləndirilməsində    bölgə  mədəniyyətləri  arasında  ümumilik  və  ya 

parçalanmanın  vurğulanmasının  prioritet  olması  məsələsi,  qlobal  mənəvi 

mədəni prosesin təsvir və dəyərləndirilməsinin aktual məsələlərindəndir. 

Müxtəlif  bölgələrin  fəlsəfi  mədəniyyətlərinə,  xüsusilə  Islam  dünyasının 

fəlsəfi mədəniyyətinə müraciət zamanı göstərilən prioritetlərdən birinin seçimi 

müasir  dünya  mədəniyyətində  qloballaşma  tendensiyası  ilə  əlaqədar  Qərb  və 

ya Şərq yönümlü radikalizmə, Qərb multikulturalizmində, Şərq mədəniyyətinə 

münasibətə  həmçinin  bölgələrarası  qarşılıqlı  mədəni  əlaqələrə  təsir  göstərə 

bilər. 

P.S.  Müasir  elmdə  Islam  bölgəsi  fəlsəfəsinə  münasibət  müəyyən 



dərəcədə  İslam  mənəvi  mədəniyyəti    tarixində  bu  fəlsəfənin  kəlam,  hikmət, 

irfan,  təsəvvüf,  fəlsəfə  kimi  təqdimi  və  bu  fenomenlərin  məzmun  baxımından 

sezilən  qeyri-dəqiqliyi  ilə  də  şərtlənir.  Bu  təsnifat  İslam  dünyası  mənəvi 

mədəniyyətinin  çoxəsrlik  tarixində  fəlsəfənin  mövcuduğu  barədə  düzgün 

olmayan  təsəvvürlər  yaradır.  Adı  çəkilən  məsələ  istər  Şərq,  istərsə  də  Qərb 

müasir fəlsəfə və mənəvi mədəniyyət tarixlərinin araşdırılması zamanı tədqiqat 

obyektləri kimi diqqətə layiqdirlər.   

§.4. XXI əsrin əvvəllərində şərqşünaslığın bəzi prioritet problemləri. 

Məlumdur  ki,  Şərq  anlayışı  şərqşünaslığın  tədqiqat  obyekti  kimi, 

çoxmənalı  və  müəyyən  dərəcə  qeyri-dəqiq  amorf  bir  anlayışdır.  Mahiyyət 

etibarı  ilə  şərqşünaslıq  Qərbin  elmi  və    iqtisadi  siyasi  (imperialist 

müstəmləkəçilik)    maraqları  ilə  dəstəklənərək  Şərq  haqqında    tarixən 

təşəkkül tapmış elmi, daha dəqiq elmlər kompleksidir. Bu elmdə təfsir və dəyər 




 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

17 



meyarları  tədqiqatçıların  maraqlarının  elmiliyi  və  merkantilliyin  səviyyəsi  ilə 

müəyyən edilir və edilməkdədir. Başqa sözlə, digər elmlər kimi, şərqşünaslıq da 

varlığın  subyektiv  –  obyektiv  inikası  ilə  fərqlənir.  Və  bu  elmin  də  obyektivlik 

dərəcəsi  onun  siyasi  ideolojiləşməsindən  asılıdır.  Bu  baxımdan  mənəvi 

mədəniyyət  tarixini  xüsusən  şərqşünaslıq  tarixini  tədqiq  edərkən  burada 

qərbmərkəzçiliyinin təsirinə xüsusi diqqət tələb edilir.   

O  da  məlumdur  ki,  şərqşünaslıq,  xüsusilə  Qərb,  Rusiya  və  Sovet 

şərqşünaslığı  Şərqin  yalnız  Qərb  deyil,  Şərq  tərəfindən  də  elmi  baxımdan 

obyektiv  dərk  olunmasında,  o  cümlədən  Şərq  ölkələri  xalqlarının  Şərq 

haqqındakı elmi fikrində əhəmiyyətli dərəcədə müsbət rol oynamışdır. 

Hazırkı  –  XXI  əsrin  əvvəli  və  III  minilliyin  başlanğıcında  bir  tərəfdən, 

sosial  –  mədəni  inkişaf  və  onun  məlum  birqütblü  iqtisadiyyata  təmayülü, 

müxtəlif  simalı  qloballaşma  və  getdikcə  kəskinləşən  iqtisadi-siyasi  və  ideoloji 

ziddiyyətlər,  etnomilli  və  regional  qarşıdurmalar,  arasıkəsilməz  böhranların 

dərinləşməsi  və  genişlənməsində  təkanverici  rol  oynaması,  digər  tərəfdən, 

müasir  dəqiq  və  təbiət  elmlərinin,  o  cümlədən  genetikanın  nailiyyətləri, 

şərqşünaslıq  da  daxil  olmaqla  elm  qarşısında  bəşər  tarixinə  yeni  nəzərlə 

baxılmasını  tələb  edir.  Bu  şəraitdə  şərqşünaslılğın  elm  kimi  vəzifə  və 

dəyərlərinə münasibətin sərf-nəzəri tələb olunur.   

Adı  çəkilən  məsələlərin,    xüsusən  Şərq  mənəvi  mədəniyyət  tarixinin 

dünya 

mədəniyyət 



tarixi 

sistemi 


kontekstində 

obyektiv 

elmi 

işıqlandırılmasında  qərbmərkəzçiliyin  və  şərqmərkəzçiliyin  yeri  və  rolunun 



aşkar  edilməsi  müasir  şərqşünaslığın  bir  elm  kimi  qarşısında  duran    aktual 

məsələlərdəndir.   

XXI əsrin əvvəlində şərqşünaslığın bir elm kimi qarşısında duran ən əsas 

məsələlər isə ilk növbədə zənnimizcə aşağıdakılardır:   

Şərqşünaslığın  bir  elm  kimi,  predmetinin  hüdudlarını  imkan  daxilində 

dəqiqləşdirilməsi; 

Aparılan  tədqiqatların  ümumfəlsəfi  metodologiyasının  və  konkret 

metodlarının  elmi  müzakirələr  və  koordinasiya  yolu  ilə  imkan  daxilində 

müəyyən edilməsi və elmi əsaslandırılması: 

Tədqiqat prosesində prioritetlərin müəyyən edilməsi: 

a) Şərq qlobal sistemin üzvi hissəsi, yoxsa qlobaldan tam təcrid edilmiş 

lokal fenomen kimi tədqiq ediləcək

b)  Komparativistika  yolu  ilə  Şərq  və  Qərb  arasında  ictimai  şüurda 

humanizm və tolerantlıq formalaşdıran ümumilik axtarılacaqmı ya əsas diqqət 

qarşıdurmaya apara bilən xüsusiliklərə yönəldiləcək.   



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

18 



Əsas  anlamların  və  dəyər  meyarlarının  məzmun    baxımından  nisbi  də 

olsa  unifikasiyasına  nail  olmaq.  Bu,  xüsusən  Şərq  və  Qərb  mədəniyyət 

tarixlərində  mistisizm  və  dinilik  fenomenlərinin  təyini,  şərhi  və 

dəyərləndirilməsi üçün əhəmiyyətə malikdir.   

Postsovet  şərqşünaslığı  da  daxil  olmaqla,  müasir  şərqşünaslığın 

qarşısında duran aktual məsələlərdən biri də Qərb aləmində multikulturalizmin 

mahiyyətcə 

radikal 


transformasiyasına, 

onun 


Şərq 

xalqlarının 

mədəniyyətlərinə  və  bir  çox  hallarda  mədəniyyətləri  ilə  əlaqədar  bu 

mədəniyyətlərin  daşıyıcılarına  olan  neqativ  yanaşmasına  münasibət 

bildirməkdir.   

Müəllif  və  jurnalın  redaksiya  heyəti  məqalədə  qaldırılan  məsələlər 

haqqında  jurnala  göndərilən  yazıları  məmnuniyyətlə  çap  etməyə  hazırdır 

(www.orientalphilosophy.org).   

   

 

 



 

 

Yüklə 68,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə