S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə1/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
  1   2   3   4   5   6   7   8   9   ...   78


AlAtorAn



Samİr İmanov
HƏDƏFDƏKİ 
İNSAN
r o m a n


Samir İmanov
HƏDƏFDƏKİ İNSAN
roman
320 səh.
Redaktor:
Aynur Zərrintac
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
ISBN:   978-9953-8066-5-5
Çap tarixi: 02.08.2013
Format: 84x108   1/32 
Qiyməti:  
5
 manat
© Alatoran 2013


5
 
ƏSƏRİN QISA MƏZMUNU
Ə
sər, fiziki qüsurulu insanların bu həyatda qar-
şılaşdıqları çətinliklərdən, əzab-əziyyətlərdən, 
onların həyat tərzindən, dünyagörüşlərindən, 
nələrə qadir olmalarından, istək və arzularından, sağlam 
insanların  əlillərə  qarşı  olan  münasibətlərindən  və  on-
lara  yanaşma  tərzindən  bəhs  edir.  Əngəlli  insaların  so-
sial  yaşamlarının  qabarıq  şəkildə  göstərildiyi  əsərin  baş 
qəhramanı  olan  Samir,  qəza  nəticəsində  bütün  ailə  üzv-
lərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc 
taparaq  həyat  üzərində  qələbə  çalır.  Belə  ki  o,  əlillərdə 
olan özünəinamsızlığı aradan qaldıraraq onlarda həyat eş-
qini artırmaq və cəmiyyətə daha yaxşı inteqrasiya etmləri 
üçün  sağlam  insanlardan  asılılıqlarını  aradan  qaldırmaq 
məqsədi ilə böyük bir mərkəzin yaradılmasına nail olur. 
Lakin  mərkəzə  rəhbərlik  edən  Samir  özü  də  istəmədən 
mərkəzə  üzv  olan  bütün  əlil  insanların  həyatını  təhlükə 
altına qoyur. Əlil insanları oğurlayaraq onların daxili or-
qanlarını  satan  beynəlxalq  cinayətkar  qrupun  başçısı  Sa-
mirin  etibarını  və  inamını  qazanaraq  mərkəzdə  onun 
köməkçisi işləyir və bununla da hər kəs üçün problemlər 
yaratmağa başlayır. Cinayətkar qrupun bütün planlarının 
üstünü  isə  argentinada  yaşayan  Lusia  adlı  gənc  qız  açır. 
Əlil qardaşını xilas etmək üçün Samirin yanına gələn Lu-
sia özü də bilmədən Samiri böyük bir təhlükənin içinə atır. 


6
Qrupun əməllərindən xəbər tutan Samir, əlil olmasına və 
cinayətkarlara  əsir  düşməsinə  baxmayaraq  onları  məhv 
etməyi qarşısına məqsəd qoyur və əlil insanları zirvəyə qal-
dırmaq istəyən Samirlə, dünyanı əlillərdən təmmizləməyi 
qarşısına məqsəd qoyan cinayətkar qrup arasında amansız 
mübarizə başlayır. Sonda polislərin köməkliyi ilə Samirin 
qalib  gəldiyi  əsərdə  hadisələr  Azərbaycan,  Türkiyə,  Ru-
siya, Argentina  və  İspaniyada  cərəyan  edir.  Gözlənilməz 
hadisələrlə və maraqlı gedişlərlə zəngin olan bu əsərdə əsas 
MƏQSƏD əngəlli insanlarda özünəinam yaratmaq, hansı 
fiziki vəziyyətdə olur-olsun, hər zaman uğur qazanmağın 
mümkün olduğunu onlara bildirmək və ümidsiz şəkildə 
evdə  oturaraq  özlərini  başqalarından  asılı  vəziyyətə  sal-
maq əvəzinə, hər hansısa bir işlə məşğul olamağın vacibli-
yini onlara başa salmaqdır.


7
GİRİŞ
Üzünə dəyən yağış damcılarından yavaş-yavaş özünə 
gəlməyə başladı. Bədəninin ağrısını hiss edib sevindi: Ya-
şayıram! 
Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli gün-
lərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi tamam 
baş qa  cür  idi.  Ona  görə  də  başına  gələn  bu  qədər  əzab-
əziy yətə  və  qarşıda  onu  gözləyən  bəlalara  baxmayaraq, 
sağ qaldığı üçün Yaradana şükr etdi. 
Hər yeri ağrıyırdı. Əlini ehmallıca sifətinə toxundur-
du, burnu qırılmasa da, üzü qan içində idi və şişmişdi. Ona 
dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı. Son 
xatırladığı isə başına dəyən zərbə idi. 
Başını çevirib qoluna baxdı. Yarası sarınsa da, ağrıyır-
dı. Qalxıb oturmaq istədi, amma bacarmadı. Zədələnmiş 
qabırğasından  qopan  dəhşətli  ağrının  təsirindən  ufulda-
yaraq, əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı 
yer dən  ətrafa  göz  gəzdirməyə  başladı.  Qaranlıqda  yaxşı 
görə bilməsə də, dəhşətli və vahiməli bir yerdə olduğunu 
anladı. Hər tərəfi ağaclarla əhatələnmişdi. Bir az kənarda 
bir neçə kəsilmiş ağac vardı. Uzaqdan gələn ayı və canavar 
səsləri gecənin qaranlığına bir az da vahimə qatırdı. 
- “Aydındır!” – öz-özünə düşündü. Təbiətlə mübarizə 
aparmalı  idi.  Bunun  nə  qədər  davam  edəcəyini,  başına 
nələrin gələcəyini bilməsə də, məcbur idi. Qarşısına qoy-
duğu məqsədə çatmaq üçün yarımçıq qalan işini tamam-
lamalı idi. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və 


8
taqətsiz olmasına baxmayaraq, sol böyrü tərəfdən çevrilib 
üzü üstə uzandı. Yağışdan daldalanmaq üçün bir yer tap-
maq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə 
başladı. Bir az süründükdən sonra taqətdən düşüb daya-
naraq, başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Qa-
bırğasının ağrısı getdikcə güclənir, dözülməz hala çatırdı. 
Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı 
və  qarşısında  qaranlıqda  işıldayan  gözləri  görəndə  canı-
na gizilti düşdü. Soyuq küləyin və yağışın təsirindən on-
suz da sümüklərinə qədər üşüyürdü və belə üşüyə-üşüyə 
bunu  necə  hiss  etdiyinə  özü  də  təəccübləndi.  Cəsarətini 
toplayıb ondan dörd-beş metr aralıdakı parıldayan işıqla-
rı saymağa başladı. Altı işıq yanırdı, deməli, üç canavarla 
qarşı – qarşıya idi. 
- “Bu da axırı!” – deyə pıçıladımışdı ki, canavarlar onu 
parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get 
– gedə qısalırdı. Beş metr, dörd metr, üç metr, iki, bir və ...
 
Hadisədən səkkiz ay əvvəl
Sumqayıt. Azərbaycan
Həyətdə qışqıran alverçinin səsinə yuxudan oyananda 
qəribə yuxu görürdü. Tənbəl-tənbəl qolunu qaldırıb saa-
ta baxdı, 10-a qalmışdı. Saatın zəngini 9-a qurmağı unut-
duğunu  anladı.  Onu  oyatdığına  görə  alverçiyə  ürəyində 
təşəkkür edib yerindən qalxdı. Çox həyacanlı idi. Bu gün 
bir ildən çox arzusunda olduğu layihənin, əlillər üçün ya-
radılan «Ümid» adlı mərkəzin və “www.umid.az” internet 
saytının açılışı idi və o da həmin açılışda nitq söyləyəcəkdi. 
Taleyi onu həyata gəldiyi ilk gündən sınağa çəkməyə 
başlamışdı. Anadan olarkən keçirdiyi iflic onu ömrü boyu 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə