Şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılmasının əsas istiqamətləri



Yüklə 286,14 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü286,14 Kb.
#74748

background image
 

 

1



 

Şagirdlərdə  vətəndaşlıq 

keyfiyyətlərinin 

formalaşdırılmasının əsas 

istiqamətləri 

Yuxarı  sinif  şagirdlərində    vətəndaşlıq  keyfiyyətlərinin  formalaşdırılması 

vacib  olduğu  qədər  də    çətindir  və  mürəkkəbdir.    Bu  çətinlik  və  mürəkkəbliyi    ilk 

növbədə  bu  işin  dəqiq  istiqamətlərini  müəyyənləşdirilmək  və  bu  istiqamətlərdə  

kompleks pedaqoji fəaliyyət göstərməklə , hərtərəfli təlim-tərbiyə işləri aparmaqla 

aradan qaldırmaq mümkündür. Bunun üçün həm müəllim vətərbiyəçilərin, Həm də 

valideyn və geniş ictimaiyyətin üzərinə böyük vəzifələr düşür.  

Şagirdlərdə  vətəndaşlıq  keyfiyyətlərinin  formalaşdırılmasının  başlıca 

istiqamətləri    bir  sıra  beynəlxalq  və  respublika  əhəmiyyətli  sənədlərdə  öz  əksini 

tapmışdır.  “Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi”,  “Uşaq  hüquqları 

Konvensiyası” 

bu 

baxımdan 

xarakterikdir.Azərbaycan 

respublikası 

Konstitusiyasında  bu  istiqamətlər:  vətənə  sədaqət,    dövlət  rəmzlərinə  hörmət, 

vətəni  müdafiə,  tarix  və  mədəniyyət  abidələrinin  qorunması,  qanuna  zidd 

vəzifələrin  icrasına  yol    verilməməsi  və  məsuliyyət  –  kimi  vəzifələrlə 

müəyyənləşdirilmişdir.  “Uşaq  hüquqları  haqqında  Azərbaycan  respublikası 

Qanununda”  da  vətəndaşların  bu  göstərilən  Konstitutsion  vəzifələri  əsasında 

uşaqların  əsas  vəzifələri  konkret  şəkildə  əsaslandırılmış  və  təsbit  edilmişdir. 

Sənəddə  deyilir:  Cəmiyyətdə  davranış  qaydalarına  əməl  etmək,  Azərbaycan 

Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı 

fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz 

xalqının  və  başqa  xalqların  ənənələrinə  və  mədəni  sərvətlərinə  hörmətlə 

yanaşmaq, tarix və mədəniyyət  abidələrini. ətraf mühiti qorumaq və Azərbaycan 

Respublikasının    qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  vəzifələri  yerinə 

yetirmək  uşağın  borcudur.  Bu  vəzifələrin  uşaq  tərəfindən  dərk  edilməsinə  və 

icrasına  valideynlərin,  müvafiq  orqanların  və  təhsil  müəssisələrinin  uşaqlar 

arasında izahat və təbliğat  aparmaları yolu ilə nail olunur.  

Yuxarıda göstərilən hər iki sənəddəki vəzifələri ümumiləşdirərək  yuxarı sinif 

şagirdlərində   vətəndaşlıq  keyfiyyətlərinin formalaşdırılmasının   aşağıdakı  başlıca 

istiqamətlərini göstərmək olar: 

Yüklə 286,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə