Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
  1   2   3   4   5   6   7   8   9   ...   54


Bu kitab “Sağlam ĠnkiĢaf və Maarifləndirmə” ictimai birliyi 
tərəfindən Azərbaycan Respublikasının Gənclər və Ġdman Nazirliyinin 
maliyyə dəstəyi ilə “ĠĢğal olunmuĢ torpaqlarımızı unutmayaq” layihəsi 
çərçivəsində çap olunmuĢdur. 
 
Layihənin rəhbəri və materialları toplayan: 
Anar Əhməd oğlu Xəlilov 
 
BaĢ məsləhətçi: 
Qasım Hacıyev, tarix elmləri doktoru 
 
Məsləhətçi: 
Həmidə Əliyeva, filologiya e.n. dossent 
 
Redaktor: 
Vüsalə Hüseynova 
 
Korrektor: 
Tural Əliyev 
 
Dizayner və tərtibatçı: 
Sənan Gülalıyev 
 
 
E-mail: saglam_inkishaf@yahoo.com 
 
Bakı, “MHS – poliqraf”, 2010, 192 səh. 
 
ĠSBN: 978 – 9952 – 459 – 01 – 2 
 
 
 
 
 
 
© “MHS – poliqraf”, 2010 
 


“Bu gün Azərbaycanın əsas problemi 20 faiz 
torpaqlarının Ermənistan tərəfindən işğalı və bunun 
nəticəsində 1 milyondan çox qaçqın və məcburi 
köçkünün olmasıdır”. 
 
Ġlham Əliyev 
Azərbaycan Respublikasının  
prezidenti 
 
 
“Qərəz, ermənilərin   belə   nahaq   qanlara bais 
olmalari, qəddarlığa yol vermələri axırda onların 
özlərini də məhv edəcəkdir. Bircə ermənilərə sual 
edən yoxdur ki, ay ermənilər, Azərbaycanda aılış- 
verişlə məşğul olduğunuz, zavod və karxanalar 
işlətdiyiniz, pul və malınız əlinizdə, 
 çoxunuz milyonçu olduğunuz  
halda və kimsənin sizə gözün üstündə 
qaşın var demədiyi bir vaxtda Qafqaz vilayətinə 
saldığınız bu fitnə-fəsad nə üçündür?! 
 
Mir Mövsün Nəvvab 
(XX əsrin əvvəli) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
ÖN SÖZ 
 
Məhəbbətin  ən  böyüyü  Allaha,  Vətənə,  ata-anaya  inamdan  doğur.  Bu 
məhəbbəti  uĢaqlara,  gənc  nəslə  aĢılamaq  onları,  sözün  əsl  mənasında  xalqına, 
millətinə  layiq,  vətənini  sevən,  həm  də  onun  dar  günündə  sinə  gərməyi  bacaran 
vətəndaĢ  kimi  formalaĢdırmaq  valideynlərin  və  biz  ziyalıların  ən  mühüm 
vəzifəsidir. 
Əziz gənclər! Azərbaycanın ərazi bütövlüyü parçalanmıĢ, torpaqlarımızın 
20 faizi iĢğal altında qalmıĢdır. ġuĢa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, 
Laçın,  Kəlbəcər,  Xocavənd,  Xankəndi  düĢmən  tapdağındadır.  Gənc  nəsil 
xalqımızın baĢına gətirilən bu fəlakəti, törədilən bu iĢğalçı siyasəti heç bir zaman 
unutmamalıdır.  “Böyük  Ermənistan”  yaratmaq  arzusu  ilə  baĢlanan  bu  məkrli 
siyasət  zaman-zaman  xalqımıza  ağır  zərbələr  vurmuĢ,  insanların  dinc  həyat  tərzi 
pozulmuĢ, onlar yurd-yuvasından didərgin düĢmüĢlər. Bu siyasətin acı fəsadlarını 
heç  vaxt  unutmayaraq  vaxtında  və  yerində  cəzalandırmağı  və  hər  vasitə  ilə 
cavabını verməyi bacaran gənclərə ehtiyacımız var. 
Biz  gələcəyə  nikbin  baxan  gəncliyimizlə  qürur  duyuruq.  Ümid  edirik  ki, 
bu  nikbin  baxıĢlar  qalibiyyətli  sonluqla  nəticələnəcəkdir.  Aparılan  mübarizə, 
ardıcıl  siyasət  öz  gözəl  bəhrəsini  verəcək,  biz  torpaqlarımızı  qaytaracağıq. 
Qarabağsız  yaĢamağımıza  birdəfəlik  son  qoyulacaqdır.  Bu  zaman  təkcə  Qarabağ 
deyil, çox arzularımız gerçəkləĢəcəkdir. 
Sizə təqdim olunan  bu kitabda iĢğal altında olan rayonlar haqqında geniĢ 
məlumat verilmiĢdir. Qarabağı görməyən, onun sehrinə düĢməyən insanlar təqdim 
olunan bu kitabın  köməkliyi ilə bu torpağın təbii  sərvəti, coğrafı  mövqeyi, baĢına 
gətirilən müsibətləri, tarixi və mədəniyyət abidələri haqqında məlumatlandırılacaq, 
tarixin  yaddaĢında  yaĢayan  salnamələrimizlə  yaxından  tanıĢ  olmaq  imkanı 
qazanacaqlar. 
ġübhəsiz  ki,  “Sağlam  inkiĢaf  və  Maarifləndirmə”  Ġctimai  Birliyinin 
gənclərə  təqdim  etdiyi  bu  kitabdakı  məlumatların  əsas  qayəsi  məhz  bundan 
ibarətdir:  gənc  nəsildə  vətən  sevgisi,  torpaq  yanğısı  yaratmaq,  Qarabağ  dərdlərini 
unutmamaqdır.  
 
Bayram Səfərov. 
Şuşa rayon Icra Hakimiyyətinin başçısı. 
Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı 
İcması” Ictimai Birliyinin sədri
. 
 
 


AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ ƏN QƏDĠM 
DÖVRDƏ 
 
Qarabağ dünyanın  ən qədim  insan  məskənlərindən biri olan  Azıx, Tağlar 
düĢərgəsi  insanlarının  yaĢadığı  ərazidir.  Bu  yer  ġelldən  əvvəlki  mədəniyyətin 
daĢıyıcılarının  tarixini  davam  etdirən  tarixi-coğrafı  ərazidir.  Qarabağ  ərazisi 
paleolit  dövrünün  Quruçay  (1  milyon  200  min  ildən  artıq  tarixə  malikdir) 
(Hüseynov  M.  M.  Azıx  mağarası.)  sonrakı  Kür-Araz  və  Xocalı-Gədəbəy 
mədəniyyətlərinin  davamçılarının  yaĢayıĢ  məskənidir  (Hüseynov  M.  M.  Azıx 
mağarası.). 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ ANTĠK 
DÖVRDƏ 
 
Azərbaycanın  dövlətçilik  tarixi  qədər  də  onun  bölgələrindən  biri  olan 
Qarabağ böyük tarixi ənənəyə malikdir. Antik dövrdə Qarabağ ərazisi Albaniyanın 
tərkibində ən iri vilayətləri əhatə etmiĢdir. Bütünlüklə Kürün sağ sahil boyu alban 
tayfaları  yayılmıĢdı.  Alban  tayfaları  -  utilər,  sovdeylər  və  qarqarlar  Qarabağda 
yerləĢirdilər. 
Qaynaqlar  Qarabağ  bölgəsinin  tayfalarının  alban  mənĢəli  olması  və  bu 
ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir. 
Azərbaycanın  Qarabağ  bölgəsi  I-III  əsrlərdə  alban  arĢakilərinin 
hakimiyyəti altında olmuĢdur. 
Tədqiqatlar  göstərir  ki,  Qafqaz  Albaniyasının,  onun  tərkib  hissəsi  - 
Qarabağ  ərazisinin  iqtisadi  və  mədəni  tarixi  baĢlıca  olaraq  öz  əksini  antik 
yazıçıların əsərlərində və arxeoloji materiallarda tapmıĢdır. 
Əsrlər  boyu  dəyiĢməyən  “Böyük  Ermənistan”  barədə  yazan  müəlliflər 
Favstos  Buzand,  Movses  Xorenli  kimi  orta  əsr  erməni  tarixçilərinin  əsərlərinə 
əsaslanırlar.  Bu  zaman  onlar  son  dərəcə  vacib  bir  cəhəti  unudurlar:  Favstos 
Buzandın, yaxud Movses Xorenlinin yaratdığı görünüĢ  – “onların əsas ideyaları - 
yalnız  zərdüĢt  Ġranının  təhlükəsinə  qarĢı  Ermənistanı  birləĢdirmək”  idi  ki,  bu  da 
real  həqiqətləri  əks  etdirmir  (Алиев  И.  Г.  Нагорный  Карабах:  история,  факты 
событие, Баку, 1989, c. 49). 
Ancaq  bu  zaman  ermənilərin  əcdadlarının  bir  vaxtlar  uzaq  Balkanlardakı 
Frakiyadan gəlməsi “unudulur”, bu ərazilərdə alloxtonluğu kimi uydurma yaranır. 
Qarabağ torpaqları heç cür Ermənistanın “əzəli” torpağı, tarixi ərazisi ola 
bilməzdi.  Bu  mifologiya  orta  əsr  erməni  müəlliflərinin  uydurmasıdır  və  indiyə 
qədər erməni tarixĢünaslığına daxil edilmiĢdir. 
“Qafqaz  Ermənistanı”  anlayıĢı  XX  əsrdə  meydana  çıxmıĢdır  ki,  bu  da 
Azərbaycan xanlıqları - Naxçıvan və Ġrəvanın torpaqlarında XX əsrin əvvəllərində 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə