SAHİB SAİLOV
Zəkanın
gücü
(1954-2013)
Bakı
“Araz” - 2014
Tərtibçi:
Xuraman İsmayılova
Əməkdar mədəniyyət işçisi,
şair-publisist
Redaktor:
Əjdər Ağayev,
Pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və
Sosial Elmlər Akademiyasının akademiki
Rəyçilər:
Ramiz Qurbanov,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Neft Akademiyasında nəzəri mexanika kafed ra sının
müdiri, texnika elmləri doktoru, professor
Fəridə Məmmədova,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor,
Azərbaycan Hava Yolları Akademiyasının kafedra müdiri,
Dövlət mükafatı laureatı
Qulam Sadıqov,
Rusiya Keyfiyyət və Davamlılıq Akademiyasının həqiqi
üzvü, N.Y. Bauman adına Moskva Texniki Universitetinin
«Raket və Kosmik Texnika» kafedra sının professoru
Sahib Sailov
Zəkanın gücü
(1954-2013)
Bakı, «Araz» nəşriyyatı, 2014, 416 səh.
Bu müəllifin sayca 25-ci kitabıdır. Kitabda böyük yol keçən Sahib Sailov
dostlarının, xeyirxahlarının onun haqqında yazdıqları, eyni zamanda, müəllifin
görkəmli şəxsiyyətlər haqqında yazdığı xatirələr toplanmışdır. Kitab 1954-
2013-cü illəri əhatə edir. Bu kitab iki hissədən ibarətdir. I hissədə xatirələr,
düşüncələr, II hissədə baş vermiş faktiki hadisələrdən, görülən işlərdən bəhs
olunur. Kitabda Salyan, Bakı, Astara, Qasım İsmayılov (Goranboy) və Şamaxı
royonlarında işlədiyi vaxtda baş vermiş bənzərsiz hadisələr, insanlar haqqında
məlumatlar, xatirələr, həmin rayonların təsərrüfatlarında əldə edilmiş
nailiyyətlər və iqtisadi göstəricilər öz əksini tapmışdır.
S
4936489752
050
2014
© “Араз”, 2014
MÜƏLLİFDƏN
Əziz oxucular, keçdiyim bu böyük yolda müxtəlif illərdə
çap etdirdiyim «Muğanın övladları» (III cild), «Ömrün
səhifələri», «Saxta hökm, həyat davam edir», «Keçənləri
xatırlayarkən», «Yaşadığım illər, keçdiyim yollar», «Zaman,
insan, mən və xatirələrim» (1950-2010-cu illər), «Əfsanəyə
dönmüş ömür»(2012), «Tanrının qisməti»(2013) kitabla -
rından sonra bu sizinlə növbəti görüşümdür. Qabaqcadan
deyə bilmərəm ki, bu görüş necə alınacaq. Ancaq çalışmışam
ki, yenə səmimi olum, xalqımıza yaxın keçmişdə baş verən
hadisələr haqqında əsl həqiqətləri söyləyim, tanıdığım tarixi
şəxsiyyətlər, bir zaman kəsiyində işlədiyim və həyatımda iz
buraxan insanları sizə tanıdım. Adlarını çəkdiyim kitablarım
işıq üzü görəndən sonra, onlar barədə oxucular müxtəlif
mətbuat orqanlarında xeyli sayda rəylərini bildirmişlər. Bu
kitabda həmin rəylər də olduğu kimi öz əksini tapmışdır.
Kitabda həmçinin işlədiyim rayonlarda həyatımın bu gündən
o günə işıq tutmuş xoşbəxt və əzablı anlarını geniş təsvir
etmişəm.
Eyni zamanda, oxuyacağınız bu kitab 1954-ci ildən 2013-
cü ilə qədər olan dövrü əhatə edir. Həmin dövr ərzində
cəmiyyətdə xalqına xidmət edən, elinin, torpağının, millətinin
qədrini bilən insanlar haqqında oxuculara kifayət qədər bilgi
verməyə çalışmışam.
Mən bu kitabları yazarkən məsuliyyət hissimi, vicdanımın
səsini, düzgünlüyü, yaxşını, pisi, fərdi münasibətləri, baş
3
ucalığı gətirən bütün cəhətləri, insanların mənfi və müsbət
xüsusiyyətlərini, tarixdə öz izi olan, ad qoyub gedən şəxsiy -
yətləri nəzərə almışam. Çalışmışam ki, nurlu insanlar unudul -
masın, yaddaşlardan silinməsin.
Bu məqsədlə xatirəmdə yaşayan minlərlə insanı yenidən
xatırlamağı, onları xalqa tanıtmağı özümə borc bilmişəm.
Kitabda yüzlərlə insanların fəaliyyətləri qələmə alınmış,
onların müsbət və mənfi cəhətləri xarakterizə edilmişdir.
Yaddaşımda qalan nadir insanların nəcib xüsusiyyətləri,
cəmiyyətdəki yeri, görüşdüyüm, bilavasitə təmasda olduğum,
bir zaman kəsiyində işlədiyim şəxsiyyətlər haqqında
fikirlərimin toplusu olan kitabda həmin insanların varlığını,
onların ictimai cəmiyyətdəki mövqeyini, elmin, mədəniy -
yətin, iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının bütün
sahələrini inkişaf etdirmək üçün fəlsəfi fikrin formalaşması
prosesindəki yerini müəyyən etməyə çalışmışam. İstəyirəm
ki, bu insanlar yenidən xatirələrdə canlansın, kitablarda
qalsın, oxunsun, yeni nəsil üçün, xüsusilə tanıyanlar üçün
yadigar qalsın. Axı, hər bir insan bu dünyaya bir gün gəldiyi
kimi, bir gün də köçür. Kitablar isə əsrlərlə qalır. Nəhayət,
çalışmışam ki, həyatın reallığı, təbiətin gözəlliyi, torpağın
min bir bərəkəti, yaşadığım 80 illik ömrün bütün fəsillərində
– qışında, yazında, yayında və payızında baş verən nadir
hadisələr bu kitabın ana xəttini təşkil edir. Mən bəşəriyyət
üçün əvəzsiz və zəngin hikmət xəzinəsi olan Qurani-Kərimin
hökmlərini oxuduğumdan, sirli-sehirli dünyanı dərk etmək -
dən ötrü onu bilməyi hər biri miz üçün vacib sayıram.
Sahib Sailov
4
Dostları ilə paylaş: |