SahiBƏ budaqova



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix21.04.2018
ölçüsü0,58 Mb.
#39844
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN RESPUBLİKASI ELMLƏR AKADEMİYASI  

A. BAKIXANOV adına TARİX İNSTİTUTU 



 

 

SAHİBƏ BUDAQOVA 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN DİYARININ TARİXİ 

COĞRAFİYASI 

 

(XVIII əsrin ikinci yarısı — XIX əsrin 

birinci qərinəsi) 

 

 

 

 

 

 

 

 

 

Bakı – Elm - 1995 



 

 



E l m i  r e d a k t o r u professor  

F.  M.  ƏLİYEV 

 

 

N ə ş r i y y a t   r e d a k t o r u  



Əminə Novruzova 

 

 



 

 

 



Budaqova Sahibə. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II 

yarısı—XIX əsrin I qərinəsi). — Bakı: Elm, 1995. — s. 96. 

 

 

 



 

 

Təqdim edilən kitabda Naxçıvan diyarının ərazisinin dəyişməsinə təsir edən siyasi hadisələr açıqlanır, 



Naxçıvan xanlığının təşəkkülü tarixidən söhbət aparılır. Diyarın  əhalisinin. kənd təsərrüfatının, sənətkarlığın 

vəziyyəti tarixi coğrafiya baxımından təhlil edilir. Sənətkarlığın həlledici  əhəmiyyəti,  şəhərlərin inkişaf tarixi 

izlənir. Əhalinin sosial və milli tərkibində siyasi baxımdan baş verən dəyişikliklər nəzərə çatdırılır. 

 

 



 

ISBN 5—8066—0655—4 

 

 

B 0502000003-407 Sifarişlə



 

   655(07)-95 

 

 

©   «Elm» nəşriyyatı, 1995 




 

MÜNDƏRİCAT 



 

 

G i r i ş........................................................................................................................... s. 



 4 

 

 

I fəsil  

NAXÇIVAN DİYARI  ƏRAZİSİNİN DƏYİŞ-MƏSİNƏ  SİYASİ HADİSƏLƏRİN 

TƏSİRİ.......................................................................................................................... 

 

 

s. 10 

II fəsil 

ƏHALİNİN, KƏND TƏSƏRRÜFATININ SƏNƏTKARLIĞIN TARİXİ 

COĞRAFİYASI............................................................................................................ 

 

 

s. 16 

a) Əhalinin tərkibi və məşğuliyyəti...............................................................................  s. 16 

b) Kənd təsərrüfatının yerləşdirilməsi...........................................................................  s. 20 

v) Maldarlığın tarixi coğrafiyası....................................................................................  s. 24 

q) Sənətkarlığın tarixi coğrafiyası.................................................................................  s. 25 

III fəsil 

NAXÇIVAN DİYARI ŞƏHƏRLƏRİNİN TARİXİ COĞRAFİYASI.......................... 



 

s. 28 

 

 



N ə t i c ə........................................................................................................................ s. 

41 

İstefada olunmuş ədəbiyyat ..........................................................................................  s. 44 




 

GİRİŞ 

 

Azərbaycan tarixşünaslığında yeni istiqamət alan tarixi coğrafiya problemləri. müasir şəraitdə tarix 



elmi qarşısında duran mühüm problemlərdəndir. hələ keçmiş sovet hakimiyyəti dövründə Qafqazın tarixi 

coğrafiyasına dair rus

1

, gürcü


2

 və erməni

3

 tarixşünaslığında bir sıra tədqiqat  əsəri meydana gəldiyi halda, 



Azərbaycanda tarix elminin bu mühüm sahəsinə diqqət verilməmişdir. Bundan istifadə edən erməni və gürcü 

tədqiqatçıları Azərbaycanın ayrı-ayrı bölgələrini, tarixi həqiqəti saxtalaşdırmaqla, özlərinin torpaqları kimi 

qələmə verməyə çalışmışlar, Bu sahədə erməni tarixçiləri xüsusilə böyük canfəşanlıq göstərərək daha «irəli» 

getmiş  və Qafqaz bölgəsinin siyasi xəritəsini təhrif edərək tarixi həqiqətlərə uyğun gəlməyən bir sıra  əsərlər 

yazmış, uydurma xəritələr çəkmiş  və bütün keçmiş SSRİ-yə yaymışlar. Bu baxımdan Azərbaycanın istər 

bütövlükdə, istərsə də ayrı-ayrı bölgələr şəklində tarixi coğrafiyasının tədqiqi müasir dövrdə mühüm aktuallıq 

kəsb edir. 

Naxçıvan diyarının tarixi coğrafiyasının ayrıca tədqiqat obyekti seçilməsi heç də  təsadüfi deyildir. 

Azərbaycan xalqının tarixində özünəməxsus mövqeyi olan bu diyar istər inzibati-ərazi, istərsə də əhalinin 

[3-4] 


məşğuliyyəti, milli və sosial tərkibi, təsərrüfat həyatı və s. baxımından əsrlər boyu ciddi dəyişikliklərə məruz 

qalmışdır. Bu dəyişikliklərin dinamikasını izləmək üçün isə, hər  şeydən  əvvəl, bu dəyişiklikləri  şərtləndirən 

amilləri aşkara çıxarmaq lazımdır. Bu isə müəyyən dövr ərzində coğrafi  şəraitlə tarixi proseslərin qarşılıqlı 

təsirini nəzərə almağı tələb edir. 

Müasir dövrdə Naxçıvan diyarının tarixi coğrafiyasının öyrənilməsinin aktual səslənməsi bir də ondan 

irəli gəlir ki, hazırda tarixən Azərbaycan torpaqlarına göz dikən erməni ekstremistləri erməni ideoloqlarının, 

tarixçilərinin və yazıçılarının

üzdəniraq «əsərlərinə» istinad edərək Naxçıvan diyarının da uydurduqları «Böyük 



Ermənistana» mənsub olduğunu sübut etməyə çalışır, Azərbaycanın bu qədim torpağını da mənimsəmək üçün 

dəridən-qabıqdan çıxırlar. 

Şübhəsiz ki, Azərbaycan tarixi coğrafiyasını müəyyən vaxt kəsiyi  ərzində bütövlükdə  tədqiq etmək 

daha səmərəli olardı. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisi əksər hallarda bütöv deyil, ayrı-ayrı 

bölgələr  şəklində bu və ya digər dövlətin tərkibinə daxil olmuşdur ki, bu da ölkənin tarixi coğrafiyasının 

bütövlükdə tam mənzərəsini yaratmaqda xeyli çətinliklər törədir. Digər tərəfdən, Azərbaycanın bütün ərazisini 

özündə  əks etdirən istər yerli, istərsə  də xarici mənbələr demək olar ki, yox dərəcəsindədir. Buna görə  də 

Azərbaycanın tarixi coğrafiyasını əvvəlcə ayrı-ayrı bölgələr üzrə öyrənmək və yalnız bundan sonra bütün ölkəni 

əhatə edən  əsər yaratmaq, fikrimizcə, daha məqsədə uyğun olardı. Naxçıvan diyarının tarixi coğrafiyasının 

ayrıca tədqiqat obyekti kimi seçilməsi də məhz bu deyilənlərlə bağlıdır. 

Naxçıvan diyarı XVI əsrdən XVIII əsrin 30-çu illərinədək Azərbaycanın Səfəvilər dövlətinin tərkibinə 

daxil olsa da, ayrılıqda inzibati-ərazi vahidi kimi əvvəlcə  Təbriz bəylərbəyliyinin, XVII əsrin sonundan isə 

Çuxur-Səd bəylərbəyliyinin bir hissəsini təşkil etmişdir. Lakin bu müddət  ərzində Naxçıvan iki dəfə 

[4-5] 


Osmanlı Türkiyəsinin hakimiyyəti altına düşmüş  və inzibati-ərazi baxımından müəyyən dəyişikliklərə  məruz 

qalmışdır. Nadir şahın qısa müddətli hökmranlığı dövründə (1736—1747-ci illər) ləğv olunan bəylərbəyliklərin 

əvəzinə yeni yaradılmış Azərbaycan vilayətinin tərkibinə daxil edilən Naxçıvan diyarı XVIII əsrin ikinci 

yarısında müstəqil xanlığa çevrilmişdir. Bu dövrdə  hərbi və iqtisadi baxımdan Azərbaycanın digər 

xanlıqlarından nisbətən zəif olan Naxçıvan xanlığı yenidən bəzi  ərazi itkilərinə  məruz qalmış  və xarici 

sərhədləri dəyişmişdir. XVIII əsrin sonu — XIX əsrin  əvvəllərində yenidən  İran tərəfindən istila edilən bu 

diyarın xarici sərhədlərində ciddi bir dəyişiklik baş verməsə də, daxili inzibati bölgü baxımından burada bəzi 

yeniliklər gözə çarpır. 

Məlumdur ki. tarix elminin bir qolu olan tarixi coğrafiya yalnız müəyyən inzibati-ərazi vahidlərində 

baş verən dəyişiklikləri deyil, həm də həmin bölgədə  əhalinin, təsərrüfatın, şəhərlərin, ticarətin, sənətkarlığın, 

kənd təsərrüfatının problemlərini təbii-coğrafi  şərait və insan fəaliyyətinin göstərilən sahələrinə siyasi 

                                                            

1

 А. П. Новосельцев. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период. – В сб. Кавказ и 



Византия. Е. 1.- Ереван, 1979 

2

 Д. Л. Мусхелишвили. Из исторической географии восточной Грузии. - Тбилиси, 1982. 



3

 С. Т. Еремян. Экономика и социальный строй Албании III-VII вв. – В кН. Очерки истории СССР (III-IХ вв),- М.,1958;Yenədə 

onun. «Ашхарацуйц» (Армянская  география VII в.)-  выдающийся  памятник  географии  и  картографии  древнего  мира.-  ВЩН 

Арм.  ССР, 1968, №5;  Т.  Х.  Акопян.  Очерки  по  исторической  географии  Армении.-  Ереван, 1960; А.  Айвазян.  Историко-

архитектурные памятники. Нахичевани.- Ереван, 1983 və b. 

4

 Bu baxımdan Suren Ayvazyanın «Erməni taleyi» adlı «tarixi» romanını xüsüsilə qeyd etmək lazımdır. Bu kntab Moskva-da iki dəfə 



böyük" tirajla nəşr olunmuşdur. həmin  əsərda S. A. Ayvazyan Naxçıvanın erməni torpağı olduğunu həy?"ızça-sına «subut» etməyə 

çalışır. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə