Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 33,93 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü33,93 Kb.
#27691


Sahibkarların mövcud və ya inşa ediləcək tikinti 

obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun 

sadələşdirilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109

-

cu  maddəsinin  32



-

ci  bəndini  rəhbər 

tutaraq, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün 

cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji 

təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən 

xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə 

şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə

 

qərara alıram:

 

1. “Sahibkarların tələb olunan gücü 150 kVt



-

a qədər (150 kVt da

 

daxil olmaqla mövcud 



0,4  kV-

luq  şəbəkədən)  olan  mövcud  və  ya  inşa  ediləcək  tikinti  obyektlərinin  elektrik 

enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə

-

smeta sənədlərinin hazırlanması və 



verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilsin

2. Sahibkarların tələb olunan gücü 150 kVt



-

a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 

kV-

luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi 



(gücü)  alması  üçün  texniki  şərtlərin,  layihə

-

smeta  sənədlərinin  verilməsi,  habelə  enerji 



təchizatı  şəbəkəsinə  qoşulması  ilə  bağlı  işlərin  həyata  keçirilməsinə  nəzarət  etmək 

məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılsın:

 

Şuranın sədri

 

Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi



 

Şuranın üzvləri:

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;



 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Bakı  Nəqliyyat  Agentliyinin 

nümayəndəsi;

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;



 

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;

 

Sumqay


ıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə 

Sərnişindaşıma İdarəsinin nümayəndəsi;

 

Gəncə  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  yanında  Gəncə  Avtomobil  Nəqliyyatı  ilə 



Sərnişindaşıma İdarəsinin nümayəndəsi;

 

yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.



 

3. Müəyyən edilsin ki:

 



3.1. sahibkarların tələb olunan gücü 150 kVt

-

a qədər (150 kVt da daxil olmaqla mövcud 



0,4  kV-

luq  şəbəkədən)  olan  mövcud  və  ya  inşa  ediləcək  tikinti  obyektlərinin  elektrik 

enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə

-

smeta sənədlərinin hazırlanması və 



verilməsi,  habelə  enerji  təchizatı  şəbəkəsinə  qoşulması  ilə  bağlı  müraciətlər  “ASAN 

Kommunal”  mərkəzləri  (“ASAN  Kommunal”  mərkəzləri  yaradılmayan  regionlarda  –

  bu 

mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir;



 

3.2.  Texniki  Şuranın  fəaliyyəti  müasir  informasiya

-

kommunikasiya  texnologiyalarından 



istifadə  etməklə  və  göstərilən  xidmətlərin  təkmilləşdirilməsi  məqsədilə  innovasiyaların 

tətbiqi yolu ilə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında 

təşkil edilir;

 

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, 



Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə 

Sərnişindaşıma  İdarəsinin,  Gəncə  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  yanında  Gəncə 

Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının 

nümayəndələri  yalnız  müvafiq  inzibati  ərazi  vahidləri  üzrə  “ASAN  Kommunal” 

mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda –

 

bu mərkəzlər 



yaradılanadək “ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil 

edilirlər.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:



 

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə 

bağlı təkliflərini iki ay  müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin;

 

4.2.  beynəlxalq  təcrübəni  nəzərə  almaqla,  “Elektroenergetika  haqqında”  Azərbaycan 



Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin;

 

4.3.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi  aktlarının  bu 



Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının 

Prezide


ntinə məlumat versin;

 

4.4. əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Azərbaycan 



Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə 

birlikdə  2018–

2020-

ci  illər  üzrə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 



la

yihələrindəki  dövlət  investisiya  proqramlarında  Bakı  şəhərində  220  kV

-

luq  üç 


yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

4.5.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu  Fərmana 



uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  üç  ay  müddətində 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.



 

5. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:

 

5.1.  rayon  və  şəhərlər  üzrə  enerji  təchizatı  şəbəkələrinin  hər  bir  yarımstansiya  və 



transformator  məntəqəsi,  habelə  onlarda  olan  sərbəst  güclər  və  qoşulma  imkanları 


haqqında  məlumatların  (mütəmadi  yenilənməklə)  bir  ay  müddətində  Azərbaycan 

Respublikasının Energetika Nazirliyinə verilməsini təmin etsin;

 

5.2.  bu  Fərmanın  5.1



-

ci  bəndində  nəzərdə  tutulmuş  məlumatların  (mütəmadi 

yenilənməklə) iki ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

 

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:



 

6.1.  “Azərişıq”  Açıq  Səhmdar  Cəmiyyəti  tərəfindən  bu  Fərmanın  5.1

-

ci  bəndinə uyğun 



olaraq verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini 

təmin etsin;

 

6.2. bu Fərmanın 2



-

ci hissəsində qeyd

 

olunan dövlət orqanlarının və qurumlarının hər 



birindən  bir  nümayəndə  olmaqla,  on  gün  müddətində  hər  bir  “ASAN  Kommunal” 

mərkəzində  (“ASAN  Kommunal”  mərkəzi  yaradılmayan  regionlarda  –

 

bu  mərkəz 



yaradılanadək  “ASAN  Xidmət”  mərkəzində)  Texniki  Şuranın  formalaşdırılmasını  təmin 

etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika 



Nazirliyi  ilə  birlikdə  beynəlxalq  təcrübəni  və  bu  Fərmanla  təsdiq  edilmiş  Qaydanın 

tələblərini  nəzərə  almaqla,  sahibkarların  tələb  olunan  gücü  150  kVt

-

dan  yuxarı  olan 



mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki 

şərtlərin,  layihə

-

smeta  sənədlərinin  hazırlanması  və  verilməsi,  habelə  enerji  təchizatı 



şəbəkəsinə  qoşulması  prosedurunun  sadələşdirilməsi,  bununla  bağlı  tələb  olunan 

müddət  və  xərclərin  azaldılması  üçün  qanunvericiliyə  dəyişikliklər  edilməsi  barədə 

təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin. 


8.  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial 

İnnovasiyalar üzrə Dövlət Agentliyinə və bu Fərmanın 2

-

ci hissəsində qeyd olunan dövlət 



orqanlarına və qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə 

bağlı Texniki Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında 

zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.

 

9.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 



normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını 

təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

10. Azərbaycan Respublikasının Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbay



can 

Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə 

Dövlət  Agentliyi,  “Azərişıq”  Açıq  Səhmdar  Cəmiyyəti,  “Azəravtoyol”  Açıq  Səhmdar 

Cəmiyyəti  və  rayon  (şəhər)  icra  hakimiyyəti  orqanları  bu  Fərmandan  irəli  gələn  digər 

məsələləri həll etsinlər.

 

  



İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti



 

Bakı şəhəri, 4 aprel 2017



-ci il. 


 

 

Yüklə 33,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə