1
Şahlar Əsgərov
K A M İ L L Ə Ş Ə N
DÜŞÜNCƏ
Bakı – 2013
2
BBK 5.2
Ş-2012
Rəyçi: Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə
doktoru
Redaktor: Ələmdar Cabbarlı, filologiya üzrə fəlsəfə
doktoru Şahlar Əsgərov. KAMİLLƏŞƏN DÜŞÜNCƏ.
‘‘E.L.’’ Nəşriyat və Poliqrafiya Şirkəti MMC,
Bakı, 2013, səh. ..
Kitabda bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və
inkişafına yeni meyar vasitəsilə baxılmışdır. Meyar olaraq,
uğurun onun qıtlığına olan nisbəti götürülmüşdür. Bu meyarın
köməyilə bəzi sosial-iqtisadi göstəricilər cədvəl şəklində yox,
ilk dəfə olaraq qrafik şəklində təqdim edilmişdir. Bu
metodologiya həm planetin, həm də istənilən dövlətin
inkişafının dinamikasını izləməyə, ona nəzarət etməyə imkan
verir.
Yeni meyar vasitəsilə bəşər tarixinə yeni bucaq altında
baxılmış və bu tarix iki dövrə bölünmüşdür. Göstərilmişdir ki,
birinci tarixi dövrdə bütün proseslər şəxsi mənafenin və
instinkt düşüncənin, ikinci dövrdə isə ictimai mənafenin və
şüurun üstünlüyü şəraitində baş verir. Nəticələr gələcəyə
optimist baxmağa əsas verir.
Kitab sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislərlə
bərabər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutul-
muşdur.
İSBN
© Şahlar Əsgərov, 2013
3
Ön söz əvəzi
Xoşbəxt həyat insanın yaradılmasındakı hikmətin
məhək daşını əmələ gətirir. Bəşəriyyətin xoşbəxtliyi yer
üzündə intellektin hər bir təkamül formasiyasında, ilahi
təlimlər silsiləsinin hər bir halqasında əsas problem olaraq
nəzərdən keçirilmişdir. İstər mənəviyyatla çulğaşan
idealist fəlsəfi fikirdə, istərsə də əşya və hadisələrə
birtərəfli münasibət bəsləyən materialist fəlsəfədə həm
inkişaf, həm də tərəqqi – xoşbəxtlik münasibətləri müx-
təlif yanaşma formaları ilə müşayiət olunmuşdur. Bir
sözlə, bəşəriyyətin, demək, fərd və cəmiyyətin xoşbəxtliyi
tarix boyu parlaq gələcək cəfakeşlərini düşündürən ən
ümdə problem sayılmalıdır. Amma “həqiqi xoşbəxtlik
(həm də tərəqqi) nədir; daimi xoşbəxtliyi (tərəqqini) nə
təmin edə bilər?” kimi suallar tarix boyu insan zəkasını
məşğul etmiş, indi də etməkdədir. Qeyd edilməlidir ki,
xoşbəxtliyə
münasibətdə
ənənəvi
dini-mənəvi
yanaşmanın əksinə olaraq, XVIII əsrdən etibarən,
ələlxüsus maarifçilik fəlsəfəsinin ideoloji formatını mə-
nimsəmiş Qərb (Avropa) fikrinin diktəsi ilə maddi gəlirin
çoxluğu və var-dövlətin artması xoşbəxtliyin başlıca
meyarı kimi təqdim edilib. Odur ki, cəmiyyətin inkişafının
güzəranlıq səviyyəsinin yaxşılaşması fonunda qiymət-
ləndirilməsi bir qayda halını alıb. Amma dünyanın inkişaf
etmiş ölkələrində aparılmış rəy sorğuları göstərmişdir ki,
4
maddi rifah, gəlirin artması, yaxşı iş imkanları... heç də
xoşbəxtliyi bütövlükdə təmin edə bilmir. Xoşbəxtlik
indeksinin yüksəlməsi üçün zəruri sayılan mənəvi-əxlaqi
tələbatlara laqeyd münasibət Qərbdə rifah həddinin
əvvəlcə sabitləşməsi, sonra isə azalması ilə nəticələnib.
Demək, həqiqi və daimi rifah üçün bir cəmiyyətdə maddi
tələbatları təmin etməklə yanaşı, mənəvi-əxlaqi tərəqqiyə
də diqqət yetirmək lazımdır.
Dini-aksioloji
dəyərlərdən
sosial
və
ideoloji
müstəvidə imtina etmiş dünyəvi cəmiyyətlərdə, eləcə də
materialist-liberal dünyagörüşündə inkişaf modellərinin
başlıca göstəricisi kimi iqtisadi-texnoloji və elmi tərəqqi
çıxış edir. Təbii ki, məlum sahələrin inkişafı cəmiyyətdə
müəyyən dərəcədə rifahı təmin edir, amma bu rifah tam
deyildir. Belə cəmiyyətlərdə insanların yalnız maddi-elmi
tələbatları nəzərə alındığından, sırf maddi tərəqqi ilə rifah
yaratmaq fəlsəfəsinə əsaslanan inkişaf modelləri müəyyən
vaxtdan sonra əvvəlki kimi səmərəli olmur. Müasir
dövrdə maddi cəhətdən korluq çəkməyən Qərb insanının
düşdüyü mənəvi boşluq və kollektiv-sosial depressiya
dediklərimizin əyani sübutudur.
Dini dünyagörüşündə, o cümlədən islamda isə inkişaf
daha geniş məna daşıyır. Çünki din insana maddi və
mənəvi tərəflərdən ibarət varlıq kimi yanaşır. Bu
səbəbdən insanın xoşbəxtliyi üçün onun bütün maddi və
5
mənəvi ehtiyaclarını təmin etmək zəruri sayılır. O da qeyd
olunmalıdır ki, mənəvi tələbatları təmin etmək islam
təlimlərində insan oğlunun başlıca hüquqlarından birini
əmələ gətirir. Əgər biz şəriətin məqsədlərinə nəzər salsaq,
görəcəyik ki, islam dini bəşəriyyətin xoşbəxtliyi üçün
maddi və mənəvi tələbatları vəhdətdə götürür. Əsas
vəzifəsi bəşəriyyətə “fayda vermək” olan islam bu
səbəbdən dini, canı, ağlı, var-dövlət və nəsli qorumağı
başlıca məqsəd sayır. Bu məqsədləri həyata keçirmək für-
sət yaradır ki, cəmiyyətdə əxlaqi, maddi və intellektual
inkişaf, demək, həqiqi inkişaf baş versin. İnsana fiziki və
mənəvi komponentlərdən ibarət bir bütöv kimi yanaşmaq
imkan verəcəkdir ki, xoşbəxtlik naminə bu kom-
ponentlərdən irəli gələn tələbatlar ayrı-ayrılıqda təmin
edilsin.
Barəsində danışdığımız problem – bəşəriyyətin
xoşbəxt gələcəyi problemi dünyanın müxtəlif ölkələrinin
mütəxəssislərində olduğu kimi, respublikamızın alim-
lərini də narahat edir. Belə elm insanlarından biri də cəfa-
keş alim, görkəmli mütəxəssis Şahlar müəllimdir. Şahlar
müəllim həm fizikdir, həm sosioloq-filosofdur, həm
pedaqoq, həm də aksioloqdur. Dəyərlər haqda sanballı
söz söyləmək istəyən şəxs gərək dəyər insanı olsun. Şahlar
müəllimin milli-mənəvi dəyərlərlə bağlı qələmə aldığı
yazılar, əsərlər həm də ona görə uğurlu alınıb ki, o, dəyər
Dostları ilə paylaş: |