Sakit hüseynov rasim sariyev



Yüklə 5,17 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix31.08.2018
ölçüsü5,17 Mb.
#65529
  1   2   3   4   5   6   7   8   9   ...   53
65529

SAKİT HÜSEYNOV 
RASİM SARIYEV
EKOLOGİYANIN FƏLSƏFİ VƏ 
HÜQUQİ MƏSƏLƏLƏRİ
'  
что-
i Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər idarəsi

PREZİDENT KİTABXANASI 
----- BAKI -  2007--------


_  w 
K itab  AMEA-nın  Fəlsəfə  və  Siyasi-Hüquqi  Tədqiqatlar  İnsti­
tutunun  «Qloballaşma və sosial  ekologiyanın  fəlsəfi  problemləri» 
şöbəsində hazırlanmışdır.
Elmi redaktor: fəls.elm.dokt., prof, A.M.Şükürov
Rəyçilər:
Fəls.elm.dokt.,  prof.  F.F.Ramazanov;  hüquq  elm.dokt.,  prof. 
İ.M. Rəhimov; 
fəls.elm.nam. 
Ə.Kərimov; 
hüquq 
elm.nam. 
E.Ə.Əliyev
S.Hüseynov,  R.SarıyevTİEkologiyanın  fəlsəfi  və  hüquqi  məsələ­
ləri.  Bakı,  «Təknur»,  2007, 216 s.
K itab  ekologiyanın  fəlsəfi  və  hüquqi  məsələlərinin  araşdırıl­
masına  həsr  edilmişdir.  K itabda  insan-təbiət  münasibətlərinnin 
tarixi  təkamülü  şərh  edilir,  ekoloji  fəlsəfə  və  ekoloji  hüququn 
predmeti  izah  edilir,  respublikamızın  ekoloji  qanunvericiliyində 
ekoloji  hüququn anlayış və terminləri  fəlsəfi cəhətdən  təhlil edilir, 
sovet  dövründə  ekoloji  fəlsəfə və  ekoloji  hüququn  inkişaf mərhə­
lələrinə diqqət yetirilir.
K itabda  təbiətdən  istifadənin  fəlsəfi-  hüquqi  əsasları  təhlil  edi­
lir,  ekoloji  nəzarətin  mənəvi-hüquqi  istiqamətlərinə  diqqət  yetiri­
lir,  urbanizasiya  prosesində  şəhərsalmanın  hüquqi  və  sosial- 
ekoloji  aspektləri  təhlil  edilir,  ekoloji  şüurun  formalaşmasında 
hüquqi  və  mənəvi  məsuliyət  şərh  edilir,  ekoloji  hüququn  inkişa­
fında ekoloji tərbiyənin rolu izah edilir.
Ali  məktəb  tələbələri,  magistr  və  aspirantlar  üçün  nəzərdə  tu­
tulan  bu  kitab  eyni  zamanda,  ekoloji  fəlsəfə,  sosial  ekologiya  və 
ekoloji  hüquq  sahəsində  çalışan  mütəxəssislər  və  tədqiqatçılar 
üçün də faydalı vəsait ola bilər.
MÜNDƏRİCAT
G iriş................................................................................................... 4
I
 Fəsil.  Ekologiyanın fəlsəfi və hüquqi məsələlərinə tarix i yanaşma
1.1. İnsan-təbiət  m ünasibətlərinin tarixi təkam ülü.................. 7
1.2.  Ekoloji fəlsəfə və insan-təbiət m ünasibətlərinin ekoloji-
hüquqi  statu su ......................................................................................22
1.3.  Ekoloji  şürunun form alaşm asında ekoloji  fəlsəfə və ekoloji
hüququn  ro lu ........................................................................................41
1.4. Qanunvericilik aktlarında ekoloji  anlayışların fəlsəfi  m a­
hiyyəti 
46
II
  Fəsil.  Azərbaycanda  təbiəti mühafizənin inkişaf mərhələləri 
(1920-1991-ci illər) və onun sosial - fəlsəfi və hüquqi  təhlili
2.1.  Azərbaycanda  ekologiyaya aid  partiya və hökum ət  qərarları­
nın sosial-fəlsəfi və hüquqi əhəmiyyəti........................................... 58
2.2. T orpaqların və yerin təkinin m ühafizəsi.......................... 64
2.3. Suların  mühafizəsi................................................................. 69
2.4.  M eşələrin m ühafizəsi............................................................ 75
2.5.  A tm osfer havasının  m ühafizəsi.......................................... 79
2.6.  H eyvanlar aləm inin  m ühafizəsi.......................................... 86
III
  Fəsil.  M üstəqil Azərbaycanda  ekologiyanın fəlsəfi  və hüquqi 
məsələləri
3.1. Təbii sərvətlərdən  istifadə edilməsinin  fəlsəfi və hüquqi  əsas­
ları 
91
3.2.  Təbiəti mühafizə sistemində ekoloji  nəzarətin fəlsəfi və hüqu­
qi istiqam ətləri................................................................................... 111
3.3.  U rbanizasiya və şəhərsalm anın hüquqi və sosial-ekoloji as­
pektləri................................................................................................. 133
3.4.  M əişət ekologiyasının fəlsəfi-  hüquqi  məsələləri.......... 151
IV
  Fəsil.  Ekoloji şüurun formalaşmasında  hüquqi və mənəvi məsu­
liyyətin  rolu
4.1.  Ekoloji  qanunvericilikdə mənəvi  məsuliyyətin y e ri.... 166
4.2.  İnsan-təbiət  m ünasibətlərinin optim allaşdırılm asında hüquqi
və  mənəvi  am illərin vəhdəti.............................................................183
4.3.  B akı-Tbilisi-Ceyhan  neft kəm ərində ekoloji təhlükəsizliyin
təm in edilm əsi.................................................................................... 196
4.4.  E koloji  qanunvericiliyin  tələblərinin həyata  keçirilməsində
ekoloji  tərbiyənin ro lu ..................................................................... 201
Nəticə.............................................................................................. 211
3


GİRİŞ
İctimai tərəqqi prossesində fəlsəfənin yeni-yeni tədqiqat istiqamətləri 
meydana gəlməkdədir. XX əsrin  80-ci  illərində meydana  gələn  fəlsəfə­
nin yeni istiqamətlərindən biri də ekoloji fəlsəfədir.  Ekoloji fəlsəfə sadə 
şəkildə gecək insan-təbiət münasibətlərinin qarşılıqlı təsirini öyrənir.
Ətraf mühitin  və təbii  sərvətlərin  mühafizə edilməsi  mühüm  dövlət 
və ümumxalq  əhəmiyyəti  olan  bir məsələdir,  insan  həyatı,  cəmiyyətin 
inkişafı təbiətlə, ətraf mühitlə sıx əlaqədar olduğuna görə indiki nəsillə­
rin, həm də gələcək nəsillərin sağlam mühitdə yaşaması ətraf mühitin və 
təbii sərvətlərin mühafizəsi ilə şərtlənir.
Bu baxımdan müstəqil  respublikamızın sosial-iqtisadi  inkişafı,  əha­
linin  maddi  və  mənəvi  tələbatının  ödənilməsi,  xalqımızın  güzəranının 
yaxşılaşması  ətraf mühitin  mühafizəsi  məsələsini  ciddi  şəkildə  qarşıya 
qoyur.  Ətraf mühitin gələcək nəsillər üçün mühafizəsi məsələsinin dərk 
edilməsi ekoloji fəlsəfənin ən mühüm problemidir.  Bu problem ekolog­
iyanın fəlsəfi və hüquqi məsələləri ilə birbaşa əlaqədardır.
Məlumdur ki,  sənaye müəssisələrinin,  nəqliyyatın  intensiv fəaliyyəti 
ekosistemin tarazlığını pozur, bitki və heyvan aləminə mənfi təsir göstə­
rir, atmosferi, torpağı və suyu çirkləndirir, ətraf mühitə ziyan vurur.
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilmə­
sinin  hüquqi  tənzimlənməsi,  insanlarda  ekoloji  şüurun  formalaşdırıl­
ması siyasəti hər bir dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Ətraf mühit  obyektləri  (su,  torpaq,  hava) ilə hüquq  normaları  ara­
sında,  təbiətlə  qanun  arasında  qarşılıqlı  münasibətlərin  öyrənilməsi, 
insanların  normal  həyat fəaliyyətini təmin edən sağlam ekoloji şəraitin 
hüquqi  cəhətdən  əsaslandırılması  və  bu  münasibətlərin  şüurda  əks 
olunması hazırda müstəqil respublikamızda qarşıda duran  əsas  vəzifə­
lərdən biridir.
Göstərmək  lazımdır  ki,  ekologiyanın  başqa  sahələrinə  nisbətən 
onun  hüquqi və  fəlsəfi məsələləri ən az tədqiq olunan sahələrdən biri­
dir. Buna görə də ətraf mühitin mühafizəsinin fəlsəfi və hüquqi  məsələ­
lərinin  öyrənilməsinin  nəzəri  və  praktiki  əhəmiyyəti  vardır.  Hazırda 
ekoloji  hüququn  nəzəri  və  praktiki  məsələləri  də  müəyyən  aktuallıq 
kəsb  edir.  Ekoloji  hüququn  nəzəri  problemləri  dedikdə,  ətraf mühitin 
mühafizəsi  ilə  bağlı  qanunlar,  normativ-hüquqi  aktlar  və  ekoloji 
hüquqla bağlı digər qanunvericilik sənədlərinin məcmuyu nəzərdə tutu­
lur. Ekoloji hüququn praktiki məsələləri isə ətraf mühitin mühafizəsinin 
hüquqi tərəflərinin insanların şüurunda əks olunması dərəcəsini və eko­
4
loji  qanunvericiliyin  tələblərinin  həyata  keçirilməsi  vəziyyətini  əhatə 
edir.
90-cı  illərin  ortalarından  başlayaraq  ekoloji  hüququn  nəzəri  pro­
blemləri ilə əlaqədar respublikamızda xeyli işlər görülmüşdür. Bu illərdə 
ətraf mühimtin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə əla­
qədar respublikamızda iyirmidən çox ekoloji qanun, hüquqi -  norma­
tiv aktlar qəbul edilmiş və Azərbaycan on beşdən çox Beynəlxalq Eko­
loji Konvensiyalara qoşulmuşdur.  Bütün bunlar respublikamızda eko­
loji hüququn və ekoloji şüurun inkişaf dinamikasını göstərən faktlardır.
Lakin sosioloji müşahidələr göstərir ki, ekoloji qanunverciliyin tələb- 
lr~nin  həyata  keçirilməsi  vəziyyəti  o  qədər  də  ürəkaçan  deyil.  Daha 
dəqiq desək, ekoloji hüququn əməli məsələləri ictimaiyyəti narahat edən 
problemlər yaratmaqdıdır.  Belə  ki,  yaşayış  məskənlərində  yaşıllıqların 
sürətlə qırılması, Bakı şəhərində artmaqda olan nəqliyyat vasitələri tərə­
findən  atmosfer  havasının  çirklənməsi,  dövlət  və  bələdiyyə  torpaqları­
nın  paylanmasında  ekoloji  hüquqpozmaların  artması,  çimərliklərdən 
müalicə  əhəmiyyətli  qumun daşınması,  şəhərlərdəki sanitar-  qoruyucu 
zolaqların  məhv  edilməsi,  məişət  zibillərinin  təyin  olunmayan  yerlərə 
atılması,  hündür  binaların  tikilməsi  zamanı  ekoloji  normalara  əməl 
edilməməsi artıq günümüzün reallığına çevrilmişdir.
Bütün  bunlar insanlarda  ekoloji  şüur səviyyəsinin  hələ də aşağı  ol­
duğunu  göstərməklə  yanaşı,  həm  də ekoloji  qanunvericiliyin  tələbləri­
nin həyata keçməsində çatışmazlıqlar olduğunu göstərir.  Bu deyilənləri 
ümumiləşdirsək aşağıdakı nəticəyə gəlmək olar:
- hüquqi- normativ aktların həyatın sosial tələblərini düzgün əks et­
dirməsində  ekoloji  qanunvericiliyin  fəlsəfi-sosioloji  cəhətdən  araşdınl- 
ması mühüm əhəmiyyət kəsb edir;
-  Respublikamızda  kifayət  qədər ekoloji qanunların  olmasına  bax­
mayaraq bu qanulann  işləmə mexanizmi hələ də geri qalır.  Bu baxım­
dan ekoloji qanunvericiliyin həyata keçməsi mexanizmini təkmilləşdir­
mək üçün sosioloji tədqiqatların keçirilməsi zərurəti meydana çıxır;
-  Ekoloji  hüququn  sosioloji  cəhətdən  öyrənilməsi  ətraf  mühitin 
mühafizəsində  ekoloji  qanunların  sosial  təsirinin  gücləndirilməsində 
müəyyən elmi əhəmiyyət kəsb edir.
Mövcud kitab öz strukturuna görə giriş, dörd fəsil və nəticədən iba­
rətdir.  Kitabın  I  fəslində  insan-təbiət  münasibətlərinin  tarixi  təkamüli 
araşdırılır, təbiətə münasibətin ekoloji-hüquqi statusu müəyyənləşdirilir
ekoloji şüurun formalaşmasında ekoloji fəlsəfə və ekoloji hüququn rolu 
tədqiq edilir, ətraf mühitin mühafizəsi  ilə bağlı qanunvericilik aktlann-
5


Yüklə 5,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə