Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
  1   2   3   4   5   6   7   8   9   ...   17


SAM-ın İCMALI

  |   1     

BAKI-2010

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  YANINDA 

STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ

Cavid Vəliyev 

SAM-ın aparıcı elmi işçisi

TÜRKİYƏ-ERMƏNİSTAN 

PROTOKOLLARI:



UDAN KİM, UDUZAN KİM?


2  |  

SAM-ın İCMALI 

İDEYA VƏ LAYİHƏ MÜƏLLİFİ: 

 

 



Elxan NURİYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin direktoru,

siyasi elmlər doktoru

TƏRTİBÇİ: 

 

     



Cavid VƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin Xarici siyasətin təhlili 

şöbəsinin aparıcı elmi işçisi,

Ankara Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı

REDAKTOR: 

     


Aqşin МƏMMƏDOV

filologiya elmləri namizədi


SAM-ın İCMALI

  |   3     

GİRİŞ 

 7



I FƏSİL: 

SOYUQ MÜHARİBƏDƏN SONRA 

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ  

 

8

  2002-ci ildən sonra Türkiyə-Ermənistan münasibətləri

  Türkiyənin Ermənistan siyasətində normallaşmanın səbəbləri

  Türkiyənin Ermənistan siyasətində normallaşmanın yolları

II FƏSİL: 

TÜRKİYƏ-ERMƏNİSTAN PROTOKOLLARI  

 

16

  Protokollardan əvvəl yaşananlar 

  Protokolların Türkiyə-Azərbaycan münasibətlərinə təsiri

  Protokolların imzalanması

  Tarixçilərdən ibarət komissiyanın yaradılması protokollarda əksini tapıbmı? 

  Qars müqaviləsi protokollarda əksini tapıbmı?

  Dağlıq Qarabağ problemi protokollarda əksini tapıbmı?

  Protokolların təsdiqlənmə prosedurası

  Siyasi prosedurası

III FƏSİL:  

“ERMƏNİ AÇILIMI”NIN REGİONA TƏSİRLƏRİ 

 

31

  Gürcüstan müdafiəsiz qalar

  Rusiya sərhədlərin açılmasına “qarşı deyil”

  İranın Qafqaz siyasətinə təsiri

  Sərhədlərin açılması üçün ABŞ-ın iki səbəbi

NƏTİCƏ 


 34

TÖVSİYƏLƏR 

 

37

  Türkiyə və Azərbaycan üçün 

  Azərbaycanın Dağlıq Qarabağ siyasəti üçün

  Üçüncü tərəflər üçün

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR 

 

40

Əlavə 1. TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ XƏRİTƏSİ

Əlavə 2. TÜRKİYƏ-ERMƏNİSTAN QARS-GÜMRÜ DƏMİRYOLU

Əlavə 3. TÜRKİYƏ-ERMƏNİSTAN PROTOKOLLARI

MÜNDƏRİCAT:




4  |  

SAM-ın İCMALI 


SAM-ın İCMALI

  |   5     

XÜLASƏ

 

XIX əsrə qədər erməni-türk münasibətləri Osmanlı dövlətində yaşayan ermənilər üçün “sadiq 



millət” (“millet-i sadıka”) adı veriləcək qədər yaxşı idi. Bu münasibətlər ilk dəfə XIX əsrdə yaşanan 

dörd  Osmanlı-Rus  müharibəsi  ilə  pozuldu.  Münasibətlərdəki  bu  gərginlik  Rusiya  və  İngiltərə  kimi 

dövlətlərin Osmanlı dövlətində yaşayan etnik azlıqlardan istifadə edərək imperiyanı parçalama siyasəti 

və ermənilərin Osmanlıda həyata keçirdikləri terror aktları ilə artdı. Birinci Dünya müharibəsində fran-

sız və rus qoşunları ilə birlikdə türk ordusuna qarşı Osmanlı sərhədləri daxilində üsyan edən ermənilər 

1915-ci  ildə  təhlükəsizlik  amilləri  nəzərə  alınaraq  Şərqi  Anadoludan  Osmanlı  dövlətinin  digər 

bölgələrinə köçürüldü. Ermənilərin 1920-ci il Sevres  müqaviləsi ilə Şərqi Anadoluda “Ermənistan” 

dövləti qurmaq ümidləri Türkiyə Respublikasının qurucu Lozan müqaviləsi ilə puç oldu. 

 

Türkiyə-Ermənistan münasibətlərində gərginlik bununla bitmədi. İkinci Dünya müharibəsindən 



sonra Ermənistanın Türkiyəyə qarşı torpaq və soyqırım iddiaları davam etdi. SSRİ-nin dağılması ilə 

ortaya  çıxan  Ermənistan  özünü  əvvəlki  Ermənistan  Respublikasının  (1918-1920)  varisi  elan  etdi. 

1991-ci ildə müstəqilliyini qazanan Ermənistan Türkiyə-Ermənistan sərhədlərini müəyyən edən Qars 

müqaviləsini tanımadı və soyqırım iddialarını davam etdirdi. Ermənistanın Türkiyəyə qarşı tələbləri və 

Azərbaycan torpaqlarını işğal etməsi Türkiyənin Ermənistanla sərhəddini bağlaması ilə nəticələndi. 

 

2002-ci ildən sonra isə ikitərəfli münasibətlərdə yeni bir dövr başladı. Sadəcə Ermənistana qarşı 



deyil, eyni zamanda Türkiyədə yaşayan ermənilərə qarşı da atılan təktərəfli addımlara “normallaşma 

prosesi” adı verildi.  Bu normallaşma prosesi 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində 

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması üçün proto-

kolların imzalanması ilə nəticələndi. Protokolların imzalanmasına baxmayaraq, Türkiyə ilə Ermənistan 

arasında mübahisələr bitmədi. Mübahisələr bitmədiyi üçün protokollar da təsdiqlənmədi. 

ABSTRACT

 

Turkish-Armenian relations for the Armenians living in the Ottoman Empire were good for “lo-



yal people” (“millet-i sadıka”) till the XIXth century. For the first time, these relations were disordered 

by the four Ottoman- Russian wars that took place in the XIXth century. This tension in relations was 

increased due to the policy of Russia and England which wanted to break the Empire using the ethnic 

minorities which lived in the Ottoman state, as well as the terrorist acts of Armenians. During the First 

World War, Armenians together with the French and Russian troops rebelled against the Ottoman Em-

pire inside the state boundaries, taking into account the security factors in 1915 were moved from the 

eastern Anatolia to the other region of the Ottoman state. Armenian hopes to establish an “Armenian” 

state in eastern Anatolia by means of the Sevres Treaty in 1920, were unsuccessful with the Treaty of 

Lausanne. 

 

Tension  in  relations  between Turkey  and Armenia  did  not  stop  after  this. After  the  Second 



World War, Armenian territorial and genocide claims against Turkey were continued. With the col-

lapse of the USSR, Armenia declared itself as the heir to the former Armenian Republic (1918-1920). 

Armenia which gained its independence in 1991 did not recognize the Gars treaty which specified the 

Turkish-Armenian boundaries and continued genocide claims against Turkey. The claims of the Arme-

nians against Turkey, as well as the occupation of the Azerbaijani territories resulted in the closing of 

the Turkish-Armenian borders.   

 

A New era in the bilateral relations between Armenia and Turkey started after 2002. It was 



given impetus to develop the relations not only with Armenia, but also with the Armenians living in 

Turkey by means of unilateral steps which were called the “normalization process”. This “normaliza-

tion process” resulted in the signing of Protocols in Zurich, Switzerland on October 10, 2009 for the 

establishing of diplomatic relations and opening of closed borders between Turkey and Armenia. The 

arguments between Armenia and Turkey did not cease in spite of the signed Protocols. The Protocols 

were not affirmed because of the continuing disputes between the two states. 




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə