Say sistemləri arasında əlaqə
Ədədlərin yazılışı üçün istifadə olunan simvollar və üsullar toplusu say sistemi adlanır
Say sistemləri iki yerə ayrılır.
Əgər kiçik rəqəm böyük rəqəmdən əvvəl gələrsə çıxılır.
Mövqeli say sistemi Bu sistem bizim eradan təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Mövqeli say sistemində istifadə olunan simvolların sayı say sisteminin əsası adlanır. Yəni 2-lik say sistemində 2, 8-lik say sistemində 8, 10-luq say sistemində 10, 16-lıq say sistemində 16 simvoldan istifadə olunur.
İkilik say sistemi Kompüterdə 2-lik kodlaşdırmadan istifadə olunur. Çünki, elektrik siqnalların iki dayanıqlı vəziyyəti var. Siqnal olan hal “1”, siqnal olmayan hal isə “0” kimi qəbul edilir. Yəni, ikilik say sistemini texniki cəhətdən reallaşdırmaq asandır. Ikilik say sistemində O və 1 rəqəmlərindən istifadə olunur.
Səkkizlik say sistemi 0,1,2,3,4,5,6,7 rəqəmlərindən istifadə olunur.
10-luq say sistemi Bizim istifadə etdiyimiz say sistemidir. 0,1,2,3,4,5,6,7,8,9 rəqəmlərindən istifadə olunur.
Onaltılıq say sistemi 0,1,2,3,4,5,6,7,8,9 rəqəmlərindən və A,B,C,D,E,F simvollarından istifadə olunur.
Müxtəlif say sistemlərində ədədləri aşağıdakı kimi göstərmək olar.
Dostları ilə paylaş: |