Səadət Təhmirazqızı



Yüklə 51,42 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü51,42 Kb.
#14834


Səadət Təhmirazqızı 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət və Turizm Nazirliyi 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 

Baş elmi işçi, Azərbaycan 

 

ƏNƏNƏ VƏ NOVATORLUQ İSTİQAMƏTİNDƏ 



USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN 

YARADICILIQ XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər:  Əlibaba  Məmmədov,  muğam,  “Dəşti”,  “Şur”, 



“Səlmək”, xanəndə, ifaçı, novator. 

 

Əsrlərin sınağından çıxaraq dildən-dilə,nəsildən-nəslə keçərək 



bu günümüzə gəlib çatan ulu və müqəddəs muğamlarımızın təkmil-

ləşərək  inkişaf  etməsi zaman-zaman  formalaşmış  ənənələrə  əsas-

lanır. Təbii ki, bu ənənləri də müxtəlif dövrlərdə yaşamış alimlər, 

mütəfəkkirlər və muğam ifaçıları yaradıblar. Bu mənada XIX əsrin 

sonu  XX  əsrin  əvvəllərində  yaşamış  Cabbar  Qaryağdıoğlu,  Seid 

Şuşinski  və  Xan  Şuşinski  kimi  məşhur  xanəndələr Azərbaycan 

muğam  ifaçılığını  qədim  ənənələr  əsasında  təkmilləşdiriblər. 

Onların layiqli davamçısı olan Respublikanın Xalq Artisti, “Şöhrət” 

və “İstiqlal” ordenləri ilə təltif edilən, Azərbaycan Milli Konserva-

toriyasının professoru Əlibaba Məmmədov da muğam ənənələrinə 

istinad etməklə öz novator cəhətləri ilə bu sənəti bir qədər də inkişaf 

etdirib. Əlibaba Məmmədovun novatorluğu da məhz ənənələr üzə-

rində  formalaşıb.  Belə  ki,  xanəndə  öz  yaradıcılığında  muğam 

ifaçılığı üçün vacib və lazım olan tələblərə ustalıqla riayət edir. Bu 

tələblər hansılardır? – sualını cavablandıraq. 

Əvvəla  muğam  oxuyan  səs  texnikasından  və  sözlərin  aydın 

tələffüzündən  düzgün  istifadə  etməlidir.  Daha  sonra  muğama  xas 

olan ritmik quruluş baxımından musiqi frazalarının sözlə vəhdəti, 

şöbə və guşələrdə zəngulələrin, boğaz qaynatmalarının yerli-yerində 

olması  da  xanəndənin  peşəkarlığını  özündə  əks  etdirir.  Muğam 

ifaçılığı ənənələrinə xas olan bu cəhətlər Əlibaba Məmmədovun oxu 

manerasında, səhnə mədəniyyətində öz əksini tapır. Bu yerdə usta-

dın ifasında “Rast” dəstgahından bir şöbəyə qulaq asaq. 

384 


 


Lent yazısı. Video 

İndi  isə  ənənələrə  istinad edən  xanəndənin novator cəhətlə-

rindən danışaq: 

Daim  muğam  ifaçılığında  axtarışlar  aparan  Əlibaba  Məmmə-

dovun bəzi muğamların təkmilləşməsində hətta belə də demək olar 

ki,  öz  ustadlarından  fərqli  oxunmasında  mühüm  rolu  var.  Fikir-

lərimizi əyani misallarla təsdiq edərək əvvəlcə “Hümayun” dəstga-

hına nəzər salaq. 

Bildiyimiz kimi orta əsrlərdə  Şərq  xalqlarının  musiqisindəki 

24  əsas  muğam  şöbələrindən biri məhz  “Hümayun”  olub. Zaman 

keçdikcə inkişaf prosesində təkmilləşərək “Hümayun” muğam dəst-

gaha çevrilmişdir. Bu dəstgah İran musiqisində daha geniş yayılıb. 

19-cu  əsrdən sonra Azərbaycan  şifahi  ənənəli musiqisində  də 

“Hümayun” muğam dəstgah kimi mühüm yer tutmuşdur. Muğam 

ifaçılığı təcrübəsində “Hümayun” dəstgahının 2 növü mövcuddur. 

“İran Hümayun”u, “Qafqaz Hümayun”u. Bunları bir-birindən fərq-

ləndirən cəhətlər həm müəyyən şöbə və guşələrdən, həm də məkan 

xüsusiyyətlərinə görə ifa tərzindən ibarətdir. 

Azərbaycan  muğam  ifaçılığında  müstəsna  əhəmiyyəti olan 

“Hümayun” muğamı çətin melodik frazalardan ibarətdir. Odur ki, 

musiqi  tarixində  bu  muğamın  ifaçıları  çox  deyil.  20-ci  əsrdə 

Azərbaycanda “Hümayun” muğamının ən mahir ifaçıları sırasında 

ustad Seyid Şuşinskidən sonra, Əlibaba Məmmədovun adı hörmətlə 

çəkilir. Hətta, onun bu muğamı ustalıqla ifa etməsi və bu muğamın 

təkmilləşməsindəki  xidmətləri  musiqi  tariximiz  üçün  dəyərli bir 

töhfədir.  Əlibaba Məmmədov  ustadı  Seyid  Şuşinskidən öyrəndiyi 

“Hümayun”  muğamına  öz  axtarışları  nəticəsində  “İran  Hüma-

yunu”nda olan “Bidad” şöbəsini gətirməklə Azərbaycanda oxunan 

“Hümayun” dəstgahını bir qədər yığcamlaşdıraraq təkmil formaya 

salıb. Belə ki, ona qədər “Hümayun” dəstgahında bu şöbələr oxu-

nurdu: “Mayə”, “Fili”, “Tərkib”, “Üzzal”, “Məsnəvi” və ayaq. 

Əlibaba  müəllim  qeyd  edir  ki,  həmin formada “Tərkib”dən 

“Üzzal”a  keçəndə  “sol”dan  başlayıb  “fa”da  dayanırdıq.  Bu  da 

tonallıq  baxımından  bir-birini  tamamlamırdı,  yəni  tonikaya  düz 

düşmürdü.  Lakin  iranlı  xanəndələr  Qulpanqani,  İrəc və  Dilkəşin 

385 


 


oxuduqları “Hümayun” muğamını dinlədikdən sonra o, “Tərkib”dən 

sonra “Bidad” şöbəsini oxumaqla ənənə daxilində öz novatorluğunu 

nümayiş  etdirir.  Beləliklə,  “Hümayun”  dəstgahı  Əlibaba  Məm-

mədov tərəfindən  bu  şöbələrlə  oxunur:  “Mayə”,  “Fili”,  “Tərkib”, 

“Bidad” və ayaq – yəni dəstgahın kadensiyası. Onun bu yeniliyini 

müəllimi Seyid Şuşinski də qəbul edərək hətta, tədris proqramına da 

daxil edir. 

Hal-hazır ki, tədris proqramında da “Hümayun” dəstgahı Əlibaba 

Məmmədovun tərtib  etdiyi  şöbələrlə  oxunur.  İndi  biz  ustadın 

tələbəsi Babək Quliyevin ifasında “Hümayun”un “Tərkib”, “Bidad” 

və “Hümayun”a ayaq şöbələrini eşidəcəyik. 

 

Canlı ifa 

Əlibaba Məmmədovun yaradıcılığında ənənələrə istinad edilə-

rək onun novatorluğu ilə təqdim olunan növbəti muğam “Şüştər”dir. 

Bu muğamın Azərbaycan musiqi tarixində mühüm yeri var. 

19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bir çox xanəndələr bu 

muğamı məharətlə ifa ediblər. Amma, onların əksəriyyəti “Şüştər”i 

“Əmiri” şöbəsi ilə başlayıblar.Bu isə daha çox “Rahab” muğamına 

xasdır. Çünki bu “Şur” köklü bir şöbədir. Onun “Şüştər” muğamında 

ifası tonallıq baxımından qeyri sabit səslənir. Əlibaba Məmmədov 

isə  qədim səs  yazılarını  araşdıraraq  və  tarixi  mənbələrə  istinad 

edərək “Mövləvi” şöbəsini tapmış və onun “Şüştər”də daha rəvan 

səslənməsinə  nail  olmuşdur.  Bu  yerdə  onu da qeyd etməliyik  ki

“Mövləvi”  şöbəsi  çox  qədim  zamanlardan  muğam  ifaçılığında 

istifadə edilib. Hələ orta əsrlərdə yaşamış görkəmli alim və mütə-

fəkkir  Cəlaləddin Rumi də  öz  yaratdığı  sufi  təriqətini  “Mövləvi” 

adlandırmışdır.Bu  cəmiyyətdə  Quran ayinləri,  Peyğəmbəri  mədh 

edən  şeirlər  rübab,  tənbur və  ney alətlərinin  müşayiəti ilə  ifa 

edilərmiş. Odur ki, “Mövləvi” sözünün musiqi ilə bağlı olması və 

muğam şöbəsi kimi adlanması təbiidir. Biz ustadın ifasından həmin 

“Mövləvi” şöbəsini nota salmışıq. 

 

386 


 


 

 

 

 

 

 

 

 

 

 

 

 

387 


 


Əlibaba Məmmədovun  bu  novatorluğu  digər  xanəndələr 

tərəfindən də  təqdirəlayiq  sayılaraq  tədris prosesində  də  istifadə 

olunur. Beləliklə,  “Şüştər”  muğamı  –  “Mövləvi”,  “Şüştər”, 

“Tərkib”, “Bəxtiyari”, “Məsnəvi” şöbələri ilə oxunur. İndi ustadın 

tələbəsi Babək Quliyevin ifasında “Şüştər” muğamının “Mövləvi” 

şöbəsini eşidəcəyik. 

 

Canlı ifa musiqi 

Əlibaba Məmmədovun novatorluğu “Dəsti” muğamının forma-

laşmasında da öz əksini tapır. Belə ki, “Dəşti” bir şöbə olaraq “Şur” 

və  “Bayatı-kürd”  muğamlarının  tərkibində  oxunub.  Əlibaba 

Məmmədov bu şöbəni müəllimi Seyid Şuşinskidən öyrənib. Həmin 

şöbəyə əsasən Seyid Əzim Şirvaninin “Qəmindən qönçə tək dilqanə 

döndüm” qəzəlinə təsnif bəstələyən xanəndə 6–7 il “Dəşti” üzərində 

axtarışlar  apararaq  digər  muğamlarda  mövcud  olan  bəzi  şöbələri 

tonallıq  və  səssırası  baxımından  uyğunlaşdıraraq  “Dəşti”ni  kiçik 

həcmli  muğama  çevirir.  Beləliklə,  “Dəşti”  bu  formada  oxunur. 

Təsnif, “Dəşti”, “Cidayi”, “Zəmin-xara”, “Şah Xətai”, “Bidad”, təs-

nif.  Muğamda  oxunan  təsniflər  Əlibaba  Məmmədovun öz bəstə-

ləridir. Hal-hazırda tədris proqramına daxil edilən “Dəşti” muğamı 

məhz Əlibaba müəllimin təfsirində öyrədilir. İndi ustadın öz səsində 

“Dəşti” muğamından bir parça səslənəcək. 

 

Lent yazısı Ə.Məmmədov “Dəşti” 

Təbii ki, muğam elə bir müqəddəs və ecazkar sənət növüdür ki

ən  mahir  ifaçılar  belə  heç  bir  muğam  frazası  yaratmayıb.Öz 

novatorluğunu  yalnız  mövcud  olan  muğamlar  üzərində  tətbiq 

ediblər. Əlibaba müəllimin də muğam sənətimizə gətirdiyi yeniliklər 

məhz bu qəbildəndir. Bu mənada onun “Bayatı-kürd” muğamında 

etdiyi yenilik də  təqdirəlayiqdir. Belə  ki,  Əlibaba  müəllim bu 

muğamı  ustadı  Seyid  Şuşinskidən öyrənib.  O  vaxt  tədris proq-

ramında muğam “Bayatı-kürd”, “Gəbri” və “Azərbaycan” şöbələri 

ilə  öyrənilirdi.  Əlibaba  Məmmədov qədim  qrammofon  vallarını 

dinləyərək və  tarixi  mənbələrə  istinad edərək  muğama  “Kərkük” 

şöbəsini əlavə edir. Beləliklə, muğam bu şöbələrlə oxunur. “Bayatı-

kürd”,  “Kərkük”,  “Gəbri”,  “Azərbaycan”.  Müasir  dövrün  tədris 

proqramına  da  “Bayatı-kürd”  muğamı  Əlibaba  müəllimin tərtib 

etdiyi şəkildə daxil olub. 

388 

 



Əlibaba Məmmədovun ənənələrə istinad edərək muğam ifaçı-

lığındakı novator cəhətləri onun tövsiyyələrində də öz əksini tapır. 

Məsələn, ustad “Şur” dəstgahından danışarkən orada müasir dövrün 

xanəndələrinin ifa etdikləri “Dilkəş” şöbəsinin vaxtilə Seyid Şuşin-

ski tərəfindən “Səlmək” şöbəsi ilə oxunduğunu və o dövrün tədris 

proqramında da belə öyrədildiyini qeyd edir və “Şur” dəstgahında 

“Səlmək” şöbəsinin oxunmasını xanəndələrə də tövsiyyə edir. 

Beləliklə, ustad “Şur” dəstgahında bu şöbə və guşələri təsdiq 

edir. “Mayə” (guşə “Baba-Tahir”), “Şur”, “Şur-Şahnaz”, “Səlmək”, 

“Bayatı-türk”, “Şikəsteyi-fars”, “Səmayi-şəms”(guşə “Ruh-ül-ərvah”), 

“Hicaz”, “Sarənc”, “Qəməngiz”, “Nişibi-fəraz”. Ustadın adını çək-

diyi “Səlmək” şöbəsini biz onun ifasından nota salmışıq. 

 

 

 

 

 

 

 

389 


 


“Çahargah”  dəstgahı  barədə  də  ustadın  maraqlı  fikirləri var. 

Belə ki, o, bu dəstgahın tərkibində oxunan “Hasar” şöbəsinin əslində 

müstəqil  muğam  olduğunu  və  vaxtilə  Cabbar  Qaryağdıoğlunun, 

Ələsgər Abdullayevin, 1919-cu ildə Seyid Şuşinskinin kiçik həcmli 

“Hasar”  muğamını  oxuyaraq  qrammofon  valarına  yazdırdıqlarını 

qeyd edir. Ustad “Hasar”  muğamının  “Mayə”,  “Müalif”  –  yəni 

“Bəstə-Nigar”, “Qərrə” və “Müxalif” şöbələrindən ibarət olduğunu 

və “Çahargah”ın köməkçi muğamı kimi təqdim edərək onun müasir 

dövrdə də ifaçılıq praktikasına tətbiq edilməsini zəruri sayır. Çünki 

bu da unudulmaz bir ənənənin bərpasıdır. Bundan başqa “Çahargah” 

dəstgahının “Mənsuriyyə” şöbəsində “Üzzal” deyil, “Zərb Mənsu-

riyyə  oxunduğunu  söyləyir. Bu “Zərb Mənsuriyyə”  termini də 

müasir muğam ifaçılığı üçün yeni bir tapıntıdır. 

Ustadın “Bayatı-Şiraz” dəstgahının eyni adlı şöbəsində “Əbül-

çəp”  guşəsinin  oxunması  ilə  bağlı  fikri  də  onun  ənənələrə  nova-

torluqla yanaşmasının daha bir təzahürüdür. O, hətta, unudulmaqda 

olan terminləri də  bu  gün  yaddaşa  gətirərək gənc nəslə  aşılayır. 

“Rahab”  muğamında  “Mübərriqə”  şöbəsindən  “Əraq”a  gedəndə 

oxunan guşənin “Mücri” olması da ustadın bu günümüz üçün yeni 

fikridir. 

Əlibaba Məmmədovun  ənənələrə  istinad edərək  muğamlara, 

onların şöbə və guşələrinə tətbiq etdiyi yeniliklərin bir qismi müasir 

tədris proqramına daxil edilmiş və hal-hazırda da onun fikirlərinə 

əsasən yeni dərs vəsaiti hazırlanır. Əminik ki, “Azərbaycan muğam 

sənətində  Əlibaba  Məmmədovun  ifaçılıq  xüsusiyyətləri”  adlı  bu 

dərs vəsaiti  bu  günün  və  gələcəyin nəsillərinə  muğam  sənətini 

öyrənmək  üçün  dəyərli bir mənbə  olacaq.Əslində  isə  ənənə  və 

novatorluq istiqamətində  ustad  xanəndə  Əlibaba  Məmmədovun 

yaradıcılıq  xüsusiyyətləri  muğamlarımızın  qorunması,  inkişafı, 

öyrənilməsi və əbədiyaşarlığı yolunda mühüm bir mənbədir. 

 

İstifadə edilmiş ədəbiyyat: 

İzahlı muğam lüğəti. Bakı, 2013. 

Muğam ensiklopediyası. Bakı, 2007. 

R.Zöhrabov. Muğam. B., Azərnəşr, 1991. 

 

390 


 


Seadet Tahmirazgizi 

Ph.D. in art criticism 

Methodological Center on Culturology 

Senior researcher 

Azerbaijan 

 

 

THE CREATIVE CHARACTERISTICS OF 

ALIBABA MAMMADOV, THE MASTER SINGER 

IN DIRECTION OF TRADITIONS AND INNOVATION 

 

Abstract 



 

Keywords:  Alibaba Mammadov, singer, mugham, “Dashti”, 

“Bidad”, Innovations. 

 

Alibaba Mammadov, a worthy successor of the school establi-



shed by Jabbar Qaryagdi, Seyid Shushinski and Khan Shushinski 

enriched the vocal school with various novelties. In the first instance, 

it is related to the innovative features created by him in his perfor-

mance method and singing style. This innovation is expressed in the 

mastery of performing mugam and the songs. 

One of his main individual features is that he is creative master. 

He easily could be considered a composer, as well as a singer. This 

idea is substantiated by the fact of availability of over 100 songs and 

tesnifs created by Alibaba Mammadov. The novelties brought by the 

master to mugam are not all about above feature; another fact is that 

he is skillful in modulating from one to another mugam and in 

compounding the various fragments of several mugams into one 

piece. The modulations made by him inside one mugam prove his 

great mastery. The innovations brought by the master to the mugam 

performance include  exactly  the  following  examples:  shaping out 

the composition of  the mugam “Dashti”,  adding  of  the  fragment 

“Bidad” to the dastgah of “Humayun”, performance of “Shushtar” 

mugham with the fragment “Movlevi” within it and so on. 

The creative features pertaining to the maestro Alibaba Mam-

madov may be classified as follows: 

391 

 



1.  The mugam performance features of the singer in his 

approach to the traditions; 

2. Innovations brought by him to the mugam performance art; 

3. The ability of combining the modern elements with traditional 

mugham; 

4. Mastery and professionalism. 

The  features  pertaining  to  the  maestro  are  expression  of  th 

services rendered by him for development of the Azerbaijan music. 

Alibaba Mammadov started his activity of mugam performer when 

he was 20 and until now holds on an intensive creative career marked 

by many unique qualities. He definitely has got a unique place as a 

master musician in the Azerbaijan mugam performance art. 



 

 

392 



 

Yüklə 51,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə