SeçKİ BÜlleteni 2



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü1,22 Mb.
#66641


SEÇKİ BÜLLETENİ 2 

    1 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



      SEÇKİ BÜLLETENİ 

 

 



 

 

 



          9 OKTYABR 2013-CÜ İL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR 

 

        № 2                                                            Demokratiyanı Öyrənmə İB 



 

                             Sentyabr 

2013                                   

 

Seçim etmək Sizin haqqınızdır 



SEÇKİ GÜNDƏMİ 

2013-cü il Prezident seçkilərində sentyabrın 16-dan başlayan 

namizədlərin təşviqatı mərhələsi davam edir. Qeydə alınmış 10 

namizədin (İqbal Ağazadə, Zahid Oruc, İlham Əliyev, Hafiz 

Hacıyev, Araz Əlizadə, Sərdar Məmmədov,  İlyas İsmayılov, 

Fərəc Quliyev, Qüdrət Həsənquliyev və Cəmil Həsənli) iştirak 

etdiyi kampaniya KİV-də çıxışlar, seçicilərlə görüşlər və təşviqat 

materiallarının yayılması üsulları ilə keçirilir.  

Namizədliyinin qeydiyyatından imtina olunmuş daha 4 namizədin 

(İlqar Məmmədov, Əli Əliyev, Əhməd Oruc və Fuad Əliyev) 

məhkəmələrə şikayətləri nəticəsiz qalıb.  

Milli səviyyəli televiziya və radio kanallarının heç biri təşviqatda 

iştirak etmədiyindən namizədlər yalnız ``İctimai`` kanalda 

ödənişsiz efir vaxtından istifadə etməklə məhdudlaşdırmağa 

məcbur olublar. MSK ödənişsiz efir müddətini qanunvericilikdə 

nəzərdə tutulmuş minimum hədlərdə  (həftədə 3 saat İTV-də və 3 

saat ``İctimai`` radioda olmaqla)  müəyyənləşdirmişdi.   

İTV-nin namizədlərin təşviqat çıxışları üçün ödənişsiz efir 

vaxtında namizədlərin iştirakı ilə dəirmi masa təşkil edir. 

Prezidentliyə namizədlərin debatı adlandırılan bu verilişdə hər bir 

namizədə çıxış üçün 6 dıqiqə vaxt ayrılır. İTV-nin müəyyən 

etdiyi bu format namizədlərə efir vaxtından öz istədikləri qaydada 

və məqbul hesab etdikləri üsullarla istifadə etmək imkanı 

vermədi. İlk dəirmi masadan aydın oldu ki, bu format 

namizədlərə öz platformalarını seçicilərə keyfiyyətli şəkildə 

çatdırmaq imkanı vermir. Müşahidəçilərin fikrincə, bu formatın 

məqsədi məhz real namizədlərin təşviqat imkanlarını 

məhdudlaşdırmağa yönəlib.    

Hətta ``İctimai`` kanalda da ödənişli təşviqat üçün efir 

imkanlarından istifadə olunmur. Yalnız bir namizəd - Milli 

Şuranın namizəi Cəmil Həsənlinin İTV-də ödənişli efir vaxtından 

istifadə etmək niyyətini bildirmişdi, lakin telekanal rəhbərliyi  

namizədin nümayəndəsi ilə görüşdən yayınıb, növbəti gün isə  

müddətin başa çatmasını əsas gəturərək müraciəti qəbul etməyib.  

Namizədlər kütləvi tədbirlər yolu ilə təşviqatı yalnız yerli icra 

hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə apara bilərlər. 

Seçicilərlə görüş üçün bütün ölkə üzrə 76 açıq və bir o qədər də 

qapalı məkanlar   müəyyən edilmişdi.  



Ardı səh 2-də  

 

Bülleten ``Demokratiyanı Öyrənmə`` İctimai Birliyinin ABŞ German Marşall Fondunun (BST layihəsi) və ABŞ Səfirliyinin dəstəyi ilə həyata 

keçirdiyi  Seçki Prosesində İctimai İştirakçılığın Gücləndirilməsi Proqramı çərçivəsində hazırlanıb. Bülletendə yer almış məlumatlar və fikirlər heç 

bir halda GMF-in və ABŞ Səfirliyinin mövqeyi kimi qiymətləndirilə bilməz. 

SEÇKİ 2013: NAMİZƏDLƏRİ TANI! 

İqbal Ağazadə 

İlham Əliyev 

Araz Əlizadə 

Hafiz Hacıyev 

Cəmil Həsənli 

Qüdrət Həsənquliyev 

Fərəc Quliyev 

Zahid Oruc 

Sərdar Məmmədov 

İlyas İsmayılov 



ə 



 







! 



SEÇKİ BÜLLETENİ 2 

    2 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

SEÇKİ GÜNDƏMİ                                                                                                                                                                        Əvvəli səh 1-də 

Bu yerlərin əksəriyyəti isə seçicilərlə görüş üçün münasib deyil və mərkəzdən uzaqda yerləşir. Hələlik yalnız bir neçə namizəd bu cür görüşlər 

keçirib. Hazırkı prezident İlham Əliyevin təşviqatı ilə bağlı YAP ölkənin bütün regionlarında təşviqat görüşləri keçirdiyini bildirib. Müstəqil 

müşahidəçilər bu tədbirlərdə inzibati resurslardan geniş istifadə edilməsi, büdcə təşkilatlarında çalışanların inzibati qaydada bu görüşlərə cəlb 

edilməsi hallarına rast gəliblər.  

Hakimiyyəti sərt tənqid edən iki namizəd - Cəmil Həsənli və İqbal Ağazadə bəzi regionlarda seçicilərlə görüşlər keçirsə də, bu tədbirlərə yerli 

rəsmi qurumlar tərəfindən maneələrin törədilməsi haqqında məlumatlar var. Hakimiyyətə loyal olan digər namizədlər təşviqat tədbirlərinə hər 

hansı maneə ilə üzləşməyiblər. Hətta bu namizədlərdən Hafiz Hacıyev və Qüdrət Həsənquliyevin Bakı şəhərində keçirilən seçicilərlə 

görüşlərinə də ali məktəb tələbələri, büdcədən maliyyələşən qurumların əməkdaşlarının kütləvi şəkildə gətirildiyi bilinir.  

Təşviqat materaiallarının yayılması geridə qalan mərhələdə yalnız seçki komissiyaları tərəfindən ayrılmış xüsusi yerlərdə mümkün olub. Bu 

yerlərdən kənarda demək olar ki, namizədlərin təşviqat materiallarına rast gəlinməyib.  

Seçki kampaniyasının geridə qalan hissəsində siyasi fəallar və jurnalistlərin təqib və həbslə üzləşməsi halları qeydə alınıb.  



 

Avqustun sonlarında ölkəyə gələn ATƏT-in Demokratik 

Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə 

Missiyası özünün birinci aralıq hesabatında 28 avqustdan  – 12 

sentyabradək olan dövrdə seçki kampaniyasının gedişatına dair  

rəyini açıqlayıb. Hesabat əsasən seçki prosesinin gedişatı ilə 

bağlı faktların, hadisələrin və seçki hərəkətlərinin 

sadalanmasından ibarət olsa da, ara-sıra çox ehtiyatlı tənqidə də 

yer verilmişdi. Ancaq bu ehtiyatlı tənqidə Məzahir Pənahovun 

başçılıq etdiyi və əksər seçki hərəkətlərini həmişə nəzərdə tutulan 

müddətin sonuncu günü həyata keçirən  Mərkəzi Seçki 

Komissiyası gecikmədən reaksiya verdi. Özü də ATƏT-ə  

tövsiyyəsi ilə birgə.  

ATƏT-in iradları 

...Seçki şikayətlərinə baxılması müddətinin azaldılması ilə 

əlaqədar olan təklif istisna olmaqla, 2010-cu il parlament 

seçkilərindən sonra ATƏT/DTİHB-nin etdiyi tövsiyyələrin heç 

biri qanuna edilən dəyişikliklərdə öz əksini tapmamışdır.  

... Qarşıdan gələn seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi 

bir mühitdə baş verir. Beynəlxalq hesabatlara əsasən, 2012 və 

2013-cü illərdə qanuvericiliyə edilən bir neçə dəyişiklik ifadə 

azadlığı, sərbəst toplaşmaq azadlığını və vətəndaş cəmiyyətinin 

fəaliyyətini daha da məhdudlaşdırıb. 

... Seçki komissiyalarının tərkibinə dair formula parlamentdəki 

çoxluğa bütün komissiyalarda səs çoxluğuna sahib olmağa de-



fakto imkan verir. 

... ATƏT/DTİHB Seçki Müşahidə Missiyası (SMM) ilə 

həmsöhbət olan bir neçə şəxs media mühitindən, o cümlədən ölkə 

boyu yayılan bütün televiziya kanalları üzərində dövlət 

nəzarətinin olmasından narahatlıqlarını ifadə ediblər.  

... Namizədliyini irəli sürmüş şəxslərdən bir neçəsi rəsmi 

kampaniya dövrünün qısaldılması, bunun nəticəsində onların 

mediaya çıxış imkanlarının məhdudlaşması və hazırkı prezidentə 

qeyri-mütənasib üstünlüyün verilməsi ilə bağlı SMM-a öz 

narahatçılıqlarını bildirmişlər. 

MSK nə cavab verdi?                         Bax səhifə 3-də 

 

 



Missiyanın 26 sentyabrda açıqlanan  Aralıq Hesabatında 10 

sentyabr-25 Sentyabr 2013-cü il tarixində apardığı müşahidənin 

nəticələrini paylaşıb.  

Hesabatda bildirilir ki, Missiyanın rəhbərliyi Konstitusiya 

Məhkəməsinin sədri, baş nazirin müavini, daxili işlər naziri, 

MSK sədri, Prezident Administrasiyası və XİN rəhbərliyi ilə 

görüşüb. Bu görüşlərdə onlara deyiblər ki, respublikada ədalətli 

və açıq seçkilər keçirilməsi üçün zəruri şərait yaradılıb. Seçkilər 

ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq 

keçirilir. 

Hesabatda səsvermə otaqlarında quraşdırılan veb-

kameraların  sayı, həta  bunun əvvəlki prezident seçkilərində 

olduğundan iki dəfə çox olduğu da qeyd olunub. Müşahidəçilər 

qeyd edir ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi 

və üzvləri ünsiyyət üçün açıqdırlar. 

MDB müşahidəçiləri yəqin ediblər ki, seçki məntəqələrinin 

zəruri materail və texnika ilə təmin edilməsi üzrə iş başa 

çatdırılıb. Hətta fiziki qüsurlu şəxslərin səsvermədə iştirakı üçün 

zəruri hallarda səsvermə günü panduslar quraşdırılacaq. 

Dairə və məntəqə seçki komissiyalarının ünvanları və 

telefonları, habelə sərhədləri və səsvermə binalarının 

ünvanlarının yerli KİV-də dərc edilməsi də müşahidəçilərin 

diqqətini cəlb edib. 

Hesabatda yazılanlara görə, ölkədə vətəndaşların qarşıdakı 

seçkilər haqqında məlumatlandırılması üzrə fəal iş aparılır, 

təşviqat işi, seçicilərlə görüşlər aparılması üçün yerlərin sayı 

artıb: ``Bu məqsədlər üçün açıq meydançalar, saraylar və 

mədəniyyət evlərinin müəyyən edilib. Şəhərlərdə və digər 

yaşayış məntəqələrində namizədlərin təşviqatı üçün informasiya 

stendləri düzəldilib.`` 

Təşviqatın gedişatı haqqında hesabatda yalnız bir fakt qeyd 

olunub: ``Prezidentliyə namizədlərdən ikisinin teledebatları 

qeyri-korrekt apardıqlarına görə MSK-nın onlara ciddi 

xəbərdarlıq etmişdir.`` 

Hesabat Birlikdən olan müşahidəçilərin bu qeydi ilə bitir: 

``Seçki kampaniyası Məcəlləyə uyğun və sakit şəraitdə keçir.`` 



 

AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTƏ DAİR YERLİ VƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN RƏYLƏRİ 

namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi

 

ATƏT-in DTİHB-dən yüngülcə tənqid,  

MSK-dan Büroya tələb və tövsiyyə gəldi 

MDB Müşahidəçilər Missiyası yenə 

seçkilərdən razıdır 

 

 



SEÇKİ BÜLLETENİ 2 

    3 


MSK-nın ATƏT DTHİB-nin iradlarına münasibəti

Mərkəzi 

Seçki 

Komissiyası 

ATƏT-in 

Demokratik  Təsisatlar  və  İnsan  Haqları 

Bürosunun  (ATƏT/DTİHB)  Seçki  Müşahidə 

Missiyasının  yaydığı  aralıq  hesabatına 

dərhal  cavab verdi.  

Avropa ölkələrindən  bir nümunə 

Qurumun  adından  yayılan  bəyanatda  MSK 

ilk 

olaraq 


qadın 

namizədin 

irəli 

sürülməməsi  ilə  bağlı  bir  cümləlik  irada 



cavab  verir:  ``...  9  oktyabr  seçkisində  də 

qadınların passiv seçki hüququndan istifadə 

etmələri  üçün  hər  cür  şərait  yaradılıb. 

Qadınların  yaradılan  bu  imkanlardan 

istifadə 

etməmələrinin 

hesabatda 

vurğulanması  ən  azı  anlaşılmazdır.  Yeri 

gəlmişkən,  Avropa  ölkələrindən  indiyədək 

qadın  dövlət  başçısı  olmayan  bir  çox 

nümunələr göstərmək olar.``  

Janez Lenarçiçə məktub 

2010-cu  il  parlament  seçkilərindən  sonra 

ATƏT/DTİHB-nin  heç  bir  tövsiyəsinin 

düzəlişlərdə əksini tapmaması ilə bağlı irada 

gəlincə,  MSK  o  vaxt  verilən  17 tövsiyədən 

12-sinin  qəbul  edildiyini  bildirir.  Həm  də 

qeyd  olunur  ki,  bu  barədə  2013-cü  il 

avqustun 

12-də 

ATƏT/DTİHB-nin 



direktoru 

Janez 


Lenarçiçə 

məktub 


göndərilib. 

MSK Milli Məclisin və hökumətin əvəzinə 

cavab verir  

ATƏT/DTİHB-nin  seçki  komissiyalarının 

tərkibi  ilə  bağlı  iradı  əslində  hökumətə  və 

Milli 


Məclisə 

ünvanlanmışdı. 

Çünki 

komissiyaların  tərkibi  Seçki  Məcəlləsi  ilə 



tənzimlənir.  Məcəllə    isə  hökümətin 

təşəbbüsü ilə Milli Məclisdə qəbul edilib və 

ona dəyişikliklər olunub.   

Buna  baxmayaraq  MSK  bu  irada  cavab 

verməyi  öz  üzərinə  götürüb:  «2000-ci  ildə 

ATƏT/DTİHB-nin tövsiyələrinə  tam uyğun 

olaraq, parlamentdə təmsil olunan müxalifət 

və  iqtidar  partiyalarının  paritet  təmsilçiliyi 

əsasları 

ilə 


seçki 

komissiyaları 

formalaşıb.   İndiki  müxalifətdə  olan  siyasi 

partiyalar  bu  paritetdən  MSK-nın  işini 

boykot etmək üçün istifadə ediblər. 

MSK-nın  üzvləri  qanunla  tələb  edilən 

kvorumun 

olmadığına 

görə 

qanunla 


müəyyən  edilmiş  müddətlərdə  müvafiq 

qərarları qəbul edə bilmədiyi üçün MSK-nın 

işi 

iflic 


vəziyyətinə 

düşüb. 


Seçki 

komissiyalarının  təşkili  formulası  bundan 

sonra təkmilləşdirilib». 

MSK fakt istədi 

Bütün  televiziya  kanallarının  hökumətin 

nəzarəti  altında  olması  ilə  bağlı  irada 

gəlincə, MSK bildirib ki, Azərbaycanda bir 

dövlət,  bir  ictimai  və  33  özəl  televiziya 

kanalı  (5  ölkə  səviyyəli,  14  regional  və  14 

kabel)  fəaliyyət  göstərir:  ``Belə  bir  qənaətə 

gəlinməsinə  əsas  verən  əldə  olan  faktların 

və  ya buna şərait  yarada biləcək  qanunların 

adlarının  MSK-ya  təqdim  olunmasını 

istərdik.`` 

MSK-dan ATƏT-ə təəccüb dolu tövsiyyə  

MSK ATƏT/DTHİB-nin aralıq hesabatında 

qeyd  olunan  iradları  ``təəccübə  səbəb  olan 

anlaşılmazlıqlar``  hesab  edərək  müşahidə 

missiyasının  fəaliyyətinin  daha  da  şəffaf 

qurulması  zərurəti  ilə  bağlı  təəssüratından 

doğan  tövsiyyə irəli sürür: "Hesab edirik ki, 

müşahidəçilərin seçki gününə dair rəylərinin 

seçkilərdən  dərhal  sonra  ayrı-ayrılıqda 

ATƏT-in 


internet 

saytında 

yerləşdirilməlidir.  Bu  da   missiyanın 

fəaliyyətinə  ictimai  etimadın  artırılması 

baxımından faydalı olardı``.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                             

                              Aralıq hesabatdan çıxarışlar  (10 avqust – 14 sentyabr 2013-cu il) 

SMDT və KBƏ daxil olan və araşdırılan məlumatlara əsasən 9 oktyabr 2013-cü il Prezident seçkisinin ilkin mərhələsi – namizədlərin irəli 

sürülməsi və qeydiyyatı üzrə aşağıdakı nəticələrə gəlib: 

... Milli Məclisin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı 2 iyun 2008-ci il və 18 iyun 2010-cu ildə qəbul etdiyi qanunların yaratdığı 

məhdudiyyətlər aradan qalxmayıb, ötən müddət ərzində seçki qanunvericiliyinin Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələri 

əsasında təkmilləşməsi baş verməyib. 

... Əvvəlki seçkilərlə müqayisədə seçkiqabağı siyasi mühit daha da məhdudlaşıb. 

... 2013-cü ilin ilk 6 ayı əzrində gənclər hərəkatları və siyasi təşkilatlara qarşı artan siyasi təqiblər ölkədə siyasi motivli həbslərin çoxalması, 

bununla da hakimiyyətin alternativ siyasi baxışlara dözümsüzlüyü ilə müşayiət olunaraq, vətəndaşların azad və ədalətli seçkilərə inamını daha 

da azaldıb. 

... Dairə və Məntəqə Seçki komissiyalarının fəaliyyətində davamiyyət və aşkarlıq davamlı olaraq  pozulub. Əvvəlki illərdə olduğu kimi yerli 

icra orqanları prezidentliyə namizədliyin müdafiəsi üçün imzaların toplanması prosesinə müdaxilələr edib  və inzibati resurslardan istifadə 

olunub. MSK namizədlərin xeyrinə toplanan imzaların yoxlanılması zamanı namizədlərə və ya onların nümayəndələrinə prosesi izləməyə 

icazə verməməklə aşkarlığı təmin etməyib. 

SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İB 

seçkilərin ilkin mərhələsini qiymətləndirib

 

 



SEÇKİ BÜLLETENİ 2 

    4 


SEÇİCİLƏRİN DİQQƏTİNƏ!

 

 

Seçkilərdə iştirakın əsasları 

-

 



Seçkilərdə  iştirak  azad  və  könüllüdür. 

Seçkilərdə 

iştirak 

edib-etməməyə 

məcbur  etmək  məqsədi  ilə  heç  kəsin 

vətəndaşa  təzyiq  göstərmək  hüququ 

yoxdur  və  heç  kəs  onun  öz  iradəsini 

azad ifadə etməsinə mane ola bilməz. 

-

 



Səsvermə  gizli  keçirilir,  bu  seçicilərin 

iradəsinin  ifadəsi  üzərində  hər  cür 

nəzarəti istisna edir.  Seçicinin kimə səs 

verdiyini  müəyyənləş-dirmək  mümkün 

deyil. 

-

 



Vətəndaşlar seçkilərdə namizədin lehinə 

şəxsən səs verirlər.  

-

 



Başqa  şəхslərin  əvəzinə  səs  vermək 

qadağandır.  Hər  bir  kəs  yalnız  öz 

əvəzinə səs verə bilər.  

-

 



Hər bir vətəndaşın bir səsi vardır və hər 

bir səs eyni hüquqi qüvvəyə malikdir.  

-

 



Seçici yalnız bir seçki məntəqəsi üzrə 

seçici siyahısına daxil edilə bilər. 

-

 



Seçicilər 

prezident 

seçkilərində 

bülletendə  olan  namizədlərdən  yalnız 

birinə səs verirlər. 

 

Səsvermə sənədləri 

Vətəndaşların  seçki  hüquqlarını  həyata 

keçirə  bilmələri  üçün  tələb  olunan 

şərtlərdən  biri  də  onların  qanunla 

müəyyən edilən sənədlərə malik olmasıdır. 

Bu 

sənədlərin  heç  biri  olmadıqda 

səsvermədə iştirak mümkünsüz olur. Seçici 

bu sənədlərin hər biri ilə səs verə bilər:  

1.  Vətəndaşının  şəxsiyyət  vəsiqəsi  və 

ya müvəqqəti şəxsiyyət vəsiqəsi; 

2.   Qaçqın  və  məcburi  köçkünlərin 

vəsiqəsi; 

3.   Həqiqi  və  ya  müddətli  hərbi 

xidmətdə olan hərbi qulluqçuları üçün: 

a) zabitin şəxsi vəsiqəsi; b) hərbi bilet. 

4. 

 Barələrində 



həbs 

növündə 


qətimkan  tədbiri  seçilərək  istintaq 

təcridxanalarında 

saxlanılan 

təqsirləndirilən  şəxslərin  şəxsiyyə-tini 

təsdiq edən sənədi; 

5. Azərbaycan ərazisində azı 5 il daimi 

yaşayan 

vətəndaşlığı 

olmayan 

şəxslərin şəxsiyyət vəsiqəsi. 



Səsvermə saatları

 

Səsvermə  bütün  ölkə  üzrə  saat  8.00-dan 



19.00-a  kimi  keçirilir.  Bu  müddətdə 

seçici istədiyi zaman seçicilər siyahısında 

qeydiyyatda  olduğu  seçki  məntəqəsinə 

gəlib səs verə bilər. 

 

      

  Səsvermə qaydaları 

-

 



Seçki məntəqəsinin girişində məntəqəyə 

daxil olan vətəndaşın şəxsiyyət vəsiqəsi 

və  ya  şəxsiyyəti  təsdiq  edən  digər 

sənədi  komissiya  üzvü  tərəfindən 

yoxlanlır. 

-

 



Həmin  komissiya  üzvü  eyni  zamanda 

seçicinin sol əlinin baş barmağının gözə 

görünməyən 

mürəkkəblə 

əvvəl 

işarələndiyini  yoxlayır  və  içəri  daxil 



olmağa  icazə  verir.  Bu  cür  işarələnmə 

müəyyən  edilərsə,  seçici  səsverməyə 

buraxılmır.  

-

 



Məntəqə  seçki  komissiyasının  digər 

üzvü seçicinin adının seçici siyahısında 

olduğunu 

yoxlayır 

və 

seçicilər 



siyahısına  şəxsiyyət  vəsiqəsinin  və  ya 

onu  əvəz  edən  sənədin  seriyası  və 

nömrəsini yazır. 

-

 



Bundan  sonra  seçiciyə  büllüten  verilir. 

Seçici  seçki  bülletenini  aldıqdan  sonra 

seçicilər 

siyahısında 

öz 

adının 


qarşısında  yazılanların  düzgünlüyünü 

yoxlayır və imza edir.  

-

 

Bu  zaman  seçicinin  sol  əlinin  baş 



barmağı  gözə  görünməyən  maye 

ilə  işarələnir.  Barmağının  maye  ilə 

işarələnməsindən  imtina  edən  seçiciyə 

seçki bülleteni verilmir.  

-

 

Seçki  bülleteni  alarkən  sol  küncünün 



kəsilmiş  olmasına  və  üzərində  məntəqə 

seçki  komissiyasının  möhürü  olmasına 

diqqət yetirin. 

-

 



Hər  bir  seçici  şəxsən  və  təklikdə  səs 

verir.  Başqa  şəxslərin  əvəzinə  səs 

verməyə icazə verilmir.  

-

 



Seçki  bülleteni  seçicidən  başqa  heç 

kəsin  daxil  olmasına  icazə  verilməyən, 

gizli  səsvermə  üçün  xüsusi  avadanlıqla 

təchiz edilmiş kabinədə doldurulur.  

-

 

Seçici  doldurulmuş  seçki  bülletenini 



seçki qutusuna salır.    

Müstəsna hallar 

Səsvermə  günü  adınızın  seçicilər 

siyahısına  düşmədiyi  məlum  olarsa,  bu 

halda 


məntəqə  seçki  komissiyasına 

müraciət  edə  bilərsiniz.  Bu  müraciət 

məntəqə seçki komissiyasının sizə verdiyi 

ərizə 


formasını 

doldurmaqla 

rəsmiləşdirilir  və  təxirə  salınmadan 

komissiyanın iclasında baxılmalıdır.  

Müraciətdə  göstərilən  əsaslar  qanuni 

olduqda,  vətəndaşın  adının  seçicilər 

siyahısına  daxil  edilməsi  barədə  qərar 

qəbul  olunur  və  səsvermə  günü  şəxsin 

səsvermədə iştirakı təmin edilir.  

Qeyd  edək  ki,  vətəndaşların  adları  seçici 

siyahılarına  qeydiyyatda  olduğu  yer  üzrə 

və  ya  müvafiq  seçki  məntəqəsinin 

ərazisində  seçkilərin  elan  olunması 

günündən  əvvəlki  12  ayın  6  ayı  ərzində 

seçki  məntəqəsinin  ərazisində  yaşaması 

faktı əsasında daxil edilir.  

Əgər  məntəqə  seçki  komissiyası  əsassız 

olaraq 


adınızın 

siyahıya 

daxil 

edilməsindən  imtina  edərsə,  dairə  seçki 



komissiyasına şikayət verə bilərsiniz. 

Seçicinin  seçki  bülletenini  sərbəst 

almaq  imkanı  olmadıqda  o,  məntəqə 

seçki 


komissiyasının 

üzvləri 


və 

müşahidəçilər  istisna  olmaqla,  başqa 

şəxslərin  köməyindən  istifadə  edə  bilər. 

Seçiciyə kömək edən şəxs öz soyadını və 

inisialını  göstərməklə  seçici  siyahısında 

«seçicinin  seçki  bülletenini  alması 

haqqında 

imza» 


qrafasında 

imza 


etməlidir. 

Seçici  seçki  bülletenini  doldurarkən 

səhv  etdiyini  bildirərsə,  ona  seçki 

bülleteni 

vermiş 

məntəqə 


seçki 

komissiyası  üzvündən  korlanmış  seçki 

bülleteninin  əvəzinə  yeni  seçki  bülleteni 

verməsini xahiş edə bilər.  



Səsvermə  günü  seçicilər  siyahısına 

daxil  edildiyiniz  seçki  məntəqəsindən 

kənarda 

olacağınızı 

bilirsinizsə, 

məntəqə  seçki  komissiyasına  səsvermə 

gününə  3  gün  qalmış  müddətlərdə  (

sentyabr  2013-cü  ilədək)  ərizə  ilə 

müraciət 

edərək 

səsvermə 



üçün 

qeydiyyatdan çıxma vəsiqəsi ala və həmin 

vəsiqə  əsasında  səsvermə  günü  ölkə  üzrə 

olduğunuz  ərazidəki  seçki  məntəqəsində 

səs verə bilərsiniz. 



SEÇKİ BÜLLETENİ 2 

    5 


QHT-LƏRİN SEÇKİ TƏŞƏBBÜSLƏRİ

“Qərb-Resurs” Vətəndaş 

Cəmiyyətinin İnkişafına 

Dəstək İctimai Birliyi 

 “Qərb-Resurs”  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Dəstək  İctimai 

Birliyi  ABŞ-ın  Azərbaycandakı  Səfirliyinin  maliyyə  dəstəyi  ilə 

“Gənclər  Seçki  Prosesinin  Şəffaflığının  Keşiyində”  adlı  layihəsini 

həyata keçirir.  

Layihənin məqsədi onlayn vasitələrdən istifadə edərək gənclərin seçki 

prosesinin müşahidəsində iştirakını  gücləndirmək  və seçki  prosesinin 

şəffaflığını 

qorumaqdır. 

Bu 


məqsədə 

çatmaq 


üçün 

www.uinelection.net  adlı  vebsəhifə  hazırlanıb.  Vebsəhifənin  əsas 

funksiyası seçki prosesində baş verən bütün pozuntuları üzə çıxararaq 

işıqlandırmaqdır. Ushahidi Platforması əsasında qurulan bu vebsəhifə 

seçki  prosesini  izləyən  bütün  vətəndəşlar  (əsasən  gənclər)  və 

müşahidəçilər tərəfindən istifadə oluna bilər. Beləki, 

-  vebsəhifənin  “Xəbər  Göndər”  bölməsinə  daxil  olaraq,  seçki  prosesi 

ilə  bağlı  məlumatlar,  hər  cür  şəkildə  göndərilə  bilər:  videoyazı, 

fotoşəkillər,  məqalələr,  müxtəlif  görüntülər,  mesajlar,  monitoring 

nəticələri, müsahibələr və s. 

- digər seçki prosesində iştirak edən və fəaliyyət göstərən vətəndaşlar, 

təşkilatlar və müşahidəçilərlə fikir bölüşməsi, yazışma və informasiya 

paylaşması  -  vebsəhifənin  rəsmi  Facebook  və  Twitter  hesabları 

vasitəsilə aparıla bilər.  

-  vebsəhifədə  yerləşdirilmiş  xüsusi  linklərdən  istifadə  edərək  seçki 

prosesinin  monitorinqini  aparan  digər  təşkilatların  vebsəhifələrindən 

faydalana bilərlər. 

-  9  oktyabr  -  Prezident  Seçkiləri  günü  Azərbaycan  Respublikasının 

müxtəlif  seçki  dairələrində  (vebsəhifənin  üzərində  yerləşən  xəritə 

vasitəsi  ilə)  baş  verən  pozuntuları  və  məlumatları  izləyə  bilərlər, 

məlumatla  əlaqədar  fikir  bölüşməsi  apara  bilər  və  informasiyanı 

paylaşa bilərlər.  

“Qərb-Resurs” VCİD 2013-cü ilin Sentyabr ayında gənc müşahidəçilər 

və  seçki  prosesinin  şəffaf  keçirilməsi  uğrunda  fəaliyyət  göstərən  və 

çalışan  vətəndaşlar  və  təşkilatlar  üçün  təlimlər  keçirib.  Təlimlərin 

iştirakçıları  www.uinelection.net  vebsəhifəsinə  məlumat  yerləşdirmək 

və yaxud ondan istifadə qaydalarını öyrəniblər. Təlimlər davam edir.  

Təlimlə bağlı ətraflı məlumatlar QR VCİD İB-nin rəsmi vebsəhifəsində 

- www.garbresurs.com və www.azerweb.comda yerləşdirilib.

 Təlimdə 



iştirak  etmək  istəyənlər  garb_rm@yahoo.com  ünvanına  müraciət  edə 

bilərlər. 

 

“Demokratiya naminə İncəsənət”  

“Demokratiya 

naminə 

İncəsənət” 



(Art 

for 


democracy)  kampaniyası  çərçivəsində  9  oktyabr 

2013-cü  il  tarixində  keçiriləcək  Prezident  seçkiləri 

ərəfəsində  seçkilərin  əhəmiyyətini  təşviq  edən  və 

seçici  fəallığının  artırılması  üçün  nəzərdə  tutulan 

incəsənət məhsulları hazırlayıb. 

 

Kampaniya  bəyan  edir  ki,  bu 



fəaliyyət  hər  hansı  siyasi 

qüvvənin  və  ya  siyasətçinin 

dəstəklənməsinə  deyil,  sırf 

seçici  fəallığının  artırılmasına 

və seçkilərin təşviq edilməsinə 

yönəlib. 

             

Qeyd edilən məhsullar aşağıdakıalrdır: 

1.      Səsvermədə bu cür iştirak et! Bu sənin hüququndur! animasiya 

videosu: http://www.youtube.com/watch?v=SQSiXbapQ7I 

2.      Səsvermə günü müşahidəçinin hüquqları animasiya 

videosu: http://www.youtube.com/watch?v=CzqMZdiV9VQ 

3.      9 oktyabr seçkisində səs ver!5 ilini özün müəyyən et! 

videosu: http://www.youtube.com/watch?v=5CPnhyHVIsY 

4.      Gəl seçkilərə! mahnısı və bu mahnıya çəkilmiş 

video: https://soundcloud.com/artfordemocracy/se-kil-r-a-r-mahn-s 



Yayımların Monitorinqi Mərkəzi 

 

Jurnalistlər üçün videobələdçi

 

“Yayımların  Monitorinq  Mərkəzi”  İctimai  Birliyi  9 

oktyabr  prezident  seçkisini  işıqlandırmaq  istəyən 

jurnalistlərə  kömək  etmək  məqsədilə  video  material 

hazırlayıb. 

“Seçki gününün mediada işıqlandırılması (jurnalist üçün videobələdçi)” 

adlı  materialda  jurnalistlərin  səsvermə  günü  necə  fəaliyyət  göstərməli 

olduqlarından  bəhs  edilir.  Video  material  Böyük  Britaniyanın 

Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb. 

Seçki gününün mediada 

işıqlandırılması

 (jurnalist üçün 

videobələdçi): 

http://www.youtube.com/watch?feature=player_embedded&v=-P55Dy-BEAc

 



SEÇKİ BÜLLETENİ 2 

    6 


PREZİDENT SEÇKİLƏRİNDƏ``EXİT-POLL`` 

``Exit-poll``a buraxılan QHT-lər 

 

MSK Prezident seçkilərində ``exit-poll`` 



keçirmək üçün müraciət etmiş 5 təşkilatdan 

dördünü qeydə alıb.  

Bunlar "ELS" Müstəqil Araşdırmalar 

Mərkəzi İctimai Birliyi, "RƏY" Monitorinq 

Mərkəzi, "Proqnoz" Müstəqil Sosioloji 

Tədqiqatlar Mərkəzi və "Konstitusiya" 

Araşdırmaları Fondudur.  

Qeydə alınmış təşkilatlardan biri - "ELS" 

Müstəqil Araşdırmalar Mərkəzi 

Azərbaycanda keçirilən seçkilərdə  6 dəfə 

"exit-poll" keçirib və bütün seçkilərdə bu 

təşkilatın keçirdiyi ``exit-poll``un nəticələri 

rəsmi nəticələrə yaxın olub.  

 

Müstəqil QHT-ləri kənarda 



saxlamaq məqsədi 

MSK adıçəkilən qurumların  bu funksiyanı 

həyata keçirməsində heç bir problem 

görməsə də, "Sumqayıt Gənclərinin Hüquqi 

Maarifləndirilməsi" İctimai Birliyinin 

müraciətinə rədd cavabı verib.  

Birliyin MSK-nın bu qərarından 

Apellaysiya Məhkəməsinə verdiyi şikayət 

də nəticəsiz qalıb.  Təşkilatın rəhbəri Elçin 

Məmməd MSK-nın 2008-ci ildə də onların 

``exit poll`` keçirməsinə icazə vermədiyini 

və bunun siyasi xarakter daşıdığını bildirib: 

“MSK-nın qərarında akkreditasiyadan 

imtina olunmasının səbəbləri dəqiq faktlar 

göstərilmədən, ümumi sözlərlə ifadə 

olunub. MSK-nın qərarında təşkilat 

tərəfindən təqdim olunmuş sənədlərdə hansı 

çatışmamazlıqların olması barədə konkret 

faktlar sadalanmır.  

Bu hal bir daha təsdiq edir ki, təşkilatımız 

siyasi diskriminasiyanın qurbanı olub və 

müstəqil QHT-nı proseslərdən kənarda 

saxlamaq məqsədi daşıyır”. 

 

Hafiz Həsənov: ``MSK-nın müəyyən 



etdiyi qaydalar qanuna uyğun deyil`` 

Daha öncə “Hüquq və İnkişaf” İctimai 

Birliyi MSK-nın qəbul etdiyi «Azərbaycan 

Respublikasında seçkilərdə "exit-poll" 

keçirən təşkilatların akkreditasiya 

qaydaları»nın dəyişdirilməsi tələbi ilə Bakı 

Apellyasiya Məhkəməsinə şikayət vermişdi.  

Birliyin sədri Hafiz Həsənov hesab edir ki, 

sözügedən qaydalar ``ekzit-poll” 

keçirməyən və ilk olaraq bu işə addım 

atmaq istəyənlər üçün qadağalar qoyur: 

``Həmin qaydalarda göstərilir ki, “ekzit-

poll” keçirmək istəyən QHT-nin bu sahədə 

təcrübəsi, müəyyən resursları, 

mütəxəsislərinin olması lazımdır. Bunlar 

sərt tələblərdir və ilk dəfə "exit-poll" 

keçirmək istəyən hüquqi şəxslərin, o 

cümlədən qeyri-hökumət təşkilatlarının 

hüquqlarını məhdudlaşdırır. Çünki bu tələb 

exit-poll keçirmək hüququnu mahiyyət 

etibarı ilə icazəli (lisenziyalı) etməklə, 

Konstitusiyanın 25-ci maddəsi ilə təsbit 

olunan hamının qanun qarşısında bərabərlik 

hüququnu pozur. "Exit-poll" keçirmək 

mahiyyətcə sadə proses olduğundan, bu 

sahədə fəaliyyətlər geniş və ixtisaslaşmış 

təcrübə tələb etmədiyindən "exit poll"un 

keçirilməsi üçün "Qaydalar"da göstərilən 

sərt və lüzumsuz tələblərin qoyulması 

hüquqi məntiqə uyğun deyil.  

Şikayətimizin əsasında bu dururdu ki, 

MSK-nın müəyyən eydiyi qaydalar 

normativ xarakterli akt kimi qanuna da 

uyğun deyil. MSK-nın səlahiyyətinə daxil 

olmayan məsələlər barədə  yeni qaydalar 

müəyyən etməsi qanuna ziddir.``  

Birlik rəhbərinin sözlərinə görə, 

Apellyasiya Məhkəməsi birinci baxışda 

iddianı təmin etməyib. Ali Məhkəmə isə 

birliyin kassasiya şikayətini təmin etdikdən 

sonra hazırda iddia Apellyasiya 

Məhkəməsinin icraatındadır. 

 

``Exit-poll`` üçün ayrılmış maliyyə 

vəsaitlərinin mənbəyi açıqlanmır.  

MSK-nın üzvü Akif Qurbanov "exit poll" 

keçirmək istəyən təşkilatların maliyyə 

mənbələrinin açıqlanmalı olduğunu bildirib: 

"Maliyyə mənbələrinin şəffaf olması 

vacibdir. Ola bilər ki, onlar təxribatçı və ya 

cinayətkar qruplar tərəfindən maliyyələşə 

bilər”.  

MSK sədrinin müavini Natiq Məmmədov 

isə bildirib ki, exit poll keçirən təşkilatın 

hardan maliyyələşməsini müəyyənləşdirmək 

bizim məsuliyyətimiz deyil. 



 

 

 

ELAN! 

“Hüquq və inkişaf” İctimai Birliyi 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində 

namizədlərə, qeydə alınmış namizədlərə, səliyyətli nümayəndələr və vəkil edilmiş şəxslərə

müşahidəçilərə, seçki komissiyasının üzvlərinə, seçicilərə, siyasi partiyalara (siyasi 

partiyalrın bloklarına), seçicilərin təşəbbüs qruplarına  hüquqi yardım göstərir. 

Hüquqi yardım aşağıdakıları əhatə edir: seçki hüquqları üzrə şifahi və yazılı hüquqi 

məsləhətlərin verilməsi; seçki komissiyalarına müraciətlərin (ərizələrin) və digər sənədlərin 

hazırlanması; əriəçilərin seçki komissiyalarında təmsil olunması; seşki hüquqlarının 

pozulmasından seçki komissiyalarına və məhkəmələrə şikayətlərin verilməsi; ərizəçilərin 

hüquqlarının seçki komissiyalrında və məhkəmələrdə müdafiəsi. 

Hüquqi yardım üçün bibaşa ofisə gəlməklə, telefonla və internet poçt vastəsi ilə müraciət 

etmək olar. 

Ünvan: Bakı şəhəri, H. Ələsgərov küçəsi ev 11, mənzil 31 

Telefon:     012 449 37 42  

                  077 611 74 43                                          

E-mail:    office@law.org.az 



“Demokratiyanı Öyrənmə” 

İctimai Birliyi  2005-ci ilin dekabrında təsis 

edilmiş və 15 mart 2006-cı ildə dövlət 

qeydiyyatına alınmış milli qeyri-hökumət 

təşkilatıdır. Birlik yerli və beynəlxalq 

təşkilatlarla yaxından əməkdaşlıq edərək 

vətəndaşların/seçicilərin maarifləndirlməsi 

və bacarıqlarının artırılması yolu ilə vətəndaş 

iştirakçılığını təşviq edir, seçkilərin 

müşahidəsini aparır, vətəndaş cəmiyyəti 

təşkilatlarını gücləndirir, demokratik dəyər 

və təcrübələrin yayılmasına yardım edir. 

 

Ünvan: Bakı şəhəri, H. Ələsgərov küçəsi ev 



11, mənzil 31 

Tel: 012 449 37 41  

E-mail: ldemocracy@yahoo.com 

 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə