SeçKİ BÜlleteni



Yüklə 207,02 Kb.
tarix01.09.2018
ölçüsü207,02 Kb.
#66633

SEÇKİ BÜLLETENİ


11 APREL 2018-ci İL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

images (3).jpg

Seçim etmək Sizin haqqınızdır


1 Demokratiyanı Öyrənmə İctimai Birliyi Fevral, 2018




SEÇKİ GÜNDƏMİ

Bu ilin oktyabrında keçirilməli olan prezident seçkiləri, ölkə prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli növbədənkənar seçkilər haqqında sərəncamı ilə 6 ay əvvələ təyin edildi.

Sərəncamın imzalanmasından bir gün sonra Mərkəzi Seçki Komissiyasnın iclasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin 11 aprel 2018-ci il tarixinə təyin edilməsi ilə bağlı qərar verdi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlər və tədbirlər üçün Təqvim Planını təsdiqlədi.

Seçkilərin elan edilməsi gözlənilməz olub və ölkənin ictimai-siyasi sferasında birmənalı qarşılanmayıb. Növbədənkənar seçkilərin təyin olunmasının səbəbləri rəsmi şəxslər tərəfindən 2018-ci ilin may ayından etibarən mühüm tədbirlərin keçirilməsinin planlaşdırılması ilə əsaslandırılıb. Bu tədbirlər sırasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Beynəlxalq Humanitar Forum kimi tədbirlərin adı çəkilib. (Ətraflı səh. 2)

Sərəncamın ardından ölkə müxalifətinin bir sıra təmsilçiləri növbədənkənar seçkilərin keçirilməsi üçün qanuni əsasların olmaması və hazırlıq üçün müddətlərin yetərsizliyi səbəbilə seçkiləri boykot və ya seçkilərdə iştirak etməmək haqqında qərar qəbul etdi. (ətraflı: səh.2)

İlkin mərhələdə Mərkəzi Seçki Komissiyasına namizədliyin irəli sürülməsi müraciəti ilə 15 nəfər müraciət etmişdi və onların hər birinin namizədliyinin irəli sürülməsi təsdiq edildi.

Hazırda namizədliyi təsdiq edilmiş şəxslərdən sadəcə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin imzatoplama kampaniyası bitib və imzaları MSK-ya təqdim edib. Fevralın 27-də İlham Əliyevin namizədliyi qeydə alınıb. Digər namizədlərin imzatoplama kampaniyası davam edir

Seçkiləri müşahidə etmək üçün Xarici İşlər Nazirliyi bir sıra beynəlxalq təşkilatlara (ATƏT PA, ATƏT DTİHB, AŞPA və s.), o cümlədən Milli Məclis müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərib (ətraflı: səh.3).

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam edir. Təqvim planına görə, martın 4-dək dəqiqləşdirmə bitməli və ən geci martın 7-dək seeçicilərin tanışlığı üçün məntəqələrdə yerləşdirilməlidir.





Bülleten Avropa İttifaqının maliyyə dəstəyilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda Azad və Ədalətli Seçkilər üçün Vətəndaş İştirakçılığı” layihəsi çərçivəsində hazırlanıb. Bülletendə yer almış məlumatlar və fikirlər heç bir halda Avropa İttifaqının mövqeyi kimi qiymətləndirilə bilməz.



NAMİZƏDLİKLƏRİ TƏSDİQ EDİLMİŞ ŞƏXSLƏR

11 aprel tarixinə təyin olunmuş seçkilərdə MSK tərəfindən namizədlikləri təsdiq olunmuş şəxslər aşağıdakılardır:



  • Zahid Oruc (öz təşəbbüsü ilə);

  • Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu”);

  • İlham Əliyev (YAP);

  • Sərdar Məmmədov (Demokrat Partiyası);

  • Tural Abbaslı (öz təşəbbüsü ilə)

  • Anar Umudov (öz təşəbbüsü ilə);

  • Asif Məmmədov (öz təşəbbüsü ilə);

  • Fuad Əliyev (Liberal Demokrat Partiyası);

  • Hafiz Hacıyev (Müasir Müsavat Partiyası);

  • Qüdrət Həsənquluyev (BAXCP);

  • Fərəc Quluyev (Milli Dirçəliş Hərəkatı Partiyası);

  • Elşən Həsənov (öz təşəbbüsü ilə);

  • Araz Əlizadə (Sosial Demokrat Partiyası);

  • Ramazan Bəkirov (öz təşəbbüsü ilə);

  • Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyası)

Göründüyü kimi, ölkədə qeydə alınmış 55 siyasi partiyadan yalnız 8-i seçkilərdə öz namizədi ilə iştirak etməyə qərar verdi. 6 namizəd seçkilərə öz təşəbbüsü ilə, 1 namizəd isə təşəbbüs qrupu tərəfindən irəli sürülməklə qatılır.

Hazırda imzatoplama kampaniyası davam edir. Mediada və sosial şəbəkələrdə namizədlərin imza toplaması haqqında məlumatlar azdır, namizədlərin özləri isə hələlik kampaniya gedişatından hər hansı narazılıq bildirməyib.





NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ MÜNASİBƏTLƏR

Prezident seçkilərinin yarım il qabağa çəkilməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Verilən sərəncamda növbədənkənar seçkilər üçün əsaslar göstərilmədiyindən bu qərarın hüquqiliyi və doğuracağı nəticələr haqqında müxtəlif fikirlər səsləndirilib.

Rəsmi şəxslərin açıqlamalarında erkən seçkilərin səbəbi kimi 2018-ci ildə ciddi dövlət tədbirlərinin keçirilməsi göstərilir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sərəncamı şərh edərkən həm də deyib ki, ``seçkilərin apreldə keçirilməsi potensial namizədlərin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz``.

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri 2018-ci ilin yubileylər ili olması səbəbindən seçkilərin önə çəkilməsini düzgün qərar hesab etdiklərini deyib.

Müxalifətinin əsas partiyaları isə növbədənkənar seçkilərin elan olunmasını tənqid və etirazla qarşılayıb. Onlar bunu ilin sonuna ölkədə iqtisadi böhranın dərinləşməsi ehtimalı və müxalifətə seçkilərə hazırlaşmaq üçün kifayət qədər vaxt verməmək istəyi ilə əlaqələndirib.

Milli Məclisin deputatı, öz təşəbbüsü ilə prezidentliyə namizəd olmuş Zahid Oruc hesab edir ki, “qərar 2025-ci il ildə parlament və prezident seçkilərinin Konstitusiyada aparılmış dəyişikliklər nəticəsində üst-üstə düşəcəyi ilə bağlıdır”.

Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzindən Anar Məmmədli deyir ki, sərəncam qanuni olsa da, gözlənilməz oldu: "Prezidentin belə hüququ var, amma belə tez zamanda öncədən ən azı məlumat verilə bilərdi. Azərbaycan ictimaiyyəti və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qəflətən yaxalandı və belə deyək, cəmiyyət bu seçkiyə hazır deyil".

SİYASİ PARTİYA VƏ HƏRƏKATLARIN SEÇKİ QƏRARLARI

Elan olunmuş seçkilərdə iştirakla bağlı ölkənin siyasi partiyalarının qərarları da fərqli olub.

Sərəncamdan dərhal sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası və Demokratik Qüvvələrin Milli Şurası seçkilərin boykot edilməsi ilə bağlı qərarını elan edib. Müsavat Partiyasının Məclisi də seçkilərlə bağlı sessiya keçirib. Sessiyada müzakirələr nəticəsində partiyanın növbədənkənar prezident seçkilərində iştirak etməməsi barədə qərar qəbul edib.

Ümid partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, eləcə də ReAl, NİDA, Azərbaycan Demokratik Rifah hərəkatları da seçkidə iştirak etməyəcəklərini bəyan etdilər.

Respublikaçı Alternativ Hərəkatı seçkilərlə bağlı yaydığı bəyanatda bildirir ki, hərəkatın sədri və prezidentliyə namizədi İlqar Məmmədov həbsdə olduğu üçün seçkilərdə iştirak etməyəcəklər.

Ümid Partiyası prezidentliyə namizədini müəyyən etmək üçün növbədənkənar qurultay keçirə bilmədiyinə görə seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

Bundan başqa, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA və ADR təşkilatları da seçkilərdə iştirak etməyəcəklər.

YAP, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası seçkilərdə öz namizədi ilə çıxış etmək barədə qərar verib.

Ana Vətən, Vəhdət, Böyük Quruluş partiyaları öz namizədlərini irəli sürməsələr də, hansısa namizədi dəstəkləməklə seçkilərdə iştirak edəcəklərini bildiriblər.

İctimaiyyət arasında tanınan və tanınmayan daha bir neçə şəxs isə seçkilərdə öz təşəbbüsləri ilə iştirak edəcəklərini açıqladılar.



MSK-NIN SEÇKİ HAZIRLIQLARI

Mərkəzi Seçki Komissiyası 6 fevralda növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib və seçkiləri 2018-ci il aprelin 11-nə təyin edib.

Seçkilərin elan olunmasından qısa müddət sonra MSK sədri Məzahir Pənahov ictimai çıxışlarının birində sosial şəbəkələrin təşviqat prosesinin tənzimlənməsində problem yaratdığını bildirib.

MSK seçkilərin hazırlanması və keçirilməsi üzrə Təqvim Planı hazırlayıb və elan edib. Həmçinin prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanması ilə bağlı İşçi Qrupu və seçki şikayətlərinin araşdırılması ilə bağlı Ekspert Qrupu yaradılıb.

Siyasi partiyalar və öz təşəbbüsləri ilə irəli sürülmüş 15 nəfərin namizədliyini təsdiq edilib.

MSK 2018-ci il 11 aprel seçkilərinin 125 seçki dairəsi ərazisində 5641 seçki məntəqəsində keçiriləcəyini açıqladı.

27 fevralda MSK prezidentliyə ilk namizədi qeydə aldığını elan etdi.

MSK səsvermə günü seçkiləri müşahidə etmək üçün respublika üzrə 1000 seçki məntəqəsində veb-kameraların qurlaşdırılacağını açıqlayıb.



AZƏRBAYCANDA SEÇİCİLƏRİN SAYI AÇIQLANIB

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. MSK-dan verilən məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var. Əvvəlki illə müqayisədə seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb. Seçilərin 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir. Həmçinin ölkədə 337870 nəfər qaçqın və məcburi köçkün seçici var.c:\users\service\desktop\secki1470209819.jpg

MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.

ÖDƏNİŞSİZ TƏŞVİQAT

Prezident seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə namizədliyi qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:


  • ``İctimai`` TRYŞ;

  • “Azərbaycan” qəzeti;

  • "Xalq qəzeti”;

  • “Bakinski raboçi” qəzeti

MÜŞAHIDƏÇILƏRİN QEYDİYYATI

MSK-nın verdiyi məlumata əsasən, fevral ayı ərzində prezident seçkilərində müşahidə aparmaq istəyən şəxslərin sayı 168-ə çatıb. Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb. Bütün müraciətlərə müsbət cavab verilib.



QHT-LƏRIN SEÇKİDƏ İŞTİRAK VƏZİYYƏTİ ÖYRƏNİLİB

“Demokratiyanı Öyrənmə” İcimai Birliyi prezident seçkiləri ərəfəsində Azərbaycanda QHT-lərin seçkilərdə iştirak praktikasındakı mövcud vəziyyətin öyrənilməsi üçün tədqiqat aparıb. Tədqiqatın məqsədi ölkə QHT-lərinin seçkilərlə bağlı məlumatlılığını və bacarıqlarını qiymətləndirmək, seçki maarifçiliyi və müşahidəçilik fəaliyyətlərində iştirak imkanlarını, niyyətlərini, həmçinin üzləşdikləri problemlərin mahiyyətini müəyyənləşdirməkdən və QHT-lərin seçkilərdə iştirak vəziyyətinin yaxşılaşdırılması üzrə tövsiyyələr hazırlamaqdan ibarət olub.

Tədqiqat müəllifləri qarşıya qoyulan əsas məsələləri QHT-lərin fəaliyyət göstərdiyi ərazi, onların fəaliyyət istiqaməti, hədəf qrupları və digər vacib aspektlər üzrə qiymətləndirməyə çalışıb. Qiymətləndirmə meyarları olaraq QHT-lərin seçkilər haqqında nə dərəcədə məlumatlı olmaları, seçki prosesində hansı formada iştirak etmələrinin müəyyən edilməsi kimi məsələlər seçilib. Təşkilat olaraq indiyədək bu istiqamətdə üstünlük verdikləri fəaliyyət növlərini, onların hədəf qruplarının seçkilərdə iştirakla bağlı üzləşdikləri çətinliklərin dairəsini müəyyən etməyə çalışılıb.
Tədqiqatın nəticələri tam şəkildə tezliklə ictimaiyyət üçün açıqlanacaq.

UZUN MÜDDƏTLI MÜŞAHIDƏ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı növbədənkənar prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə Missiyasının həyata keçirəcək.

BEYNƏLXALQ MÜŞAHİDƏ

ATƏT/DTİHBosce odihr(7).jpg

Prezident seçkiləri elan edildikdən sonra ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasınını Azərbaycana göndərməklə bağlı qərar verdi. 4 nəfərdən ibarət missiya fevral ayının 21-22-də Bakıya səfər etdilər. Səfər çərçivəsində qiymətləndirmə missiyası Mərkəzi Seçki Komissiyasının nümayəndələri, digər rəsmi şəxslər, həmçinin siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin və KİV nümayəndələri ilə görüşlər keçirdilər.

Ehtiyacların Qiymətləndirilməsi Missiyası yaxın bir neçə həftə ərzində DTİHB-nin müşahidə missiyasının hansı formatda olacağına və ümumiyyətlə, buna ehtiyac olub-olmayacağına dair tövsiyələrin olacağı hesabat hazırlayacaq.

Avropa Şurası Parlament

Assambleyası (AŞPA)

Azərbaycan prezident seçkilərini müşahidə etək üçün Avropa Şurası Parlament Assambleyasına müraciət göndərib. Assambleya müşahidə missiyası ilə bağlı martın 15-də qərar verəcək.

Bundan başqa, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA), Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA), GUAM prezident seçkilərini müşahidə etməklə bağlı qərar verib.

Xarici İşlər Nazirliyi İslam Əməkdaşlıq Təşkilatına, ATƏT Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına və bir sıra xarici dövlətlərə prezident seçkilərində müşahidə aparılması üçün müraciət göndərib.


SEÇİCİ BAXIŞLARININ ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ SORĞU KEÇİRİLİB

Demokratiyanı Öyrənmə İctimai Birliyi qarşıdan gələn prezident seçkilərində seçici baxışlarının öyrənilməsi məqsədilə Azərbaycanın 11 rayonunda 500-ə yaxın respondentin iştirakı ilə sorğu aparıb. Sorğuda iştirak edən respondentlərin müxtəlif sosial kateqoriyalar üzrə (cins, yaşayış yeri, gəlir səviyyəsi və s.) proporsional bölgüsünə böyük ölçüdə riayət edilib. Sorğuda seçicilərin qarşıdan gələn Prezident Seçkiləri və ümumilikdə seçkilər haqqında məlumatlılığını ölçmək, seçki prosesinə olan yanaşmalarını və seçki təcrübələrini öyrənmək məqsədli suallar verilib.

Nəticələrin statistik təhlilində kifayət qədər maraqlı nüanslar nəzərə çarpıb və mühüm əhəmiyyət kəsb edən kriteriyalar üzrə çarpaz analizlər aparılıb. Statistik analizin nəticələri seçicilərin ölkədəki seçki hərəkətlərində bir sıra qüsurların olması haqda düşüncələrini əks etdirir. Xüsusilə "Azərbaycanda keçirilən seçkilərin ədalətliliyinin qiymətləndirilməsi " və "Seçki komissiyalarının elan etdiyi nəticəyə etimad" suallarının müxtəlif sosial qruplar tərəfindən fərqli məzmunda cavablandırılması müəyyən dərəcədə təəccüb doğurur.

Belə ki, kənd tipli yaşayış yerlərində yaşayan seçicilərin ölkədəki seçkilərin ədalətliliyi ilə bağlı pozitiv düşüncədə olmasına baxmayaraq, Bakı və Abşeron yarımadasında yaşayan seçicilərin əksəriyyəti ölkədəki seçkiləri ədalətsiz hesab edib.

Analoji ziddiyət yaşlı və gənc, ailəli və subay, orta və ali təhsilli seçicilərin yanaşmalarında da öz əksini tapıb.

Sorğuların nəticəsi haqqında yekun hesabat yaxın günlərdə dərc ediləcək.

ADINIZI SEÇİCİLƏR SİYAHISINDA YOXLAYIN!

MSK-nın rəsmi internet ünvanına (www.msk.gov.az) daxil olub Seçicilərin axtarış sistemində seçki dairəsinin adını seçmək, soyadını, adını, atasının adını və təhlükəsizlik kodunu müəyyən olunmuş yerlərə yazmaqla adınızın seçicilər siyahısına daxil edilib-edilmədiyini müəyyən edə bilərsiniz



SEÇİCİ FƏALLIĞININ ARTIRILMASI ÜZRƏ REGİONAL SEÇKİ STRATEGIYALARI HAZIRLANIB
Avropa Birliyinin dəstəklədiyi və "Demokratiyanı Öyrənmə" İB tərəfindən həyata keçirilən “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı“ layihəsi çərçivəsində 10 seçki dairəsində seçici fəallığının artırılması üzrə Strategiya sənədinin hazırlanması nəzərdə tutulub.

Strategiya sənədlərinin və müvafiq fəaliyyət planlarının hazırlanması üçün Mingəçevir, Lənkəran, Zaqatala, Gəncə, Bərdə, Şəki, Şirvan, İmişli, Quba və Kürdəmir şəhərlərində

bütün maraqlı tərəflərin iştirakı ilə seminar/fokus qrup müzakirələri keçirilib. 16 noyabr-26 dekabr 2017-ci il tarixlərində 250 yerli vətəndaş cəmiyyəti, seçki adminstrasiyası, dövlət idarəetmə orqanları, KİV, ictimai fəalların iştirakı ilə 10 seminar/fokus qrup müzakirələri keçirilib. Müzakirələr zamanı yerli spesifika öyrənilib, bu vaxta qədər tətbiq olunan praktika barədə məlumat əldə edilib, təklif və ideyalar toplanılıb. Hər bir seminarda regional strategiya sənədinin əsas tezisləri razılaşdırılıb və sənədin hazırlanması üçün yerli fəallardan ibarət İşçi qrupları formalaşdırılıb.

Strategiya sənədlərinin hazırlanması zamanı bütün açıq mənbələr, rəsmi hesabat və statistik məlumatlar, seçki adminstrasiyasının sənədləri, tərəfdaş QHT-lərin hesabatlarından, xarici təcrübədən istifadə olunub.



ELAN

ðšð°ñ€ñ‚ð¸ð½ðºð¸ ð¿ð¾ ð·ð°ð¿ñ€ð¾ññƒ hã¼quq vé™ inkiåŸaf ictimai birliyi

Seçki iştirakçılarının nəzərinə!

“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarının müdafiəsinə və məlumatlılığına dəstək” layihəsi çərçivəsində seçki iştirakçılarına - namizədlərə. qeydə alınmış namizədlərə, müşahidəçilərə və seçicilərə seçki hüquqlarının həyata keçirilməsi və müdafiəsi üzrə pulsuz hüquq yardımı göstərir.

Pulsuz hüquq yardımı üçün 0125116228 və 0506117443 saylı telefonlara zəng etməklə və ya himerkez@yahoo.com elektron ünvanına yazmaqla müraciət etmək olar.

SEÇİCİLƏRİN DİQQƏTİNƏ!

Seçkilərdə iştirak prinsipləri

– Seçkilərdə iştirak azad və könüllüdür. Seçkilərdə iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin vətəndaşa təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

Səsvermə gizli keçirilir, bu seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna edir. Seçicinin kimə səs verdiyini müəyyənləş-dirmək mümkün deyil.

– Vətəndaşlar seçkilərdə namizədin lehinə şəxsən səs verirlər.

– Başqa şəхslərin əvəzinə səs vermək qadağandır. Hər bir kəs yalnız öz əvəzinə səs verə bilər.

– Hər bir vətəndaşın bir səsi vardır və hər bir səs eyni hüquqi qüvvəyə malikdir.

– Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər.

– Seçicilər prezident seçkilərində bülletendə olan namizədlərdən yalnız birinə səs verirlər.

√  Seçicilərin daimi seçici siyahılarına daxil edilməsinin əsasları 

– Vətəndaşlar seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə və ya müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması faktı əsasında daxil edilir.

– Vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi və vətəndaşın müvəqqəti olduğu yer üzrə seçkilərin təyin edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşadıqda seçici siyahılarına daxil olunması faktı  çıxış edir.

√     Seçicilər siyahısında adınızın olması nə üçün vacibdir?

Bu hər şeydən öncə seçicinin seçki hüququnun reallaşdıra bilməsi üçün zəruridir. Seçicilər siyahısında adı olmayan seçici səsvermədə iştirak edə bilmir. Qanunvericilik hətta seçki günü seçicinin adının seçicilər siyahısına daxil edilməsi mümkünlüyünü təmin etsə də seçici adının seçicilər siyahısında olduğunu yoxlamaqda maraqlı olmalıdır.

Seçicinin adının seçicilər siyahısında olması nə qədər vacibdirsə, müxtəlif səbəblərdən seçici olmayan vətəndaşların (ölmüş, hüquq qabiliyyətli olmayan və yaxud da müvafiq ərazidən köçüb getmiş vəs.) adlarının da seçicilər siyahısına daxil edilməsi o qədər zərərlidir. Bu cür vəziyyət seçkilərin nəticələrinin saxtalaşadırılmasına zəmin yaradır. Ona görə də seçicilər seçici olmayan vətəndaşların seçicilər siyahısına daxil edilməsinin qarşısını almaqda da maraqlı olmalıdırlar.

 √  Seçicilər siyahısında adınızı necə yoxlamalı

Bunu 2 üsulla etmək mümkündür:

- Seçici Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi olan www.msk.gov.az  (həmçinin www.seckiler.com) saytına daxil olmaqla Seçicilərin axtarış sistemində seçki dairəsinin adını seçmək, soyadını, adını, atasının adını və təhlükəsizlik  kodunu müəyyən olunmuş yerlərə yazmaqla adının seçicilər siyahısına daxil edilib- edilmədiyini müəyyən edə bilər;

- Seçici seçicilər siyahısı ilə bilavasitə tanış olmaqla adını seçicilər siyahısında yoxlaya bilər. Belə ki, seçicilər siyahısı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün səsvermə gününə 35 gün qalmış müddətək hər bir seçki məntəqəsi ərazisində müvafiq yerlərdə yerləşdirilir.

√  Səsvermə gününədək seçicilər siyahısına daxil edilmə



Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçici adının seçicilər siyahısına daxil edilməsi barədə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu müraciət şəxsin özü tərəfindən yazılmış ərizə ilə rəsmiləşdirliir, 3 gün müddətində komissiyanın iclasında baxılır və onun təmin edilib-edilməməsi barədə qərar qəbul olunur. Məntəqə seçki komissiyası vətəndaşın müraciətini təmin etdikdə, onun adı seçicilər siyahısına daxil edilir. Əks halda isə vətəndaşın həmin qərardan şikayət vermək hüququ var.

Mümkündür ki, seçici səsvermə günü seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmasın. Bu halda seçici müvafiq dairə seçki komissiyasına səsvermə gününə 45-25 gün qalmış və ya məntəqə seçki komissiyasına səsvermə gününə 24-3 gün qalmış müddətlərdə ərizə ilə müraciət edərək səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi (səsvermə vəsiqəsi) ala və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda prezident seçkiləri zamanı respublikanın bütün ərazisində tətbiq edilir.

Demokratiyanı Öyrənmə”
İctimai Birliyi 2005-ci ilin dekabrında təsis edilmiş və 15 mart 2006-cı ildə dövlət qeydiyyatına alınmış milli qeyri-hökumət təşkilatıdır. Birlik yerli və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək vətəndaşların/seçicilərin maarifləndirlməsi və bacarıqlarının artırılması yolu ilə vətəndaş iştirakçılığını təşviq edir, seçkilərin müşahidəsini aparır, vətəndaş cəmiyyəti təşkilatlarını gücləndirir, demokratik dəyər və təcrübələrin yayılmasına yardım edir.


Ünvan: Bakı şəhəri, H.Zərdabi küçəsi 78B/209

E-mail: infosecki@gmail.com




Yüklə 207,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə