Şəffaflıq Azərbaycan təşkilatının Davranış Məcəlləsi Giriş



Yüklə 15,82 Kb.
tarix08.03.2018
ölçüsü15,82 Kb.
#30833

25 Mart 2003 il tarixli İdarə heyətinin 5-ci yığıncağında təsdiq olunub.


Şəffaflıq Azərbaycan təşkilatının
Davranış Məcəlləsi
Giriş

Bu sənəd TI-ın Baxış, Dəyərlər və Rəhbər Prinsipləri Bəyanatına əsaslanır.


Bizim dəyəllərimiz:
• Şəffaflıq
• Məsuliyyət
• Toxunulmazlıq
• Həmrəylik
Cəsarət
• Ədalət
• Demokratiya
Bizim rəhbər prinsiplərimiz:
• Biz koalisiya təsisçiləri olaraq bizim idarəetmə orqanları tərəfindən müəyyənləşdirilmiş siyasət ve ardıcıllığa meyl edən fərdi şəxslər və qruplarla, gəlir gətirən və gətirməyən korporasiya və təşkilatlarla, korrupsiya əleyhinə mübarizə aparmağı üzərinə öhdəlik kimi götürmüş hökumət və

beynəlxalq orqanlarla əməkdaşlıq edəcəyik.


• Biz işlədiyimiz hər bir kəs və bir birimizlə səmimi, vicdanlı və məsuliyyətli olmagı öhdəmizə götürürük. Biz yalnız bizim problemləri azad, dəqiq və obyəktiv şəkildə ünvanlamaq imkanlarımızı məhdudlaşdırmayacaq mailiyyə dəstəyini qəbul edəcəyik.
• Biz öz səhmdarlarımıza fəaliyyətimiz barədə vaxtlı-vaxtında və dəqiq məlumat verəcəyik.
• Biz əsas hüquq və azadlıqlara hörmətlə yanaşaraq bu hörməti dəstəkləyəcəyik.

• Biz bütün dünyaya yayılmıs milli bəyanatlar vasitəsile və bilavasitə bu bəyanatlarla quruculuq aparmaq ve işləmək öhdeçiliyini götürürük.


• Bizim idarəedici orqanlarımızın balanslaşdırılmış və müxtəlif növ bəyanatları uğrunda çalişacağıq.
• Biz öz işimizdə demokratik, siyasi cəhətdən bitərəf və qeyri sektant olacağıq.

• Biz rüşvətxorluq və korrupsiyanın harada aşkarlanmasından asılı olmayaraq bunu ittiham edəcəyik, baxmayaraq ki, biz özümüz fərdi korrupsiya hallarının üzə çıxarılması ilə əlaqədar araşdırma aparmırıq.


• Bizim gəldiyimiz qənaətlər sağlam, obyektiv və professional analiz və yüksək standartlara uyğun tədqiqata əsaslanacaq.

Maraqların münaqişəsi siyasəti


Siyasətin əsaslandırılması
Şəffaflıq Azərbaycan (ŞA) təşkilatının dövlət qulluqçularının və biznesmenlərin etik davranış standartlarını yaxşılaşdırmaq səlahiyyəti əməkdaşların yol verdikləri istənilən etika qaydalarının pozuntuları vasitəsilə jiddi surətdə nüfuzdan salına bilər. ŞA ilə bağlı olan bütün şəxslərin mümkün maraqların münaqişəsi hallarına məsüuliyyətlə yanaşmaları vacibdir.
İnzibati prinsiplər
1. Baş verə biləcək hər hansı mümkün maraqların münaqişəsi halları dərhal aşkar olunmalı və onlar barədə xəbər verilməlidir.

2. Maraqların münaqişəsi halları bunda marağı olmayan şəxslər tərəfindən qiymətləndirilməlidir. Maraqların münaqişəsi hallarına qarşı yalnız bunda maraqları olmayan şəxslər etiraz edə bilər.


Digər təşkilatların işçiləri
ŞA-nın işinin mühüm hissəsi bu təşkilatda daimi işləməyən şəxslər tərəfindən yerinə yetirilə bilər və bu şəxslər arasında ŞA İdarə Heyətinin üzvləri də var. Belə şəxslər əksər hallarda digər şirkətlərdə çalışır və peşəkar təşkilatlara daxil olurlar. Bu şəxslərin çalışdıqları şirkət və təşkilatlar ŞA-nın fəaliyyətindən və ya Tİ və ŞA-nın layihələrində başqa formada iştirakdan kənar edilməməlidir. Lakin belə şirkətlər və təşkilatlar bu işə münasibətdə üstünlük əldə etməməlidir. Maraqların münaqişəsi hallarının hər birinə ayrı-ayrılıqda baxılmalı və qərəzsiz əsasda hamı üçün ümumi olan qaydalar işlənib hazırlanmalıdır.
Hədiyyələr və əyləncələr
Əgər ŞA ilə bağlı olan bir şəxsin hər hansı bir təşkilat və ya şəxsdən hədiyyə qəbul etməsi, onların təşkil etdiyi əyləncələrdə iştirak etməsi və ya onlardan borj alması əsaslı surətdə ŞA təşkilatına təsir göstərmək cəhdi kimi qiymətləndirilərsə bu şəxs yuxarıda göstərilən əməllərdən heç birinə yol verməməlidir.
Maraqların münaqişəsi halı haqqında məlumatlandırma
ŞA ilə bağlı olan hər bir şəxs mövcud və ya mümkün maraqların münaqişəsi halları barədə ona səbəb olan istənilən vəziyyət haqqında bilən kimi məlumat verməlidir. Belə məlumat ŞA İdarə heyətinin və ya milli bölmənin sədrinə və ya digər marağı olmayan yüksək vəzifəli şəxsə və ya direktora çatdırılmalıdır.
Etika üzrə komitə
ŞA-nın idarə heyəti və icraçı direktoru tərəfindən müəyyənləşdirilmiş Etika Komitəsi vardır. Ən çətin hallarda etik məsələlər haqda məlumat ŞA İdarə Heyətinin sədri tərəfindən Tİ təşkilatının Etika üzrə Komitəsinə göndərilir.
Yüklə 15,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə